muşdular. Çoxlarının əllərində bokallar vardı. Amma ma-
saların üstü boş idi. Onların üstündə şüşələr, təmiz füjerlər,
bəzilərində isə içində şərab olan bokallar dururdu.
Mən heç cürə başa düşə bilmirdim ki, masaların üstünə
yeməklər nə vaxt düzüləcək və nə üçün qonaqlar gələnə
kimi onlar düzülməyib. Düzdür, ətrafda ofisiantlar vur-
nuxurdular, məcməyidə su, şirə və şərab təqdim edirdilər.
Amma yeməkdən əsər-əlamət yox idi.
Corcinanın hazırladığı yeganə yemək – ananaslı meyvə
salatı idi. Mən mətbəxdə idim və görürdüm ki, sahibə əlinə
keçən bütün meyvələri – apelsinləri, bananları, anansları
necə həvəslə böyük qaba atır. Ofisiantlardan biri sahibəyə
yaxınlaşdı və təklif etdi:
- Verin, mən bu salatı düzəldim.
- Yox, yox, siz necə etmək lazım olduğunu bilmirsiniz.
Mənim göstərişlərimi gözləyin.
Qonaqlar gəlməkdə davam edirdi. Corcina onlarla görü-
şür, öpüşür və bağlamaları qəbul edirdi.
Qadınlardan biri dedi:
- Bura bax, mən fantastik vetçina gətirmişəm!
Başqa bir qonaq deyirdi: “Biz servelat gətirdik”. Kimsə
kanape, digəri pizza, üçüncüsü peçenye, başqa biri isə pen-
dir gətirmişdi. Delikates yox idi. Eləcə də kürü. ABŞ-da bu,
çox bahalı hədiyyədir, mən kürü bankası ilə gələndə, sanki
padşahlara layiq hədiyyə gətirirəm.
Masa qonaqların gətirdikləri ilə doldu. Görünür, qəbula
qədər onlarla zəngləşərkən, hər kəsə nə ilə gəlməli olduğu
deyilmişdi.
Mənə şərab təklif edəndə, ilk dəfə olaraq şüşə bokalın
eynilə oxşarı olan plastikdən bokal gördüm, Rusiyada hələ
beləsi ilə rastlaşmamışdım. Onlar hələ bizdə yox idi. Mən
onların üstünlüyünü başa düşdüm: bokalları çəkinmədən
istənilən yerə qoymaq olardı. İstər kimsə ayağı ilə vursun,
istərsə də bütün gecəni çəmənlikdə unutsun.
Ofisiantların işi ondan ibarət idi ki, gətirilənləri masalara
199
Corcinanın – okeanın bir hissəsinin sahibəsinin qonağı olarkən
200
düzsünlər, sonra isə qalan hər şeyi böyük süfrələrə yığaraq
evdən çıxarsınlar.
Qəbuldan sonra onlar bütün bu gözəlliyi toplayıb, atdılar:
müxtəlif rəngli süfrələri, şux dəsmalları, rəngbərəng qabla-
rı, bokalları, butulkaları. Ev yenidən evvəlki kimi tərtəmiz
oldu.
Səhər ev sahibəsi təravətli və şən idi – yaxşı yatıb, din-
cəlmişdi. Qonaqlar getdikdən, yaxud gecələdikdən sonra,
gecədən keçənə qədər evi təmizləməyinə, bir yığın zibil və
qalaqlanmış çirkli qab-qacaqla əlləşməsinə ehtiyac qalma-
mışdı. Masanın üstündə, qablarda yeyilməmiş meyvə salatı
və qəhvə üçün qəşəng çini fincanlar qoyulmuşdu. Yaxınlıq-
dan kiçik bardağa süzülən qəhvənin xoş ətri yayılırdı.
Yadıma düşdü ki, dünən masalara ancaq plastik qab-qa-
caq qoyulmuşdu.
- Siz qəbullar zamanı şüşə qab-qacaqdan istifadə etmirsi-
niz? – maraqla soruşdum.
- Yox, burada narahatdır. Birdən okeandan külək qalxır və
bütün qab-qacağı sındırır.
Mən bəzi suallarımın yersiz görünəcəyindən inciməməyi-
ni xahiş edərək, sorğu-sualı davam etdirirdim. Onların adət
və qaydalarını başa düşmək istəyirdim, məndən isə bizim
ənənələr haqqında soruşurdular.
- Rus evlərində qonaqların qəbuluna bəzən bir neçə gün
hazırlaşırlar. Sizin isə Corcina, çoxlu köməkçiləriniz var.
Sizə bu qəbulda ancaq meyvə salatı hazırlamaq qalmışdı, elə
deyil?
Bu dəfə ev sahibəsi yüngülcə meydan oxuyurmuş kimi
dilləndi:
- Necə yəni ancaq salat? Qab-qacağı, bokalların gətirilmə-
sini təmin etmişəm, ofisiantların pulunu vermişəm, nəhayət,
pianoçunun qonorarını mən ödəmişəm, yemək və spirtli iç-
kiləri isə əlbəttə, qonaqlar özləri gətiriblər.
Daha doğrusu, bu, hazırlanmış qonaqlıq idi və hər şey
nəzərə alınmışdı: ofisiantlar nə qədər pul istəyəcəklər, stul-
ların çıxarılması, əlavə masaların qoyulması hansı qiymətə
başa gəlir, kağız süfrələr, stəkan və bokallar üçün nə qədər
201
ödənilməlidir.
Yeri gəlmişkən, ABŞ-da demək olar ki, çiçək bağışlamır-
lar. Bəzi amerikalıların fikrincə, çiçəklər – atılmış pullardır.
Sən çiçəklə gələndə, sanki özünü göstərmək istəyirsən, çünki
orada çiçək bizdəkindən xeyli bahadır.
Nyuportdakı “party”nin necə keçdiyini yığcam şəkildə
belə ifadə etmək olar: cənablar, siz yeməyə yox, söhbətləş-
məyə gəlmisiniz, əgər doyunca yeməmisinizsə - evdə yeyər-
siniz. Ümumiyyətlə, çox yemək nəyə lazımdır?
* * *
Bostondakı tanışımın evində mən demək olar ki, bir ay
yaşadım. O, iri konsaltinq firmasının rəhbəri idi. İngilis əri
Oksfordu Toni Blerlə birgə bitirmişdi, heç yerdə işləmirdi və
evlə məşğul olurdu. Vaxtilə restoran sahibi olub, amma işi
iflasa uğrayıb və indi evdədir. Qadın işi ilə məşğul olmaqdan
utanmırdı. Onların uşaqları yox idi. İki it saxlayırdılar. O,
itlərlə məşğul olur, yemək hazırlayır, qabları yuyur, tozso-
ranla evləri təmizləyir, qaçışla məşğul olur və arvadının iş-
dən gəlməsini gözləyirdi. Bundan əlavə, türk dilini öyrənir,
kurslara gedir və Türkiyə haqqında kitab yazmaq istəyirdi.
Onların pəncərələri çəmənliyə açılan səciyyəvi Amerika
mətbəxi olan evlərinin şüşəli qapıları vardı və istənilən ci-
nayətkar onu sındırıb, içəri girə bilər. Bu evin də hasarı yox
idi.
Onların evləri məndə nəsə tez-tez yığılmış, tələsik düzəl-
dilmiş təəssüratı yaradırdı. Nuf-Nufun evcikləri. Bunun da
öz məntiqi var. Amerikalılar evlərini tez-tez dəyişirlər. Gə-
lirlərin çoxalıbsa, başqa evə köçürsən. Karyeran sürətlə və
uğurla inkişaf edir? Deməli, səni daha qəşəng ev gözləyir.
Onlar üçün köçmək təbii prosesdir. Onlar fotolardakı dün-
yalarını asanlıqla mənzildən-mənzilə, evdən-evə keçirir və
yeni evdə ilk növbədə ailə fotolarını qoyurlar. Fotolar ame-
rikalının əsas vizit kartıdır və onları portmanetində gəzdirir.
Baxın, mən necəyəm və necə gözəl amerikan ailəm var: bu
arvadımdır, burada isə mən sevimli pişiyim və ya itimləyəm.
Amerikalı dərhal sənə, az tanıdığı adama öz şəxsi həyatını,
202
belə deyək, şəxsi işini göstərməyə hazırdır.
Xarici aləmə açıq olmalarına və özlərini səmimi, nəzakət-
li, problemsiz, ətrafdakıları xoşbəxt etməyə çalışan insanlar
kimi göstərmələrinə baxmayaraq, bu, əlbəttə ki, belə deyil.
Hər birinin ətraf aləmin görmədiyi göz yaşları, həyəcanla-
rı olsa da, ABŞ-da bunu nümayiş etdirməyi lazım bilmirlər.
Qərb dünyası zəifliklərini göstərməyi sevmir. Onlar üçün
Hollivud yalnız kino deyil, həyat üçün dərslikdir: hansı pal-
tarları geyinməlisən, saçını necə kəsdirməlisən, ailə münasi-
bətləri necə olmalıdır, orduda necə xidmət etmək gərəkdir.
Həm də onlar öz filmlərində çox vaxt problemlərini göstərir-
lər – ailədə şiddət, onların üzləşdikləri zorakılıqlar. Kinola-
rına baxın – onlar həmin filmlərində özlərinə çox oxşayırlar.
* * *
...Vaşinqton – Nyu-York – Moskva – çox çətin uçuşdur.
Və keçmiş dövlət katibi, doxsan yaşlı Henri Kissincer Mos-
kvaya gəlib.
Hər dəfə Moskvaya səfərində o, əvvəlcədən telefonla ra-
zılaşdırmaqla, ərimlə görüşür.
Bu səfərində də belə oldu. Söhbətin təfərrüatını danışma-
yacağam, yalnız məni heyrətləndirən bir detalı deyəcəyəm.
Moskva tıxaclarına bələd olduğumdan, ərimə əvvəlcə-
dən yola çıxmağı təklif etdim və haqlı oldum: biz vaxtında
yetişdik, hətta bir qədər vaxtından qabaq. Amma Henri Kis-
sincerin bizi gözlədiyini görəndə təəccübümün həddi-hü-
dudu olmadı! O, holldakı kresloda ünsiyyətə hazır olmayan
adam pozasında, fikrə dalmış halda oturmuşdu. Bəlkə də bu
anda o, mürgüləyirdi. Mən ancaq onu gördüm ki, o, gözləri
yarıqapalı vəziyyətdə oturub. Görünür, uçuşdan yorulmuş-
du. Biz yaxınlaşan kimi, Aleksey ona müraciət etdi: “Mister
Kissinger”, - o, dərhal qəddini düzəltdi, gülümsədi və göz
önündəcə dəyişdi. Vaxtanqov aktyor məktəbinin məzunu
olduğumdan, onun bizə gülümsəməyinin səmimi, yaxud
qeyri-səmimi olması mənim üçün vacib deyildi.
Amerikalılar çox gülümsəyirlər. Deyirlər ki, böhrandan
sonra onlar az gülümsəməyə başlayıblar, amma hər halda
203
Amerika diplomatiyasının “patriarxı” Henri Kissincerlə
Moskvada. “Bütün ləyaqətli insanlar kəşfiyyatdan başlayıblar”, -
bir dəfə o, Vladimir Putinə belə demişdi
204
bizim Rusiyadakı kimi yox.
Onların mağazalarına girirsən – sənə gülümsəyirlər, ap-
tekdə də gülümsəyirlər, mehmanxanada da, sanki pul gə-
tirmisən. Digər tərəfdən isə axı, sən doğrudan da pul, gəlir
gətirirsən.
Bizdə isə həm sosializmdə, həm də kapitalizmdə müştə-
riyə münasibət az və aşağı sürətlə dəyişir.
Bir sözlə, hətta qeyri-səmimi də olsa, amerikalının gülüm-
səməsi daha xoşdur, nəinki bizimkilərin qaşqabaqlı görkəm-
ləri və əlbəttə bədxahlıqları.
205
BİLLARİ
Bu ailə cütlüyünü hamı tanıyır. Ayris Merdokun “Qara şah-
zadə” romanında müəllifin Hamlet haqqında maraqlı müla-
hizələrini oxumuşam. Merdok Şekspirin bu əsərinin aşiqi olan
baş qəhrəmanının dili ilə patetik tərzdə bildirir: “Hamleti hamı
tanıyır! Argentina maldarları, Avstraliya meşəqıranları, Hindis-
tan əkinçiləri, Norveç dənizçiləri, hətta amerikalılar – bir sözlə,
hamı, bəşəriyyətin bütün qaranlıq və vəhşi nümayəndələrinin
hamısı heç olmasa, bir dəfə Hamlet haqqında eşidiblər”.
