Sual Dastani Əhməd Hərami də Əhməd Hərami və Güləndəmın müqayisəli səciyyəsi


Sual 13 Kişvərinin həyat və yaradıcıllığı



Yüklə 55,49 Kb.
səhifə12/25
tarix24.04.2022
ölçüsü55,49 Kb.
#56228
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
ədəbiyyat tarixi

Sual 13 Kişvərinin həyat və yaradıcıllığı

Nemətullah Kişvəri anadilli poeziyanın inkişafında mühüm rol oynamış, şeirdə ictimai motivlərin güclənməsində həyatdakı uğursuzluqları əks etdirməkdə xeyli iş görmüşdür. O Həbibi, Xətai ilə yanaşı böyük Füzulinin ən layiqli sələflərindən biri olmuşdur.

Kişvərinin həyat və yaradıcıllığı ilə bağlı əsas məsələlərdən biri onun dövrünün düzgün müəyyənləşdirilməsidir. Hələ 1943-cü ildə H.Araslı şairin əsərlərində sultan yəqubun adının tez tez çəkilməsi əsasında onun dövrünü müəyyənləşdirmişdir. Kişvəru poeziyasının özbək şairi Nəvai yaradıcıllığı ilə əlaqəsi mühüm faktlardan biridi. Məlumdur ki, XV əsrdə Azərbaycanda Nəvainin təsiri geniş yayılmışdır., Azərbaycan şairləri Nəvaninin təsiri ilə şeirlər yazmış, şeirlərində Nəvaidən gələn özbək sözləri işlədirlər. Ancaq biz Kişvərini sırf Nəvai təsiri ilə yazan şair kimi düşünə bilmərik. O özünü Nəvaidən əskik hiss etmir:

Kişvəri şeri Nəvaidən əskik iməs

Bəxtinə düşsəydi bir Sultan Hüseymi Bayqara

Kişvərinin şeirləri Füzuliyəqədərki anadilli şeirin ən məzmunlu, silqətli nümunələrindəndir. əsərlərində dərin kədər olan Kişvəri də hər şeydən əvvəl zəmanədən, dövrdən, dövrün ədalətsiz işlərindən kədərlənmişdir.

Bir əhli-dil hanı ki, ona şikvə qılmalı

Dərdi fəraqü yarü qəmi ruzigardən.

Qəzəllərindən bəzilərində ictimai kədər göz qabağında olur. Kişvəri zəmanəsində bir gözəllik xoşluq görməyən aşiqin könlü bir dəm açılmaz, göz yaşından bir damla düşən yerdə bitən ağac bəla ağacıdır, yarpağı ümidsizlik yarpağıdır. Olmasın rədifli qəzəlində şair qəriblik duyğularını ifadə etmiş, ictimai kədərinidə bu qəriblik kədərinə qatmışdır:

Diməzəm kim yardin könlümə azar olmasun,

Razıyam azardən, azari-bizar olmasun.

Insan gözəlliyinin himni kimi qiymətləndirilən “göyçəkdir ” rədifli qəzəlidir.şairin şeirləri ona görə ürəyaçan və gözəldir ki, onun obyekti insandır.




Yüklə 55,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin