Abidələrin
icmalı.
Azərbaycan
ərazisində
ötən
dövrə
nisbətən
Son tunc və İlk Dəmir dövrü abidələri daha çoxsaylıdır. Onlar yaşayış yerləri, qalaça
və çoxlu miqdarda müxtəlif tipli qəbirlərdən ibarətdir.
Bəzi hallarda dövrün yaşayış yerləri, xüsusən dağlıq rayonlarda və dağla
düzənin qovuşuğunda müdafiə hasarına alınmışdır. Müxtəlif miqyaslı təpələr şəklində
qalmış yaşayış yerlərinə daha çox düzənlərdə rast gəlinir. Bir çox hallarda bu dövrün
yaşayış yerləri ötən dövrlərə aid abidə qalıqları və yaxud təbii təpələr üzərində bina
olunmuşdur.
Bu dövrün yaşayış yerləri Gəncə-Qazax düzənliyində nisbətən çoxdur.
Onlardan Qazax rayonunda Sarıtəpə, Babadərviş, Nadirbəytəpəsi, Arançıtəpələri,
Yastıtəpə, Yuxarı Göycəli kəndində təpələr, Şomutəpə və Töyrətəpənin üst təbəqələri,
Şamxor rayonunda Seyfəli və Bitdili yaşayış yerləri, Xanlar rayonunda 1 və 2 nömrəli
yaşayış yerlərini və bir çox başqalarını göstərmək olar. Son tunc və ilk dəmir dövrü
yaşayış yerləri Mingəçevirdə, Ağcabədi rayonunda Üçtəpədə, Naxçıvan ərazisində
I—II Kültəpələrdə, Qızılvəngdə, Daşkəsən və Gədəbəy rayonlarında isə siklop
yaşayış yerləri öyrənilmişdir. Kiçik Qafqaz rayonlarının siklop tikintilərindən fərqli
olaraq, Naxçıvan ərazisindəki bəzi qalaçaların müdafiə divarları yonulmuş nəhəng
daşlardan hörülmüşdür. Bunlardan ilk dəmir dövrünə aid Oğlanqala özünün miqyası
və möhtəşəmliyi ilə seçilir. Dövrün abidələrindən biri də Ağdam rayonunun Şıxbabalı
kəndi ərazisindəki Qaratəpədir. Onun çox geniş - təqribən 6 ha ərazisi və daş bünövrə
üzərində iri kərpiclərdən hörülmüş qala divarı vardır.
Dəfn abidələri daha yaxşı məlumdur. Kurqanlar, daş qutular və torpaq qəbirlər
daha xarakterikdir. Kurqanlara düzən rayonlarda çoxlu miqdarda rast gəlinir. Onlar
alp çəmənləri olan yüksək dağ yaylalarında da az deyil. Belə ki, Daşkəsən rayonunun
Xaçbulaq yaylasında böyük kurqan yığımı vardır. Düzən və dağətəyi qurşaqda
kurqanlar geniş ərazini əhatə edir. Bir çox hallarda, məsələn, Şamxor rayonunun
Şiştəpə kəndi yaxınlığında və Xocalıda kurqanlar böyük qəbiristanlıq təşkil edir və s.
Kurqan torpağı altında üzərlərinə ağac və daş lövhələrlə örtülmüş bir və bir
neçə torpaq qəbrinə təsadüf edilir. Bir çox hallarda dağlarda yerləşən kurqanlarda
qəbirlər daş qutu formasında düzəldilirdi. Çox qəbirli kurqanlar ola bilsin ki, ayrı-ayrı
ailələrə mənsub imiş. Ölülər bir-birinə yaxın qəbirlərdə tək-tək basdırılır: əvvəl
qəbirlər ayrı-ayrılıqda torpaqlanır, sonra kurqanın ümumi torpağı tökülürdü.
Qarabağın dağlıq hissəsində kurqanların olmasına baxmayaraq, orada siklopik
qalaçalara rast gəlinmir. Çoxlu daşqutu qəbiristanlıqlarına malik, bəzi hallarda kurqan
tökməsi altında daşqutu qəbirləri olan Talış dağlarında da siklopik qalaçalar yoxdur.
Talış dağları ilə eyni mədəniyyətə mənsub olan Lənkəran və Muğan düzənliklərində
qəbirlər torpaqda qazılmışdır.
