alırdıq, gödəkcələrimizi necə gəldi atardıq, o isə bizim əvə-
zimizdən onları asardı. O bizi əzizləyirdi, biz də onu özü-
müzəməxsus tərzdə sevirdik. Qısası, biz doğma məktəbdə
olan hər bir adamla hökmən salamlaşmalı idik.
Bizim “alma mater” məbəd, biz isə rahibələr idik. Çünki
Vaxtanqov təkrarlamağı sevərmiş: Teatr incəsənət məbə-
didir (biz bunu müəllimlərimizdən eşitmişdik). Buna görə
də o, teatra, studiyaya və studiyadakıların yanına təntənə
ilə gəlirmiş. Onun teatra hər gəlişi məhz hadisə sayılırmış.
Halbuki vətəndaş müharibəsini, inqilabı yaşamış ölkədə
soyuq, aclıq hökm sürürdü. Sobalar bumbuz idi. Çörək və
sabun kart sistemi ilə verilirdi, küçələrdə xaos hökm sü-
rürdü.
Lakin Yevgeni Baqrationoviç natəmizliyə və məişət
33
Bizim müəllimimiz
Y.V.Katin-Yartsev bütün ölkəyə
“Buratinonun macəraları” filmindən
tanış idi
Nina Tuxaçevskaya
rolunda
34
sahmansızlığına yol vermirmiş. Bu, pedaqoqların, əsil
vaxtanqovçuların bizə aşıladıqları idi: səliqəsizlik və
diqqətsizlik yolverilməzdir. Xırdaçılıq yox idi. Hətta necə
geyinməyində, dərslərə necə hazırlaşmağında belə. Tələbə
məşq başlanmazdan xeyli əvvəl gəlməli idi. Məşqə bir neçə
dəqiqə qalmış özünü yetirən tələbə intizamsızlıq simvoluna
çevrilə bilərdi. Gecikməkdənsə danışmağa belə dəyməz.
Gecikən tələbə müdhiş repressiyalara məruz qalırdı.
Şukin adına məktəbdə beynimizə doldururdular: “İstədi-
yin yerdə istədiyin işlə başını qatandan sonra dərsə hazırlıqsız
gəlmək olmaz. Məsələn, gəlib deyirsən: “Burada sizdə harda
dahilik etmək olar? Budur, mən dahiyəm! Sizdə harada yara-
dıcılıqla məşğul olmaq olar?”
Hazırlıqsızlığı müəllimlərimiz ani olaraq hiss edirdilər.
Heç vaxt unutmaram, bir dəfə məşqdə, saat yarımlıq çalış-
madan sonra, bədii rəhbər Yuri Vasilyeviç Katin-Yartsevin
məzəmmətinə cavab olaraq tələbələrdən biri vəd etdi:
- Yuri Vasilyeviç, biz indi əl-ayağımızın keyini açaq,
göstərərik.
Yuri Vasiyeviç az qaldı hamımızı döysün.
- Tənbəllər! Avaralar! Məşqin ancaq saat yarımı keçib, onlar
hələ əl-ayaqlarının keyini açırlar! Saat yarım ərzində baletlə
məşğul olanlar beş kilo çəki itirirlər! Üç dəfə məşq kostyumla-
rını dəyişirlər! Siz isə burda hoppanaraq əl-ayağınızın keyini
açmağa hazırlaşırsınız. Qovacam, hamınızı qovacağam! Ava-
ralar! Gedin, sizi başqa ali məktəblər gözləyir, orada bütün
günü özünüzü ovuşdurarsınız. Sizi zavodlar gözləyir – ölkə
sənayesini dirçəltmək lazımdır. Orduya gedin! – oğlanların
üstünə qışqırırdı.
Biz həqiqəti dərk edirdik, onu həyata açar kimi birinci əl-
dən alırdıq.
