Səthi gərilmə. Səthi gərilməyə təsir edən faktorlar
Fazaların bölgü səthinin, başqa sözlə, təmasda olan fazalar arasındakı səth təbəqələrinin xüsusiyyətləri ilə əlaqədar olan hadisələr toplusuna səth hadisələri deyilir.
Bir fazanın qurtardığı və digər fazanın başladığı fazalararası sahə səthi təbəqə adlanır. Ona görə də səthi təbəqələri təsvir etdikdə qonşu həcmi fazaların xassələrinə istinad etmək olar. Lakin fazanın həcmindəki və səthi təbəqədəki maddə molekullarının halı eyni deyildir. Əsas fərq ondan ibarətdir ki, kondensləşmiş sistemlərin səthi təbəqədəki molekulları həcmi fazadakı molekullarla müqayisədə izafi səth enerjisinə malikdir. Səth enerjisinin mövcudluğu səthi təbəqədəki molekulların molekullararası qarşılıqlı cazibə qüvvələrinin qonşu fazalarla tam kompensə olunmaması ilə əlaqədardır.
İki fazalı maye – hava sistemində mayenin daxilində (A) və səthində (B) yerləşən molekullara molekulyar qüvvələrin təsirini nəzərdən keçirək (şəkil 2.1).
Mayenin həcmindəki A molekulu ilə onu əhatə edən qonşu molekulların qarşılıqlı təsir qüvvələri bir-birini tarazlaşdırır və əvəzləyici qüvvə sıfra bərabər olur. Fazalararası səthdə yerləşən B molekuluna həm maye, həm də qaz molekulları təsir edir. Lakin B molekulunun qaz fazasında yerləşən molekullarla cazibə qüvvəsi, onun maye fazadakı molekullarla cazibə qüvvəsinə nisbətən xeyli zəif olduğundan əvəzləyici qüvvə sıfırdan fərqli olur. Əvəzləyici qüvvə mayenin səthinə perpendikulyar olub, onun həcminə yönəlmiş olur. Məhz səthi təbəqədəki bütün molekullar belə kompensə olunmayan qüvvənin təsiri altında yerləşir. Bu qüvvəni çox vaxt daxili təzyiq adlandırırlar.
Mayelərin (xüsusən də polyar mayelərin) daxili təzyiqinin qiyməti çox böyük olur. Məsələn, suyun daxili təzyiqi 14800 atm., benzolun daxili təzyiqi isə 3800 atm-dir. Daxili təzyiqə bərabər olan cazibə qüvvələri səthdəki maye molekullarını mayenin həcminə dartır, bununla da, bu qüvvələr səthin sahəsini verilən şəraitdə minimuma qədər azaldır. Maye damcılarının kürəşəkilli olması da bununla izah edilir.
Mayenin səthini artırmaq üçün daxili təzyiqə qarşı müəyyən mexaniki iş görmək lazımdır. Bu enerji səthdə toplaşan molekullarda cəmlənir və səth enerjisi adlanır.
İndi isə qapalı sistemdə səthi təbəqənin iki qonşu həcmi faza ilə tarazlığını nəzərdən keçirək. I və II həcmi fazalar arasında səthinin sahəsi s olan qeyri-bircinsli təbəqə təsəvvür edək. I və II fazaların tamamilə bircinsli olduğu müstəviləri AA' və BB' ilə, fazaların fiziki ayrıcı səthini ss' ilə göstərək (şəkil 2.2). Səthi təbəqənin qeyri-bircinsliyini yaradan molekulyar qüvvələrin fərqi səthdən uzaqlaşdıqca sürətlə azaldığından onun qalınlığı () çox kiçik olur. Ayırıcı səthin (ss') hər iki tərəfindən bu təbəqənin ' və " qalınlıqları elə seçilir ki, onlardan kənarda I və II fazalar tamamilə bircinsli olur. Bircinsli qonşu fazalara nisbətən səthi təbəqədə komponentlərin miqdarı dəyişdiyinə görə bu təbəqədə onların miqdarının qonşu həcmi fazaların və komponentlərin xassələrindən asılı olaraq ya müsbət, ya da mənfi artımı yaranır.
Ümumi entropiyanın, ümumi həcmin və ayrı-ayrı komponentlərin ümumi miqdarının sabit qiymətlərində hər hansı qapalı sistemin ümumi tarazlıq şərti onun daxili enerjisinin minimum olmasıdır. Onda
(2.1)
şərti ödənməlidir, burada və - I və II həcmi fazaların daxili enerjilərinin dəyişmələri, isə səthi təbəqənin daxili enerjisinin dəyişməsidir.
Qapalı sistemdə I və II fazalar üçün termodinamikanın fundamental tənliyini yazaq:
(2.2)
(2.3)
burada, tutum (ekstensivlik) faktorları olan uyğun olaraq I və II fazaların entropiyası, həcmi və onları əmələ gətirən komponentlərin mol sayı; intensivlik faktorları olan isə bu fazaların temperaturu, təzyiqi və onları əmələ gətirən komponentlərin kimyəvi potensialıdır. Səth təbəqəsinin daxili enerjisinin dəyişməsi ( ) bizə məlum deyil, ona görə də onu tapmaq lazımdır. İki mühüm halı nəzərdən keçirək.
Dostları ilə paylaş: |