124
YaĢayıĢ yerləri və qalaçalar. Adətən Son Tunc və İlk Dəmir dövrü yaşayış
yerləri 1-1,5 ha sahəni tutur. Bəzi rayonlarda, o cümlədən Qazax rayonunda onlar
qrup şəklində bir-birinə yaxın yerləşirlər.
Son Tunc və Dəmir dövrü yaşayış yerlərində həyat hərbi toqquşmalar
nəticəsində tez-tez kəsilirdi, sakinlər onları tərk etməyə məcbur olurdu. Bir çox
yaşayış yerlərində - Qazax rayonunda - Sarıtəpə, Töyrətəpə, IV Babadərviş, Xanlar
rayonunda 1 nömrəli yaşayış yeri və s. yanğın və köklü dağıntıların qalıqları
qalmışdır.
Bu dövrün memarlığında əsas yeri palçıqdan istifadə etməklə daşdan hörülmüş
düzbucaqlı evlər tutur. Bağdatı və yarımqazma tipli evlər də vardır, ancaq onlara hər
yerdə rast gəlinmir.
Cənubi Azərbaycanda inşaatda çiy kərpicdən geniş istifadə olunurdu. Urmiya
gölünün cənub-qərbində qədim Həsənli qalasında bütün tikintilər kərpicdən hörülmüş
və yaxşı suvanmışdır. Möhtəşəm qala divarlarının bünövrəsi iri sal daşlardan, üstü çiy
kərpiclərdən hörülmüşdür.
Son Tunc və İlk Dəmir dövrü mədəniyyət abidələrindən Xanlar yaxınlığında
Gəncəçay sahilində 1 nömrəli yaşayış yeri 3 ha sahə tutur və üç tərəfdən daşdan
hörülmüş müdafiə hasarı ilə əhatə edilmişdir. Şərq tərəfdən qumsal torpaqdan 6 m
enində sədd vurulmuşdur.
Yaşayış yerində evlər daşdan, düzplanlı tikilirdi, bəzisinin uzunluğu 17 m-dən
artıq, eni isə 7 m idi. Mərkəzində bütün ev boyu, böyük divarın dibi boyu isə kiçik
dirəklər yerləşirdi. Evin otaqlarından birində sadə tağlı və bacası olan ocaq qurğusu
vardı. Buradakı çardağı qoşaçatlı iri evlər dövrün mürəkkəb, əsil memarlıq tikintisidir.
Yaşayış yerində həyat uzun müddət davam etmişdir. Əvvəl o, çay sahilini tutmuş,
sonra yamaca doğru genişlənmişdir. Burada sonrakı evlər çox kiçikdir. Hər belə evin
qarşısında daş çəpərlənmiş həyətyanı sahə var.
Qazax şəhəri kənarında Sarıtəpə yaşayış yeri Ağstafaçayın sağ sahilində təbii
təpələrdən birində yerləşir. Bir hektarlıq sahəsi olan bu təpə Tunc dövrünün
sonlarında məskunlaşır. Evlər burada düzbucaqlıdır, palçıqdan istifadə etməklə
daşdan hörülmüşdür. Yaşayış yerinin mərkəzində məbəd xidməti görmüş tikinti
qalıqları qalmışdır. Məbədin divarları dirəklərlə bərkidilən ağac çubuqlardan
hörülmüş və samanlı palçıqla suvanmışdır. Məbədi başqa tikililər əhatə edir. Yaşayış
evləri nisbətən iridir. Uzunluğu 7,5 m, eni 5 m olan bir ev 2 metrlik möhrə divarla iki
qeyri-bərabər hissəyə bölünmüşdür. Möhrə divarın ön tərəfində ortasında dairəvi ocaq
olan səki düzəldilmişdir. Möhrə divarın bir ucu ilə evin divarı arasında iri təsərrüfat
küpü yerləşirdi. O, buradan otağın arxa hissəsinə keçidi bağlamışdır. Arxa hissə
mətbəx xidmətini görürdü, orada döşəmədə gildən dairəvi ocaq və çoxlu qab-qacaq
var idi.
125
Qonşuluqda yerləşən Babadərvişdə yaşayış binaları forma və materialına görə
Sarıtəpə evlərindən fərqlənmir. Ocaqlar da eynidir. Evlərdən birində, ocağın
arxasında gildən adam büstü düzəldilmişdir. Bu, yəqin ki, sakinlərdə oda sitayişin
mövcud olduğunu göstərir.