Mən də cəsarətlə deyə bilərəm ki, Klintonları hamı tanıyır.
Bill Klinton ABŞ-ın qırx ikinci prezidenti olub, amma onun
haqqında yazılan məqalələrin, çəkilən filmlərin və nəşr edilən
kitabların sayına nəzər salsaq, qətiyyətlə demək olar, o Ağ evin
ən məşhur sahibidir.
Hillari və Bill Klintondan danışarkən, Ayris Merdokun ro-
manını təsadüfən xatırlamadım. Roman hələ SSRİ dövründə
nəşr edilmişdi. Baş qəhrəmanın – yazıçı Bredli Pirsonun məni
necə heyran etdiyini yaxşı xatırlayıram. Çox yaxşı təhsil almış
böyük ziyalı biz oxucuların gözləri qarşısında hansı hoqqalar-
dan çıxmırdı. Ən yaxşı dostunun həyat yoldaşı ilə yatır, alt-
mış yaşında elə həmin dostunun 18 yaşlı qızına vurulur (yeri
gəlmişkən, qızı da özünə aşiq etmək şərti ilə), nümayişkaranə
tərzdə doğma bacısının dəfninə getmir... Mən, gənc qız idim,
Merdokun qəhrəmanının bir çox hərəkətlərini şübhə doğur-
mayan əclaflığın, saxtakarlığın, ya da ikiüzlülüyün təzahürü
kimi görürdüm. Amma roman başqa həyat haqqında səmimi-
liklə, düzgünlüklə dolu idi. Və mən özümü bu yad həyatın
bir hissəsi kimi hiss edir, romanda baş verən hadisələrə görə
həyəcanlanır, kədərlənir və acıyırdım.
Etiraf edim ki, Klintonlarla bağlı da oxşar hissləri yaşayı-
ram. Bütün dünya bu cütlüyün həyatını əyləncəli serial kimi
qəbul edir. Burada xanımın öz həyat yoldaşının ən yaxşı dostu
ilə çoxillik sevgi münasibətləri də var, prokuror istintaqı da.
206
Məşuqənin dövlətin birinci şəxsi tərəfindən ləkələndirilmiş
paltarı da... Amma gəlin, ardıcıllığa riayət edək.
Amerikada bu cütlüyü “Billari” adlandırırlar. Bu siam əkiz-
ləri yalnız ölkənin siyasi olimpinə qalxmaqla kifayətlənmə-
dilər, həm də bütün dünyanın taleyini müəyyənləşdirməyə
başladılar. Kim bilir, bəlkə də son nəticə etibarı ilə Hillari də
prezident kürsüsündə əyləşəcək.
1992-ci ildə Uilyam Cefferson Klintonun 46, onun həyat
yoldaşının isə 45 yaşı var idi. Onlar əl-ələ tutub Ağ evə daxil
oldular. Amerikalılar ölkənin bu cütlük tərəfindən idarə olu-
nacağını sezmişdilər. Hətta belə bir lətifə vardı: Bill Klinton
prezident olan kimi, öz həyat yoldaşının cangüdənlərinin sa-
yını iki dəfə artırır. Heyrətlənmiş maliyyə nazirinin – “Axı, nə
üçün” – sualına Klinton belə cavab verir: “Axı, Hillariyə bir
şey olsa, prezidentliyi mən etməliyəm”.
Doğrudan da, Hillari Klinton həmişə çox və uğurla işləyib.
O, ciddi ənənələrlə tərbiyə alıb. Heç demə, atası hər axşam
evin istilik sitemini söndürürmüş. Bu şəxsin qənaətincə soyuq
insan xarakterini formalaşdırır. Dörd yaşı olanda, qonşu qızı
ona əl qaldırır. Səs-küyü eşidib özünü yetirən anası nəinki qı-
zını dəstəkləmir, əksinə, onu tənbeh edir: “Bizim ailəmizdə
heç vaxt qorxaq olmayıb. Cavab verməyi bacar”. Yəqin elə
buna görə də Hillari döyüşçü xarakterini uşaqlığından nüma-
yiş etdirməli olub. Ölkənin gələcək birinci ledisi onu incidənin
cavabını lazımınca verməklə, öz küçəsində hamının hörmətini
qazanmışdı. Bu səriştə sonralar tez-tez onun dadına çatacaq.
Özünü müdafiə edərkən, ailə şərəfini qoruyarkən, vəfasız əri-
nin tərəfini saxlayarkən.
Mən onu elə bu ampluada gördüm. Davosda. Amerikada
məşhur “Monika Levinskinin işi” ətrafında qalmaqal yenicə
səngimişdi. ABŞ prezidentinin prokuror tərəfindən sorğu-su-
al edilməsini, onun teleekranlardakı çaşqın durumunu hamı
yaxşı xatırlayırdı. Əri üçün yəqin ki, ən dəhşətli gündə Hil-
lari jurnalistlər qarşısına çıxaraq, inamla dedi: “Bu məsələdə
həddən artıq çox siyasi intriqalar var. Amma mən öz ərimi bu
dünyada istənilən adamdan daha yaxşı tanıyıram”. Son ifadə-
ni o, pauzalarla söylədi. Demək olar ki, hecalarla.
207
Bill Klinton, 2009-cu il: artıq prezident deyil, amma əvvəlkitək
ünsiyyətcildir və insanları məftun edə bilir
208
17 avqust 1998-ci ildə, istintaqdan sonra bütün ölkə öz
prezidentini həyat yoldaşı və qızı ilə əl-ələ tutub addımlayan
halda gördü. Hamı başa düşdü, onu öz ailəsi xilas edib. Görü-
nür, məhz bu anda amerikalıların çoxu Klintonu dəstəkləmək
qərarına gəldi. Konqress də öz növbəsində ona impiçment
elan etmədi.
Sadə amerikalı qadınlar ümumiyyətlə, başqa cür düşünür-
dülər: “Nə olsun ki, and içərək yalan danışıb? Prezidentlik və
and kişini öz centlmenlik öhdəliyindən azad etmir. Kişi intim
həyatı haqqında laqqırtı vurmamalıdır. Yalnız zorlama məh-
kəmə araşdırmasının predmeti ola bilər. Yerdə qalanlar ailənin
daxili işləridir”. O zaman çoxları məhz belə düşünürdü.
Və bütün yaşananlardan beş ay sonra Hillari Klinton Av-
ropaya, İsveçrəyə, hər il keçirilən Davos forumuna gedir.
Nəhəng zalda yer yox idi. İnsanlar zalın perimetri boyu da-
yanmış, girişlərdə sıxlaşmışdılar. Mən çox çətinliklə konq-
res-hollda yer tutmuşdum. Həmin il Davos forumunun mət-
buat xidmətində çalışan qızımızın köməyilə.
Hillari Klinton öz çıxışında uşaqların tərbiyəsi, xəstə uşaq-
larını müalicə etdirə bilməyən ailələrin problemləri, ailə
dəyərləri və onların bütün insanlar üçün əhəmiyyətindən
danışırdı. O, çox sakit idi və həddindən artıq arıqlamışdı.
Çöhrəsində depressiyadan əlamət də yox idi. Açıq-aşkar hiss
olunurdu ki, ailə problemlərindən danışarkən, o, öz ailəsin-
dəki problemlərlə bağlı sualı da cavablandırmağa hazır idi.
Bu sual əlbəttə, verildi və dərhal cavablandırıldı: “Biz 25 ildir
ki, bir yerdəyik. Əgər kimsə mənə bu müddətin ailə problem-
ləri üçün az olduğunu söyləsə, mən o adamla tanış olmağa
hazıram. Bu, yalnız bizim problemimizdir. Və biz bu proble-
mi adlatmışıq”. Zal ayaq üstə alqışlayırdı.
“Mən həmişə güclü qadınları sevmişəm. Əgər insanlar hə-
yat yoldaşımın yaxşı prezident ola biləcəyi qənaətinə gəlsələr,
bu mənim xeyrimədir” – Klinton hələ prezident olarkən,
müsahibələrindən birində demişdi. Xatırlayırsınızsa, Hillari
2008-ci ildə demokratik “praymeriz”də Obamaya uduzma-
saydı, prezident ola bilərdi.
Bu qalmaqaldan və nə vaxtsa Klintonla əlaqədə olmuş qa-
209
dınların coşqun açıqlamalarından xeyli əvvəl, ərim Oval ka-
binetdə olması ilə bağlı şəxsi təəssüratlarını mənimlə bölüş-
müşdü.
