Fəlsəfənin predmeti və elmlər sistemində yeri.
Elmlərin ən qədimlərindən biri, insan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim sahələrindən biridir. Əvvələr o, « elmlər elmi » adlandırılmış, empirik və nəzəri biliyin müxtəlif sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mə'nasını məntiqi cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan elm, təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə. YII – YI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.
İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə.YI əsr) işlətmiş və özünü filosof adlandırmışdır. «Fəlsəfə» etimoloji baxımdan yunanca «phileo» – «sevirəm» və «sopia» - «hikmət» sözlərinin birləşməsindən əmələ gəlib, mə'nası isə «hikməti sevmək» deməkdir.. Göründüyü kimi, hikmət sözü fəlsəfənin mə'nasını anlamağın açarını verir. Görkəmli Azərbaycan filosofu və alimi Nəsrəddin Tusi məşhur «Əxlaqi – Nasiri» əsərində hikmətin mə'nasını belə izah edir: «Mə'rifət sahibləri arasında hər şeyi olduğu kimi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mə'nəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir».
Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim yunanların müdriklik ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Mudriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda natiqliyi, siyasəti, idarəçiliyi, riyaziyyati və s. kamil bilən, onları başqalarına oyrədən müəllimlərə sofistlər (sofos - müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, kəmilliyə canatmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu səbəbdən də onlar diqqəti təbiətdən, kosmosdan insana doğru yönəltmiş, insanı «hər şeyin me'yarı» hesab etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu cəhətdən fərqləniblər.
Dostları ilə paylaş: |