I. ―Sivilizasiyaya qədərki insanların həyatı.
Şagirdlərə ən qədim insanların həyat ―izləri haqqında bilgilər verilir. Afrikada, Asiyada, o cümlədən Azərbaycan ərazisində aşkar edilmiş insan izləri haqqında şagirdlər məlumatlandırırlar. Məktəblilərə ən qədim insanın müasir insandan fərqli – iri meymuna bənzəməsini, iki ayağı üzərində gəzməsini vəmüasir insanın əcdadı olması mənimsədilməlidir. Ən qədim insanın dizə qədər sallanmış əlləri iş üçün kara gəlirdi. O, əlləri ilə sadə işlər görə bilirdi: tutur, vurur, sadə işlər görə bilirdi.
Onların alını alçaq və maili idi. Beyinləri müasir insan beynindən kiçik idi. Ən qədim insan hələ danışa bilmirdi, ancaq bəzi qırıq səslər çıxara bilirdi. Bu səslərlə o, öz hiddətini və ya qorxusunu ifadə edirdi, köməyə çağırır, təhlükə haqqında xəbər verirdi.
Həmin dövrün tarixi öyrədilərkən şagirdlər Şərqi Afrikadakı arxeoloji qazıntıların tarixi nəticələri ilə, əmək alətləri və ən qədim insanların məşğuliyyəti ilə bağlı məsələlərlə tanış edilməlidir.
Dostları ilə paylaş: |