Bu elə bir dövr idi ki, Amerika bizi, biz isə Amerikanı kəşf
edirdik. “Dəmir pərdə” artıq yox idi. Və bu yoxluğun yarat-
dığı emosiyalar real siyasəti arxa plana keçirə bilmişdi. Elə
görünürdü ki, biz sadəcə olaraq anlaşılmazlıq üzündən geo-
siyasi barrikadaların müxtəlif tərəflərinə düşmüş iki xalqıq.
Aleksey o zaman “Moskovskiye novosti” qəzetinin baş re-
daktorunun müavini idi. Həmin illər ərzində beş, ya altı dəfə
ABŞ-da olmuşdu. Həm də yalnız Nyu-York və Vaşinqtonda
yox. O, Şimali Karolina və Arkanzasda mühazirələr oxumuş,
Kolorado və Texasda böyük konfranslarda çıxış etmişdi.
Səfərlərin bəzilərinə biz birlikdə gedirdik. İndi sizə danışaca-
ğım əhvalat onun mənsiz getdiyi səfər zamanı baş verib.
Səhv etmirəmsə, 1994-cü ilin mayı idi. Bizim köhnə tanışı-
mız, uzun müddət “Yu Es Nyus ənd Uorld Riport” jurnalının
Moskva bürosuna rəhbərlik etmiş, ABŞ-a qayıtdıqdan sonra
jurnalın rəhbərliyinə daxil olan Ceff Trimbl Alekseylə Vaşinq-
tonda görüşür. Və deyir ki, onu Ağ evə dəvət edə bilər. Özü
də Bill Klintonun Oval kabinetdən xalqa həftəlik radiomüra-
ciəti zamanı. Bunu təşkil etməyi isə Alekseyin tanışı olan, ta-
nınmış Amerika jurnalisti Devid Qerqen öz üzərinə götürüb.
Cənab Qerqen o zaman Bill Klintonun müşaviri idi. Klinton
dövründə belə bir praktika vardı – prezident radio ilə birbaşa
öz otağından çıxış edirdi, onun administrasiyasında çalışan-
ların tanışlarından və qohumlarından ibarət kiçik auditoriya
da elə bura toplaşırdı. Necə deyərlər, “hamısı özününkülər”
idi. Radiomüraciətdən sonra isə qısa müddət ərzində prezi-
dentlə danışmaq olardı.
O zamanlar terror aktları hələ gündəmi zəbt etməmişdi.
Ağ evin qarşısında banına partlayıcı maddə doldurulmuş
yük maşınlarının içəri girməsini əngəlləyə biləcək iri beton
bloklar hələ qoyulmamışdı. Elə “sekyuriti” də indiki kimi bü-
tün xırdalıqlara fikir vermirdi. İçəri girənlərin çəkmələrini və
kəmərlərini də heç kim çıxarmırdı. Hətta bir neçə ay sonra elə
həmin David Qerqenin vasitəsilə Daşa ilə mən Ağ evdə olan-
210
da bizi elə də ciddi yoxlamadılar. Sancaqlı plastik “Visitor”
buraxılışı verdilər və biz Amerikanın ürəyinə ekskursiyaya
çıxdıq.
Amma gəlin, Alekseyin Klintonla görüşünə qayıdaq. O za-
man Klinton Haitiyə qoşun göndərilməsi, Yuqoslaviya böhra-
nı kimi məsələlərlə məşğul idi. Haitidəki vəziyyət təxirəsalın-
maz müdaxilə tələb edirdi. Orada yenə hakimiyyət boşluğu
yaranmışdı. Silahlı dəstələr əhalini qorxu içində saxlayırdı.
Ölkə hamının hamıya qarşı aparacağı amansız müharibəsi-
nin astanasında idi. Florida sahillərinə isə haitili qaçqınlarla
dolu bərələr yan alırdı. Amerikalılar bu əldəqayırma bərələr-
də gələn qaçqınları öz ərazilərində görmək istəmirdilər. Haiti
barədə düşünən Klinton əslində iki problemi həll etməli idi:
bu ölkədə minimal qayda-qanunun bərpasını və Amerikanı
arzuedilməz immiqrantların yeni dalğasından xilas etməyi.