Bu xarici dil kimidir: əgər yaxşı öyrənmək istəyirsənsə,
yaxşısı budur, dil daşıyıcısı ilə ünsiyyətdə olasan. Burada da
elədir. Nəyisə öyrənmək istəyirsənsə, ən yaxşısı ilkin mən-
bəyə müraciət et.
Xristianlıqda ilk bilgini İsa peyğəmbərdən alan insanlar hə-
vari oldular. Çünki onlar ilk təlimi almışdılar.
35
İlkin verilişlər də mövcuddur – biliyin verilməsi, qanunun
verilməsi, nəsihətin verilməsi. Belə nəsihətlər bizim pedaqoq-
larda da vardı.
Deyirdilər ki, Yuliya Konstantinovna Borisova rəqs dəzga-
hının yanında gündə iki saat yarım məşğul olur. Bizim onun
dəzgahın yanında məşğul olmasını görməyimizə ehtiyacımız
yox idi. Biz sadəcə olaraq görürdük ki, o, 47 yaşında “Antoni
və Kleopatra” tamaşasında səhnədə necə oynayır. Bu tama-
şada o, necə cəlbedici, necə seksual idi! Antoni – Mixail Alek-
sandroviç Ulyanov döşəmədə yumbalanaraq, “Misirə! Misirə
istəyirəm” deyə qışqıranda, Sovet İttifaqında seksin olmama-
sına baxmayaraq, Vaxtanqov teatrının bütün zalı bu səhnənin
seksual yaxınlığını duyurdu. Bu səhnədə Borisova və Ulyanov
arasında elə ehtiras, elə həsrət vardı ki, onların flüidləri ha-
mıya sirayət edir, yalnız bizim, bu böyük artistlik məktəbi-
nin tələbələrinin deyil, həm də dahi vaxtanqovçuların əbədi
pərəstişkarları olan tamaşaçıların coşqun heyranlığına səbəb
olurdu.
Deyirdilər ki, Vera Konstantinovna Lvova – bizim aktyor-
luq sənəti professorumuz da hər səhər balet çalışmalarını
yerinə yetirir. Onun qəşəng qaməti, düz beli Köhnə Arbatda
həmişə ora-bura gəzişən insan kütləsinin içərisindən seçilirdi.
Veroçkanın (kənarda 75 yaşlı müəllimimizi tələbələr belə ad-
landırırdılar) yanında hamı etibarsız vücudunu ora-bura da-
şıyan yöndəmsiz maşaya oxşayırdı. Əlbəttə, Veroçkanın balet
dəzgahında məşğul olmasına heç kəsin şübhəsi yox idi. İnan-
mırsansa, yoxla, həyatın boyu belini elə saxlaya bilərsənmi ki,
arxadan qıza oxşayasan.
Teatr praktikası həyatımıza çox tez girdi. Üçüncü kursdan
bizi teatr tamaşalarına daxil edirdilər. Əlbəttə, biz kütləvi səh-
nələrdə çıxış edirdik. Amma kütlə deyildik. Bizim hər birimiz
səhnəyə xırda, mənasız da olsa, öz aktyor ifadəmizi gətir-
məyə çalışırdıq. Səhnə arxasına və dahi aktyorların həyatına
bu yaxınlıq da bir növ məktəb idi. Eyni zamanda təhsilimizin
əvvəlindən öz məktəbimizin səhnə arxasında buraxılış kursla-
rının teatr tamaşalarında işləyirdik. Bu tamaşaya xidmət edil-
məsi adlanırdı.
36
Qızlar nəsə tikir, gətirir, aparırdılar. Oğlanlar isə əlbəsəni
daşıyır, səhnə mizanlarının əvəz olunması zamanı mebelləri
dəyişirdilər. Biz hər kəs idik – kostyum tikən, köməkçi, səh-
nə fəhləsi. Tamaşa zamanı səhnə arxasında olmaqla biz teatrın
daxili həyatına bələd olur, problemləri həll etməyi öyrənirdik.
Problemlərsizsə heç bir həyat, xüsusilə də səhnə həyatı ola bil-
məz.
Tamaşaların əksəriyyətini çoxumuz əzbər bilirdik. Ən iddi-
alılar isə zalda gizli tapşırıqla otururdular: istənilən anda göz-
lənilmədən tamaşaya daxil olmağa hazır olmalı – mətni, səhnə
mizanlarını və s. bilməli idilər.
Teatr bizim üçün həm ev idi, həm də məktəb. Görkəmli akt-
yorların yanımızda olması təbii qəbul olunurdu. Dahi Nikolay
Olimpiyeviç Qritsenko ilə məşqlərdə iştirak adi hal hesab edi-
lirdi. Biz sanki dahi valideynlərin ailəsindəki uşaqlar idik. Axı
onlar valideynin qeyri-adiliyini dərk etmir, gündəlik həyatın
müqəddəs həyəcanını hiss etmirdilər. Eksklüziv həyat yaşa-
mağını isə ancaq həmin həyat başa çatdırdan sonra dərk edir-
sən. Nikolay Olimpiyeviç hərdən mətnə baxmağa başlayırdı,
teatrın baş rejissoru Yevgeni Rubenoviç Simonov isə qəsdən
ciddi səslə ona irad tuturdu: “Necə ola bilər axı? Bax, siz yenə
də mətnə baxırsınız!” – “Mən? Mətnə? Hanı mətn? Siz hara-
da o mətni görürsünüz? Bu mətn deyil, sadəcə olaraq kağız
parçasıdır”. Və o, virtuozluqla fokusçu kimi, bu mətn kağızı
ilə jonqlyorluq etməyə başlayırdı. Yəni bu mətn deyil, sadə-
cə olaraq kağızdır, çiçəkdir (onu iyləyirdi), bu tualet kağızının
parçasıdır, alın tərini silmək üçün kağız dəsmaldır. O, fokusçu
kimi mətn yazılmış kağızı ayrıca tamaşaya çevirirdi. Rejissor,
aktyorlar, tələbələr yıxılana kimi gülürdülər. Bu, dahinin etü-
dü idi.
Heç bir televiziya bunu çəkmir, göstərmir, amma gözlərin
bunu - dahilik məktəbini, insan istedadının nümayişini görüb-
sə, yaddaşından heç vaxt, heç bir vəchlə çıxara bilməzsən.
Vaxtanqov məktəbinin başlıca prinsipi tələbəyə özünü təs-
diqləmək, azad olmaq imkanı verirdi. Bununla ən müxtəlif
insanlar məşğul olurdu. Tələbələrlə demək olar ki, məktəbin
bütün pedaqoqları işləyirdi. Hərəsinin bir xasiyyəti, ünsiyyət
37
Aleksandr Abdulovla...
...və Yevgeni Leonovla “Adi möcüzə” filmində
38
üsulu, yaradıcılıq üslubu vardı. Onların hamısı sənə yanaşma
üsulu axtarır, çox vaxt dərində gizlənmiş bu və ya digər yaradı-
cılıq xüsusiyyətlərini inkişaf etdirirlər. Bu, dərin, intim proses-
dir. Səninlə bütün pedaqoqlar işləyəndə, hansı biri iləsə birdən,
çox vaxt gözlənilmədən özünü kəşf edirsən. Bu ustadlardan
hansısa sənin istedadını aça biləcək sehrli açarı mütləq tapacaq,
aşkar edəcək. Elə bu da əsas prinsipdir – hamıdan, ən müxtə-
lif şəxsiyyətlərdən öyrənmək. Və bu şəxsiyyətlərdən hər biri öz
izini qoyurdu. Onlar yalnız bizim qəlbimizdə iz qoymurdular,
bizi, zövqlərimizi, adətlərimizi, bağlılıqlarımızı formalaşdırır-
dılar.
Həmişə bilirdim ki, məhz oraya, yalnız Şukin adına məktə-
bə getmək istəyirəm. O vaxtlar Yuri Vasilyeviç Katin-Yartsev
haqqında əfsanələr dolaşırdı. O, kursun bədii rəhbəri idi. Amma
əminəm ki, çoxları onu “Buratino” filmindən, oynadığı Cüzep-
pe rolundan xatırlayırlar. “Buratino”nu görənlər balacaboy, iri
mavi gözlü, xeyirxah və müdrik sehrbazı yadda saxlayıblar.
Mənə o, həmişə uşağı xatırladırdı, uşaq kimi oyun oynamağı
sevirdi. Asanlıqla qəzəblənir, asanlıqla sakitləşirdi. Sanki onun
özü hansısa sehrli nağıldan gəlmişdi.
Yuri Vasilyeviç gözəl pedaqoq idi. Onun haqqında indiyə
kimi köks ötürərək əfsanəvi müəllim kimi danışırlar.
O zamanlar indiki mükafatlar, cürbəcür titullar olsaydı, Yuri
Vasilyeviç həm“Qremmi”, həm “Teffi”, həm də bütün “Oskar”-
ları, ağlasığar və ağlasığmaz mükafatların hamısını alardı.
Həmin il o, demək olar ki, bütün Moskvaya səs salan ulduz-
lar kursunu yola salmışdı. Natalya Qundareva, Natalya Varley,
Yuri Boqatıryov, Vyaçeslav Vasilyeviç Tixonov və Nonna Vik-
torovna Mordyukovanın oğlu, Nataşa Varleyin ərə getdiyi Vla-
dimir Tixonov Katin-Yartsevin kursunu bitirmişdilər. Konstan-
tin Raykin də bu kursda oxumuşdu. Daha sonra Yuri Vasilyeviç
yeni tələbələr topladı. Həmin kursda mən də var idim.
Niyyətimi anlayanların hamısı – “Hara soxulursan? Şukin
adına məktəb sülalə ali məktəbidir! Oraya ancaq aktyor, rejissor
uşaqlarını qəbul edirlər. Məgər başa düşmürsən?” – deyirdilər.
Amma mən o vaxt möhkəm əmin idim ki, nə Moskva Aka-
demik Bədaye Teatrına, nə Şepkin adına məktəbə, nə də Ümu-
39
mittifaq Dövlət Kinematoqrafiya İnstitutuna girəcəyəm. Mən
heç yerdə özümü sınamaq istəmirdim. Bilirdim ki, bu “sülalə”
ali məktəbində, sıxışdırılan Buratinolardan canlı qız və oğlan-
lar düzəldən, istedadlar yaradan adamın kursunda oxumaq
istəyirəm. O, ətrafında istedadlı övladlar yetişdirən gözəl ata idi.
Hamıdan gizli sənədlərimi tibb institutundan götürüb, Şukin
adına məktəbə verdim. Əmin idim ki, Katin-Yartsevin kursuna
düşəcəm. Öz niyyətim barəsində doğma insanım kimi sevdiyim
dayəmdən başqa heç kimə demədim. “Heç kimi həyəcanlandır-
ma, sənədlərimi tibb institutundan götürmüşəm və teatr institu-
tuna daxil olacağam. Mən oraya daxil olduqdan sonra, hamıya
elan edərik”. Dayəm sakit-sakit soruşur: “Girməyinə girərsən,
bəs anan nə edəcək?” Amma məni o vaxt əlbəttə, daha çox özüm-
lə bağlı məsələlər maraqlandırırdı. Axı, bu elə bir sınaqdır ki...
Şukin adına məktəbdə bir yerə üç yüz nəfər iddiaçı idi. Qəbul
turlarından əvvəl – onların sayı üç idi – seçim müsabiqəsindən
keçmək lazım gəlirdi. Bu müsabiqədə sənədləri qəbul etməzdən
əvvəl hamını yoxlayırdılar. Seçim müsabiqəsində çıxış etdikdən
sonra, mənə sənədlərimi birbaşa üçüncü tura verməyimi tap-
şırdılar. Görünür, Yuri Vasilyeviç tələbələrinə özü baxırmış. O,
“Buratino”nun çəkilişlərinə gedirdi, xoşuna gələnləri itirməmək
üçün dərhal üçüncü tura göndərirdi. Çünki on gündən sonra qa-
yıdacaqdı.
Məni dərhal, birinci və ikinci turları adlamaqla seçməklərin-
dən o qədər də xoşbəxt deyildim. Axı, digər abituriyentlər dö-
yüşlərdə bərkiyir, rəqiblərinə nəzər yetirir, öz proqramlarını for-
malaşdırırdılar. Burada isə dərhal – sənədlərini ver! Bəs sonra
nə olacaq? Gəzirsən, girinc olursan, başqalarına baxırsan, qəbul
komissiyasının vəhşiliyi haqqında qorxulu əhvalatlar eşidirsən.
Mən o vaxt hələ bilmirdim ki, Yuri Vasilyeviç üçüncü tura ancaq
o adamları buraxıbmış ki, onları öz kursunda görmək istəyir. Ça-
lışırdı ki, onlar yaradıcılıq döyüşlərində təsadüfən ələnməsinlər,
itməsinlər.
O vaxt aktyor olmaq cəzbedici və şərəfli idi. Gözəllik müsa-
biqələri yox idi və heç kim model ola bilməzdi. Heç model anla-
yışı da mövcud deyildi. Bu peşə “maneken”, paltar üçün asılqan
adlanırdı. Ümumi rəyə görə, bu peşə nüfuzlu deyildi və axmaq-
40
lar üçün idi. Buna görə də hamı aktrisalığı seçirdi. Həm şöhrətli,
həm də hörmətli peşə olduğundan, teatr institutlarında ağlasığ-
maz müsabiqə olurdu.
Yaradıcılıq müsabiqəsindən sonra ümumtəhsil imtahanları
vermək lazım idi: tarixdən, rus dili və ədəbiyyatdan, inşadan,
sonra isə attestatların müsabiqəsi. Gərgin imtahanlar, gərgin
seçim. Kursa yalnız iyirmi altı nəfərin götürülməsi nəzərdə tu-
tulmuşdu! Tələbə olmaq istəyən əlli altı nəfərdən iyirmi altısını
seçmək müəllimlərimiz üçün necə də çətin idi!
Məhz buna görə də bütün imtahanlardan sonra kollokvium
keçirmək qərara alındı. Biz bu sözü başa düşmürdük, nə demək
olduğunu da anlamırdıq. Ancaq bir şeyi bilirdik: bu nə isə çox
vacibdir və orada hər birimizin taleyi həll olunur.
Müsahibədə institutun bütün yaradıcı komissiyası iştirak
edirdi. Bu yetkin və ağıllı insanlar sənin ən müxtəlif vəziyyət-
lərdə özünü necə aparmağını, nə vaxt mətni unutduğunu, ola
bilsin hər şeyi, hətta adını belə yaddan çıxardığını görməli idilər.
Başa düşməli idilər ki, sənin fantaziyan nəyə qadirdir. Onlar
diqqətlə bizə nəzər salır, fikrimizcə, ən axmaq suallar verirdilər.
Bu təcrübəli adamlar bizim necə reaksiya verməyimizə, necə ya-
şamağımıza baxırdılar, çünki onda biz hələ ifa edə bilmirdik. Biz
onların qarşısında öz cavablarımızı, öz bilgimiz və məlumatsız-
lığımızı yaşayırdıq.
Hər şeydən və hər şey haqqında soruşurdular. “Yanmalı” idin
ki, cavab verəsən, onlar isə izləyirdilər – biz necə yanırıq, işıqla-
nırıq, ya işıqlanmırıq.
Məsələn, hazırlaşmaq mümkün olmayan suallardan biri.
Mənə siyasi sual verdilər! Mən o vaxt siyasi mühitdən çox uzaq
idim və əlbəttə güman edə bilməzdim ki, onu daxildən belə yaxşı
öyrənəcəyəm. Tale necə də şıltaqdır!
Bax belə: içəri daxil olan kimi məndən soruşdular:
- Qolda Meir kimdir?
Bilmirdim. Ağlıma da gəlməzdi ki, bu, İsrailin baş naziridir.
Mən ümumiyyətlə bilmirdim ki, o, qadındır. Mənə bu, “qolda-
mer” kimi, bitişik söz kimi gəldi. Amma vaxtı uzatmaq, nəsə dü-
şünmək üçün meydan oxuyurmuş kimi cavab verdim:
- Necə yəni kimdir? – və sırf inandırmaq üçün təkrar etdim. –
41
- Əvvəllər məşhur aktyoru görəndə, bəzi qadınlar huşunu
itirərək yıxılırdılar, - Oleq Yankovskiyə dedim.
- Bəs indi nə üçün yıxılmırsınız? – o, ciddi tərzdə soruşdu.
42
Necə yəni kimdir? Qolda Meir – mübarizdir!
Təsadüfən onluğa vurmuşdum. “Necə yəni kimdir” sualını
təkrar verən kimi onlar qəhqəhə çəkməyə başlamışdılar. “Mü-
bariz” sözü o vaxt elə təbii idi ki. Bütün həyat mübarizlərlə dol-
muşdu. Zəhmətkeşlərin işıqlı gələcəyi uğrunda mübarizlər, Afri-
kanın azadlığı uğrunda mübarizlər. Ancela Devis o vaxt ABŞ-da
qaradərililərin hüquqları uğrunda mübariz idi... Buna görə də
mənim “mübarizim” onların dəhşətli dərəcədə xoşuna gəlmişdi.
Beləcə mən dərhal hər şeydən qurtuldum: cinsimin, şəxsiyyəti-
min, məşğulluğumun dəqiqləşdirilməsindən.
- Ümumiyyətlə, hə. Düzdür, mübarizdir. Belə də demək
olar. – Mənim üçün həvəsləndirici cavab oldu.
Komissiyanın iclasındakı müzakirələri dinləməyə çalışır-
dıq. Oradakı atmosfer çox gərgin, həyəcanlandırıcı idi. İnsan
taleləri həll olunduğundan, hər şey çox dramatik idi. Bu ta-
leləri də öz qərəzləri, rəğbətləri, zövqləri olan yaradıcı insan-
lar həll edirdilər. Kimsə daha çox xoşuna gələni müdafiə edir,
digəri isə hündürdən onunla mübahisə edirdi. Biz yalnız da-
nışıqların bəzi parçalarını eşidə bilir, ona əsasən müəyyənləş-
dirirdik ki, kimin haqqında danışırlar.
Qəbul komissiyasına kömək edən dördüncü kurs tələbələ-
ri arasında demək olar ki, hər birimizin öz azarkeşi var idi.
Xatırlayıram, artıq kinoda, “Malinovkada toy” filmində çə-
kilməyə başlamış Tanya Lısenko mənə yaxınlaşdı. O, mənim
talismanım idi.
- Bilirsən, çox güman ki, səni qəbul edəcəklər. Sənin haqqın-
da dedilər ki, gözlərin fara kimidir. Yarım metrə irəlini işıq-
landırır.
Komplimentin xoşuma gəldiyini deyə bilmərəm. Yaxşı
olardı desinlər ki, mən istedadlıyam, gözlərim isə ulduzlar ki-
midir, göl kimidir və mən Yuliya Konstantinovna Borisovanın
əvəzinə Kleopatranı oynayacağam. Onlarsa – “fara” və “yarım
metrə qabağı”. Yox, bu kompliment xoşuma gəlmirdi. Amma
bu informasiyada ümidverici və həvəsləndirici nəsə var idi.
Siyahılar gecəyə yaxın asıldı. Soyadımı qəbul olunanların
içərisində görəndə, nə sevinə, nə də şadlana bildim. Çünki hə-
min saniyə ay ərzində rəfiqəm olmuş qızın hönkürtüsü eşidildi.
43
Biz birlikdə necə oxuyacağımızı xəyal edirdik. Onun adı siyahı-
da yox idi. Hətta iyirmi altı deyil, iyirmi səkkiz nəfəri, iki nəfər
artıq qəbul etmişdilər. O ümidlə ki, təhsil prosesində kimsə
ələnəcək, bizim sayımız minimallaşacaq, optimallaşacaq.
Qəbul olunanlar qruplara bölünmüşdülər və başa düşür-
dülər ki, dağılışmaq istəmirlər. Bu, sehrli gecə idi. Belə gecələr-
də yatmırlar, biz də yatmağa hazırlaşmırdıq. Xəsisliklə işıq-
landırılmış Kalinin prospektinə çıxdıq, ayıq olsaq da, elə bir
təəssürat vardı ki, sanki şampan içmişik.
Teatr institutunun tələbələri olmuş gənc, xoşbəxt və məğrur
dəstə metroya gedirdi. Qışqırmaq, oxumaq, atəşfəşanlıq etmək,
artıq uyuyan sakit şəhəri oyatmaq istəyirdik. Sibir kəndindən
gələn və bizimlə birgə qəbul olunan Stas Jdanko qəfildən ma-
şının kapotuna tullanaraq, pivə barının qarşısındakı dalanda
dayanmış təzə “Jiquli”nin banında qaçmağa başladı. Siqnaliza-
siya işə düşdü.
Səssiz şəhər canlandı, söyüş yağdırmağa başladı: bağlı bar-
dan çox güman ki, “Jiquli”nin sahibi olan adam çölə yüyürdü.
O əlindəki boş butulkanı kimə atacağını kəsdirməmiş aradan
çıxdıq. Gənclik və qəbul olduqdan sonra hiss etdiyimiz qey-
ri-insani qüvvə qalib gəldi. Qarşıda bütöv problemsiz həyat
dururdu.
Qəbul olduğum günü xatırlayarkən, indiyə kimi həmin gecə
şəhərə hopmuş yasəmən və cökə ətrini duyuram. Yaddaşımda
həmçinin çox tez həlak olmuş istedadlı Stas Jdankonun yüngül
tullanışı da qalıb.
O vaxt bu kəndli oğlan bizə vəhşi heyvanın zərif hərəkətləri-
ni nümayiş etdirirdi.
Bizim dərs cədvəlimizdə yeri gəlmişkən hərəkət – səhnə
hərəkəti, rəqs kimi aparıcı fənlərdən sayılırdı.
Rəqs müəllimimiz İtsxoki soyadlı qədim baba idi. Onun
gözəl qartalvari profili vardı, lələk kimi yüngül idi. Bütün
hərəkətləri elə alınırdı ki, sanki o havadan asılıb qala bilirdi.
Sevimli tələbələri Stas Jdanko və Yura Vasilyev idi.
Bizə, hər şeyi dərhal qavraya bilməyənlərə isə o, sadə
həqiqətləri belə başa salırdı:
- Əgər əllərin ya bədənin səhv edibsə, üzünlə rəqs et! – Və
44
qartal burnunu elə yuxarı tuturdu ki, rəqsin şərəfinə ucaldıl-
mış heykələ oxşayırdı.
Biz qızlar bu qoca babaya heyran idik! Biz hətta onun neçə
yaşı olduğunu başa düşə bilmirdik. O qədər yaşlı görünürdü.
