nın əqrəbləri səkkizə on beş dəqiqə qaldığını göstərdikdə
getməyə söz veribmiş. Mən məhz bu son saniyələrdə onun
yanına qaçdım.
- Mən getməyə hazırlaşırdım, - tam səmimi dedi.
- Bağışla, mən gecikdim, amma gecikmək istəmirdim, -
mən də səmimi etiraf etdim.
- Sən mənə bir öpüş borclusan.
- Ola bilsin, nə vaxtsa borcumu qaytardım.
Mən artıq şıltaqlıq edirdim və anlayırdım ki, o, in-
ciməyəcək.
- Bilirsən, bizim məktəbdə tezliklə tamaşa olacaq. Fran-
sız gecəsi. Səni dəvət edirəm. Mən Rasinin “Horasi” faciə-
sində Sabinanın monoloqunu deyəcəyəm. “Je suis romai-
ne, helas, puisque Horace est romain, J’en ai reçu ce titre
En recevant sa main”. “Romada vətənimi unutsaydım, iz-
divac mənim üçün sərt qul həyatı olardı”, - deyə davam
etdim.
17
Tallin. Köhnə şəhər. 1973-cü il. O, hələ hiss etməyib,
mən isə bilirəm ki, biz tezliklə evlənəcəyik.
Öz taleyimlə teatrda qarşılaşdım. Bu başqa harada ola bilərdi ki?
18
- Fransızca daha nə bilirsən?-gülümsəyərək Alyoşa
məndən soruşdu.
- Al, daha sadə:
Adele est malade.
Sa mere est la,
Elle est triste,
Elle aime Adele.
Bu uşaq şeiri tərcümədə belə səslənir: “ Adel xəstədir,
anası yanındadır, o, qəmlidir, Adeli sevir”. Ola bilsin ki,
bu şeir sadə olardı, əgər onu mən – teatr institutunun tələ-
bəsi deməsəydim. Mən təntənə və kədərlə dedim. Elə çıxdı
ki, Adel ölümcül xəstədir. Anası da ona görə kədərlidir
ki, qızının ölüm ayağında olduğunu bilir. Və qızını bütün
hüznlü qəlbi ilə sevir.
Bununla belə, gələcək ərim mənə qulaq asaraq əylənir-
di. Nə qəmlənir, nə kədərlənirdi, mənim fransızcam da
onu heyran etmirdi!
- Yaxşı, - sevincək dilləndi. – Mən də sənə fransızca şeir
və öz tərcümələrimi oxuyum.
Və Pol Elyuardan başladı.
Dərhal anladım ki, onun fransızcası bizimkindən fərq-
lidir. Musiqi məktəbinin şagirdi peşəkarın ifasını bu cür
duyur. Oğlan uşaqları futbol meydançasına bir dəqiqəliyə
ustad futbolçu çıxanda heyranlıqdan belə donub qalırlar.
Mən dərhal vuruldum. Əsası odur ki, o, məni əhatə
edən bütün gənclərdən fərqli idi. Mənim əsas vəzifəm öz
ani vurğunluğumu göstərməmək, gizləmək oldu.
Amma mənə meydan oxunurdu. Onun altı il ərzində
valideynlərilə birgə yaşadığı Parisdən gətirdiyi qüsursuz
fransızcasına mən mahnı ilə cavab verməyi qərara aldım.
- Bəli, mənim fransızcam pisdir, - dedim. – Amma bi-
rincisi, mən onun ideal olduğunu iddia etmirəm. Elə sən
də onu dinləmək üçün birinci sırada oturmağa pul ödəmə-
misən. Gəl, sənə qədim rus toy mahnısı oxuyum.
Mahnı onu heyran etdi. Az öncə, onun fransızcası məni
belə heyran etmişdi. Həmin görüşdə biz artıq teatrdan Pol
Elyuarın şeirlərinə kimi hər şeydən danışdıq. Ayrılmaz-
dan öncə isə özüm üçün də gözlənilmədən dedim:
- Alyoşa... siz təəssüf ki, mənim ərim olacaqsınız...
- Nə danışırsan, ağlın çaşıb? – mənə, romantik qıza ca-
vabı belə oldu.
- Bəs nə üçün dərhal “sən” deyə müraciət edirsiniz? –
özümdən çıxdım.
- Bəs sən? Nəyə görə təəssüflə?
- Çünki siz qətiyyən yaraşıqlı deyilsiniz. Mən elə bilir-
dim ki, ərim çox qəşəng olacaq, - qəsdən onu acıqlandırır-
dım.
Amma o, acıqlanmadı. Sanki hər ikimiz bütün bu mə-
nasız öcəşmələrdən həzz alırdıq.
Nikahlar doğrudan da göylərdə kəsilir. Həmin isti ap-
rel gecəsində, iyirmi yaşımın tamam olmasına bir neçə
gün qalmış yuxarıda, səmada bizim də ittifaqımız baş tut-
du. Hərçənd yer üzündə bizim toyumuza hələ çətin iki il
yarım qalırdı. Nağılvari Tallində, payızda, köhnə şəhərdə
biz necəsə təsadüfən bizim küçəmizə - məhəbbət küçəsinə
çıxdıq... Yayda dənizin, yağışdan sonra iynəyarpaqlı şam-
ların ətri gələn Yurmalaya səfərlərimiz oldu... Mübahisə
və ayrılıqlar da oldu. Həmişəlik ayrılıqlar, boşluqla dol-
durulmuş tənhalıq ayları, sonra isə bizim və yalnız bizim
Məhəbbət Küçəmizdə elə o cür yenidən əbədi birləşmələr.
20
BALACA OĞLANI NECƏ KİŞİYƏ ÇEVİRMƏK OLAR?
Biz tanış olanda Aleksey sovet diplomatları ailəsinin ər-
köyün övladı, MDBMİ-nin tələbəsi idi. Teatr institutlarının
tələbələri özlərini gələcəyin xalq artistləri kimi, Beynəlxalq
münasibətlər institutunun üçüncü kurs tələbələri də özlərini
ən azı səfir kimi görürlər. Aleksey səfir təyinatı almış kimi
təşəxxüslə gəzir, kostyum geyinir və qalstuk taxırdı. O, dip-
lomatik karyeraya və xəyalında qurduğu gələcək həyata ha-
zırlaşırdı.
Ona zəng edirdim: “Məndə “Yunona və Avos”a kontra-
marka var”. Mənim bütün dostlarım, kurs yoldaşlarım Len-
komda tamaşanın premyerasında iştirak etmək, bütöv bir
dövrü müəyyənləşdirən hadisənin iştirakçısı olmaq üçün hət-
ta dekorasiya tirlərindən asılı qalmağa hazır idilər. O isə imti-
na edirdi: yox-yox, mən indi gələ bilmərəm, sabah “zaçotum”
var. Özüm-özümdən soruşurdum: “Nina, doğrudanmı sən
quru, hissiyyatsız iyirmi yaşlı təqaüdçüyə vurulmusan?” Bu
xüsusiyyətlər məni heyrətləndirir, hissiyyatıma toxunurdu,
başa düşürdüm ki, bununla barışmaq mümkün deyil, məmur-
la yaşaya bilmərəm – o, mütləq yaradıcı şəxsiyyət olmalıdır.
Bununla belə, Aleksey xarici işlər nazirliyinin işçisi, hə-
min nazirlikdə çalışan şəxsin oğlu kimi ilk qeyri-adi addımı-
nı mənim üçün atdı.
Bir dəfə onlara qonaq gələndə, o məni qarşılamaq üçün
mənzildən çıxdı və elə həmin anda qapı çırpılıb bağlandı. Biz
ya onun valideynlərinin gəlməyini gözləməli, ya da başqa bir
yol tapmalı idik. Mən isə təcili olaraq ondan hansısa kitabı
götürməliydim.
Yay idi. Biz küçəyə çıxdıq və gördüm ki, eyvanın qapısı
açıqdır, altıncı və yeddinci mərtəbələrin eyvanları arasında-
kı məsafə isə cavan oğlan üçün böyük deyil. O, özünün 1
metr 82 santimetrlik boyuna güvənib, yuxarı eyvandan iplə
sallana bilərdi. Mən ona bu yolla öz mənzillərinin eyvanına
21
19 yaşında
olanda
mənə belə
yaxınlaşdı...
...biz evlənəndə
isə belə qartala
çevrildi
tullanmağı təklif etdim.
Gəncliyin öz üstünlükləri var – təcrübəli yaşa dolmuş
adamın heç vaxt ağlına gəlmədiyini qərar kimi qəbul eləmək
və bunu gerçəkləşdirmək.
Mənim planımın hazırlanmasına bir saniyə lazım oldu:
- Gəl ip alaq və qonşuların eyvanından sizinkinə enək.
- Yox, mən bunu etməyəcəyəm, - Aleksey imtina etdi.
Bu artıq çağırış idi. Mən ekzistensial seçim qarşısında
idim – gələcək ərim qeyri-adi hərəkət etməyə qadirdir, ya
yox? Dedim ki, özüm tullanaram.
- Mənim çəkim yüngüldür, sən mənə sadəcə kömək edər-
sən.
“Əgər o razılaşarsa, enərəm, qapını onun üçün açaram və
bundan sonra həmişəlik gedərəm”, - özüm üçün qərar ver-
dim.
Evin yaxınlığındakı təsərrüfat malları mağazasında
məqsədim üçün yararlı qalın paltar ipi tapıldı. Gərgin sü-
kut içində geri qayıtdıq. Bloka girəndə Alekseyin simasında
fikir tufanı sezilirdi: özü, mən, həyat haqqında, necə olmaq
haqqında təsəvvürlər... Qorxudan başqa hər şey vardı. Ən
pisi kişinin qorxaqlığıdır. O, qeyri-adi hərəkət edəndə, hət-
ta sərsəm hərəkət olsa belə, əmin ola bilərsiniz, özününkü-
nü həmişə müdafiə edəcək – öz qadınını, uşağını, evini. Biz
yeddinci mərtəbəyə qalxanda, Aleksey iplə özünün enməsi
barədə qərar verdi. Sevincimin həddi-hüdudu yox idi:
- Mən səni çox güclü sığortalayacam, açılmayan ilgək
bağlayacam! – deyə onu inandırırdım. Başa düşürdüm ki,
bu an onu inandırmaq lazımdır ki, mənasız təsadüf baş ver-
məyəcək. Çünki yöndəmsiz hərəkət nəticəsində çıxıntılara
ilişmək riski az deyildi.
Sığorta doğrudan da alpinistlərdə olduğu kimi alındı.
Aleksey öz eyvanlarının nazik məhəccərində dayandı və
içəri tullandı. Qapını mənə artıq başqa adam açdı. Ona
kimi mən balaca oğlanı tanıyırdım. İndi qarşımda kişi da-
yanmışdı.
23
ŞUKİN ADINA MƏKTƏBƏ GEDƏN YOL
Uşaqlıq ecazkar dövrdür. Uşaqlığın ən maraqlı məkan-
larından biri... qumluqdur. Oğlan uşaqları orada həvəslə
özüboşaldan maşınlara qum doldurur, qızlar isə qumlu-
ğun künclərində “sirlərini” dəfn edirlər. Yəni müxtəlif
muncuqları, rəngbərəng daşları və bəzən də xırda pulları.
Orada həmçinin, yaxınlıqda tapılmış ölü böcəklər,
kəpənəklər, parabüzənlər dəfn olunur. Əgər kimsə ölü
quş, yaxud yuvadan düşmüş quş balası tapırsa, kiçik mə-
zarın üzərinə bir-birinə bağlanmış xırdaca budaqlardan
xaç da qoyurlar.
Ola bilsin ki, televizor, kompüter və digər qacetlərlə bö-
yüyən indiki balacalar üçün qumluq uşaq ehtiraslarının,
sirlərinin, iş birliklərinin episentri deyil. Amma bizim nəsil
yetkin həyata məhz belə qumluqlardan atılıb. Bizim qum sa-
atından keçib gedən zamanımızın hesablanması oradan baş-
layır. Sonra isə saat dönür. Yeni sikl, yeni mərhələ başlayır,
dekorasiyalar surətlə dəyişir və hər kəsin qarşısında onun
əsas yolu açılır.
Mənim üçün belə bir yol Şukin adına məktəbə gedən yol
oldu.
Məktəbin binası Köhnə və Yeni Arbat arasındakı dalanda
yerləşir. Qarış-qarış gəzdiyim bu rayonu yaxşı tanıyıram.
Gənclik təkəbbürlü olur. Əksər hallarda. Məsələn, tələsə-
tələsə keçib getdiyin küçənin beş yüz il əvvəl salınması xü-
susi ehtiram doğurmur. Elə çox sevdiyim Vaxtanqov teat-
rının knyaz Qolitsinlərin keçmiş malikanəsində yerləşməsi,
53-cü evdə vaxtilə böyük Puşkinin yaşaması, Şukin məktə-
bindən bir neçə metrlik məsafədə isə bəstəkar Skryabinin
çalışması da.
Yesenin, Mayakovski, Belıy gecələrini “Arbatskiy pod-
val” kafesində keçirirlərmiş. Bir neçə il sonra isə buradaca
yerləşən taxta mülkə Bulqakov köçüb.
24
Bizim üçün isə öz başımıza gələnlər maraqlı idi: bax,
burada ilk dəfə öpüşmüsən, ora ən yaxşı dondurmanın
satıldığı yerdir. Bu da ətirli kəsmik aldığımız “Dieta” ma-
ğazası. O evin yanında isə hansısa ədəbsizə həyatımda ilk
silləni vurmuşam.
“Ustad və Marqarita” işıq üzü görəndə küçəyə maraq
kəskin surətdə artdı.
Xüsusilə, Marqarita cadugərə çevrilib sonra süpürgənin
tərkinə minərək “küncdəki doğma teatr binasının göz qa-
maşdıran işıqlarının yanından” uçub keçdikdən sonra.
Xatırlayırsınızsa, Marqarita daha sonra məktəbin bina-
sı üzərindən Povarskaya küçəsinə, məşhur Moskva Ədib-
lər evinə, romanda cəhənnəm zəbanı ilə alovlanan binaya
tərəf uçur.
Marqarita indi Yeni Arbat adlanan küçənin üzərindən
də keçib gedir. Mənim tələbəlik dövrümdə bura Kalinin
prospekti idi. Bulqakovun dövründə isə şəhərin tarixi his-
səsi olub, dalanları, meydanları, meydançaları ilə Köhnə
Arbata çox bənzəyirdi.
Lakin 1963-cü ildə, ölkəni Nikita Xruşov idarə edərkən
məhz burada şüşə və betondan möcüzə yaratmaq – Kali-
nin prospektini salmaq qərara alındı.
Altı hündürmərtəbəli binadan ibarət prospektin mema-
rı Mixail Posoxin idi. Bütün bu işlərin təşəbbüskarı kimi
Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Nikita
Xruşov çıxış edirdi. O vaxta kimi Xruşov iki dəfə Amerika-
da olmuşdu. Onu Amerika dəbdəbəsi ilə qəbul etmişdilər
və baş katib xoş təəssüratlarla qayıtmışdı.
SSRİ-yə o vaxt hədsiz hörmət edirdilər (axı məşhur
peyk yerətrafı orbitə buraxılmışdı) və çox qorxurdular.
Yeri gəlmişkən, Xruşov özü də ABŞ-a ikinci səfəri zamanı
BMT Baş Məclisində çıxışı zamanı “hay-küy” qaldırmışdı.
Onda Xruşov ABŞ nümayəndəsinin çıxışına etiraz edərək,
çəkmələri ilə tribunanı döyəcləmişdi. Yəni biz sizə Kuzka-
nın anasını göstərərik! Biz axı burun deşiyimizlə milçək
öldürmürük və kələm şorbasını çarıqla içmirik. Xruşov
25
“Gözləri fara kimi iki metr qabaqdakı yolu işıqlandırır”, –
qəbul komissiyasında haqqımda belə demişdilər
26
belə danışmağı sevirdi. Tərcüməçilər bu sözlərdə adətən
çaşıb qalırdılar: əvvəla heç bir dildə nə Kuzka, nə də onun
anası yoxdur. Olmayan adamı necə göstərmək olar? O ki,
qaldı çarıq və milçəklərə, xaricilər bu məsələni də anla-
ya bilmirdilər. Qayınatam həmin vaxt öz ailəsi ilə Parisdə
yaşayır, YUNESKO-da işləyirdi. Bir çox dünya ölkələrinin
diplomatları onlardan “Kuzkanın anasının” nə demək ol-
duğunu soruşurlarmış.
Bu, sonralar olmuşdu. O vaxt, birinci dəfə isə Nyu-York
Nikita Xruşovu gülərüzlə qarşılayaraq, kapitalizmin bü-
tün üstünlükləri ilə heyrətləndirməyə çalışmışdı.
ABŞ prezidenti Duayt Eyzenhauer ali qonağın şərəfinə
Manhettenin ən yüksək nöqtəsində, məşhur Empire Sta-
te Building-in damında dəbdəbəli ziyafət təşkil etmişdi.
Qəbulda Hollivud ulduzları, məşhur yazıçı və rəssamlar
iştirak edirdi. Nur saçaraq səmaya yüksələn Amerika göy-
dələnlərini isə məşhur Merilin Monro göstərirmiş. Xruşo-
vun nəfəsi tutulmuşdu, lakin o bunu biruzə vermirdi.
Moskvaya qayıtdıqda isə dərhal sosialist paytaxtında “öz
göydələnlərimiz” üçün yer tapılmasını əmr edir. “Ameri-
kaya çataq və onu ötək!” – uzun illər ərzində onun SSRİ
üçün şüarı idi. Bunun üçün qədim şəhərin Köhnə Arbata
oxşar bir hissəsini dağıtmaq lazım gəldi. Hər yeri qazdılar,
şumladılar və xalq arasında “Mişkanın kitabları” (memar
Mixail Posoxinin adı ilə) kimi tanınan indi gördüyünüz
açıq kitaba oxşayan Yeni Arbatın, o vaxt isə Kalinin pros-
pektinin hündürmərtəbəli binalarını tikdilər. Gənclər çox
sevinirdi.
Kalinin prospektinin göydələnləri təzəliyi və şüşə iş-
ləmələri ilə parıldayaraq, paytaxtın azsaylı işıqlarını, na-
dir maşınları, B və 2 saylı trolleybusları əks etdirərək, pay-
taxtın özünü belə Qərb sayan SSRİ sakinlərində əsil qərb
dünyasının heyrətamiz təəssüratını doğururdu. Prospek-
tin mərkəzində iki “məbəd”, iki “gözəllik möcüzəsi” açıl-
mışdı. Onlardan biri “Çarodeyka” bərbər salonu, ikincisi
isə Gözəllik institutu idi. Nə az, nə çox. Sovetcəsinə bir-
başa və səmimi. Yəni ünvanı bilirsiniz, çalışın ki, buraya
düşəsiniz və gözəlləşib çıxasınız.
Biz, Şukin məktəbinin tələbələri, institutun yanından
keçərək elə buradaca, bir meydançada olan “Çarodeyka”-
ya gedəndə çox vaxt zarafatlaşırdıq: “Qızlar, içəri girək?
Gözəlləşərik!”
“Çarodeyka”nın birinci mərtəbəsində kişi salonu vardı.
İkinci mərtəbədə isə Sovet İttifaqının ən yaxşı ustalarının
işlədiyi qadın zalı və kafe yerləşirdi. Biz orada saçımızı
düzəltdirə bilmirdik, çünki qiymətlər yüksək idi, bizim 30
rubulluq təqaüdümüzə uyğun deyildi. Əsasən kafedə otu-
rurduq. Burada mayonezli yumurta, yaşıl banka noxudu
ilə sosis və limon, yaxud südlə qəhvə verilirdi.
Moskvanın məşhur valyuta fahişələri saçlarına burada
sığal verirdilər. Bərbərlər adətləri üzrə qeybət qırırdılar:
“Nəyə görə buna...valyuta ödəyirlər? Axı, nəyə oxşayır-
lar? Əgər saç düzümü olmasaydı, onu da mən etmişəm,
ümumiyyətlə, baxmalı heç nəyi olmazdı”.
Biz gənc, qayğısız idik və korlanmamışdıq. “Çaro-
deyka”da işləyənlərin hamısı bizə rəğbətlə yanaşırdılar.
Məsələn, Taneçka, qəhvə süzərkən mayonezli yumurta
üçün pul götürməyə bilərdi. Bilirdi ki, borcumuzu qayta-
racağıq. Manikürçü İnnoçka isə pulsuz dırnaqlarımı rəng-
ləyə bilərdi: “Yaxşı, get! Səndən nə alacam? Gedək, qəhvə
içək”. Onlar hətta gələcəyin məşhurları ilə qəhvə içmək-
dən qürur duyurdular. Məhz orada bir qurtum qəhvə ilə
bir damla kübarlıq udmaq mümkün idi. Hər kəs öz qrupu
ilə otururdu. Biz maraqla yüngüləxlaqlı qadınların dav-
ranışını izləyirdik – birdən haradasa onların birinin rolu-
nu oynamaq lazım gələr. “Məhəbbət aşiqləri” bizə, “teatr
aşiqlərinə” həsədlə baxırdılar. Teatr institutunun tələbələ-
ri olmaq necə də yaxşıdır.
28
ZAXAVA VƏ SİQARET ÇƏKƏN MARALLAR
Bilmirəm, kim necə düşünür, amma mənim üçün tələbəlik
– xoşbəxtlik, başqa bir hava, başqa rənglərdir. Yaşlıların dikta-
tından, nəzarətindən və hətta dəyərli məsləhətlərindən uzaq
yer, tamamilə başqa bir həyatdır. Bu yaşda həmin məsləhətlə-
rin gərəkliliyi adama şübhəli görünür.
Bu, tam “fridom”dur . Təkcə azad olduğunu dərk etməyin
özü artıq başını dumanlandırır. Mənim üçün tələbəlik şampan
zərrələri və parlaq möcüzələrin vəd olunması kimidir. Şair de-
yir: “Mənə parlaq gün vəd edilmişdi”. Mən isə hiss edirdim ki,
mənə parlaq həyat vəd olunub.
Tələbə biletini və bir neçə il sonra “Kino və dram aktrisa-
sı” yazılmış diplomu mənə Boris Yevgenyeviç Zaxava təqdim
etdi. Sergey Bondarçukun “Hərb və sülh” filmində o, Kutu-
zov rolunu oynayır. Həmin filmi görənlər Zaxavanın simasını
xatırlaya bilərlər. Vaxtanqovun tələbəsi olan Zaxava o dövrdə
artıq SSRİ-nin xalq artisti, Dövlət mükafatları laureatı və Şukin
adına məktəbin rektoru idi. Biz tələbələr həm də ona görə onu
canlı əfsanə hesab edirdik ki, Paj korpusunun məzunu idi.
Şəxsən mənə Paj korpusu ümumiyyətlə, nağıl kimi gəlirdi:
şah-şahzadə, kral-kral oğlu.
Poeziya aşiqi olduğumdan, o vaxt Severyaninin şeirlərini
oxumaqdan yorulmurdum.
Bu, dəniz kənarında, zərif köpüklər olan yerdə baş vermişdi,
Nadir halda burda şəhər ekipajına rast gəlmək olar...
Qəsrin qülləsində kraliça ifa edirdi Şopeni,
Diqqətlə Şopeni dinləyən paj onu sevmişdi.
Hər şey sadə, hər şey çox xoş idi:
Kraliça narı kəsməyi xahiş etdi,
Yarısını ona verdi və taqətdən saldı pajı,
Paja aşiq oldu, sonata motivində.
29
Sonra ona özünü təslim etdi ehtirasla,
Sübhə qədər qul kimi, uyudu həmin xanım...
Bu dəniz kənarında, firuzə dalğalarla,
Zərif köpüklərin və paj sonatasının olduğu yerlər idi.
Bax, həmin paj bizim müəllimimiz idi.
Balaca boyuna rəğmən, xırda görünmürdü, əksinə, şəxsiy-
yətinin miqyası nəhəng olduğundan, ucaboy adam təsiri ba-
ğışlayırdı. Hələ Paj korpusunda ona qamətini düz saxlamağı
öyrətdiklərindən, ömrünün sonuna kimi şux qamətli idi.
Bu balacaboy adam bizim uzundraz tələbələrə elə baxırdı
ki.. Kənardan baxan adam Zaxavanı sərv qamətli şəxs kimi
görə bilərdi. Tələbələri isə yerdə çömbəlib oturmuş uşaqlar
kimi.
Mən onu çox vaxt gülümsəyən görürdüm. Aydın deyildi,
mənə gülümsəyir, yoxsa öz düşüncələrinə. Safqəlbli və xe-
yirxah insan idi. Amma özündən çıxanda və kimi isə danla-
yanda buna dözmək çətin idi. Yeri gəlmişkən, “danlayırdı”
feili ona uyğun gəlmirdi. Onun haqqında belə demək olardı:
qeyzlənirdi. Bəli, Boris Yevgenyeviç qeyzlənirdi.
Nədən qeyzlənə bilərdi? Səbəblər kifayət qədərdir.
Məsələn, biz qızları siqaret çəkən gördükdə dayanır, sakitcə
bizi süzürdü. Bir dəqiqə, iki dəqiqə keçirdi. Çəkilmiş siqaret-
ləri arxamızda gizlətməyə, bəzilərimiz isə hətta əllərimizlə
söndürməyə çalışırdıq. Boris Yevgenyeviç baxırdı və sifəti
dəyişməyə başlayırdı. Ağarırdı, pörtürdü. Hamımıza elə gə-
lirdi ki, ən qorxulu hadisə yaxınlaşır. İndicə o qışqıracaq,
bizi məktəbdən – öz cənnətimizdən qovacaq, hardansa pey-
da olmuş dəyənəklə zərbələr vuracaq... Səhv etmirəmsə, ya-
man ruhları belə qovurlar. Bəlkə Adəmlə Həvva da cənnət-
dən belə qovulublar?
Amma yenidən dəyişiklik baş verir. Gözləntilərimiz baş
vermir. Onun səsi güclə eşidilir. Və dodaqlarından oxumağa
çalışdığımız belə bir səslə mənə, sonra da başqalarına baxa-
raq bir dəfə soruşdu:
- Siz nə vaxtsa maralın necə siqaret çəkdiyini görmüsü-
nüz?
30
Boris Zaxava əbəs yerə “Hərb və sülh”də Kutuzovu canlandır-
mırdı: bu rolu heç kim ondan yaxşı oynaya bilməmişdi
“Üç muşketyor” tamaşasında “siqaret çəkən marallar”.
Bizim kursun bütün tələbə qızları
- Kimin-kimin, Boris Yevgenyeviç? – kəkələyərək yeni-
dən soruşduq.
- Siz onu siqaretlə təsəvvür edə bilərsiniz?
Biz əlbəttə hər şeyi təsəvvür edə bilərdik. Axı, teatr insti-
tutunun tələbələri idik! Amma birlikdə cavab verdik:
- Xeyr, Boris Yevgenyeviç, xeyr!
O isə yenə də güclə eşidiləcək tərzdə, bütünlüklə gəril-
məlisən ki, eşidəsən, dedi:
- Bax, gənc qızların, xüsusilə də tələbələrin siqaret çək-
məsi o dərəcədə mənasız və qeyri-təbiidir. Həm də təsəv-
vürünüzə gətirə bilirsinizmi, siqaret qoxuyan dodaqları-
nızı öpən sevgililərinizi nə qədər məyus edirsiniz... Çirkli
külqabını yalayanda adamda belə hisslər yaranır.
Beləcə o, bizim şüuraltımıza metafora buraxırdı və on-
dan qurtulmaq çox çətin idi. Çoxumuz siqaret çəkməyi tər-
gitdik. Çünki özümüzü qeyri-təbii və ya cinayətlə məşğul
olan əxlaqsızlar kimi hiss edirdik. Artıq sonralar, bərkimiş,
özünü dərk etmiş xalq artistləri kimi siqareti-siqaretə cala-
yaraq rolun məğzini müzakirə edirdik. Lakin “siqaret çəkən
marallar” obrazı biz birinci kurs tələbələrinin başı üzərində
hələ uzun müddət fırlandı.
32
MƏBƏD VƏ MƏBƏDDƏ YAŞAYANLAR
Şukin adına məktəbin o vaxtkı həyatı indikindən çox se-
çilirdi. Həmin həyat, tamamilə fərqliydi. Bu fərqlilik Vax-
tanqov məktəbinin yazılmamış qayda-qanunlarından qay-
naqlanırdı.
O zamanlar bu məktəbdə hansısa xüsusi ayinlərə önəm
verildiyini söyləyə bilmərəm. Amma elə şeylər vardı ki,
onları etmək olmazdı. Mən bunun haradan gəldiyini bi-
lirdim. Müəllimlərimiz bizə xüsusi qaydalar, davranış ko-
deksi aşılamışdılar. Sonralar bunları məktəbin üslubu ad-
landırdılar.
Məsələn, məktəbə salamlaşmadan girmək olmazdı –
bunu vaxtanqovçu deyil, ancaq vəhşi özünə rəva görərdi.
Başqa sözlə, məktəbə daxil olanda hökmən hamı ilə sa-
lamlaşmalısan! Kontuziya aldığından kəkələyən, pırtlaşıq
saçlı, qulyabanıya oxşayan qarovulçu Fedya dayıya. Qar-
derobda işləyən gombul Lena xalaya (hamı üçün o Lena
nənə idi). Biz ondan hərdən bir manat, yaxud 3 manat borc
Dostları ilə paylaş: |