F.Bekonun və R.Dekartın fəlsəfi görüşləri.
Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur.
Bekon elmin üstünlüklərini mübahisəsiz həqiqət sayırdı. Ona hal-hazırda məşhur olan "Elm-qüvvədir" və " Bilik - özü-özlüyündə qüvvədir" kəlamları məxsusdur "Knowledge itself is power". Bekonun başlıca əsərləri "Yeni orqanon", "Yeni Atlantida" və "Təcrübələr" adlanırdı. Bekona görə fəlsəfənin əsasında üç predmet durur: Allah, ruh və insan. Allah və ruh dərkedilməzdir.
O bildirir ki, ədalət və pisliyin dərk edilməsi insanlara qadağan edilib. Bu insanlara Allah tərəfindən Bibliya vasitəsi ilə verilir. Ancaq yaradılmış ətrafı insan ağlı vasitəsi ilə edə bilər. Ona görə də elm "insan şahlığında" öz layiqli yerini tutmalıdır. Elmin vəzifəsi insanın qüvvəsini və gücünü artırmaq və ona təmin edilmiş və layiqli həyat təmin etməkdir. Bekon dinin toxunulmaz olub elmdən kənar durmasını tövsiyə edirdi.
Bekon elmin zəifliyini göstərərək bildirirdi ki, indiyə qədərki elmi kəşflər sistematik yox, təsadüfü edilmişdir. Tədqiqatçılar düzgün metodla silahlanmalıdırlar. Metod - tədqiqatların ən düzgün yoludur. Hətta topal düzgün yolla gedərsə, sağlam adamı belə ötüb keçə bilər.
Elmi dərketmənin əsasında Bekona görə induksiya və eksperiment durmalıdır. Bekon təkidlə bildirirdi ki, həqiqət və əsl bilik təcrübədən yaranır. Bu fəlsəfi metod elmdə hal-hazırda empirizm adlanır. Böyük filosof həm bu metodun yaradıcısı olmuş, həm də onu daima tətbiq etmişdir.
1640-cı ildə Dekart differensial tənliklərin toxunan problemləri həllini işləyir. Dekart o məsələnin həlli üçün əyriyə toxunan çevrə götürür. Bu çevrə əyrini iki nöqtədə kəsir və yaxud bir nöqtədə toxunur. Bununla ona xüsusi əyrilər üçün toxunan artımını təyin etmək nəsib olur. Bu üsul o dövr riyaziyyatçıları arasında böyük maraq doğursa da, məsələnin tam həllini mümkün etməmişdir.
İki teorem Dekartın adı ilə bağlıdır. İşarələmələrlə verilmiş polinomun yuxarı və aşağı hədlərini həqiqi ədədlərlə təyin etmək mümkündür.
Dostları ilə paylaş: |