Sumqayit döVLƏt universiteti


Ekranın mahiyyəti və ümumi quruluşu



Yüklə 1,85 Mb.
səhifə63/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   59   60   61   62   63   64   65   66   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

50.Ekranın mahiyyəti və ümumi quruluşu

Ekran vizuallaşdırmanın ən vacib hissəsidir. İdarə olunan prosesin gedişinə nəzarət və idarəetmə məqsədilə prosesə müda­­xilələr məhz ekran vasitə­silə edilir. Ekranda idarə olunan prosesin bütöv­lükdə və ya onun ayrı-ayrı hissələrinin texnoloji sxemi, avadanlıqların konstruktiv sxemi və ya şərti işarələri, həmçinin prosesin ekranda təsvir olunan hissəsinin nəzarət və idarəetmə element­lərinin işarələri yerləşir. Əgər deyilənlər bir ekrana (kadr) yerləşmirsə, onda bir neçə ekrandan (kadrdan) istifadə edilir. Həmin kadrlar Screen1, Screen2 və s. kimi adlanır. Birinci ekranın (Screen1) yaradılması üçün SİMA­TİC HMİ station WinCC flexible RT Screens sənciri ilə sağ pəncərəyə Screen1 bloku gətirilir və həmin blok iki dəfə tıklanaraq yeni – ekranyaratma pəncərəsi açılır. İkinci (Screen2) və növbəti ekranların yaradılması üçün Add Screen iki dəfə tıklanır. İstənilən halda computer displeyinin ekranına seçilmiş HMİ-nin boş ekranı (tam və ya bir hissəsi) və ekran­yaratma elementləri çıxır. Şəkildən göründüyü kimi kompüter displeyinin ekranında A, B, C, D, E kimi işarə edilən pəncə­rələr vardır. A pəncərəsi bələdçidir (navigator). B pəncərəsində HMİ-in ekranı təsvir olunur və ekran həmin pəncərədə yaradı­lır. C pəncərəsində B pəncərəsindəki funksional element­lərin saz­lanması və teqlərlə əlaqələn­dirilməsi yerinə yetirilir. D pən­cərəsində ekran yaratmaq üçün alətlər (Tools) yerləşir. E pən­cə­rəsində atılmış elementlər səbəti yerləşir. Məlum qayda­lar­la bu və ya digər pəncərənin sahəsi dəyişdirilə bilər.

Ekranın yaradılması texnoloji prosesin və/və ya avadan­lı­ğın sxeminin qurulması, prosesin gedişinə nəzarət və idarəetmə məqsədilə müdaxilə etmək üçün virtual cihazların sxemin uyğun yerlərində yerləşdi­ril­məsi və sazlanmasından ibarətdir

Nəzarət cihazları prosesin cari vəziyyətini ədədi və ya qrafik şəkildə əks etlirir. İdarəetmə cihazları isə prosesin gedi­şinə təsir etmək üçün bu və ya digər kəmiyyətlərin (məs. tən­zim­ləyicinin tapşırığı) giymətini dəyişdirmək, avadanlıqları işə buraxmaq və ya dayandırmaq və s. bu kimi əməliyyatları həya­ta keçirmək üçündür.




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin