Tam və hissə, sistem, struktur və element kateqoriyaları


Səbəbiyyət əlaqələrini ifadə edən kateqoriyalar



Yüklə 30,42 Kb.
səhifə4/7
tarix03.01.2022
ölçüsü30,42 Kb.
#50982
1   2   3   4   5   6   7
fəlsəfə

Səbəbiyyət əlaqələrini ifadə edən kateqoriyalar.

Səbə­biy­yət (kauzallıq)– hadisələrin ən ümumi qanunauyğun əlaqəsi for­ma­larından biridir. Bütün elmlər hadisələrin meydana gəlməsi, inki­şafı və məhv olması səbəblərini aydınlaşdırmaq istəyir. Bilik hər şey­dən əvvəl, səbəbləri bilmək deməkdir. İnsan səbəb və nəticə an­la­yış­larını yaratmaqla vahid obyektiv bir prosesin bu və ya başqa cə­hət­lərini təcrid edir. «Ayrı– ayrı hadisələri başa düşmək üçün, biz on­ları ən ümumi əlaqə içərisindən qoparıb götürməli və ayrılıqda göz­dən keçirməliyik, belə bir halda isə bir–birini əvəz edən hə­rə­kət­lə­rin biri səbəb kimi, digəri isə fəaliyyət kimi qarşımıza çıxır» (F.Engels).

Səbəb və nəticə bir– birilə bağlı anlayışlardır. Başqa bir ha­disəni doğuran hadisə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir. Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də onun ardınca gəlir məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin səbəbidir, zira hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. Səbəbiyyət ən ümumi, universal əlaqədir.

Səbəbiyyət münasibətlərinin birinci və əsas əlaməti iki hadisə arasında istehsal və yaxud yaranmanın mövcudluğudur. Səbəb yalnız zamanda nəticədən əvvəl deyildir o, həmçinin nəticəni do­ğurur. Ona görə də səbəb əlaqəsi substansional əlaqədir. Səbəbiyyət əlaqələrinin substansional xarakteri nisbilik nəzəriyyəsində inan­dırıcı təsdiqini tapmışdır. Bu nəzəriyyədən məlum olur ki, yalnız elə hadisələr səbəb əlaqələri ola bilər ki, səs surəti ilə yayılan real fiziki siqnal– proses və s. ilə əlaqədar olsun.

Səbəb–nəticə münasibətlərinin dördüncü əlaməti onun məkan və zaman fasiləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasi­bəti diqqətlə nəzərdən keçirilsə, faktiki olaraq səbəblərlə əlaqələn­dirilmiş hadisələrin müəyyən zənciridir. Əgər inteqral səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu, səbəb zənciri mə­kanda sınıb tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində yanaşı mövcud olursa, onda onlar zaman intervalı ilə ayrılır və səbəb zənciri zamanda reallaşır.




  1. Yüklə 30,42 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin