Шякил 5.1. Адсорбсийа фязасы кясийинин схеми.
Şəkildə ekvipotensial səthlər, yəni adsorbsiya potensialı (i) eyni olan səthlər qırıq xətlərlə göstərilmişdir. adsorbsiya fəzasının qalınlığıdır.
Aydındır ki, maksimal adsorbsiya potensialı [5(max)] adsorbent-adsorbat sərhəddində mövcuddur. Adsorbsiya fəzası – qaz fazası sərhəddində isə adsorbsiya qüvvələrinin təsiri yox olduğundan adsorbsiya potensialı (0) sıfra bərabər olmalıdır. Məsamələrdə adsorbatın maye halda olması adsorbsiya potensialının adsorbentin səthindən olan məsafədən asılılığını (məsaməli adsorbentlərdə bu məsafəni təyin etmək mümkün deyil), maye adsorbatın həcmindən asılılığı ilə əvəz etməyə imkan verir. Mayenin həcmini təcrübi adsorbsiya izotermindən təyin etmək mümkündür. Adsorbsiya izotermindən adsorbsiyanın miqdarını (A) təyin etməklə adsorbatın həcmini (V) asanlıqla hesablamaq mümkündür:
(5.1)
burada, – maye adsorbatın molyar həcmidir.
Adsorbsiya qarşılıqlı təsirinin meyarı olaraq adsorbsiya potensialı götürülür.
Adsorbsiya potensialı () sabit temperaturda adsorbsiya qüvvələrinin təsiri ilə 1 mol qazın həcmi fazadan səthi təbəqəyə köçürülməsi zamanı görülən sıxılma işinə bərabərdir:
(5.2)
burada, ps – maye adsorbat üzərindəki doymuş buxar təzyiqi; p – adsorbtivin qaz fazasındakı tarazlıq təzyiqidir. Adsorbsiya izoterminin hər nöqtəsinə A və p/ps–in müəyyən qiymətləri uyğundur. Bu təcrübi qiymətlərə əsasən (5.1) və (5.2) tənlikləri ilə V və -nu hesablamaq olar, başqa sözlə, adsorbsiya potensialının adsorbentin səthindəki adsorbatın həcmindən asılılığını (adsorbsiyanın potensial əyrisini) tapmaq olar.
Polyani nəzəriyyəsi müəyyən temperatur üçün məlum olan adsorbsiya izoterminə əsasən istənilən temperaturdakı adsorbsiya izotermini almağa imkan verir. Dispersiya qüvvələri temperaturdan asılı olmadığı üçün adsorbsiyanın potensial əyrisinin forması da temperaturdan asılı olmamalıdır. Bu fakt çox vaxt təcrübədə təsdiq olunur. Müxtəlif temperaturlarda təcrübi nöqtələr eyni bir əyrisi üzərinə düşür. Bu əyriyə xarakteristik əyri deyilir (şəkil 5.2).
Beləliklə,
(5.3)
yəni adsorbsiya potensialı maye adsorbatın səthdəki sabit həcmində (sabit həcmi dolma dərəcəsində) temperaturdan asılı deyildir (xarakteristik əyri temperatura görə nonvariantdır). Temperatur -dən -yə qədər artdıqda maye adsorbatın bir hissəsi desorbsiya olunur, yəni azalır. Bunula yanaşı artır, ona görə də xarakteristik əyrinin nöqtəsi yerini -dən -yə dəyişir (şəkil 5.2).
İki müxtəlif temperatur üçün yaza bilərik:
(5.4)
(5.4) münasibətləri göstərir ki, bir temperaturda izotermi bilməklə digər temperaturdakı izotermi hesablamaq olar.
M.M.Dubinin və əməkdaşları tərəfindən potensial adsorbsiya əyrilərinin mühüm xüsusiyyəti aşkar edilmişdir. Beləki, eyni bir adsorbentin və müxtəlif adsorbatların xarakteristik əyrilərinin nisbəti səth təbəqəsində adsorbatın həcminin bütün qiymətlərində sabit kəmiyyətdir:
(5.5)
burada, – standart kimi seçilmiş adsorbatın adsorbsiya potensialı; isə ixtiyari adsorbatın adsorbsiya potensialıdır.
sabiti affin əmsalı adlanır. Buradan aydın olur ki, bir adsorbatın xarakteristik əyrisini və ikinci adsorbatın birinci adsorbata görə affin əmsalını bilməklə ikinci adsorbatın həmin adsorbent üzərində adsorbsiya izotermini hesablamaq olar. İkinci adsorbatın affin əmsalını tapmaq üçün onun izotermində heç olmazsa bir təcrübi nöqtəni bilmək lazımdır.
Polyaninin potensial nəzəriyyəsinin əsas məsələsi adsorbsiya həcminin adsorbsiya potensialından asılılığını tapmaqdır. Bu məsələ M.M.Dubinin və onun əməkdaşları tərəfindən həll edilmişdir.
Polyani nəzəriyyəsi monomolekulyar adsorbsiyaya, həmçinin məsaməsiz və geniş məsaməli adsorbentlər üzərindəki polimolekulyar adsorbsiyaya və eləcə də çox incə məsamələrdəki adsorbsiyaya tətbiq olunmur, çünki sadalanan hallarda adsorbatın xassələri adi mayenin xassələrinə oxşamır.
Polyani nəzəriyyəsinin müasir variantlarında üçölçülü model ikiölçülü modellə əvəz edilir, bu halda grad səthə perpendikulyar deyil, səthə toxunan istiqamətdə yönəlmiş olur. Başqa sözlə, həcm əvəzinə energetik qeyri-bircinsli səth nəzərdən keçirilir. Bu halda ekvipotensial səthlər adsorbentin səthində ekvipotensial xətlərlə əvəz olunur. Üzərində ekvipotensial xətlər olan səth topoqrafik xəritəni xatırladır, bu xəritədəki yüksəkliklər müxtəlif energetik səviyyələrə uyğundur.
Bu modeldə V kəmiyyəti iki xətt arasındakı sahənin təbəqənin qalınlığına olan hasili kimi başa düşülür. Hadisənin fiziki mənzərəsinin belə kəskin dəyişdirilməsinə baxmayaraq, nəzəriyyənin formal tərəfi olduğu kimi qalır.
Dostları ilə paylaş: |