Tam və hissə, sistem, struktur və element kateqoriyaları


Müasir dövrün qlobal problemləri və onların fəlsəfi təhlili



Yüklə 30,42 Kb.
səhifə6/7
tarix03.01.2022
ölçüsü30,42 Kb.
#50982
1   2   3   4   5   6   7
fəlsəfə

Müasir dövrün qlobal problemləri və onların fəlsəfi təhlili.

Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.
«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur.

Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:

a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən;

b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən;

c) ümumbəşəri, planetar, beynəlxalq səciyyə daşıyan.

İkinci mövqeyə görə «qlobal problemlər» müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır:

a) o hadisələr «qlobal» xarakter daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;

b) onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə toxunurlar;

c) onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək sosial-təbii və biososial mahiyyət daşıyırlar.

Müasir qlobal problemlərin müəyyən qismi təbiət – cəmiyyət, təbiət – insan qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqların pozulması nəticəsində baş vermişdir. Bunları müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış «ekoloji böhran» adlandırmaq olar: təbiət, su, torpaq getdikcə daha böyük surətlə çirklənir, insan öz mövcudluğunu təhlkə altına alır.

Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü formalaşması zərurəti meydana çıxmışdır. F.Engels «Təbiətin dialektikası» əsərində dəfələrlə qeyd edirdi ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqları öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir.




  1. Yüklə 30,42 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin