Tam və hissə, sistem, struktur və element kateqoriyaları


Tək, xüsusi və ümumi, mahiyyət və təzahür, məzmun və forma kateqoriyaları



Yüklə 30,42 Kb.
səhifə3/7
tarix03.01.2022
ölçüsü30,42 Kb.
#50982
1   2   3   4   5   6   7
fəlsəfə

Tək, xüsusi və ümumi, mahiyyət və təzahür, məzmun və forma kateqoriyaları

Varlığın ən ümumi universal əlaqələri kateqoriya (yunanca – mülahizə, müddəa deməkdir), anlayışında ifadə olunmuşdur.

Predmetin xassələrinin məcmusu onun keyfiyyətini təşkil edir. Keyfiyyət müəyyənlikdir. Keyfiyyət müəyyənliyi ilk əvvəl hiss orqanları vasitəsilə qeydə alınır. Təfəkkürün qabiliyyəti nəticəsində müəyyən cismin nədən ibarət olmasını göstərən xassələrin sistemli məcmusundan təşkil olunan keyfiyyət kateqoriyası formalaşır. 

Kəmiyyət predmetin miqdarca çoxluğu və ya xassələrin intensivliyi ilə xarakterizə olunan müəyyənliyidir.Aristotel kəmiyyətləri bölünən və fasiləsiz xassələrdən ibarətdir. Məsələn, ədəd və söz bölünəndir, xətt, səth, yer, zaman və məkan fasiləsizdir. Keyfiyyətsiz kəmiyyət, kəmiyyətsiz keyfiyyət yoxdur.

Onların vəhdəti ölçüdə öz əksini tapır.

Mahiyyət və təzahürü xarakterizə edən kateqoriyalar onun məzmununu bu və ya digər tərəfdən aşkar edirlər. Mahiyyət obyektin daxili, təzahür isə xarici tərəfidir, mahiyyət müəyyən obyektlər şoxluğundakı ümumidir, təzahür təkcələrdə təzahür edir.

Məzmun obyektin bütün hissələrinin məcmusu, forma isə məzmunun daxili təşkili, məzmununun strükturudur. Məzmunu təşkil edən forma sayəsində obyekt keyfiyyət müəyyənliyinə malik olur. Səbəb obyektlər və ya onların tərəfləri arasındakı qarşılıqlı təsirdən, nəticə isə obyektlər və ya onların tərəflərinin dəyişilməsindən ibarətdir. 

Zərurət sabit, daxili, daimi fəaliyyət göstərən səbəblərdən törəyir.

 Təsadüf isə əsasən qeyri – sabit və qeyri – həmcins və qeyri – müəyyən xarici səbəblərdən törədiyindən, təzahür edir.



Forma və məzmun

Dialektik fəlsəfənin mühüm qoşa kateqoriyalarından olan for­ma və məzmun haqqında danışarkən qeyd etmək lazımdır ki, məzmun məlum predmeti və ya hadisəni təşkil edən elementlərin və proseslərin məcmusudur. Forma məzmunun strukturu, quruluşu­dur, həm də forma məzmuna nisbətən zahiri bir şey deyil, ona daxilən xasdır.




  1. Yüklə 30,42 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin