İkiqat elektrik təbəqəsinin quruluşu haqqında nəzəriyyələr
Helmholts-Perren nəzəriyyəsi (1879)-Fazalararası səthlərin bütün elektrik xassələri və onlarda baş verən proseslər fazaların bölgü sərhəddində ikiqat elektrik təbəqəsinin olması ilə əlaqədardır. İET-in parametrləri arasında miqdarı əlaqə onun quruluşu ilə təyin edilir.
İET-in əmələ gəlməsi haqqında ilk mülahizələr Kvinke tərəfindən verilmişdir İET-in ilk modelini Helmholts vermişdir. Bu model sonralar Smoluxovski və Perren tərəfindən inkişaf etdirilmişdir. Onların təsəvvürlərinə görə İET-ə müstəvi kondensator kimi baxılır. Fazalar sərhəddində, adətən, bərk fazada potensialəmələgətirici (PƏİ) adlandırılan ionların (daxili) təbəqəsi, bu təbəqədən ionların solvablaşmamış haldakı radiusunun iki misli məsafədə maye fazada əksionlar (Əİ) adlandırılan və elektrostatik cazibə qüvvələri hesabına əks işarəli ionların (xarici) təbəqəsi yerləşir. Əksionların bu sıx təbəqəsi Helmholts təbəqəsi adlanır. Elektrik təbəqəsinin qalınlığı molekulların və ya solvatlaşmış ionların ölçülərinə yaxındır. Elektroneytrallıq şərtinə görə hər iki ion təbəqəsində yüklərin sıxlığı mütləq qiymətjə eyni olmalıdır: . Belə İET-in qalınlığı daxilində potensial sıfıra qədər xətti azalır. Müstəvi kondensator nəzəriyyəsinə görə səthdə yükün sıxlığı aşağıdakı tənliklə ifadə olur:
(11.17)
Dostları ilə paylaş: |