Tam və hissə, sistem, struktur və element kateqoriyaları


Avropada maarifçilik fəlsəfəsi



Yüklə 30,42 Kb.
səhifə2/7
tarix03.01.2022
ölçüsü30,42 Kb.
#50982
1   2   3   4   5   6   7
fəlsəfə

Avropada maarifçilik fəlsəfəsi.

XVII əsrdən fərqli olaraq XVIII əsr tarixə «Maarifləndirmə» əsri kimi daxil olmuşdur. Bu dövrə verilən addan həmin dövrün içtimai – siyasi, mənəvi xarakteri haqqında qənaətə gəlmək olar. Bu əsrin mədəni – mənəvi həyatı qarşısında insanların dinə və siyasi birinciliyə əsaslanan dünyagörüşünü dəyişdirmək, onu insan təfəkkürü və düşüncəsindən süzülən biliklərlə əvəz etmək məqsədi qoyulmuşdur. Mədəni və sosial inkişafın əsas yolu maarifin yayılmasında görülürdü.

Maarifçilərin fikrincə, xurafat, mövhumat, biliksizlik, ədəbsizlik, mədəniyyətsizlik insan bədbəxtliyinin əsas səbəbi; maarif, təhsil, elm, fəlsəfə və elmi yaradıcılıq, fikir azadlığı isə mədəni və sosial inkişaf vasitəsidir. Maarifçilər inanırdılar ki, xalqın maarifləndirilməsi, əqlin inkişafı cəmiyyətin həyatının bütün sahələrinin inkişafına nüfuzedici təsir göstərir.

İçtimai bərabərsizlik və şəxsi azadlıq ideyası cəmiyyətin üçdə bir hissəsini əhatə etmişdir, humanist maarifçilər də məhz həmin hissənin tərkibinə daxil idi. İnqilabi əhval — ruhiyyəli dünyagörüşə malik humanist maarifçilər öz təbliğatlarında insanları savadlandırmaq, onlarda fikir azadlığı formalaşdırmaq, müstəqil düşüncə tərzi, cəsarət tərbiyə etmək məqsədi güdürdülər.

Bu məqsədlərdən çıxış edərək onlar hərtərəfli dünya və içtimai quruculuq ideyası yaratmağa çalışırdılar. Ona görə də onların «həqiqi ruha» istinad edən «həqiqi sistemə» irad tutmaları təbii idi. Çox vaxt bu sistem, demək olar ki, həyatın bütün sahələrini əhatə və idarə edən qanunlar vasitəsilə ifadə olunurdu. Maarifçilər arasında isə müasir insan haqları, insan və vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət, hakimiyyətin bölünməsi, fərdiyyətçilik etikası konsepsiyaları üzrə mübahisələr yaranırdı.

XVIII əsr, həmçinin dünyəvi mədəniyyətin hakimiyyətini hazırladı və yaratdı. Dini ideologiya dövrü filosoflar, sosioloqlar, iqtisadçılar, ədəbiyyatçılar zəmanəsi ilə əvəz edildi. Yeni mədəniyyət tipi şəxsiyyət suverenliyinin və özünümövcudluğun dərk edilməsinə əsaslanırdı. Maarifçiliyin siyasi, iqtisadi, içtimai tələbləri və şərtləri bədii yaradıcılığın status və xarakterini dəyişdirdi.



  1. Yüklə 30,42 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin