Sumqayit döVLƏt universiteti faküLTƏ



Yüklə 0,99 Mb.
səhifə14/22
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#47227
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Dispers sistem. tesn.

Ultrasəslə dispersləşmə fiziki xırdalanma metoduna aiddir. Saniyədə 20000÷1000000 Hs tezlikli ultrasəs dalğaları mayedən keçdikdə lokal də­yiş­kən sıxılmalar və genişlənmələr baş verir. Bu hadisələr isə parçalayıcı tə­sirə malik olduğundan mayedəki asılqanları dispersləşdirir. Bu prosesdə həlledici rol kavitasiya hadisəsinə məxsusdur. Mayedə kavitasiya – sıxıl­ma­lar və genişlənmələr zamanı boşluqlar əmələ gəlir, bu səbəbdən də yüksək təz­yiq yaranır. Yüksək təzyiqlər dağıdıcı təsirə malik olub mayeni və bərk his­səciyi dispersləşdirir. Bu metoddan mayeləri, polimerldəri, asanəriyən me­talları, qrafiti və s. dispersləşdirmək üçün geniş istifadə olunur. Qazların dis­persləşdirilməsi mayedən qazın barbotajlaşdırılması yolu ilə aparılır. Ma­yelər püskürtmə və ya sıçratma yolu ilə dispersləşdirilir. Bü məqsədlə for­sunka, sentrifuqa, fırfıra və fırlanan diskdən istifadə olunur.

Dispersləşmə metodlarından geniş istifadə edilməsinə baxmyaraq, on­lar­dan kolloid sistemlərin (disperslik dərəcəi 10-7-10-9 m) alınması üçün is­ti­fadə etmək olmur. Belə sistemləri yalnız kondensləşmə metodları ilə al­maq mümkündür.

Fiziki-kimyəvi kondensləşmə metoduna peptidləşmə aiddir. Peptid­ləş­mə metodu XII fəsildə verilmişdir.
Kondensləşmə zamanı homogen sistem heterogen sistemə çevrilir, yə­ni metastabil halda olan sistemdə yeni faza (dispers faza) əmələ gəlir. Yeni fa­za­nın yaranmasının əsas şərti başlanğıc sistemin (məhlulun və ya bu­xarın) ifrat doymuş olmasıdır. İfrat doymuş sistemlər kimyəvi reaksiyalar və ya fiziki proseslər nəticəsində yarana bilər. Ona görə də kondensləşmə me­todları iki yerə bölünür: kimyəvi və fiziki.

Yeni fazanın yaranma şəraitinə baxaq. Yeni fazanın hissəciklərinin ya­ran­ması iki mərhələdən ibarətdir: rüşeymlərin yaranması və onların bö­yü­mə­si. Kondensləşmə prosesi o zaman baş verir ki, maddənin heterogen sis­tem­dəki kimyəvi potenialı (µ2) homogen sistemdəki kimyəvi potensialından (µ1) kiçik olsun (µ21). Yekunda əlverişli olan bu proses enerji tələb edən mər­hələni – yeni fazanın rüşeymlərinin yaranması mərhələsini keçməlidir. Bu mərhələ iki mexanizm üzrə ola bilər: homogen və heterogen.

Homogen mexanizmdə metastabil sistemdə yerli ifrat doymalar – qa­tı­lı­ğın və sıxlığın fluktuasiyaları nəticəsində bir neçə molekuldan ibarət aq­re­qat­lar – yeni fazanın rüşeymləri yaranır. Heterogen mexanizmə görə isə ye­ni fazanın rüşeymləri sistemdə olan və ya sistemə daxil edilən kristallaşma mər­­kəzləri (tozlar, əlavə edilmiş hazır zol və s.) ola bilər.

Müasir nəzəriyyəyə görə yeni fazanın müəyyən ölçülü rüşeymlərinin ho­mogen mexanizmi üzrə yaranması şərti məlum Kelvin tənliyilə ifadə olu­nur:



(8.4)

burada – yeni fazanın rüşeymlərinin radiusu; – fazaların sərhəddindəki sət­hi gərilmə; – yeni fazanın molyar həcmi; – radiuslu his­sə­cik­lə­rin alınması üçün ifrat doymuş məhlulun qatılığı; – doymuş məhlulun qa­­tılığıdır.

(8.4) tənliyindən görünür ki, rüşeymlərin alınması üçün > şərti ödən­­məlidir. İfrat doymuş məhluldan yüksək dispersli sistem o zaman alına bi­lər ki, rüşeymlərin əmələ gəlmə sürəti ( ), onların böyümə sürətindən ( ) xeyli böyük olsun ( > ). Əks halda iri hissəciklər alınır, bu his­sə­cik­lər isə kinetik davamsız olduğundan çökür.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin