Sumqayit döVLƏt universiteti faküLTƏ


Fazaların fərqlənməsinə görə təsnifat



Yüklə 0,99 Mb.
səhifə7/22
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#47227
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Dispers sistem. tesn.

Fazaların fərqlənməsinə görə təsnifat. Yüksəkmolekullu birləşmələr və onların məhlulları kolloid-kimyəvi təsnifatda xüsusi yer tutur. Yük­sək­mo­lekullu birləşmələrin məhlulları mahiyyətcə həqiqi məhlul olmaqla bə­ra­bər, həm də kolloid hala xas olan bir çox xassələrə malikdir. Onlar həl­le­di­ci­də makromolekullara qədər dispersləşərək homogen, birfazalı və davamlı sis­temlər əmələ gətirir. Prinsipcə bu məhlullar həqiqi məhlullardan se­çil­mir, lakin makromolekulların ölçüsü böyük olub, kolloid hissəciklərin öl­çü­sü­nə yaxınlaşdığından bir sıra xassələrinə görə (məsələn, diffuziya, optiki və elektrik xassələri, yeni quruluş əmələ gətirmək meyli) həqiqi məhlullara nis­bətən kolloid məhlullara daha yaxındır.

Yüksəkmolekullu birləşmələrin məhlulları özlərində həm həqiqi, həm də kolloid məhlulların xassələrini cəmləşdirdiyindən onlara molekulyar kol­loidlər adı verilmişdir. Homogen sistem olan molekulyar kolloidlərdən fərq­li olaraq hissəcikləri atomlar və molekullar toplusundan ibarət olan və mü­hitdən hər hansı sərhədlə ayrılan yüksək dispers heterogen sistemlər sus­pen­zoidlər adlanır. Dispers sistemlərin bu əlamətə görə iki sinfə – mo­le­kul­yar kolloidlər və suspenzoidlərə bölünməsinə faza müxtəlifliyinə əsaslanan təs­nifat kimi də baxılır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin