institutunun tələbə qızları sizə tez-tez eşq elan edirlər?
Mən bunu nə iləsə öz hərəkətimi izah etmək üçün dedim.
Onu güldürə bilməzdim. Məşqdə olanlardan nəyi isə izah et-
məyini xahiş etmək? Yenə də gülməli çıxmayacaq. “Yaxşısı
budur, deyim ki, onu sevirəm”, - ani olaraq qərar verdim.
Bir daha böyük hisslə öz sualımı təkrar etdim:
- Vladimir Georgiyeviç, Şukin adına teatr məktəbinin tələ-
bələri sizə tez-tez eşq elan edirlər? – Ona özümün ən işıqlı
baxışlarımın biri ilə baxdım.
- Sən nəyi nəzərdə tutursan? – O, hələ heç nə anlamadan və
daxilimə nüfuz etmədən soruşdu.
Mən etirafımın tam səmimiliyini, çox mühümlüyünü, çox
ciddiliyini nəzərdə tutduğumu sübut etmək üçün...axı bu an
doğrudan da onu nəhayətsiz dərəcədə sevirdim, ona dedim:
- Vladimir Georgiyeviç, əgər siz... əgər siz bilsəydiniz, sizi
necə sevirəm!
O isə mənə məntiqlə bildirdi:
- Amma sən məni doğrudan da sevməlisən. Sən mənim
tələbəmsən. Məni bütün tələbələr sevir. Budur, Voloqdin məni
necə sevir, hə, Yarmolnik də şübhə etmirəm ki, məni sevir!
O, gözlərini gülməli tərzdə süzdürüb və əlini ürəyinin üs-
tünə qoyub, göstərməyə hazırlaşırdı ki, tələbələr onu necə se-
vir. Məsələn, tələbə Yarmolnik.
- Yox, - demək olar ki, çığırdım.
47
Mən etirafımın qeyri-ciddi qiymətləndirilməsini qəbul et-
mirdim. Mən ciddiliyimdə təkid edirdim, o isə mənə inanmır-
dı. Buna görə də qorxurdum ki, bunlar süni görünəcək və o,
mənim müəllimim, aktyorluq məharəti kafedrasının müdiri
məni saxtakarlıqda ittiham edəcək, - bunların qorxusundan
gözlərim yaşla doldu.
- Vladimir Georgiyeviç, - acı məzəmmətlə dedim. – Mən
sizi Yarmolnik kimi sevmirəm! Siz necə belə düşünə bilərsi-
niz?! – Hər sözümdən inciklik duyulurdu.
Və göz yaşları! Barmaqlarımın falanqası boyda, ağlasığmaz
dərəcədə iri göz yaşları yanaqlarım boyu diyirlənirdi.
Burnum yalnız göz yaşından tutulmadı. 12 qəpiklik “Le-
ninqrad” tuşu xəyanətkarcasına islanaraq gözlərimə dolmuş-
du. Əvvəlcədən bilirdim ki, bir neçə saniyədən sonra dodaq-
larım, burnum şişəcək, qorxulu və eybəcər görkəm alacam.
Məni eybəcər görəcəyinin qorxusundan, onun sinəsinə söy-
kəndim və özümə tərəf sıxdım.
Paltosunun saçaqları burnuma girir, nəfəs almağım çətin-
ləşir, yun yaxalığı isə leysana düşmüş kimi get-gedə islanırdı.
- Nədir, sən ağlayırsan? Sifətini mənə göstər görüm. – O,
gözlərimin içinə baxmağa çalışdı.
Amma alınmadı. Mən bütün gənclik qüvvəsi ilə onun yaxa-
lığından yapışmışdım. O isə deyir:
- Nədir, doğrudan ağlayırsan? Bir buna bax: yapışıb və
doğrudan da ağlayır, - özü-özünə cavab verdi. – Bir sifətini
göstər, sifətini göstər. – O, güclə və ehtiyatla məni özündən
araladı və baxdı.
Mən doğrudan da hönkürürdüm və bu an onu həddindən
artıq sevirdim. Və hər şeyin yasını tuturdum. Hər şeyin nə
olduğu isə mənə eyni zamanda həm aydın idi, həm də anlaşıl-
maz. Ona dedim:
- Siz ən dahi insansınız! Nə Qritsenko, nə Yuri Vasilyeviç
Yakovlev, nə də Mixail Aleksandroviç Ulyanov oynamamalı-
dır. Yalnız siz! Siz onların hamısından istedadlısınız! Mən sizi
heç kəsin sevmədiyi kimi sevirəm. Amma siz mənə inanmırsı-
nız, - dramatikliklə sözümü qurtardım. – Buraxın məni.
O isə bu anda... İndi o, məni möhkəm tutmuşdu. Görür-
48
düm ki, necə dəyişib. Mən görürdüm ki, o, indi necə də teatr-
da asılmış fotolarına bənzəyir. Həmin fotolarda tamam başqa
Şleza vardı: yaşlı, ola bilsin ki, həm də bizim səfehliklərimiz
və axmaqlıqlarımızdan, bəlkə də başqa nələrdənsə yorulmuş
pedaqoq deyil, teatra yenicə gələn, dalğalı saçları, parlaq iri
gözləri olan, eynəksiz, zərif burunlu, gənc və qüvvəli Şleza.
Bəlkə də nəsə onun həyatını korlayır, hansısa xəstəlik və ya
problemlər mövcudluğunu zəhərləyirdi... Amma bir anlığa
onun yorğun siması itdi, gözlərim önünə gənc sima gəldi.
Birdən... biz onunla öpüşdük. Biz Vaxtanqov dalanında, te-
atr və məktəb arasında öpüşürdük. O, gözlənilmədən mənə
soyadımla müraciət etdi:
- Çox sağ ol, Kovtun.
Nə üçün belə dediyini o vaxt başa düşmədim. İndi isə dü-
şünürəm ki, o, sadəcə olaraq beləcə məndən aralanırdı.
- “Sevirəm”ə görə, necə sağ ol deyə bilirsiniz? – onu utan-
dırdım. O cavab verdi:
- Bilirsən, əgər kimsə bizi indi görsə, güman edər ki, sevgi-
liyik, axı hamı ətrafımızda gəzişir. Sənə ona görə sağ ol, dedim
ki, sən məni... Afərin, sən istedadlısan, - indi o, mənə pedaqoq
kimi qiymət verirdi. – Bir bax, on dəqiqə ərzində məni hansı
həyəcanlar dünyasına cəlb etdin. Bax, buna görə sağ ol.
Daxilən mən şöhrətli insanları, çoxluğun məhəbbəti ilə əhatə
olunanları sevmirdim. Nədənsə hər şeyin artıqlamasilə verilən-
ləri heç vaxt sevməmişəm. Əksinə, layiq olduqları verilməyən-
ləri sevirdim.
Dahiləri bizim qəlblərimiz yaradır. Əlbəttə, elə buna görə də
onlar bizim kumirlərimiz idi. Lakin onların arxasınca qaçmaq,
avtoqraf xahiş etmək, şəkil çəkdirmək qəbul edilməmişdi.
Artıq sonralar, bəzi uşaqlarda indi qiymətsiz arxiv olan foto-
ları gördükdə düşündüm ki, gənclik necə israfçıdır. Biz varlığın
zərifliyini və tez ötüb keçməsini hiss etmirdik. Hiss etmirdik ki,
müəllimlərimiz həyatdan köçəcək. Nədənsə o vaxt həyat insa-
na əbədi gəlirdi.
İnsana elə gəlirdi ki, Vaxtanqov məktəbində həmişə Rixter
olacaq. Xatırlayıram ki, ona bizim üçün, özümüz üçün çap
edilmiş gülməli konsert proqramını vermişdim. Onun əsər-
49
Biz Leninqrada tamaşalara və
kino sınaqlarına tələbə bileti
ilə - yarıqiymətinə gedirdik
“Lenfilm”. Rejissor İlya
Averbaxın yanında sınaq
çəkilişi
lərini həmişəlik yadda saxlamaq və üstündə imzasını almaq
üçün. Amma onunla şəkil çəkdirmə xahişi ilə irəli soxulma-
ğı ədəbsizlik hesab edirdim. Belə də iş olar?
Hətta çoxdan həyatdan köçənlər də sanki sağdılar. On-
ların ruhları bu döngələrdə dolaşırdı. Pedaqoqlar, onların
canlı hekayətləri sanki ölənləri dirildir, onların ruhlarını
uzağa uçmağa qoymurdular.
Şəhərin tarixi nəfəsi də beləcə təslim olmurdu. O, zaman-
la rabitəni yalnız əfsanələr və açıq Arbat pəncərələrindən
süzülən fortepiano konsertləri deyil, həm də ətirlər qoruyub
saxlayırdı.
Haqqında hələ Polenovun yazdığı köhnə Moskva həyət-
lərindən, Amerika səfirinin iqamətgahı qarşısından və mə-
nim ərimin məzunu olduğu 12-ci xüsusi fransız məktəbinin
yaxınlığından meşə gilası, cökə, yasəmən ətri gəlirdi. Şəhər-
də çoxlu ballı bitkilər vardı. Sadovoe koltso isə doğrudan da
nə vaxtsa bağ olmuşdu.
51
BİR ANLIQ HÖKMDAR
Müstəqil Gürcüstanın ilk prezidenti yeni il gecəsi öldü.
Bu gözlənilməz ölüm idi. O, qətiyyən qoca deyildi – yaşı əl-
lidən bir az artıq olardı. O vaxt çoxları deyirdi ki, bu şəxs o
dünyaya kimlərinsə köməyi ilə yola salınıb.
Onun cənazəsini üç dəfə torpağa tapşırdılar. 1994-cü ilin
fevralında onu təmtəraqla çeçen paytaxtında – Qroznıda
dəfn etdilər. Yalnız 13 il sonra cənazəni Gürcüstana qaytar-
dılar.
Orada, əcdadlarının vətənində cənazəsinin qalıqları orta-
sında ağ və tünd zolaqlar olan al rəngli qədim gürcü bayra-
ğına bükülmüş tabutda gürcülər üçün müqəddəs Mtasmin-
da dağında torpağa tapşırıldı.
Bu insanla tale bir çox illər öncə buna qədər məni qarşılaş-
dırmışdı. Dramatikliyi ilə seçilən hadisələrə qədər.
Görüşümüz Ümumittifaq Teatr Cəmiyyətinin restoranın-
da olmuşdu. Bu o zaman doğrudan da əfsanəvi restoran idi:
burada Vısotski ilk dəfə Marina Vladi ilə görüşmüşdü və
dərhal onu sevdiyini etiraf etmişdi; Oleq Dal içki içməmək
üçün venasına tikilmiş ampulanı məhz burada iztirabla nü-
mayiş etdirirdi, çoxları isə öz qədəhlərini ona uzadırdılar:
“Olejok, at o tərəfə, bizimlə iç”. Xalq artisti Masoxa buradaca
vəfat etmişdi, təcili yardımı gözləyərək, onun süfrə ilə üzəri-
ni örtüb stolun üstünə uzatmışdılar, qonşu masada isə ruhu-
nun dincliyi naminə içirdilər. Burada çox şeylər olmuşdu...
Məni şama dəvət edən cavan oğlan stolumuza yaxınlaşa-
raq ondan bir dəqiqəliyə çıxmağı xahiş edən insanlarla söh-
bət edirdi. Bu vaxta qədər isə biz onun Anuyun “Orfey və
Evridika” pyesi əsasında diplom işini emosionallıqla müza-
kirə edirdik. O, latış idi və Dövlət Teatr Sənəti İnstitutunun
rejissorluq fakültəsini, Mariya İosifovna Knebelin sinfini bi-
tirirdi. Katolik milad bayramında o, məni görüşə dəvət et-
mişdi. Mənə bu, çox romantik gəlirdi: axı, Sovet İttifaqında
52
hətta pravoslavların miladı belə qeyd edilmirdi. Burada isə
gözlənilmədən bu bayramı “katolik dünyası ilə birgə” qeyd
etmək təklifi. Petersin dediyi kimi: “Əminəm ki, restoranda-
kıların yarısı bu gecənin necə təntənəli bir gecə olmasından
xəbərsizdir”.
İlk dəfə teatr dünyasının yemək-içmək “episentr”inə
düşən gənc qızın hisslərini təsəvvür etmək düşünürəm ki,
çətin deyil. “Orli suf balığı”, “Admiral kotletləri” o vaxtlar
daha çox teatr romanlarının adlarını xatırladırdı. Ətraf ecaz-
karlıq, sürpriz və məşhurlarla dolu idi.
Hərçənd o vaxtlar Moskvada hər şey sərt məhdudlaşdırıl-
mışdı. Sən elə-belə restorana gedə bilməzdin. Sənin yolunda
qapıçı peyda olurdu. Yaxud qapıda əbədi “Yer yoxdur” löv-
həsi asılırdı. Haqqında söz açdığım məkan, Mərkəzi Ədiblər
evinin, yaxud Kino evinin restoranları xəyal idi! Ölkənin (!),
yaxud qapıçının üzdən tanımadıqları adi insanlar üçün – yer
yox idi! Həmişəlik!
Budur, bu restoranda ilk dəfəyəm. Sanki Nataşa Rostova-
nın ilk balıdır.
Əynimdə qırmızı rəngli fransız batniki (ağlasığmazdır –
onun üçün 70 rubl ödəmişdim, demək olar ki, iki təqaüdü-
mü) vardı. Hər şey sadə idi: sadə pendir, sadə şərab – ağ və
ya qırmızı, servelat, balıq. Heç kim ərzaq məhsulunun, rən-
gin, ayaqqabı və ya geyimin keyfiyyətlilik əmsalı ilə maraq-
lanmırdı. Əsas olan istehsalçı ölkənin adı idi. Bu idi başlıca
keyfiyyət meyarı. Fransız ətirləri, kremi, geyimi, alt paltarı
yaxud ayaqqabıları buna görə də yüksək dəyərləndirilirdi.
Amma restorana qayıdaq. Mən özümü şahzadə kimi hiss
edirdim. Yalnız intellektini nümayiş etdirmək istəyən şahza-
də. Biz, teatr institutunun tələbələri zahiri görünüşə o qədər
də diqqət yetirmirdik. Sənin ağlının diqqəti cəlb etməsi isə
insana xoş gəlirdi. Hər halda mən belə idim.
Beləliklə, təzə paltarda oturmuşam, qarşımda dərrakəli,
yüngül xarici ləhcəli, buna görə hərdən ona sataşırdım, ca-
van oğlan, ətrafda isə ancaq məşhurlar, indi deyildiyi kimi,
selebritiz. Sən doğrudan da özünü bu dünyanın bir hissəsi
kimi hiss edirsən.
53
Bu restoranda Vısotski Marina Vladi ilə ilk dəfə
görüşmüş və onu sevdiyini etiraf etmişdi
54
Bizim yaxınlığımızda səs-küylü gürcü kampaniyası görünür,
nəyisə qeyd edirdi. Bir neçə kişi tez-tez biz tərəfə baxaraq, nə
haqqındasa qızğınlıqla danışırdı. Onları tanımırdım. Amma teatr
işçilərinin restoranında olduğumdan, güman edirdim ki, yəqin
gürcü mədəniyyət xadimləridir. Onlardan biri öz baxışları – qara
iri gözləri ilə məni sadəcə olaraq hipnoz etmişdi. Mənə diqqət
yetirilməsinə vərdiş etdiyimdən, “gürcü masası”ndan bizim ma-
saya bir kişinin yaxınlaşmasına və mənim həmsöhbətimin qula-
ğına nəsə pıçıldamasına diqqət etmədim. Onlar “bağışlayın, bir
dəqiqəliyə” deyərək, birgə çıxdılar.
Təkbaşına oturduğum masaya 10 dəqiqədən sonra, böyük qı-
zılgül dəstəsi (qışda!) ilə hündürboy, çallaşmağa başlamış saçları
olan eleqant geyimli kişi yaxınlaşdı.
- Siz təksiniz... – O, gülləri mənə uzatdı.
- Yox, mən tək deyiləm – etraz etdim, - indi gələcək...
- Yox, siz təksiniz, mən burada olduğum müddətdə tək olacaq-
sınız.
Mən belə inamlı təcavüzdən çaşdım.
- Zviad Konstantinoviç Qamsaxurdiya. Sizin üçün sadəcə Zvi-
ad, - gözlənilməz görüşə gələn özünü təqdim etdi.
- Siz kimsiniz? Hardansınız? – kadrlar şöbəsində soruşulan
“siz hansı təşkilatdansınız?” sayaq tonda ciddi soruşdum.
- Mən gürcüyəm, əsilzadə gürcülərdən.
Bundan iki gün əvvəl məktəbimizdə, daha öncə isə ÜİDKİ-də
gözəl filosof Merab Konstantinoviç Mamardaşvilinin mühazirələ-
rinə qulaq asmışdım. Bu heyrətamiz insanı, gürcünü “Dövrümü-
zün Sokratı” adlandırırdılar, antik fəlsəfə və incəsənət fəlsəfə-
sindən heç olmasa bir dəfə mühazirəsinə qulaq asanları özünə
heyran edirdi.
Həmahəng səslənən Konstantinoviç, gürcü sözlərinə diqqət
yetirib fəxrlə söylədim:
- Mən isə Şukin adına məktəbin tələbəsiyəm, bizdə bu yaxınlar-
da mühazirə ilə əsilzadə gürcülərdən biri Merab Konstantinoviç
Mamardaşvili çıxış edib.
- O!.. O, ruslara o qədər yaltaqlanıb ki. Gürcüstanda ona nifrət
edirlər.
Mənə elə gəldi ki, səhv eşitdim. Başımda Merabın “... varlığın
55
əsas sirri – vicdandır, insan – ali həqiqi mahiyyətdir” fikri yeni
təəssüratla qalmışdı. Və birdən həmsöhbətimin səsində belə bir
nifrət, hətta deyərdim ki, çimçəşmə var. Həm Mamardaşvilidən,
həm də ruslardan...
- Mən – rusam! Siz alicənab insanı təhqir edirsiniz. Əgər o, indi
burada olsaydı, yəqin sizi sillələyərdi, - qəzəblə dedim.
- O mənimlə müqayisədə hər cəhətdən zəifdir, gəlin, bu barədə
danışmayaq. Amma siz mənim xoşuma gəlirsiniz. Sizdə nəciblik
duyulur. Mən sizin xoşunuza gəlmək istəyirəm. Çiçəkləri götürün
– sizədir. Mən sizə özüm haqda danışaram, özüm haqda oxuya-
ram... Gedək, artıq gecdir.
- Sizinlə heç hara getməyəcəyəm. İndi mənim kavalerim qayı-
dacaq... (başa düşmürdüm ki, Peters hara yoxa çıxıb, yeri gəlmiş-
kən, mənim kürkümün asılqandakı nömrəsi də onda idi).
- O, sizinlə vidalaşmağı unudub və bunu sizə qoyub. – Zviad
ovcunu açdı və mənim (!) asılqandakı nömrəmi göstərdi.
- Mən tamamilə çaşqın vəziyyətdə idim: restoranda tək qalmış-
dım, bu qəribə, maraqlı gürcü ilə. Peters öz katolik miladı ilə ha-
rasa yoxa çıxmışdı.
- Mən məktəbə qayıtmalıyam, - tələsik dedim. Amma belə bö-
yük qızılgül dəstəsini, üstəlik də qışda, ilk dəfə aldığımdan, qo-
yub getməyə heyfim gəlirdi.
- Çiçəklərə görə minnətdaram, onlar çox gözəldir, - dedim.
- Hara? Gənc qızın tənha, gecə vaxtı şəhərdə gəzməsi yaramaz.
Mən sizi ötürərəm.
Düşündüm ki, doğrudan da. Axı, həqiqətən də gecdir. Resto-
randan təkbaşına çıxmaq da düz deyil... Bu, sənin üçün məktəb
deyil ki, sutkanın istənilən vaxtı uçub gedəsən. Burada xüsusi ya-
naşma lazımdır.
O, hökmdar jesti ilə kürkümü mənə geyindirdi və sədəqə kimi
qapıçıya 10 rubl uzatdı. Qapıçı sanki onun ayaqlarına düşdü, yal-
taqcasına qapını qarşımızda açaraq, soyuğa birinci çıxdı.
Xəsisliklə işıqlandırılmış bulvarda, restoranın girişində qara
“Volqa” dayanmışdı. Səmadan çiçəklərin üzərinə yüngül, təzə qar
elə gözəl ələnirdi ki. Şaxta və qızılgül ətri gəlirdi. Qamsaxurdiya
maşının qapısını qarşımda açdı:
- Mənə bulvarla aşağıya Sivsev Vrajekə qədər, sonra isə...
56
- Yəqin ki, əvvəlcə mən düşəcəyəm. – O gürcücə sürücüyə nəsə
əmr etdi.
Mən etiraz etmədim. İndicə bu kişinin əlindən çiçək qəbul et-
mişəm, o şamın pulunu ödəyib (mənim harasa itmiş kavalerimin
əvəzinə). Bəli, o özünə çox arxayın adam təsiri bağışlayır, amma
mənə pis heç nə etməyib. Həm də o, məni maraqlandırıb – mən
nə isə sirr, yaxud aşkar qeyri-adilik hiss edirdim. “Əgər görüş
haqqında xahiş etsə, bəlkə də şənbə günü gündüz görüşdüm”, -
maşın az sonra dayanana kimi, düşünməyə macal tapdım.
- Mənimlə qalxın, sizə öz kitablarımı bağışlayım. – Zviad Kons-
tantinoviç maşından çıxdı və mənim tərəfimdəki qapını açdı.
- Yox, yox, başqa vaxt, gecdir...
- Bu çox vaxt aparmayacaq. – O, mənim sağ əlimdən tutub sə-
kiyə çəkdi.
- Mən bacarmaram, getməliyəm...
Amma fikrimi qurtara bilmədim. Faktiki olaraq maşından dü-
şürüldüm.
O, dərhal qapını örtdü və “Volqa” getdi.
Baş verənlərdən qorxuya düşərək və heç nə anlamayaraq onun
qarşısında durmuşdum. Biz küçədə tək idik. Bilirdim ki, o, quldur
deyil, yırtıcı deyil, kitab yazır və ümumiyyətlə, ziyalıdır. Amma
onun sifətində qorxunc, qeyri-normal nəsə vardı.
- Gedək mənim otağıma! – ayrı-ayrı, hecalarla dedi və məni ko-
budluqla küçə qapısına itələdi.
- Buraxın məni, buraxın! – öz növbəmdə mən də “qorxunc”
səslə çığırdım. Teatral səslə, deməli həm də bərkdən çığırdığım-
dan – səsim boş küçədə uğultu doğurdu. Həm də mən doğrudan
da qorxurdum. O, hətta çaşqınlıqdan dayandı.
- Nədir? Sən məni rədd edirsən? – gözlənilmədən sakitcə dedi.
– Sən kimi rədd edirsən? Mən knyazam! Mən hökmdaram! Mən
gürcü hökmdarı olacağam! Bir saatlığa, bir anlığa olsa da! – O,
demək olar ki, xırıldadı.
Onun gözəl siması tanınmaz hala düşdü və eybəcərləşdi. Hə-
min anda biləyimi elə dartdı ki, gözlərim qaraldı. Çiçəkləri yerə
salıb, sağ əlimdən yapışdım və körpə kimi onu yırğalayaraq, yan-
dırıcı ağrını birtəhər sakitləşdirməyə çalışdım. Sifətim boyu göz
yaşı axırdı. Mən heç nə görmədən və anlamadan maşın yoluna,
57
Zviad Qamsaxurdiya: “Mən
gürcü hökmdarı olacağam!
Lap bir saatlıq, bir anlıq
olsa da!”...
...xəyal gerçəkləşdi
58
demək olar ki, sürətlə gələn maşının altına atıldım.
Sürücü kəskin surətdə əyləci basdı, maşın əks tərəfə dönüb
dayandı. Sürücü maşından çıxanda məni dünyadakı bütün sö-
yüşlərə qonaq etməyə hazır idi. Mən əsən və göz önündəcə şişən
əlimi ona uzadıb, demək olar ki, dərin bayğınlıq içində sızıltı ilə
xahiş etdim: “Xahiş edirəm! Sklifə!”
- Oy, qızım, sənə nə olub? – O, artıq mənə oturmağa kömək
edirdi. – Az qala məni də məhv edəcəkdin. Yaxşı ki, qar yağdığı-
na görə yavaş gedirdim. Bununla belə, görürsən, güclə saxladım.
Xoşbəxtlikdən qarşı yol boşdur. Tanrı görünür, hamımızı qoru-
du. Deyəsən sənin yanında qarın üstündə çiçəklər vardı, yoxsa
mənə elə gəldi?
- Sizə elə gəlib. Çox sağ olun. – Mən şiddətli ağrıya baxma-
yaraq, xoşbəxtcəsinə gülümsündüm. – Siz çox yaxşı adamsınız.
- Qoy bir görək, yaxşıyam. Sən hər şeyi dərhal görürsən. Bi-
lirsən, gecə necə ola bilər? Mən beləsini o qədər görmüşəm. – O,
mənim fikrimi yayındırmağa çalışırdı. Yəqin qorxurdu ki, huşu-
mu itirərəm.
Sklifosovski adına xəstəxananın qəbul şöbəsinin qarşısında
dayananda, mənim xilaskarım içəri qaçdı. Eşitdim ki, o, kiməsə
deyir: “ tez olun, tez olun, ölü kimi ağappaqdır”.
Xəstəxanadan mən səhər tezdən çıxdım. Ağrıkəsici və yuxu
gətiricidən sonra hələ başım ağrıyırdı və yüngülvari ürəyim bu-
lanırdı. Sağ əlim gipsdə idi. Bütün ötən gecə mənə irreal gəlirdi,
sanki bütün bunlar mənimlə əlaqədar olmamışdı: restoran, Pe-
ters, Qamsaxurdiya, sürücü əmi, həkimlər, rentgen, gips...
Mən məktəbə getdim. Arbatdakı “Dieta” mağazasında 10
qəpiyə yüksək kalorili iki bulka və bir iri stəkan südlü qəhvə
aldım. Bunların hamısını adət etmədiyim sol əllə tutmalıydım.
Əlimdəki pəncərənin o tayındakı qar kimi ağ təzə gipsi görən
rəhmdil xadimə qəhvəni hündürayaqlı masaya qədər aparmağı-
ma kömək etdi.
- Yıxılmısan? – canıyananlıqla maraqlandı.
- Hə, - yalandan dedim. Dərhal bu versiyanı maraqlananların
hamısı üçün cavab kimi qəbul etdim.
- Hələ bəxtin gətirib. Amma mən bu yaxınlarda döşəmədə qan
yumuşam. Bir gombulun bizdə başı yarılmışdı. Al, ye, nuş olsun.
59
Birinci mühazirəmiz rus ədəbiyyatından idi. Yaza bilmirdim,
heç cəhd də etmirdim - uğursuz yıxılmışam, nə var axı bunda...
Mühazirədən sonra müəllimimiz Vladimir Abramoviç Qalpe-
rinə yaxınlaşdım:
- Vladimir Abramoviç, siz gürcü yazıçısı Zviad Qamsaxurdi-
yanı tanımırsınız?
- Yox, Ninoçka, mən onu oxumamışam. Amma onun atası
yaxşı yazıçıdır. Oğlu isə məncə daha çox dissidentdir, nəinki ya-
zıçı.
Mən dissidentin nə olduğunu o vaxt bilmirdim. Heç soruş-
madım da. Amma onların içərisində dəlilərin olmasına şübhə
etmirdim. Əlimə baxdıqca.
Qamsaxurdiyanı üç dəfə dəfn etdilər, sonuncu
dəfə əcdadlarının torpağında
60
ÇİLİ ÜZƏRİNDƏ GECƏ
1976-cı ildə bütün təhsilli adamların Çilidə baş verənlər-
dən xəbəri vardı. Ən acı bibərin adaşı olan bu balaca ölkə
planetin o biri başında yerləşsə də, Santyaqo, Alyende, Pi-
noçet, çevriliş – bütün bu sözləri dəfələrlə eşitmək müm-
kündü.Televizorda Santyaqo şəhərində alovlanan prezident
sarayını göstərirdilər. Görürdük ki, prezident Alyende –
çalsaç, ziyalı görkəmli və hərbçiyə oxşamayan adam əlində
silah hücum edənlərdən müdafiə olunur. Sonra onun həlak
olduğunu öyrəndik. Qəzetlər yazırdılar ki, silahsız insanla-
rı nəhəng stadiona toplayıblar və orada hətta güllələnənlər
də var.
Lakin bizim üçün bu, uzaq ölkə, uzaq tarix idi. Hərçənd
Çili musiqisi – tütəklər, neylər, gitaralar Moskvada geniş
yayılmışdı. Onlar bəsit, amma çox təsirli melodiyaları ilə
rusların qəlblərini riqqətə gətirirdi. Bir çox evlərdə bu mu-
siqi kassetlərdə səslənirdi. Moskvadakı çoxsaylı Çili tələ-
bələrinin əksəriyyətinin musiqidən başı çıxırdı. Onlar tez-
tez klublarda, institutlarda, müxtəlif yaradıcılıq gecələrində
çıxış edirdilər. Onların nəğmələrində naməlum küləklər
eşidilir, And və Kordilyer kimi gözəl adları olan uca dağ-
larda məğrur qartallar görünürdü. Bir sözlə, Mayn Ridin
əsərləri - sutkalarla dərələrdə at çapan atlılar, dağların zir-
vələri arasında çəkilmiş kəndir körpülər, el condor pasa.
Gözlənilmədən belə uzaq həyat mənə yaxınlaşdı.
Məktəbdəki təhsilimin son ilində “Mosfilm” kinostu-
diyasında “And üzərində gecə” işçi adı ilə sovet-Çili filmi
buraxılışa hazırlanırdı. Sonradan ad dəyişdi. Prokatda film
“Çili üzərində gecə” adlandı. Görünür, dövlət kino idarəsi-
nin məmurları hesab ediblər ki, bununla filmdəki hadisələ-
rin harada baş verməsi dərhal aydın olacaq.
Filmin rejissoru kimi ÜİDKİ-nin məzunu Sebastyan
Alarkon adlı cavan oğlan idi. Filmin büdcəsi kifayət qədər
Dostları ilə paylaş: |