Tarix dərsliyi. V-XI siniflərin tarix dərsliklərinin təhsil-tərbiyəvi və inkişafetdirici vəzifələrinin xarakteristikası – onlar arasında ardıcıllıq və varislik


VI. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid



Yüklə 27,98 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü27,98 Kb.
#42997
növüDərslik
1   2   3   4   5   6   7   8
Tarix dərsliyi. V-XI siniflərin tarix dərsliklərinin təhsil-tərbiyəvi və inkişafetdirici vəzifələrinin xarakteristikası – onlar arasında ardıcıllıq və varislik

VI. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid

Şagirdlər informasiya inqilabı və informasiya cəmiyyətinin meydana gəlməsini təhlil edirlər. Onlar informasiya cəmiyyətində mülkiyyət, bölgü, mübadilə, istehlak, əmək və yaradıcılıq münasibətlərini araşdırırlar.

Şagirdlər Qərb və Şərq ölkələrində, o cümlədən Türk dünyasında, həmçinin Azərbaycanda müasir sosial-iqtisadi proseslərin xüsusiyyətlərini aşkara çıxarır, ictimai inkişafda qloballaşmanı təhlil edir və nəticə çıxarırlar.

Onlar informasiya cəmiyyətində iqtisadiyyatın beynəlmiləlləşməsi – vahid informasiya məkanın yaranması, müasir dövrdə inteqrasiya proseslərini təhlil edirlər.

Şagirdlər keçmiş sovet respublikalarında bazar iqtisadiyyatına söykənən hüquqi, demokratik quruluşun yaradılması uğrunda mübarizə və insan hüquqlarının qorunmasının ön plana keçməsi proseslərini araşdırır və onlardan lazım olan nəticələri çıxarırlar.

Şagirdlər informasiya cəmiyyətində elitar və kütləvi mədəniyyətin yerini müəyyənləşdirirlər. V-XI siniflərdə tədris olunan tarix dərsliklərinin təhsil-tərbiyə və inkişafetdirici vəzifələrinin qısa xarakteristikası, onların arasındakı ardıcıllıq və varislik



Orta məktəbin tarix dərsliklərini səciyyələndirərkən dərslik üçün seçilən nəzəri materialın təhsil, tərbiyə və inkişafetdirici xüsusiyyətlərinin səviyyəsi, tarixi faktların, anlayışların xarakteri və s. məsələlər diqqət mərkəzində olmalıdır. Dərslikdəki materialın tərtib edilməsi və şərh xarakteri, eləcə də hər bir kursun strukturu və məzmunu təhlilə cəlb edilməlidir. Təhlilə cəlb edilən dərsliklər 2010-2011-ci tədris ilində qüvvədə olan dərsliklərdir.

Orta məktəbin V sinfində tətbiq edilən ―Azərbaycan tarixinə dair hekayələr‖ – «Ata yurdu» dərsliyi tarix təliminin əsas kursları sırasına daxil deyil. Bu kurs tarix tədrisinə hazırlıq məqsədi daşıyır. Mahmudlu Y, Xəlilov R, Ağayev S. Ata yurdu (5-si sinif üçün dərslik). Bakı, Təhsil, 2010, 320 səhifədən və 63 paraqrafdan ibarət olan bu dərsliyə öz xarakterinə görə müxtəlif növdən olan material daxildir. 300-400 min il bundan əvvəl mövcud olmuş Azıx mağarasından qadının çənə sümüyü tariximizin öz mənbəyini maddi mənbələrdən və tarixi etnoqrafiyadan aldığını göstərir. Bu kurs tariximizin bütün dövrlərini özündə ehtiva edir. Dərslik həm təhsil, həm də tərbiyəvi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bu dərslik, həm quruluşuna, həm məzmununa, həm də metodik tərtibatına görə ən yaxşı dərslikdir. Vətənə, xalqa, dövlətə, torpağa məhəbbət dərsliyin əsas ideya xəttini təşkil edir. Kursun məzmunundakı mətnlər, şəkillər, illüstrasiyalar, tarixi faktlar, anlayışlar şagirdlərin inkişafına motiv yaradır. Dərslikdə qədim Azərbaycan dövlətləri, adət və ənənələrimiz, bayramlarımız, şəhərlərimiz, sənətkarlarımız, mədəniyyətimiz və incəsənətimiz haqqında materiallar yer alıb. Xalqımızın apardığı ədalətli müharibələr, xalq qəhrəmanlarımız və tarixi şəxsiyyətlərimiz haqqında nəzəri materiallar şagirdlər tərəfindən həvəslə öyrənilir. Müəlliflər dərslikdə Azərbaycanın qədim, orta əsrlər, yeni və müasir dövrlərinin öyrənilməsinə təxmini olaraq hər dövrün tarixinin əhatə dairəsinə uyğun şəkildə vaxt ayırıblar. Əlbəttə, bunu proqram da belə tələb edir. Əliyev V., Yusifov Y., Babayev İ., Cəfərov H., Məmmədova A. Azərbaycan tarixi (VI sinif üçün dərslik). Bakı, Aspoliqraf, 2010, 128 səhifədən, 4 bölmədən, 24 paraqarfdan ibarət dərslik sadə aydın dildə yazılmışdır. Dərsdikdəki materiallar Azərbaycanın yarıyaqədərki dövründən eramızın III əsrinədək dövrü əhatə edir. Azərbaycan tarixinin bu dövrü ümumdünya tarixinin tərkib hissəsi kimi verilib. Dərslikdə ən qədim zamanlarda keçmişin ictimai həyatını bütün çoxcəhətliliyi ilə tarixin gedişini isə əvvəlki faktların nəticələrindən və sonrakı faktların səbəblərindən ibarət olan faktların ardıcıl zənciri kimi açıb göstərən biliklər sistemi var.
Yüklə 27,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin