idilliyasını digəri əvəz edir.
Harri gülərək cavab verdi:
- Əlbəttə, yox. Bizim öz problemlərimiz kifayət qədərdir.
Bəzən bunu hətta saxtakarlıq da adlandırmaq olar. Bir baxın,
biz necə yaxşı, necə mehriban yaşayırıq. Pərdəsiz pəncərələr
həm də protestant ənənəsidir. Küre istənilən anda öz rayonun-
da gəzə və pəncərələrə baxa bilər. Bu ona nəinki qadağan edilir,
əslində onun borcudur. O, görməli və bilməlidir ki, öz icmasına
mənsub adamlar nə edirlər.
227
Mənim filmimdən kadr: “balaca Holandiya” ayaq altında
228
Hollandiya əsasən protestant ölkəsidir. Amma iki yüz il
əvvəl kraliçaları həyatının sonuna kimi pravoslav dininə sa-
diq qalan, imperator I Pavelin qızı Anna Pavlovna idi. Onun
dövründə bir neçə pravoslav məbədi inşa olunub və onlar bu
günə kimi qalır.
Rotterdamda olarkən, biz onlardan birini ziyarət etdik.
Gördük ki, məbəddə hollandlarla yanaşı, çoxlu qaradərililər
– Efiopiyadan, Surinamdan, Qabondan olanlar da var. Əlbət-
tə, mən özümü saxlaya bilmədim və onlarla söhbətə girişdim.
Bu adamların pravoslav məbədində nə etdiklərini anlamaq
istəyirdim. Onların cavabları məni dərindən heyrətləndirdi.
Hollandlar danışırdılar ki, əvvəllər bu insanlar katolik, yaxud
protestant olublar. Lakin bir dəfə pravoslav məbədində ol-
duqdan bir müddət sonra, inanclarını dəyişərək, pravoslavlı-
ğa keçiblər. Katolik məbədlərində yumşaq oturacaqlar mənim
üçün rahat görünmüşdü. Onların fikrincə isə, kilsədə rahatlıq
qəbul edilməzdir.
Konsert salonundakı kimi oturursan, musiqi, oturacaq-
da yastıqçalar, - Yen hətta bir qədər mühakimə edirmiş kimi
mənə danışdı. – Pravoslav kilsəsinə isə gəlirsən, ibadət vaxtı
ayaq üstə dayanırsan və hiss edirsən ki, ruhun çalışır, bədənin
işə düşür, əvvəlcə ağrıyır, ayaqların sızıldayır, sonra isə sanki
bu ağrılardan azad olursan. Axırda, xor heç bir musiqi aləti ol-
madan oxuyanda, hiss edirsən ki, qəlbin çırpınır, problemlər
səni tərk edir, başın yüngülləşir.
- Bəli, mən də bunu hiss edirəm, - qaradərili Yorn söhbətə
qoşulur. – Amma mənim üçün ən böyük həzz ibadətdən sonra
ümumi çayiçmə mərasimidir. Hər kəs özü hazırladığı piroqu,
özü bişirdiyi mürəbbəni təklif edir. Bu, mağaza cemi deyil,
mən beləsini ilk dəfə burada yemişəm, “matuşka” qonaq edib.
“Matuşka” sözünün afroamerikalının deyil, afrohollandi-
yalının deməsi mənə çox gülməli göründü, onun rəfiqəsi – efi-
opiyalı qız isə əlavə etdi:
- Burda hər şey və hər kəs bir yerdədir. Bu məbəddən başqa
heç yerdə bu yoxdur.
Monastırın başçısı, çoxuşaqlı ailənin atası yaxınlaşaraq,
dəqiqləşdirdi:
229
- Onlarda kollektivçilik hissi çatışmır. Cəmiyyət bir-birin-
dən çox ayrılıb, atomlaşıb, - o, dünyəvi anlayış əlavə etdi.
– Mənim fikrimcə, hollandiyalılar qətiyyən sərbəstləşə bil-
mirlər, axı, onlar doğrudan sutkada 24 saat çalışırlar. On-
lar effektlə işləyən robotlara çevriliblər. Cəmi on altı milyon
nəfərdirlər, amma iqtisadiyyatları Avropada dördüncü yerdə-
dir. Belə yüksək əmək məhsuldarlığına və firavan həyatlarına
rəğmən, hollandlar arasında intihar faizi çox yüksəkdir. Onlar
heç kimlə danışa, qəlblərini aça, dəstək qazana bilmirlər. Yal-
nız saysız-hesabsız kafe-şoplarda sakitlik tapmaq istəyirlər,
orada isə rəsmi olaraq yüngül narkotiklər satılır.
* * *
P.S. Yeri gəlmişkən, çəkiliş günlərindən birində, mənim ba-
şım filmin qəhrəmanlarından biri ilə söhbətə qarışanda, sevim-
li operatorum sevimli səs rejissorumla birgə, mənə dedikləri
kimi, bir dəqiqəlik “qəhvə içmək” üçün icazə aldılar. Bir saat
sonra, donqar körpüdə, bir-birinə sarmaşmış, elə körpü kimi
donqarlaşmış tanışları gördüm. Bunlar Fyodor və Saşa idilər.
Onlar ara vermədən pıçıldaşır və səfeh-səfeh gülüşürdülər. On-
lar mənə yaxınlaşanda, Fyodor gülümsəyərək, dedi:
- Nina, işləyək? – eyni zamanda axmaqcasına güldü.
“Yoxsa onlar içiblər?” – baş aça bilmirdim, çünki spirtli içki
iyi gəlmirdi.
- Göbələklər! – Fyodor öz vəziyyətini şən halda izah etdi.
Günortadan sonrakı çəkilişlər holland göbələkləri ilə kor-
landı.
230
STRADİVARİNİN ƏBƏDİ MÜƏMMASI
1995-ci ildə Birinci kanalda mənim “Stradivarinin əbədi
müəmması” filmim nümayiş olundu. Bu sənədli filmi mən
ssenari müəllifi və prodüser kimi Stradivarinin vətənin-
də, Kremonda, Milanın 60 kilometrliyində çəkmişəm. Film
üzərində işləmək inanılmaz dərəcədə maraqlı idi. Bundan
az əvvəl Saxalin vilayətində, İturup adasında, kommunal
mənzildə “Stradivari” möhürü olan qədim skripka aşkar
olunmuş və müsadirə edilmişdi.
Bizim çəkiliş qrupumuz skripkalar üzrə mütəxəssislə
Saxalinə uçdu. Əgər bu, həqiqətən Stradivarinin skripkası
idisə, tapıntı əsil sensasiyaya çevriləcəkdi. Dahi italiyalı-
nın əsərləri Sotbis hərracında milyon funt sterlinqdən baha
qiymətə satılırdı.
Mən Saxalinə zəng edib, skripka ilə maraqlananda bil-
dirdilər ki, onu kommunal mənzillərdən birində dalaşanla-
rı aralamağa getmiş sahə müfəttişi aşkar edib. Dava köhnə
skripkaya görə başlayıb: sakinlərdən biri onu vahimə do-
ğuran məbləğə - doqquz min dollara yaponlara satmağa
hazırlaşırmış. Onun birgə yaşadığı qadın isə təkid edirmiş
ki, o axmaqdır, “belə skripkaya görə”, yaponlardan mini-
mum on min dollar tələb etmək lazımdır. Bir sözlə, əməl-
li-başlı dalaşıblar, qonşular isə səs-küyə sahə müfəttişini
çağırıblar.
Saxalinə qədər yol yaxın deyildi. Biz ora uçana kimi,
təxəyyülüm bir-birindən maraqlı fərziyyələr irəli sürürdü.
Təyyarə yarımadadan enənə yaxın isə birdən bu skripka-
nın ehtiraslı musiqi həvəskarı admiral Kolçaka məxsus ola
bilməsi ağlıma gəldi. Onun qatarı bolşeviklər tərəfindən
ucsuz-bucaqsız Sibir çöllərində qarət olunmuşdu. Qlinka
muzeyindən olan skripkalar üzrə mütəxəssis mənim fər-
ziyyəmi rədd etmədi. Bizim çəkiliş qrupumuz istənilən
gözlənilməzliklərə hazır idi.
231
Yujno-Saxalinsk, 1995-ci il. Skripka saxta çıxdı və filmin yanım-
dakı ssenarisini yenidən yazmalı oldum
232
İşin araşdırılması başa çatana kimi, skripka Saxalin vi-
layətinin o vaxtkı qubernatorunun seyfində qalmışdı. Biz adi
adamların “möhür”, mütəxəssislərin isə “etiket” adlandırdıq-
ları damğaya səylə baxıldıqdan sonra ilkin verdikt çıxarıldı –
skripka surətdir, yaxud Nikolay Nikolayeviçin adlandırdığı
kimi, “replika”dır.
- Stradivarinin replikaları XIX əsrdən, çox güman ki, çex
ustaları tərəfindən düzəldilməyə başlamışdı, - o, bildirdi. –
Çexlər xüsusilə “amatizləri” (Amati sözündən) hazırlayırdı-
lar, amma “stradivariuslar” da onların məhsulu idi.
“Məhsul olmağına məhsuldur, amma sensasiya alınmadı”,
- mən düşünürdüm. Amma mən uzun müddət qanımı qaralt-
maq niyyətində deyildim. Çünki filmi kiçik alətdə yaranan
səsin istənilən ürəyə yol tapmaq iqtidarında olması haqqın-
dakı hekayə kimi düşünmüşdüm. Həm də qarşıda bizi skrip-
ka düzəldən dahilərin vətəni – Kremon gözləyirdi. Amati,
Qvarneri və əlbəttə, Sradivarinin skripka yaratdıqları şəhər.
Deyilənə görə, bir dəfə, uzaq dövrlərdə dənizdə batmış
gəmidən qiymətli daşlarla yanaşı, futlyarlarda Stradivarinin
işi olan musiqi alətləri də çıxarılıbmış. Əlbəttə, onları açan-
da orada skripkanı təşkil edən hissələrin – yuxarı deka, aşağı
deka, şadara, çürüməmiş balina sümüyündən kamanın his-
sələri bir-birindən ayrılmışdı.
Amma təmizlənmiş, qurudulmuş və yapışdırılmış alətlər
skripkaçının əlində səslənəndə hadisənin şahidləri çox hey-
rətlənmişdilər. Dərindən sarsılan həmin adamlar Stradivari
haqqında səs tanrısı kimi danışırdılar. Hətta dənizin dərinlik-
lərindən salamat çıxan, hər şeyi dağıdan fəlakətə qalib gələn
səsin.
Qumilyovun yaradıcılığın mahiyyəti haqqında maraqlı şe-
iri var:
Əziz oğlan, elə şənsən, işıqlıdır təbəssümlərin,
Dünyanı zəhərləyənlərdən diləmə sən səadət,
Bilmirsən, bilmirsən, bu skripka nədir,
Oyun törədənlərin iyrənclikləri nədir!
Onu bir dəfə amiranə əllərinə götürənin,
233
Rahat işığı itəcək, həmişəlik gözlərinin,
Cəhənnəm ruhları sevir bu möhtəşəm səsləri,
Quduz qurdlar dolaşır skripkaçının yollarında.
Əbədi ağlamaq və oxumaq lazımdır, bu cingiltili simlərə,
Əbədi döyüşməli, qıvrılmalıdır havalanmış bu kaman,
Günəş, çovğun altında, həm ağaran ləpədöyəndə,
Qərb zəbanə çəkəndə, həm də şərq qızaranda,
Yorulur, ləngiyirsən, bir anlıq kəsilir nəğmə,
Və artıq qışqırıb, tərpənə, ah çəkə bilməyəcəksən.
Quduz qurdlar həmin an qana həris azğınlıqla
Dişlərilə boğazından yapışıb, pəncəsilə
sinəndə duracaqlar.
Onda başa düşəcəksən, bütün oxuyanlar necə istehza edir,
Gecikmiş, amma qüvvətli qorxu gözlərinə baxacaq.
Kədərli ölüm soyuğu parça kimi bədəninə sarılacaq,
Nişanlı qız ağlayacaq və dostun fikrə gedəcək.
Oğlan, davam et! Burda görməyəcəksən
nə şənlik, nə xəzinə!
Amma görürəm mən güldüyünü, bu baxışlar - iki şəfəq.
Al, sahib çıx, sehrli skripkaya, yırtıcının gözünə bax
Və həlak ol, öz dəhşətli skripkaçı ölümünlə.
Bax belə, Kremonda skripka divanəsi olan adam haqqında
film çəkməli idim.
İş sadə deyildi. İtalyanlar (xüsusilə də əyalətlərdə, Kremon
isə doğrudan da əyalət hesab olunur) öz doğma dillərindən
başqa heç bir dildə danışmırlar. Mən bu məsələdə çox böyük
çətinliklər görürdüm. Skripkalar haqqında film üçün mən
az məbləğ istəmişdim. Saxalinə bilet, İtaliyaya uçuş, çəkiliş
qrupunun xərcləri, əmək haqqı, texnikanın icarəsi – hər şeyi
nəzərə almaq lazım gəlirdi. Smetanı tərcüməçiyə qonorar
vermək üçün heç cür “sıxa” bilmirdim.
Həmişəki kimi russayağı “bəlkə” xilas etdi. Artıq uçuşdan
234
əvvəl mən bizim skripkalar üzrə ekspertimiz Nikolay Nikola-
yeviçə zəng etdim, o mənə Sovet İttifaqından İtaliyaya getmiş
skripka ustalarının adlarını verdi.
- Deyəsən, o, Kremona köçüb, çoxdan mühacirətdədir. Har-
dadır, nə işlə məşğuldur, - heç nə bilmirəm. Onun adını, so-
yadını yazın – Aleksandr Krılov. Birdən bəxtiniz gətirər, - o,
tərcüməçi ilə bağlı gileyimə cavab olaraq mənə təsəlli verdi.
Kremona gəldikdən sonra, skripka muzeyinə getmək,
yaxud Stradivari muzeyini tapmaq qərarına gəldim. Artıq orda
Krılov haqqında soruşacaqdım. Amma italyanlar mən onlara
ingiliscə “Excuse me, could you pleas tell us how to get to the
violin museum, if there is one your town, or to the Stradivarius
museum?” - müraciət etdikdə, belə mürəkkəb ifadəni eşidib,
cavabında başlarını yelləyirdilər. Onlar şənliklə gülümsəyərək
uzun-uzadı italyanca cavab verirdilər. Nə haqqında danışdıq-
ları isə aydın deyildi.
Nəhayət, bizim qrupun operatoru Fyodor dedi:
- Nina, bilirsiniz, bu, ingiliscə deyil. Onlardan nə haqqında
soruşmağınızı mən də başa düşmürəm. Gəlin, mən öz ingilis-
cəmdə onlardan soruşum.
O, itlə gəzən yaşlı italyanı dayandırdı. Onun təsəvvürünə
görə, Kremonun köklü sakini məhz belə olmalı idi. Və rus di-
lində soruşdu:
- Sinyor, Stradivari burda hardadır? – Sonra isə öz ingiliscə-
sində soruşdu: - Where Stradivari? – Əli ilə ətrafı göstərdi.
Və möcüzə baş verdi! İtaliyalı onu başa düşdü! Huşu özünə
gəlmiş kimi başını yellədi:
- Stradivarius! Stradivarius!
- Muzey! Skripkalar! – Fedya xəyali skripkanı çiyninə qoy-
du və sağ əlini tez-tez onun üstündə aparıb-gətirdi.
- Museo! –qoca bizim arxamızdakı binanı göstərdi.
- Qrasiya, - Fyodor ona təşəkkür etdi və təntənə ilə baş əydi.
İşə bir bax, qaraçı xoşbəxtliyi deyilən şey var imiş! İki dəqiqə
sonra biz muzeydə idik və mən ingiliscəmi yaxşı anlayan eks-
kursiyaçı qızla danışırdım. Mən ondan rus skripka ustası Ser-
gey Krılovun telefon nömrəsini tapmaqda bizə kömək göstər-
məsini xahiş etdim.
235
Skripka işi ustalarının qonağı olarkən.
Skripkanı belə düzəldirlər. Kremona. İtaliya
236
Birdən yadıma düşdü ki, Nikolay Nikolayeviçin verdi-
yi, ad yazılmış kağızı götürməmişdim. Soyad mənə o qədər
sadə görünmüşdü ki, unutmayacağımı düşünürdüm.
Həmin illərdə Rusiya televiziyası ilə tez-tez pop mahnılar
oxuyan panamalı gombulu göstərirdilər. Onun adı Sergey
Krılov idi. Altşüur onun adını yadıma saldı: Aleksandrın
əvəzinə, Sergey. Qız sevincək telefon nömrəsini mənə uzat-
dı və söylədi:
- Sergio, Sergio Krilov. Budur, onun telefonu.
Mən zəng etdim, “Pronto” deyən gənc səs eşitdim və ar-
tıq ümidsizcəsinə rus dilində soruşdum:
- Siz Sergey Krılovsunuz?
- Si, daha doğrusu, bəli, - mənə coşqunluqla, yüngül ital-
yan ləhcəsi ilə, amma rusca cavab verdilər!
Mən özümü təqdim etdim, dedim ki, Moskvadanam və
rus televiziyası üçün Stradivari haqqında film çəkmək istə-
yirəm.
- Mamma mia! Sizə mənim padre, atam lazımdır. O, indi
qısa müddətə çıxıb. O, Aleksandr Krılovdur. Atam çox se-
vinəcək. Moskva, Moska, Madonna mia, o, xoşbəxtlikdən
öləcək. Mən onun oğluyam – Sergey. Siz indi hardasınız?
Hə, bu “Piazza del Comme”nin yanındadır. Orada gözləyin.
Pyetronun yanında qəhvə için. Mən indi atamı taparam. Si-
zin yanınıza gələcəyik. Çinkve minuti.
Dəstək asıldı. Yanımda dayanan və söhbətin bir hissəsini
eşidən Fyodor karıxıb qalmışdı. Etiraf edim ki, elə mən də.
Yaxşı, hansı Pyetronun yanında qəhvə içək?
Səhər tezdən idi. Kiçik şəhərciyin mərkəzi meydanı çiçək,
sərinlik və qəhvə ətrinə bürünmüşdü. Adama elə gəlirdi ki,
bu ətirlər hər açılan qapıdan, hər açıq pəncərədən saçır.
Bizim yanımızdan kiçik sürətlə, əyləci basaraq və süd
dolu şüşə bankaları cingildədərək, süd satan velosipedlə
keçdi. O, fitlə “Faust”dan Mefistofelin ariyasının musiqisini
elə təmiz çalırdı ki, Fedya heyfsiləndi: “Lənət şeytana, gör
necə gözəl kadrdır, mən isə kamerasızam”.
- Heyfsilənmə Fedya, İtaliya – milyonlarla kadrdır.
Güclə çəkməyə macal tapacaqsan, - uzaqdakı təpələrə
237
baxaraq, operatora dedim.
- Burdadılar onlar! Calme, calme! Trankvile... Ke Bella sə-
nin russa, - biz rus dili ilə italyancanın qarışığını eşitdik.
Kiçik meydanı keçən iki kişi bizə yaxınlaşırdı – Krılovlar:
ata və oğul – bu onlar idi.
Sonra biz Pyetronun yanında səhər qəhvəsini içdik. Onda
mən anladım ki, film artıq hazırdır. Mühacirətdə də öz sənə-
tindən ayrılmayan skripka ustası Aleksandr Krılovu din-
ləmək mənə xoş idi.
Aleksandr Krılov danışırdı ki, skripka ustası olmaq üçün
musiqi mədəniyyəti, materialşünaslıq, musiqi akustikası,
rəsm, rəsmxət, kimya və fizikadan xüsusi hazırlığın, materi-
allar müqaviməti haqqında təsəvvürün olmalıdır.
Aleksandr skripkalar haqqında şair məhəbbət haqqın-
da danışdığı kimi, saatlarla danışa bilərdi. O özü də gözəl
skripkalar düzəldirdi, amma Stradivarinin adını şövqlə çə-
kirdi.
- Axı bunu ancaq dahi edə bilərdi! O, elə yapışqan ya-
ratmışdı ki, heç kəs onu təkrarlaya bilməzdi. Halbuki indi
hamı onun kimyəvi tərkibini bilir! O, dekaları elə cilalayırdı
ki, bunu başqa alətlə etmək mümkün deyil! Deyirlər, o, biz-
də kəndlərdə saman tədarük edilən kimi, Po çayının çaytu-
tarında bitən qatırquyruğunu tonlarla yığıb, hazırlayırmış.
Özünə məlum olan qaydada onların duzunu çıxarır, quru-
dur, məhz onlarla sevimli skripkalarını cilalayırmış.
