Şəkil 8.1. Çoxyüklü ionların adsorbsiya təbəqəsinin pazlayıcı təzyiqinin təsir sxemi
Mayelər də bərkliyi azaldan maddələr kimi təsir göstərir. Yaş xırdalama, quru xırdalamadan effektlidir.
Dispersləşmə metodları kobud və mikrodispers sistemlərin alınmasında geniş istifadə olunur.
Dispersləşmə metodları mexaniki, fiziki və fiziki-kimyəvi metodlara bölünür. İri bərk cisimlərin mexaniki dispersləşdirilməsi onların mexaniki xassələrindən asılı olaraq doğrama, zərbə, sürtünmə, parçalanma və s. yollarla aparılır. Materialların parçalanması iki növ mexanizmlər (qurğular) iştirakında aparılır. Əvvəlcə materiallar xüsusi maşınların köməyilə kobud xırdlanır, sonra isə ikiknci növ maşınların köməyilə incə üyüdülür. İlkin xırdalanmada istifadə olunan maşınlar kəsici, biçici və ya dağıdıcı təsirə malik olmalıdır. Kobud dispers sistemlərin mexaniki xırdalanması xüsusi sənaye və laboratoiya qurğularında – dəyirmanlarda aparılır. Bunlardan ən geniş yayılanı kürəli dəyirmandır. Kürəli dəyirman boş silindrik qabdan ibarətdir. Onun həcminin 30-40%-i silindrin materialından hazırlanmış kürələrlə doldurulur. Silindrin fırlanması zamanı kürələr hərəkət edərək materialı sürtür və parçalayır. Xırdalanma kürələrin zərbələri nəticəsində də baş verə bilər. Kürəli dəyirmanda hissəcikləri 2 ÷ 70 mkm ölçüsündə olan sistemlər almaq mümkündür. Daha dərin xırdalanma (hissəciklərin ölçüsü 0,1÷1 mkm) xüsusi kolloid dəyirmanda mümkündür. Kolloid dəyirmanda sürətlə fırlanan (20000 dövr/dəq) rotorla tərpəməz köynək arasındakı dar aralıqda hissəcikilər parçalanır, dağılır və ya sürtülür.
Dostları ilə paylaş: |