Sumqayit döVLƏt universiteti faküLTƏ


Fazalararası qarşılıqlı təsirə görə təsnifat



Yüklə 0,99 Mb.
səhifə6/22
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#47227
1   2   3   4   5   6   7   8   9   ...   22
Dispers sistem. tesn.

Fazalararası qarşılıqlı təsirə görə təsnifat. Bu təsnifat maye dispers mü­hitli sistemlər üçün yararlıdır. Q.Freyndlix dispers faza hissəcikləri ilə dis­pers mühit arasında qarşılıqlı təsirə görə dispers sistemləri iki növə böl­mə­yi təklif etmişdir:

1) liofil dispers sistemlər («lios» – yunanca maye, «phileo» – sevirəm de­məkdir);

2) liofob dispers sistemlər («lios» – yunanca maye, «phobos» – sev­mi­rəm deməkdir)

Birincilərdə dispers faza ilə dispers mühit arasında molekullararası tə­sir güclü, ikincilərdə isə zəif olur. Belə qarşılıqlı təsir nəticəsində dispers fa­za hissəcikləri ətrafında dispers mühit molekullarından ibarət olan solvat tə­­bəqəsi (dispers mühit su olduqda hidrat təbəqəsi) əmələ gəlir və bu proses hə­qiqi məhlullarda olduğu kimi solvatlaşma (hidratlaşma) adlanır.

Liofil sistemlər termodinamik baxımdan davamlıdır ( 0) və öz­ba­şı­na dispersləşməyə məruz qalır. Bu isə o vaxt mümkündür ki, səthin bö­yü­məsi zamanı sərbəst enerjinin artması solvatlaşma hesabına entalpiyanın azal­ması və entropiyanın artması ilə kompensə olunsun. Məsələn, sabun və bə­zi gillər (məsələn, bentonit) suda özbaşına yayılır. Elə yüksəkmolekullu bir­ləşmələr vardır ki, onlar müəyyən həlledicilərdə özbaşına həll olur.

Bu baxımdandispersləşməsi özbaşına getməyən sistemləri liofob sis­tem­lər adlandırmaq olar (G 0). Bu növ sistemlərə tipik kolloid məhlullar – metalların (Au, Ag və s.), gümüş halogenidlərin, arsen sulfidin və s. zol­la­rı aid edilir. Hidrofob zollar kolloid məhlulların əsas sinfi sayılır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin