61
“Çili üzərində gecə” filmindəki
Pamela roluna kino sınaqları
62
böyük olduğundan, çəkilişlərə, maliyyə və yaradıcılıq pro-
seslərinə rəhbərlik “yuxarı”dan Roman Lazareviç Karmenə
həvalə olundu.
O vaxtlar Karmenin adı kino dünyasında hamıya məlum
idi. O, məşhur sənədli filmlər rejissoru idi. Cavan oğlan ikən
Böyük Vətən müharibəsini çəkmişdi. “Cəbhənin qarsdığı
adam” adlandırırdılar onu. Onun ön xətdən, ölümün mey-
dan suladığı, qələbənin əldə edildiyi yerlərdən çəkdiyi çox-
saylı kadrları yalnız Sovet İttifaqında deyil, bütün dünyada
nümayiş etdirirdilər. Bir sözlə, o, zəngin, hakimiyyətin əziz-
lədiyi, çox böyük nüfuz və təsirə malik insan idi.
Sənədli filmlər rejissoru olsa da, bədii filmə kuratorluq
etmək vəzifəsi ona tapşırılmışdı. Elə vəzifəsi də kino dün-
yası üçün qeyri-adi idi – bədii rəhbər.
Filmdə iki dramatik baş rol vardı – kişi və qadın. Baş rol
üçün aktyor tez təyin edildi. Qaragözlü, yaraşıqlı Qriqori
Qriqoriu Manuel roluna təsdiqləndi. Onun baş rolda oyna-
dığı - “Tabor səmaya qalxır” filmi hələ də ölkənin kino-te-
atrlarında gedirdi. Film bir çox beynəlxalq festivallarda
mükafatlar almaqda davam edirdi. Buna görə də populyar
Qriqoriunun dəvət edilməsi “Mosfilm”in bədii şurasında
etiraz doğurmadı.
Baş qəhrəmanın sevgilisini isə uzun müddət axtardılar.
Bir çox populyar aktrisaları sınaqdan keçirdilər. Qaraçı qızı
Rada rolunda məftunedici olan Svetlana Tomanı “Tabor”-
dakı tərəfdaşların eynilə təkrar edilməməsi üçün təsdiq
etmədilər. Sınaqlara dəvət olunmuş Natalya Varley bədii
şuraya həddindən artıq “ulduzlaşmış” göründü, rola sadə-
lövh baxışlı gənc qız tələb olunurdu.
Məni sınaqlara dəvət edəndə Pamela roluna iddiaçı-akt-
risaların siyahısı elə uzun və ulduzlu idi ki, mən, debütant
və Şukin məktəbinin heç kimin tanımadığı məzunu kimi
heç nəyə ümid etməməli idim.
Ssenarini birnəfəsə oxuduqdan sonra, artıq heç nə
haqqında düşünə bilmirdim. Mən ancaq bir şey istəyir və
arzulayırdım – Pamelanı oynamağı.
Sınaq çəkilişləri elə bil duman içərisində aparılırdı. Pa-
63
vilyonda Qriqoriu ilə çox qısa və əhəmiyyətsiz səhnə çəkil-
di. Sonra təmiri başa çatmamış, masalar düzülmüş və işıq-
ların quraşdırılmadığı otaqda Sebastyan sözsüz qorxu və
dəhşəti oynamağımı xahiş etdi. O, elə belə də dedi:
- Ssenaridə sənin qəhrəmanının zorlanmadan sonrakı
səhnəsi var. Göstər görüm, o, bundan sonra özünü necə
hiss edəcək. Qorxu və dəhşəti oyna...
Ümumiyyətlə, kino çox çətin şeydir. Bu, teatr deyil. Yal-
nız tək-tük rejissorlar aktyorlarla uzun müddət işləyir və
məşq edir. Bizdə bunu ancaq Nikita Sergeyeviç Mixalkov
edir. Buna görə də onunla işləyən aktyorlar Mixalkova səc-
də edirlər.
“Mosfilm”i tərk edəndə hesab edirdim ki, mənim heç
bir sınağım olmayıb. Bu mənasız işlərdir. Heç belə də sı-
naq olar? Pavilyondan kənar, işıqlar quraşdırılmayıb, assis-
tentlər yoxdur... Otağa düzülmüş köhnə mebeldən, tozlu
masalardan və bir-birilə ispanca danışan iki çililidən başqa
heç kim yoxdur. Onlardan biri operator, digəri rejissordur.