- Elə anlar olurdu ki, gərginlik ABŞ prezidentinin üzündən,
gözlərindən aydın sezilirdi, - ərim mənə danışırdı. Alekseyi hey-
rətə salan isə çıxış bitdikdən dərhal sonra Klintonun tam dəyiş-
məsi olmuşdu. O, dərhal həmin əfsanəvi, səmimi və diqqətcil,
çoxları tərəfindən Amerika tarixinin ən güclü prezidentlərindən
biri hesab edilən Klintona çevrilmişdi. Aleksey bunu Klintonun
onunla görüşməsindən, baxışlarından hiss etmişdi. Prezident
rusiyalı politoloqun, jurnalistin əlini sıxırdı və bu zaman o, Ha-
iti haqqında deyil, qarşısındakı insana yaxşı təsir bağışlamaq
barədə düşünürdü. Özü də Klinton buna nail ola bilmişdi. Alek-
seyin skeptisizminə rəğmən, Amerika prezidenti onun xoşuna
gəlmişdi.
Qısa söhbətdən sonra Aleksey ona “Moskovskiye novosti”-
nin dəri papkasını bağışlayır. Klinton təəccüblənir və təşəkkür
edir. İki aydan sonra ərimin adına Amerikadan gerbli, marka-
lı və çoxlu möhürləri olan zərf gələndə biz çox heyrətləndik.
Zərfin içində qızılı gerbli kağızda Klinton tərəfindən imzalan-
mış məktub vardı. O, “hədiyyəyə görə” təşəkkür edir və yazır-
dı ki, həmin görüşü səmimiyyətlə xatırlayır. Biz indi deyildiyi
kimi, “şokda idik”. İki il sonra Aleksey oxşar məktubu ABŞ-ın
eks-prezidenti Cerald Forddan da aldı. O, “Moskovskiye novos-
ti”dəki bir səhifəlik müsahibəyə görə minnətdarlığını bildirirdi.
211
Paolo Koelyonun ovsunlayıcı baxışları var – hisslərin əlkimyası
ilə məşğuldur
212
Çox illər sonra mən özüm Klintonla görüşəndə, Alekseyin
sözlərini daha yaxşı anladım. Bu, ikiüzlülük və ya aktyorluq
deyildi, Klinton həmin anda doğrudan da tam səmimi görü-
nürdü. Sanki Klintonun mənim görüşdüyüm digər görkəmli
şəxsiyyətlərdən daha çox malik olduğu hansısa insani ünsiy-
yət instinkti işə düşmüşdü.
Deyilənə görə, o, öz cangüdənlərinin hamısını adı ilə tanı-
yır.
- Ey Stiv, sən ananı xəstəxanaya apardın? – bu da prezi-
dentin cangüdənlərindən birinə verdiyi sual. – Sənə kömək
lazımdır?
- Con, balacan dünyaya gəlib, səni təbrik edirəm. Adını nə
qoydunuz? – bu da başqa cangüdənə verilən sualdır.
Onu mühafizəçilər də, aşbazlar da, ofisiantlar da sevir-
dilər. Bu həqiqətən sevgi seli idi.
Əlbəttə, bu şəxsin nikahdankənar əlaqələri ola bilərdi. Pre-
zidentliyi dövründə isə...
Monika Levinski müsahibələrində onu kişi kimi dərk et-
mədiyini bildirirdi. Heç demə Klinton onun üçün “ən yüksək
rəmz” imiş. Yalnız sonralar bu şəxsə vurulub və hədiyyələr
verməyə başlayıb: siqarlar, onun sevdiyi qurbağa suvenirləri,
gün eynəkləri, köynəklər. Klinton isə hədiyyə verməyi xoşla-
mırmış.
Bəlkə də elə buna görə Levinski sonralar “Monika ağ və
qarada” sənədli filmində iştirakı müqabilində yeddi milyon
dollar almışdı. Hər müsahibəyə görə isə nə az, nə çox düz iki
milyon. Özünün “məşhur” paltarını isə ilkin qiyməti iki mil-
yon dollar olmaqla hərraca çıxarmışdı. “Axı, bu gün dünyada
ikinci belə paltar yoxdur”, - bu da “ulduz”un izahı.
Bütün bu hadisələrə bir il qalmış ABŞ prezidenti Davos
forumunda gözlənilməz çıxış etdi. Mən zalda idim və səh-
nədə olan Klintonu böyük diqqətlə izləyirdim. Hündürboy
Klinton onun üçün alçaq hesab edilə biləcək stulda oturmuş-
Dostları ilə paylaş: |