O, Venesiyaya arabalar göndərir, gəmilərdən heyrətamiz
əks-səda xüsusiyyətinə malik və kəsiyində fantastik şəkil-
ləri olan Bosniya ağcaqayını aldırırdı. “Skripka düzəldin”,
deyiləndə qətiyyən xoşuna gəlmirdi. Az qala nifrətlə cavab
verirdi: “Skripkanı düzəltmirlər! Çəllək və skamyanı düzəl-
dirlər! Skripkanı isə çörək, üzüm və uşaq kimi doğur və ye-
tişdirirlər”.
Yuxarı deka adətən şamdan düzəldilir, çünki şamın gözəl
əks-səda xüsusiyyəti var. Şam səsi uzun müddət saxlayır və
asta-asta verir, onun üzərində bu səsin çıxdığı nəfis kəsiklər
– eflər açılır.
Aşağı deka tamamilə başqa ağaclardan – tozağacı, ağ-
238
caqayın, bəzən isə armuddan hazırlanır. Burada da demək
olar ki, hər bir ustanın öz sirri var. Yalnız ağacın cinsini,
onun yaşını, məhz haradan kəsilməli olmasını bilmək az-
dır. Xüsusi yuyulma, qurudulma, lakın hopdurulma xüsu-
siyyətlərini, ağacın şəklini korlamamaq və səsini almamaq
üçün neçə təbəqə vurmaq lazım olduğunu düşünüb, tapmaq
lazımdır. Bəs lakın altındakı naxışların görünməsi nə qədər
vacibdir! Naxış darıxdırıcı və maraqsız, yaxud da şəkildəki
kimi qəşəng ola bilər. Burada ağacın faktura və şəklini hiss
etmək üçün rəssamlıq duyumun olmalıdır.
Bəs astarlama və lakla örtülmə… Axı, səslənmənin gözəl-
liyi onlardan asılıdır. Lak skripkaya yalnız fantastik gözəl-
lik vermir, həm də təkrarsız səslənməni təmin edir. Köhnə
skripkaların səsi təkrarsızdır. Artıq üç əsrdir ki, Stradiva-
rinin skripkalarına oxşar nəsə yaratmağa çalışırlar, amma
bu, heç kəsə müyəssər olmur. Yaxşı usta skripkanın səsini
artıq onun üzərində işləməyə başlayanda və o hələ anadan
olmamış eşidə bilər.
Skripkanı heç də əbəs yerə oxuyan heykəl adlandırmırlar.
Bu, insan qəlbinin surətidir. O, füsunkar və misilsizdir. Ona
oxşada bilərsən, amma mütləq oxşarlığa nail olmaq heç vaxt
mümkün deyil.
Deyilənə görə, Stradivari 92-93 il yaşayıb. Hələ sağlığın-
da ona dəhşətli dərəcədə həsəd aparırdılar, elə ölümündən
sonra da həsəd davam edir. İndiyə kimi iddia edirlər ki,
bütöv artellər ona işləyirmiş və guya o, öz skripkalarından
başqa heç kimi sevmirmiş. Yaşlı vaxtında gənc qadınla ev-
lənmişdi və uşaqlarını mirassız qoymuşdu.
- Təsəvvür edirsiniz, onun haqqında indiyədək canlı
kimi, işləməkdə davam edən insan təki danışırlar. Və əvvəl-
ki kimi paxıllıq edirlər, necə ki, bir neçə yüz il əvvəl paxıllıq
edirdilər. Onun çox evi var idi. Onlardan birində indi meh-
manxana yerləşir. Stradivarinin emalatxanası isə - bilyard
zalıdır. Dahi ustadın öz skripkalarını qurutmaq üçün asdığı
ilgəklərdən indi bura gələnlər öz pencəklərini asırlar. Şəhə-
rin, küçələrin həminki olmasına, texnikanın irəli getməsinə
rəğmən, heç kəs Stradivarini təkrarlaya bilmir. Dahi həmişə
239
Sinyor Marassi ustaların hələ yaranmamış skripkanın səsini
necə eşitdiklərini danışır
240
dahidir. Onlar hansı dövrülüklə doğulurlar? Yüz ildən bir,
bir neçə yüz ildən bir? Bu, ilahi sirrdir.
Küçədə gözəl bir axşam başladı. Qəhrəmanımızı çəkdi-
yimiz kafenin yerləşdiyi balaca küçənin üzərində parlaq
cənub ulduzları sayrışırdı. Biz artıq çox videokasset çək-
mişdik, yalnız axırıncısı qalmışdı. Aleksandrın oğlu, həmçi-
nin, skripkaçı olan Sergey Krılovla da danışmaq istəyirdik.
Rus dilini qoruyub saxlaya bilən, italyan dilində asanlıqla
danışan, özündə iki mədəniyyəti birləşdirən adam kimi, o,
italyanların müasir adətləri haqqında çox maraqlı danışırdı.
Bu, başadüşüləndir – cəmi 24 yaşı vardı.
- Hə, ata, burada hamı dahidir, - o, şən idi. – Onlar qədər
heç bir xalq musiqini başa düşə bilməz. Onların istənilən zibil
daşıyanı ən mürəkkəb opera ariyasını fitlə çala bilər – adam
həsəd aparır. Gör necə gözəllikdə yaşayırlar! Florensiyanın
küçələri ilə gedirsən – hər tərəf incilərdir. İtalyanlar isə onları
hətta görmürlər. Onların arasında yaşayırlar: ağlayır, gileylə-
nir, şənlənir, şam edirlər. Ətrafda isə nağılvari gözəllik var.
Və bu gözəllik onlar üçün təbii mühitdir.
- Bax, deyirlər ki, lap bu yaxınlarda təcrübə qoyublar, ey-
nilə Stradivarinin skripkasını yaratmağa cəhd göstəriblər.
Kompüterdə skripkanın bütün parametrlərini mikrona qədər
hesablayıblar, laboratoriyada kimyəvi məlumatlara əsasən,
onun istifadə etdiyi lakı hazırlayıblar, daha doğrusu, onun
etdiklərinin hamısını ediblər. Dahiyanə skripka isə alınma-
yıb. Bu doğrudur? Bu barədə heç nə eşitməyibsiniz?
- Kompüterdə nəyisə necə hesablamaq olar? – Aleksandr
yenə qızğınlıqla danışdı. – Axı, rəqəmlərdən və kimyəvi düs-
turlardan başqa, bunu dahinin əlləri etməlidir.
- Bəs siz skripkanı əlinizdə tutanda nə hiss edirsiniz? –
mən Sergeydən soruşdum.
- Musiqi dilini hamı başa düşmür. Bu, səslərin assosiativ
düzülüşüdür, insanda xüsusi assosiasiya oyadır, daxili alə-
mini ehtizaza gətirir. Musiqiçi – mediumdur, Tanrı ilə insan
arasında vasitəçidir.
- Seryoja, bəs siz hansı skripkada çalırsınız? Atanız düzəl-
dənlərdə?
241
Mən şübhə etmirdim ki, onun skripkaları bu qədər sevən
atası onları yəqin Stradivarinin vəsiyyət etdiyi kimi yaradır
və sevə-sevə bəsləyir, Sergey də atasının skripkasında ifa
edir.
- Yox, - stulun ayağına söykənən futlyara baxan Sergey
cavab verdi. – Yeri gəlmişkən, mən Stradivarinin skripkasın-
da...
- ???!!!
Mən inana bilmirdim!
- O sizin yanınızdadır? – aşağıya, futlyara baxdım. –
Demək istəyirsiniz ki, siz onu almısınız? Bizə deyirlər ki, o
bir milyon iki yüz min funtadır. Bu, doğrudur?
- Bəli, doğrudur, bəzən isə daha bahadır, - Sergey cavab
verdi. – Amma biz onu almamışıq. Böyük ümidverici musiqi-
çilərə və musiqi müsabiqələrində qalib gələnlərə hökumət
dahiyanə alətlər verir. Mənə də veriblər. Mən konsertlərdə
bu skripka ilə çıxış edirəm.
O, artıq futlyardan “canlı” Stradivarini çıxartdı.
Kremon günəşinin qürubu altında skripkanın lakı canlı
kimi alışdı, qızılı-kəhraba və qırmızı-yaqut çalarlar titrədi.
Biz hamımız donduq. Yalnız Fedka açarla işə salınmış
kimi tarixi skripkanın ətrafında dolandı.
Sergey adət etdiyi hərəkətlə onu çiyninə qoydu və Nikko-
lo Paqanininin 24 saylı Kaprisini çaldı. Skripka üçün solonu.
Dostları ilə paylaş: |