ÜİDKİ-nin diplomlarını yenicə alıblar.
Operatorun adı Kristian idi. Balacaboy, tökmə bədən-
li oğlan idi, ştativdən istifadə etmirdi, hər şeyi çiynindən
çəkirdi. Mənim üçün bu, yeni idi. Ştativ ona heç lazım da
deyildi, bu enlikürəkli oğlan sanki operator olmaq üçün do-
ğulmuşdu.
Filmin rejissoru Sebastyan var qüvvəsi ilə mənə kömək
etməyə çalışırdı. Masanın altına girdiyimdən, o da başqa
masanın altında çömələrək, mənə ancaq bir şeyi təkrar söy-
ləyirdi: “Bildiyin kimi et. Bir şeyi xatırla ki, sənin üçün dəh-
şətli və ağırdır”.
Mənim üçün çox çətin idi. Saf sovet kinosunda zorlama
səhnəsi yoxdu. Psixoloji sarsıntını da necə oynamaq lazım
gəldiyi aydın deyildi.
İndi axışıb gələn Amerika filmlərində, kameralar hər
yerə soxulduğundan, zorlama, təhqir, həqarət səhnələri adi
hadisədir. Müasir dövr ekrana həyatın qaranlıq tərəflərini
dartıb çıxarıb. O vaxt isə biz məktəbdə rus klassikasını və
məzhəkəni oynayırdıq. Qısası, istirahətdə olanlar, Soneçka,
64
üç müşketyor, Dostoyevski, Şukşin, Qorki. Bütün pyeslər-
də insan ruhunun, xarakterinin fəlsəfi dərk edilməsi vardı.
Müəyyən mənada bizim cəmiyyət steril idi.
Mənə isə sözsüz oynamaq lazımdı. Heyvani qorxu və
dəhşəti, qorxunc həyəcanı göstərməli idim. Gənc qızın hə-
yatında baş verə biləcək ən ağır hadisədən sonra emosional
vəziyyətini verməli idim: hətta ağlı çaşa, qorxulu yuxuları
ola bilərdi.
Bütün bunlar çilililər haqqındadır. Film bizim haqqımız-
da, bizim həyatımızdan deyil. Hər şey adət etmədiyimiz
tərzdədir. Yalnız xarici pyesi oynamalı deyilsən, bunu öz
həyatları haqqında kino çəkən canlı xaricilərin baxışları al-
tında etməlisən. “Özgə”, adi olmayan, “qeyri-sovet” reaksi-
yasını hiss etməli, tapmalı və verməlisən. Onlar “sovet ada-
mı” deyildilər və başa düşürdüm ki, mənim rusca köməyə
çağırmağımı “Xilas edin! Kömək edin! Qurtarın!”, deməyimi
gözləmirlər. Elə onların ispan dili də mənə xatırladırdı ki,
yanımdakı başqa həyatdır. Sakit səslə qısa replikalarla Se-
bastyan və Kristian mənim etdiklərimi qiymətləndirirdilər.
Boş, qırılmış masa və stullar arasında nə etmək olar? On-
ların üstünə hoppanıb, yerə tullanmaq? Oturmaq mümkün
deyil. Birdən düşündüm ki, oturmağa yer nəinki yoxdur,
mümkün deyil. Ağırdır. Bəs uzanmaq? Hara? Döşəməyə?
Mən tozlu, üstü sürtülmüş masanın altına girdim. Əllərimlə
gah üzümü tutur, gah qulağımı tıxayırdım. Kristian isə hər
şeyi çəkirdi. O da demək olar ki, masanın altına girdi, başqa
masanın altından isə Sebastyan mənə nəyi isə pıçıldamağa
çalışırdı.
Yəqin ki, əgər kənardan kimsə içəri girsə idi, səhnəmizi
faciəyə deyil, komediyaya bənzədərdi. Qəribə adamlar nə
isə pıçıldaşır, nəsə hərəkət edir, iməkləyir, bağırır, hönkü-
rür və ağlayırlar, çünki sınağın sonunda Sebastyan “Çəkil-
di!” deyəndə mənim üzümdən sakitcə göz yaşı axırdı.
Yalnız “Mosfilm”i tərk edəndə, nə baş verdiyini başa
düşdüm. Hərçənd buna ad verə bilmirdim – axı həmin an
sanki narkoz altında idim. Məndə inanılmaz dərəcədə güc-
65
“Tabor səmaya qalxır” filmindən sonra Qriqori so-
vet ekranının ulduzu oldu
Bizim birgə oynadığımız
“Çili üzərində gecə” filmin-
dən kadr
66
lü istək yarandı, bu rolu oynamaq sadəcə həyati ehtiyacıma
çevrildi. Səhnəni bir daha təkrar etmək! Bəlkə də nəyisə
yenidən yazmağı, nə isə yeni bir şey təklif etməyi düşünür-
düm. Qəfildən dua etməyə başladım.
“İlahi, qoy məni Pamela roluna təsdiq etsinlər, - göylərə mü-
raciət edirdim, - əgər istəyirsənsə, bundan sonra ümumiyyətlə,
mənə heç bir rol vermə”. Amma bu yerdə həddindən artıq bir-
mənalı səslənən andıma görə çox qorxdum. “Yəni yaxın on il
ərzində”, - deyə konkretləşdirdim.
Və Tanrı məni eşitdi. Evə təzəcə çatmışdım ki, zəng çalın-
dı, aktyorlar üzrə assistent dedi: “Nina, səni təbrik etmək olar.
Sən təsdiq olunmusan və artıq sənə bilet alınır. Çəkilişlər üçün
Bakıya səfərə hazırlaş”. Artıq bir neçə gün sonra mən xoşbəxt-
cəsinə Bakıya uçurdum.
Azərbaycan paytaxtına biz gecədən keçmiş çatdıq. Moskva-
dan sonra isti çox qeyri-adi idi. Mehmanxanada Sebastyanın
nömrəsində yığışdıq.
Mehmanxana köhnə idi, çox hündür tavanı və uzun dəhli-
zi vardı. Bütün bunlar mənə Karvansaranı xatırladırdı. Həm
küçədən, həm də nömrələrdən şərqsayağı ədviyyat, ot, meyvə
ətri gəlirdi.
Yığışdığımız otaqda qablarda yemək kimi şirniyyat və
şəkərli meyvələr vardı. Bu mənim başqa mədəniyyətlə ilk ta-
nışlıq təcrübəm idi.
Çəkiliş qrupunun iştirakçılarının qarşısındakı masaya yaşıl
çay piyalələri qoyulmuşdu. O şəffaf idi və qətiyyən çaya ox-
şamırdı. Biz məktəbdə “çifir” içirdik: ancaq qara, ağlasığmaz
tünd, elit, üç filli çayı. Yaşıl çayın mövcudluğundan mən ancaq
orada, Bakıda çəkilişlər zamanı xəbər tutdum.
Məni həm də o heyrətləndirdi ki, çaylar fincanda yox, pi-
yalədə verilir. Düşündüm ki, bu piyalələri yəqin Çilidən gəti-
riblər. Şirniyyat da sadə nimçələrdə deyil, oval, kobud gildən
hazırlanmış qablarda qoyulmuşdu.
Sonra isə bütün çəkiliş qruplarında olduğu kimi, kişilər şə-
rab şüşələri, meyvələr və şokoladla gəlməyə başladılar. Söhbət
filmdən, onun çəkiləcəyi yerlərdən gedirdi. Seçilmiş naturanın
fotolarını göstərir, deyirdilər ki, Bakı nə iləsə Santyaqoya bən-
67
zəyir. Dəniz haqqında da danışırdılar, deyirdilər ki, ora çim-
məyə getmək yaxşı olardı. “Çılpaq”, - kimsə əlavə etdi.
Mənim çılpaq çimmək təcrübəm olmadığından, çimərlik
paltarı da götürmədiyimdən, xəyali olaraq bu dəstəni dəstək-
ləməmək qərarına gəldim. “Bu nədir, - düşündüm, - dərhal
hamı məni görür, sonra bu yataq səhnəsi, daha sonra isə ümu-
miyyətlə kadrdan kənar – zorlama!” “Yox, etməyəcəm, - özüm-
çün qərara gəldim, - həddindən artıq “nyu” var”.
Həmçinin, deyirdilər ki, üç gündən sonra Karmen gələcək.
Mən yetkin həyata qədəm qoyurdum. Bu, mənim ilk təcrü-
bəm idi. Mən özümü sonsuz dərəcədə xoşbəxt, Tanrının sevdi-
yi adam kimi hiss edirdim.
Karmenin gəlişinə qədərki üç gün çox tez keçdi. Naturada
çəkilişlər asan gedirdi. Səhnələrin əksəriyyətində dərin psixo-
logizm-filan yoxdu.
Çəkiliş meydançasında ilk dəfə olduğumdan ümumi səh-
nələr tamaşaçı kimi mənə maraqlı gəlirdi: Bakı küçələrində
hərəkət edən tanklar, hərbçilərin yaralı insanı izləmələri, yük
maşınındakı hərbçilər – indi deyildiyi kimi, “ekşn” idi. Amma
Pamela bu filmə öz qadın dəst-xəttini – lirik məzmunu, məhəb-
bəti, qadın zərifliyini gətirməli idi. O, demək olar ki, filmin əv-
vəlində, Manuellə səhnədə, onun evində görünürdü.
Mənim üçün nə qədər qəribə olsa da, bütün bu vətəndaş
müharibəsi şəraitində ən çətini məhz yataq səhnəsi oldu.
Vətəndaş müharibəsi bizdə də olmuşdu: partizanlar da
vardı, faşistlərin onlara işgəncə verməsi də, bütün bunlara
biz dəfələrlə sovet filmlərində baxmışdıq. Və bu hamıya
məlum idi. Amma mənim üçün, dörd ay sonra toyu olacaq
nişanlı qız üçün, hətta oyun epizodunda belə naməlum kişi
ilə yatağa uzanmaq, üstəlik otaq dolu insanın – assistent-
lərin, işıqçıların, qrimçilərin yanında, qorxunc sınaq, əsil
stress idi.
Hətta əynimdə gecə köynəyi olsa belə. Bunu çəkilişlər-
də əvvəlcədən şərt kimi qoymuşdum. Tərəfdaşım Qriqoriu
artıq yarıçılpaq idi.
Qriqori-Manuel əynindəki qrim xalatını yüngülcə atdı,
yalnız üzgüçü tumanında qaldı, yatağa uzanaraq üstünü
68
örtdü. Mən dərhal Emil Lotyanunun gözəl “Tabor səmaya
qalxır” filmindən danışılanda hamının ilk növbədə yada
saldığı Loyka Zobarla qaraçı qızı Rada arasındakı çox gözəl
yataq səhnəsini xatırladım.
Biz ürəkləri səadət və sevinclə dolu sevgililərin yuxu-
dan oyanmalarını canlandırmalı idik. Faciənin başlanma-
sından xəbərləri belə olmayan sevgililərin səhəri açılırdı.
Onlar gülümsəyir, nəvazişlə bir-birinə toxunurlar. Hə-
yatları ümid və planlarla doludur. Hələ bilmirlər ki, talelə-
ri bir neçə dəqiqədən sonra drama çevriləcək.
Kişini “həqiqətən” öpmək mənim üçün necə də çətin
idi. O isə mənim vəziyyətimi anlayaraq fitnəkarlıqla mə-
nim saçlarıma toxunaraq pıçıldamağa macal tapdı: “Mən
dişləmirəm, mənə toxun”.
“Amma nə həyasız tipdir”, - düşündüm.
Onun gündən qaralmış dərisi quru və hərarətli idi, sanki
çimərlikdən gəlmişdi və qətiyyən öz çılpaqlığından, namə-
lum qızla bir yataqda uzanmaqdan utanana oxşamırdı.
Mən isə bu yad kişiyə baxaraq, acizlikdən hönkürməyə
hazır idim. Mən yanımda uzanmış bu adamı (doğrudan
da, onu necə tanış hesab etmək olardı – bir-iki kəlmə kəs-
miş adamlar idik), nəinki öpməyi və toxunmağı bacarmır-
dım, hətta ona tərəf baxa da bilmirdim.
Sebastyan çəkilişi dayandırmalı oldu. Rejissor assisten-
ti Lyudmila mənə yaxınlaşdı və Qriqoriunun eşitməməsi
üçün astaca pıçıldadı:
- Onlar deyirlər ki, yalnız ərinin qatili ilə əsir qadın belə
uzana bilər. Haydı, hazırlaş.
- Unutmayın, siz sevgilisiniz. Bir daha, motor, - Sebast-
yan əmr etdi.
Onun sözlərindən mənim ətraflarım buzladı. Qriqoriu
tərəfə dönərək, ölü kimi soyuq ovuclarımla onun yanaq-
larına toxundum, yüngülcə başımı yırğaladım ki, saçlarım
heç olmasa bir azca sifətimi gizləsin. Amma onlar sancaq-
dan çıxaraq, hər ikimizi kameradan ayırdı.
Bir saniyəlik yerdə qalan dünya, çarpayının yanında
çömələrək oturmuş “şax-şaxlı qızlar”, işıqçıların bir-biri ilə
69
Ehtiraslı moldovan Qriqoriunun yanında mənim buz
bədənim uzanmışdı... (filmdən kadr)
Sonra bütün səhnə kəsilib çıxarıldı
70
danışdıqları jestlər, işləyən kameranın yüngül, güclə eşi-
dilən uğultusu ilə aramızda maneə yarandı.
Qriqoriunun qara gözlərinə baxaraq, mən yenidən onun
Svetlana Toma ilə ifa etdiyi tonqal yanındakı səhnəni xa-
tırladım. Mən onun bu səhnədəki yarımçılpaq fiqurunu
yadıma saldım, tamaşaçıların çoxu buna görə təkrar-təkrar
filmə baxmağa gedirdilər, Qriqoriudan astaca soruşdum:
- Siz bir-birinizə aşiq olmuşdunuz?
O dərhal sualımı başa düşdü və mənim kimi astaca ca-
vab verdi:
- O vaxt o, başqasını sevirdi... Amma həmin böyük
dəqiqənin xatirinə sənə elə baxa bilirdi ki, sanki ölənədək
sevir və sən özün sevgidən ölürsən...
Bu anda mənim içimdə elə bir hiss yarandı ki, sanki kim-
sə çılpaq əllərilə ürəyimi tərpətdi. Mən ona baxmaqda da-
vam edirdim və bütün bədənimdən real hisslər keçdi: həm
özgəsinin hədiyyəsinə, həm məhəbbətinə, həm də canlı,
həyəcanverici mövcudluğuna, özgə həyatının və taleyinin
yaxınlığına qısqanclıq.
Mən saçımı sifətimdən geriyə, Qriqoriunun çiyinlərinə
atdım və onun dərisində gözlənilmədən peyda olan uşaq
səpgisi kimi iri “qarışqaları” yaxından gördüm. O, konvul-
siyalı hərəkətlə saçlarımın ardınca irəli əyilərək, onları əlin-
də dəstələdi.
Bilmirəm, bu “böyük dəqiqə” idimi, amma bu anda biz
bir-birimizə geniş bəbəklərlə baxırdıq. Onun əlləri saçımı
qarışdırır, sifətlərimiz gah bir-birinə yaxınlaşır, gah arala-
nırdı, qəlbimi izahedilməz sevinc bürümüşdü. Canlı, səmi-
mi vəziyyət tapılmış, alınmışdı.
Bu açıq-saçıq səhnədən sonra mənə elə gəlirdi ki, qrupda
mənə münasibət dəyişdi. Mənə gənc, böyük ümidlər vəd
edən aktrisa kimi baxmağa başladılar. Bir neçə gün sonra
Karmen peyda olduqda, çəkiliş meydanında sərbəst şərait
vardı. Çəkiliş qrupu kollektivə çevrilmişdi.
Budur, çəkilişə həmin kollektivin rəhbəri gəlib. Bu, ha-
disə idi. O, atasayağı öz şagirdlərini qucaqladı – Sebastyan
və Kristian onun kursunda oxumuşdular. Çilililər kimi
71
qıyqacı baxan fakturalı moldav aktyorları ilə salamlaşdı.
Hamı ilə salamlaşdıqdan sonra soruşdu: “Bəs bizim Pamela
hardadır?”
Bu anda qrimçilər məni pudralayır və bəzəyirdilər. Onun
mənim haqqımda məlumatlı olmasından dəhşətli dərəcədə
həyəcanlandım, səsinə tərəf dönərək sevinclə qışqırdım:
“Salam, Roman Karmenoviç!” Hamı qəhqəhə çəkdi.
Demək lazımdır ki, Roman Lazareviçin yumor hissi güc-
lü idi. O, yüngülcə zarafat etdi:
- Sən ki, adımı dəyişdirmisən, onda hədiyyən də hazır-
dır. Məncə, kastanetlər yarayar.
Hamı yenidən gülüşdü və axşam çəkiliş qrupu restorana
dəvət edildi.
“Karvansara, Karvansara”, - o vaxt populyar olan nəğmə
başımda fırlanırdı.