Lakin bizə həyatın özünü xatırladırdı– yüngül və ölçüsüz.
Mənim heyran olduğum daha bir adam vardı – Vladimir
Georgiyeviç Şlezinqer. Bütün ölkə, Sovet İttifaqının bütün qa-
dınları gözəl vaxtanqovçulara – Vasili Semyonoviç Lanavoy,
Yuri Vasilyeviç Yakovlev, Mixail Aleksandroviç Ulyanova
aşiq olduqları halda, mənə əksinə, qiymətləndirilməyənlər
xoş gəlirdi. Mənim ürəyim qiymətləndirilməyənlərlə idi. Axı
onlar da dahi idilər.
Vladimir Georgiyeviç Şlezinqer kinoda az çəkilib və teatr-
da o qədər də çox rolu olmayıb. Şukin məktəbində aktyorluq
məharəti kafedrasının müdiri idi.
Etüdlərdə və ya tamaşalarda bizimlə işləyəndə, onun yu-
mor hissi və artistizmi tələbələri coşdururdu. Biz elə qəhqəhə
çəkirdik ki, üz əzələlərimiz gülməkdən ağrıyır, qarnımız san-
cılanırdı.
“Vladimir Georgiyeviç, siz ki... Siz ki, dahisiniz! – düşünür-
düm. Ona nəsə hədiyyə etmək lazımdır! Bəs nə və necə hədiy-
yə etməli? Bəlkə bayramda, yoxsa elə bilər ki, yaltaqlanıram”.
Axşamların birində Vaxtanqov dalanı ilə üzüaşağı metroya
qaçanda qarşımda tanış palto peyda oldu.
İş ondadır ki, bizim tələbələr ən xırdalığına kimi müəllimlə-
rimizin üst geyimlərini tanıyırdılar. Onlar giriş qapısından sağ-
da, açıq asılqanın ilk sırasında asılırdılar. Və biz, dərsə gecikən-
də birinci olaraq asılqana nəzər salırdıq –müəllimimiz gəlibmi?
Bax belə, qarşımda Şlezinqerin paltosu hərəkət edirdi,
amma qamət onunku deyildi. Mən bir azca sürəti artırdım və
onunla bərabərləşəndə başımı döndərdim.
“İlahi, bu ki, Şlezadır”, - biz onu öz aramızda belə çağırır-
dıq. Amma əhvalsız, fikirli və adəti xilafına beli donqarlan-
mış. Buna görə də dərhal tanımadım. Qərara gəldim ki, - bu
spontan qərar idi – onun əhval-ruhiyyəsini qaldırım.
- Vladimir Georgiyeviç! – çağırdım.
- Bəli. Nə lazımdır sənə? – O, mənim hardan peyda oldu-
45
1975-ci ilin modeli: bu foto məşhur “Çarodeyka”nın
pəncərəsindən asılmışdı
46
ğumu və onu nə üçün saxladığımı başa düşmədi. – Nə demək
istəyirsən?
Mən isə bu anda dayanmışam və - Qolda Meirlə olduğu
kimi – nə demək istədiyimi, onu nə üçün çağırdığımı bil-
mirəm. Hər şeydən çox ondan soruşmaq istəyirdim: “Niyə
belə kədərlisiniz?” Amma birdən o, bunu şəxsi həyatına mü-
daxilə, münasibətsizlik kimi qəbul edər? Biz ki, dərsdən sonra
heç vaxt söhbət etməmişdik.
Amma birtəhər onun əhval-ruhiyyəsini qaldırmaq istəyir-
dim. Bəs necə? Lətifə danışa bilməzdim, əvvəla onlar yadım-
dan çıxır, həm də səfehlikdir. Nəsə tələbəlik həyatından gül-
məli əhvalat? Yenə səfehlikdir. Onda əsas sualımı verdim:
- Vladimir Georgiyeviç, - səmimiyyətlə başladım, - teatr
Dostları ilə paylaş: |