Şəkil 11.5. Helmholts-Perrenə görə İET-in quruluşu və bu təbəqədə potensial düşgüsü.
burada, C – müstəvi kondensatorun elektrik tutumu; – mühitin nisbi dielektrik nüfuzluğu; 0 – 8,854·10-12 Fm-ə bərabər olan elektrik sabiti; – ikiqat elektrik təbəqəsinin qalınlığı (kondensatorun köynəkləri arasındakı məsafə); 0 -İET-in elektrik potensialıdır.
Şəkil 11.5-də İET-in quruluşunun sxemi və potensial düşgüsü verilmişdir. İET-dəki ümumi potensial sıçrayışı, elə həm də bərk faza və məhlul arasındakı potensial sıçrayışıdır, başqa sözlə, tam termodinamik xarakter daşıyır.
Bu nəzəriyyə bəzi təcrübi faktları izah edə bilmədiyindən yalnız tarixi əhəmiyyət kəsb edir. Bu sxemin əsas çatışmayan cəhəti Helmholts-Perren ikiqat təbəqəsinin qalınlığının molekulyar ölçüdə olmasıdır. Hidrodinamik tədqiqatlar zamanı müəyyən edilmişdir ki, bərk və maye fazalar bir-birinə nəzərən hərəkət etdikdə sürüşmə sərhəddi maye fazada fazalararası sərhəddən müəyyən məsafədə yerləşir. Bu şəraitdə bərk səthə “yapışmış” olan maye təbəqəsinin qalınlığı Helmholts-Perren İET-in qalınlığından böyükdür.
Qui-Çepmen nəzəriyyəsi (1910-1913)-Qui (1910) və Çepmen (1913) bir-birindən asılı olmadan İET-in quruluşu haqqında nəzəriyyə vermişlər. Bu nəzəriyyə Helmholts-Perren nəzəriyyəsinin çatışmayan cəhətlərini müəyyən dərəcədə aradan qaldırmağa imkan verdi. Bu nəzəriyyəyə görə əksionlar əks istiqamətlərdə təsir göstərən elektrostatik cazibə qüvvələrinin və istilik hərəkətinin təsiri altında olduğundan onlar diffuziya təbəqəsində yerləşir.
Qui-Çepmen nəzəriyyəsinin əsas yaxınlaşmaları aşağıdakılardır: 1) İET müstəvidir; 2) dielektrik nüfuzluğu bərk səthdən olan məsafəsindən asılı deyildir; 3) ionlar nöqtəvi yüklərdir; 4) ionlar məhluldan İET-ə köçürüldükdə yalnız elektrostatik qüvvələrə qarşı iş görülür.
Dostları ilə paylaş: |