Ağstafa rayonu Töyrətəpə yaşayış yerində evlərin divarları çubuqdan hörülür
və palçıqla suvanırdı. Eyni üsulla inşa olunmuş evlər Mingəçevir yaşayış yerində də
vardır. Mingəçevir yaşayış yeri Son Tunc və İlk Dəmir dövründə mövcud olan böyük
yaşayış məntəqəsi olmuşdur.
Naxçıvan ərazisində bu dövrün yaşayış məskənlərində düzbucaqlı evlər
palçıqla bərkidilmiş daşdan hörülürdü. Buradakı qalalar öz miqyası və möhtəşəmliyi
ilə yaxşı məlumdur.
Ədəbiyyatda siklop tikintiləri adlanan qala tipli abidələrə azərbaycanlılar
"qalaça", "qala" deyirlər. Qalalar bərkidici material işlətmədən, xüsusən alt cərgələrdə
iri nəhəng daşlardan qurulurdu. Daşkəsən rayonu Xaçbulaq yaylağında Nağaradağ,
Çobandaşı siklop tikintiləri, Gədəbəy rayonunda Pirqalaqapısı belə abidələrdəndir.
Bəzən qalaçalar bir-birindən 5 m aralı duran paralel qoşa divarlarla əhatə olunmuşdur.
Məsələn, Gədəbəy rayonunda Başqalaçanı göstərmək olar. Yerləşdiyi ərazinin
xarakterindən asılı olaraq siklop qalalarının planları müxtəlifdir. Nağaradağda
Pirqalaçası iki cərgə daşdan hörülmüş, düzgün olmayan dördbucaq formalı 4000 kv.m
sahəni əhatə edir. Gədəbəy rayonunda Söyüdlü yaxınlığında ovalşəkilli Azərqalaçası
da təxminən eyni sahəyə malikdir. O, üç tərəfdən dik yoxuşlu dağın zirvəsində
yerləşir, 2 m enində divarları üç cərgə daşdan düzülmüşdür. Qalaya yalnız cənub-şərq
tərəfdən qalxmaq mümkündür. Xaçbulaq yaylağında uzunsov dördbucaqlı
Mollabulağı qalaçasının ölçüsü 55x20 m-dir.
Siklop tikintiləri yaxınlığında onlarla həmdövr materiala malik kurqan və
yaxud daşqutu tipli qəbirlər yerləşir.
Gədəbəy rayonunun Böyük Qaramurad kəndində Böyükqalaçada, Daşkəsən
rayonunda Xaçbulaq yaylağında Daşlıtəpədə və başqalarında mədəni təbəqə, daş
divarlar, ev qalıqları və məişət avadanlığı aşkar olunmuşdur.
Öyrənilən dövrdə siklop qalaçaları həm müdafiə məqsədi güdmüş, həm də
əhalinin yaşayış yeri olmuşdur. Ancaq dağlarda bir çox qalaçalar yayda, düzən
rayonlarda isə bəzi yaşayış yerləri mövsüm vaxtı istifadə olunurdu. Dağlardan düzənə
enən maldar əhalinin qışlaqlarından biri Mil düzündəki qazma tipli evləri olan Üçtəpə
yaşayış məskənidir.
Təsərrüfat. Son tunc və İlk Dəmir dövründə Azərbaycan vadilərində və
düzənlərində təsərrüfatda əkinçilik üstün yer tuturdu.
Qazax rayonunun Sarıtəpə yaşayış yerində aparılan qazıntılar Azərbaycan
əhalisinin əkinçilik təsərrüfatına və məişətinə aid müxtəlif materiallar verdi. Burada
126
əldə edilən taxıl qalıqları içərisində çoxcərgəli yabanı və mədəni arpa, həm də yumşaq
və bərk buğda var.
Sarıtəpənin bəzi tikintilərində yalnız təsərrüfat küpləri yerləşirdi. Onlardan
birində 15 belə küp var idi. Yəqin ki, bu tikintilər taxıl anbarı olmuşdur. Abidələrdə
təsadüf edilən vəllər əkinçilik mədəniyyətinin yüksək inkişafını əks etdirir. Xanlar
yaxınlığında 2 nömrəli kurqandan tapılan vəl Azərbaycan kəndlərində yaxın illərə
qədər işlənən vəllərdən heç bir cəhətdən fərqlənmir.
Sarıtəpədə küplər həm də çaxır saxlamaq üçün istifadə olunurdu. Bir neçə
küpdə, bəzən çəkisi 5 kq-a qədər daşlaşmış çaxır qalıqları tapılmışdır. Küplərin
birinin hündürlüyü 2,05 m idi. Çaxır küplərinin boğazları dar olduğu halda, taxıl
küpləri geniş ağızlı hazırlanırdı. Burada gildən küp qapaqları da tapılmışdır.
Sarıtəpə yaşayış yeri məbədində bir çölməkdə yanğından kömürləşmiş
salxımın tapılması üzümçülüyün inkişafını sübuta yetirir. Sarıtəpə üzümü mədəni
cinsə aid olub, iri gilələri vardır. Belə üzümün çəyirdəyi və şaftalı çəyirdəyi Xanlar
yaşayış yerindən məlumdur. Əkin sahəsi kiçik su arxları vasitəsi ilə suvarılırdı.
Torpağın şumlanması heyvan qoşulmuş xışla aparılırdı.
İri və xırdabuynuzlu heyvanların, donuz və at sümüklərinin tapılması müxtəlif
ev heyvanlarının saxlanmasını göstərir. Bəzi qab-qacaq süd məhsullarının
hazırlanmasında istifadə olunurdu. Nehrə, aşsüzən və s. belə qablardandır.
Yarımoturaq həyat tərzi keçirən əhalidə maldarlıq həlledici rol oynamışdır. Yüksək
alp çəmənlərindəki siklopik qalaçalar əhalinin bu qisminə mənsub idi. Onlar yay
yaxınlaşanda qış düşərgələrindən oraya qalxırdılar.
Atın minikdə istifadə olunması yaylağa və qışlağa köçməni xeyli asanlaşdırır.
At skeletinə əsləhəsi ilə birlikdə dəfn abidələrində dəfələrlə rast gəlinmişdir. 1
nömrəli Xanlar kurqanının zəngin qəbrində üç at skeleti, Tərtər rayonunda Borsunlu
kəndində qəbilə başçısına mənsub kurqan qəbrində səkkiz, Ağdam rayonunda
Sarıçoban kurqanında 16 at skeleti var idi.
Son tunc dövründə sal təkərli arabalardan geniş istifadə olunurdu. Belə
təkərlərin gildən hazırlanmış modellərinə arxeoloji abidələrdə tez-tez rast gəlinir.
Mingəçevirdə diskşəkilli təkərlərin gildən hazırlanmış modellərinə də arxeoloji
abidələrdə rast gəlmək mümkündür. Mingəçevirdə diskşəkilli təkərləri olan konusvari
və yaxud pətəkvari arabaların gildən hazırlanmış modelləri tapılmışdır. Bu modellər
maldarların dağlara köçmə dövründə arabalarda düzəltdikləri evləri təqlid edir.
Arxeoloji materiallar sübut edir ki, e.ə. II minilliyin ikinci yarısında dəndəli
təkəri olan arabalardan istifadə olunurdu. Sarıtəpə yaşayış yerindən əldə edilmiş gil
qablar üzərində altı və ya səkkiz dəndəli təkərlərin təsviri vardır. Yəqin ki, son tunc
dövründə Simali Azərbaycanda hərbi məqsədlə işlədilən arabalar da olmuşdur. Bunu
Xaçbulaqda e.ə. I minilliyin başlanğıcına aid qəbirdən əldə edilmiş tunc kəmər
127
üzərində içərisində döyüşçü oturmuş dəndəli təkərli ikiatlı araba təsviri aydın sübut
edir.
Son tunc və ilk dəmir dövründə yerli əhalinin naxırında yeni heyvana - dəvəyə
təsadüf olunur. Füzuli şəhəri yaxınlığında zəngin Qarabulaq kurqanında iki dəvə
skeleti var idi. Qəbirdəki bəzək əşyalarının bir hissəsinin dəvəyə aid olması dəvədən
nəqliyyatda və minik heyvanı kimi də istifadə edildiyini göstərir. Yay vaxtları bütün
sürü ilə birlikdə dəvə də dağ otlaqlarına aparılırdı. Xaçbulaq yaylağında Daşlıtəpə
siklop qalasının mədəni təbəqəsindən tapılmış dəvə sümükləri bunu sübut edir.