Şam yeməyi əla keçdi. Elə bütün şərait də buna hazırlan-
mışdı. Milli üslubda ekzotik qurulmuş restoran, ofisiantlar-
dan tutmuş, Karmeni salamlamaq üçün yaxınlaşan və ona
öz rəğbətlərini bildirən yerli adamlara kimi hər tərəfdən
göstərilən hörmət və diqqət.
Qısası, mən şən, çiçəklərlə və Moskvaya aparmaq fikrin-
də olduğum bir böyük səbət meyvə ilə mehmanxanaya qa-
yıdırdım.
Nömrəyə girən kimi meyvələri ayırdım ki, xarab olma-
sın. Bütün otağın gözəl rayihə ilə dolması xoşuma gəlirdi.
Bu anda telefon zəng etdi və mən Roman Lazaroviçin sə-
sini eşitdim:
- Pamela, hələ yatmırsan? Yanıma gəl, məşq edək. Sənin
axı sabah çətin səhnən var.
“Bəxtin gətirməsi belə olur!” – düşündüm və az qala bunu
bərkdən deyəcəkdim.
- Bəs siz yatmırsınız? – səfehcəsinə narahat oldum. – Sizin
doğrudan yuxunuz gəlmir?”
- Gəl, gəl! – Dəstək asılmışdı.
Mən ssenarini qoltuğuma vuraraq, məktəbi bitirməyim mü-
nasibətilə aldığım dəbdə olan zamş ətəyi geyindim, öz platforma-
lı yay ayaqqabılarımı ayağıma keçirərərək, dəhlizlə yüyürdüm.
72
Onun nömrəsi hansıdır? Axı, onun otağının nömrəsini
soruşmadım. Aşağıya portyenin yanına qaçmalı oldum. Ro-
man Lazareviç Karmenin hansı nömrədə yaşadığını soruş-
duqda, yaşlı azərbaycanlı qadın sualıma sualla cavab verdi:
- Onun nömrəsində bu gecə vaxtı nə işin var?
“Sənə nə dəxli var axı, – düşündüm. - Yaradıcı həyatı
başa düşmür!”
- Məşq etməyə! – təzyiqlə, əsəbi tərzdə dedim. Və sübut
kimi ssenarini onun masasının üstünə qoydum.
- Mən sənə deyə bilmərəm. Bəlkə o yatır və narahat et-
mək olmaz. Hər halda yaşlı adamdır.
- Birincisi, mənə “sən” deməyin. Mən aktrisayam. İkinci-
si isə ona zəng edin. O özü indicə mənə zəng etmişdi. Əgər
mənə inanmırsınızsa, soruşun, məşq təyin edib?
İnandırıcı dəlillərin təzyiqi və daha çox mənim gənc
temperamentimin təsiri altında qapıçı qadın təslim oldu və
dedi:
- Mən ona zəng etməyəcəyəm. Əgər o, yatıbsa, günahkar
sizsiniz. Budur, onun nömrəsi. O, lüksdə yaşayır.
Mən qürurla lüks nömrəyə yollandım.
Qapını döydüm. Roman Lazareviç dərhal açdı. O, ağ
mehmanxana xalatında idi. Mən ağ hamam xalatını ilk dəfə
görürdüm. Mehmanxanalarda o vaxt yaşamırdım, öz evi-
mizdə isə ancaq ağ tibb xalatlarını görmüşdüm.
Karmeni hansısa Hollivud filminin qəhrəmanına oxşa-
dırdım: ağ xalatlı, çalsaç centlmen. Bu mənzərə mənə nor-
mal gəldi.
Açığını deyim ki, o öz otağını tamamlayırdı. Bu lüksdə
kreslo, üzərində meyvələrlə dolu gümüşü vaza qoyulmuş
dəyirmi masalı balaca qonaq otağı vardı. Vazanın yanında
ulduzlu Azərbaycan konyakı şüşəsi və iki qədəh qoyulmuş-
du. Bir az kənarda səliqə ilə yığılmış çarpayı görünürdü.
Mən çarpayıya heç diqqət yetirmədim. Vazanı və qədəhlə-
ri kənara itələdim, şüşəni isə, masanın altına, döşəmənin
üstünə qoydum. Masanın üstündə boşalmış yer isə ssenari
üçün idi. Roman Lazareviç gülümsəyirdi. Görünür, mənim
hərəkətlərim onu əyləndirirdi.
73
Çili rejissoru Bakının Santyaqo de Çilini xatırlatdığını
düşünürdü
74
- Roman Lazareviç, birinci sizə demək istəyirəm ki, siz
unikal insansınız – sadəlövhlüklə danışmağa başladım. –
Mən dəhşətli dərəcədə sizə minnətdaram ki, mənimlə, heç
kimin hədsiz aktrisa ilə işləyəcəksiniz. Siz mənimlə məşq
edəcəksiniz!!!
- Sən əlbəttə, çox məşhur olacaqsan. Bildiyin kimi, gözəl
filmdir. Səni filmdən-filmə dəvət edəcəklər. Gəl, bu şərəfə
içək! – və o, konyakı masanın üstünə qaytardı.
- İçmək üçün gecdir. Biz axı restoranda içmişik, - yüngül-
cə imtina etməyə çalışdım.
- Deməli, yeni ulduzun doğulması şərəfinə içmək istə-
mirsən?
- Mən çox istərdim ki, məşqə başlayaq, səhnəni düzəldib,
söyləyim, - mızıldandım və qədəhdən azca içdim.
- Oho, sən kələkbazlıq edirsən. – Karmenin diqqətindən
mənim içmək istəməməyim yayınmamışdı. – Onda şirnilər-
dən ye. – O, vazadan iri çiyələyi götürüb, mənə yaxınlaşa-
raq, giləmeyvəni dodaqlarıma apardı. Eyni zamanda onun
çılpaq ayaqları demək olar ki, mənimkilərinə toxunurdu.
Bir saniyə çaşqınlıq içində qaldım. Necə ola bilər? Axı o,
bizim bir ay öncə məktəbdə təhsilimizi bitirərək vidalaşdı-
ğımız sevimli müəllimlərimizi xatırladırdı.
- Ağzını aç... – Karmen mənə çiyələyi “yedirtməyə” cəhd
edirdi.
Mən tələsik qalxdım. O da qalxdı. Həmin andaca özümə
gəlmədən, məni əlləri üstünə qaldırdı və bir neçə addım-
dan sonra yatağa çatdı.
- Siz nə edirsiniz? – Mən onu itələdim və o, səndirlədi.
– Siz mənim üçün əfsanə-insansınız! Pun müharibələri və
Karfagenin dağıdılması dövründən, - yerinə düşməsə də
əlavə etdim. Amma sonuncu ifadə onu öldürdü.
- Yaxşı, dovşan – tələsik söylədi. – Səninlə burada başım
naqqallığa qarışdı.
Anlayırdım ki, o, çox möhkəm inciyib. Xətrinə dəy-
mişəm. Mənə elə gəlirdi ki, hələ hər şeyi qaydasına salmaq
olar, amma vacib nəsə demək lazımdır. Dedim:
- Siz incidiniz? – Uyğun nə isə fikirləşmək çətin idi.
75
- Mən sənə dedim – get! Sən nə üçün gecə yarısı gəlmisən?
– O demək olar ki, qışqırdı.
İndi mən incidim.
- Siz məni dəvət etdiniz – məşq etməyə. – O, mənim sə-
simdə məzəmmət duydu, bu da onu özündən çıxartdı.
- Nədir, balacasan? Bilmirsən, nə üçün gecə vaxtı tənha
kişinin otağına gedirsən? Bunu hər bir məktəbli qız anlayır.
Niyə burada dəymədüşər rolu oynayırsan?
O, hirsindən əsirdi. Amma mən də əsirdim. Var qüvvəmlə
qapını çırpıb, dəhlizə atıldım.
“Gicbəsər, axmaq qız, - çılğınlıqla başımdan keçirdi. –
Amma o da ehtiraslı qocadır! Bir ayağı burdadır, bir ayağı da ...
O isə dinc durmur. Mən i-sə, mən i-sə! – məşq etmək. Nə qə-
dər gic olmalısan. Kim güman edə bilərdi, kim bilə bilərdi?”
Bunları düşünə-düşünə pilləkənlə aşağı qaçırdım.
Birdən, gözümü qaldırdıqda, qarşımda Karmenin hansı
nömrədə qaldığını mənə deyən həmin növbətçini gördüm.
O, mənə baxırdı, sifətindən məzəmmət oxunurdu. “O qadın
bilirdi”, - özüm-özümə hökm çıxardım. Demək olar ki, dəh-
Dostları ilə paylaş: |