Beləliklə, qədim Azərbaycan əhalisinə məxsus sürüdə bütün ev heyvanları
növlərinin olduğu müəyyən edilmişdir. Bu dövrdə də hələ tunc dövrünün ilkin
mərhələlərində meydana gələn yarımköçəri maldarlıq qəti şəkildə formalaşır.
Sənətkarlıq. E.ə. II minilliyin ikinci yarısında ayrı-ayrı sənətkarlıq növlərinin
xüsusi inkişafı müşahidə olunur. Bu dövrdə Azərbaycan əhalisi metallurgiya və
metalişləmənin inkişafında yüksək səviyyəyə qalxmışdı. Məhz bu dövrdə
Azərbaycanın zəngin mis mədənlərinin geniş istismarı başlanır.
Metalın əridilməsi xüsusi kürələrdə aparılırdı. Belə kürələrin qalıqları
Mingəçevirdə aşkar olunmuşdur. Kiçik sahədə bir-birinə yaxın beş kürə vardır. Onlar
planda dairəvi və ellipsvari olmuşdur. Kürələrin ətrafında metal çıxarına, yanmış
suvaq parçalarına, kül yığıntılarına, həm də üzərində metal qalığı olan puta qırığına
rast gəlinmişdir. Mingəçevirdə misgər dəfinələri tapılmışdır. Onlardan biri 5 kiloqram
çəkidə, kürələrdən biri ilə yanaşı idi. Dəfinədə istifadədən düşmüş müxtəlif əşya
hissələri var idi (qolbaq, bıçaq, barmaqcıq, metal lövhələr, qıvrım asmalar və s.). Bu
əşyalar qəsdən toplanır və onlardan yeni tunc məmulat hazırlanırdı. Yastı balta
tökmək üçün istifadə edilən daş qəlibin tapılması Mingəçevirdə metalişləmə
emalatxanasının varlığı barədə dəlilləri tamamlayır. Metalişləmə emalatxanaları
Azərbaycanın başqa yaşayış yerlərində də olmuşdur. Şamxor rayonunda təbərzin balta
tökmək üçün qırmızı qumsal daşdan düzəldilmiş ikiüzlü qəlibin bir üzü tapılmışdır.
Təbərzin balta üçün eyni formalı daş qəlibin bir parçası Gədəbəy rayonunun Böyük
Qaramurad siklop qalaçasından əldə edilmişdir. Misgər emalatxanalarda yalnız
sakinlərin özlərinin ehtiyacı üçün deyil, həm də mübadilə üçün məmulat hazırlanırdı.
Bunu A
ZƏR
baycanın müxtəlif rayonlarından tapılmış təbərzin balta dəfinələri təsdiq
edir. Belə ki, Dəvəçi rayonunda Meşrif dəfinəsində mis qazanda yeddi təbərzin balta,
Xankəndi yaxınlığında Kərkicahan dəfinəsində altı təbərzin balta olmuşdur.
Qədim ustalar misə qatqı kimi mərgmüş, sürmə, əsasən, qalay, az hallarda
qurğuşun əlavə edirdilər.
Ustalar tunc əşyaların texniki və texnoloji cəhətdən istehsalına yaxşı bələd
idilər. Tunc əşyaların istehsalında müxtəlif üsul və qaydalar tətbiq edirdilər. Buraya
daş qəliblərdə və mumdan düzəldilmiş modellərdə metaltökmə, metalı isti və soyuq
döymə, bəndvurma, qaynaqlama, kəsmə, cızma və s. daxildir.
128
Silahların əksəri metaltökmə yolu ilə düzəldilirdi. Bu, tunc baltalara, qılınclara
və xəncərlərə aiddir. Mumdan düzəldilmiş modellər vasitəsi ilə demək olar ki, bütün
xırda tunc əşyalar - quş, heyvan, insan fiqurları və müxtəlif bəzəklər - asmalar,
barmaqcıqlar və diademlər (alınlıq) hazırlanırdı. Mürəkkəb formaya malik əşyalar
hissə-hissə hazırlanır, sonra birləşdirilir və bənd edilirdi. Balıqqayadan və Xanlardan
tapılmış tunc hərbi yabalar belə hazırlanmışdır. Bir çox hallarda xəncərlərdə və
qılınclarda dəstək başlığı ayrılıqda hazırlanırdı. Kiçik Qafqaz və ona qonşu ərazilərdə
xəncər başlıqları əsasən şəbəkəli düzəldilir, ağacla inkrustasiya olunurdu. Pasta,
sümük və sədəflə inkrustasiyaetmə halları da məlumdur. Qəliblərdə tökülən tunc
əşyalar zərbetmə və cızma üsulu ilə bəzənirdi. Enli tunc kəmərlərdə insan, heyvan,
quş, balıq, müxtəlif nişanlar, həm də dini xarakter daşıyan bütöv səhnələrə təsadüf
olunur. Metalişləmə sənətində tunc əşyaları inkrustasiya etmədə müxtəlif rəngli
metallar tətbiq olunurdu. Dovşanlı kurqanlarından əldə edilmiş tunc halqa və toqqa
başlığı elə tökülmüşdür ki, onlardan qıvrım çökəkliklər vardır. Həmin çökəkliklərə
sonra həmin metalın daha açıq rənglisi doldurulmuşdur. Bu dövrdə tuncdan müdafiə
üçün qalxan, dəbilqə (Dovşanlı) və qazan (Çovdağ, Xocalı, Meşrif) hazırlanırdı.
Hər qəbilə birliyi ərazisində metallurgiya ocağı özünəməxsus tunc əşyalarla
səciyyələnir. Məsələn, Talış-Muğan mədəniyyətinin qılınc və xəncəri Xocalı-Gədəbəy
mədəniyyətinin eyni məqsəd daşıyan materiallarından tamamilə seçilir. Xocalı-
Gədəbəy mədəniyyəti abidələrindən yaxşı məlum olan tunc təbərzin baltalar, enli
qılınclar Naxçıvan ərazisindən məlum deyildir.
E.ə. II minilliyin sonlarında dəmir yalnız xırda əşyaların hazırlanmasında
istifadə olunur və olduqca az rast gəlinir. Sonralar dəmir silah və alət hazırlanırdı.
Müvafiq dəlillər göstərir ki, tunc və dəmir metallurgiyasının inkişafında varislik
olmuşdur.
Talış-Muğan mədəniyyət abidələrindən dəmir tiyəli xəncər və qılınclar,
Xocalı-Gədəbəy mədəniyyətindən dəmir nizələr eyni tunc əşyaların formasını təkrar
edir.
Azərbaycanda və ümumən Zaqafqaziyada dəmir metallurgiyasının inkişafı ilə
tunc baltaların, qılıncların və bir sıra başqa əşyaların istehsalı kəsilir.
Son tunc və ilk dəmir dövründə bütün Zaqafqaziyada dulusçuluq sənəti
inkişafını davam etdirir. Saxsı qab istehsalı əvvələ nisbətən genişlənir və müxtəlifliyi
artır.
Dövrün dulus kürələri bu sənətkarlığın qədim yerli ənənələrini saxlayır. Qədim
Mingəçevir yaşayış yerindən öz quruluşuna görə Azərbaycanın eneolit dulus kürələri
ilə çox oxşarlıq təşkil edən kürələr aşkar olunmuşdur. Mingəçevir dulus kürələrinin
ölçüləri demək olar ki, eynidir: uzunluğu 4 m, eni 2 m. Məhz belə kürələr çoxlu
miqdarda müxtəlif ölçülü qabların, o cümlədən dövrün hər yaşayış məskənində
129
təsadüf olunan iri küplərin istehsalına imkan verirdi. Ötən dövrlərdə iri qablar
hazırlanmırdı.
Mingəçevir kürələrinin odluğu və qabbişmə kameraları vardır. Onlarda alov
çəkməni gücləndirmək və lazımi hərarəti almaq üçün odluqdan qab bişən kameraya
səkkiz boru qol qalxırdı. Kürələrdə və onların ətrafında 450-500 dərəcədə bişirilmiş
boz və qara qab parçaları var idi. Ancaq Naxçıvan və Cənubi Azərbaycan ərazisində
boz qab-qacaqla yanaşı qırmızı bişimli, boyalı saxsı məmulatı da istehsal edilirdi.
Dulus məhsulatında yaraşıqlı qablar diqqəti cəlb edir. Onlar heyvan, quş
fiquru, uzunboğaz çəkmə, həm də keçidli qoşa qablar formasında hazırlanırdı.
Mingəçevir, Xocalı, Gədəbəy, Gəncəçay hövzəsi və başqa ərazi abidələrində daş
qablar - cam, nimçə, kubok formalı gözəl nümunələr əldə edilmişdir. Mingəçevirdən
əldə edilən camın qoşa qoç başı formasında qulpu vardır. Eyni formalı, ancaq bir
qulplu cam Gəncə yaxınlığında Alabaşlı kəndindən əldə edilmişdir.
Daşişləmə sənətində gümüşdən inkrustasiya vurmaq yenilikdir. Oyuq
nöqtələrə gümüş zərrələri doldurmaqla həndəsi fiqur əmələ gətirən təsvir və heyvan
rəsmi maraq doğurur. Belə naxışlar qədim Mingəçevir kurqanlarında tapılmış daş
nimçə və badəvari qabları bəzəyir.
Son tunc və ilk dəmir dövründə mərmərdən və hematitdən toppuz, əqiqdən və
xalsedondan bəzək əşyaları hazırlanırdı. Ağacişləmə və toxuculuq sənətkarlıqda
mühüm yer tuturdu. Ancaq bu sənət sahələrinin məhsulları arxeoloji abidələrdə
qalmır. Məişət və dəfn abidələrində ağac geniş tətbiq olunurdu.
Ağır arabalarla yanaşı, yüngül dəndəli təkərli arabalar da hazırlanırdı. Belə
çətin və mürəkkəb nəqliyyat vasitəsinin hazırlanması yeni bir texniki proses olmaqla
onun müxtəlif hissələrinin düzəldilməsi ağacişləmə sənətinə yaxşı bələd olmağı tələb
edirdi.
Dövrün abidələrində dəfələrlə parça izlərinə, həm də qalıqlarına təsadüf
edilmişdir. Bəzi hallarda materiya qalıqlarında boya izi müşahidə olunmuşdur.
Boyanmış parça qalıqlarına Mingəçevirdə təsadüf edilmişdir. İy başlıqlarının
tapılması əldə ipəyirməyə dəlalət edir. Toxuculuq dəzgahına gəldikdə isə bu dövrdə o
barədə də danışmaq olar.
Dəri işləmə sənəti də inkişaf edir. Uzunboğaz çəkmə və burnu yuxarı əyilmiş
çarıq modellərinin, həm də tunc bizlərin tapılması bunu sübut edir. Dəridən paltar
tikilirdi. Atın minikdə və qoşquda istifadəsi ilə əlaqədar at əsləhəsi üçün göndən
müxtəlif əşyaların hazırlanması zərurəti yaranır.
Beləliklə, Son Tunc və İlk Dəmir dövründə sənətkarlığın bəzi sahələrinin
inkişafında xeyli tərəqqi müşahidə olunur. Ölkə iqtisadiyyatının ümumi vəziyyəti
sənətkarlıqda yeni sahələrin yaranmasına şərait yaradır, bu da ibtidai icma
quruluşunun dağılma və dövlətin yaranma ərəfəsində mübadilənin və ticarətin
genişlənməsinə və güclənməsinə təkan verir.
130
Ġctimai və mülki bərabərsizliyin güclənməsi. Ġbtidai icma quruluĢunun
dağılması. Arxeoloji mənbələrə görə, ölkənin bütün vilayətlərində ictimai-iqtisadi
inkişaf prosesi eyni səviyyədə olmamışdır. Şimala nisbətən cənub bölgələrdə ictimai
inkişafın bir qədər yüksək səviyyədə olması nəzərə çarpır. Burada əkinçilik və
maldarlıq, tunc metallurgiyası yaxşı inkişaf etmiş, üzümçülük təsərrüfatın xüsusi
sahəsinə çevrilmişdi. Saxsı məmulatı istehsalında dulus çarxı geniş tətbiq olunur,
mübadilə və ticarət genişlənir. Bütün bunlar yerli əhalinin ictimai həyatında
dəyişikliklərə gətirib çıxarır.
Cənub rayonlarının dəfn abidələri nisbətən zənginliyi ilə fərqlənir. Qarabağın
kurqan qəbirlərində Zaqafqaziyada nadir hallarda rast gəlinən qızıl əşyalar, sədəf və
sümükdən bəzəklər, çoxlu tunc və başqa məmulat tapılmışdır. Bir nekropolda rast
gəlinən qəbirlər öz avadanlıqlarının zənginliyinə və kasıblığına görə fərqlənir.
O dövrdə Azərbaycanda qulların olmasını Dovşanlıda, Axmaxıda, Borsunlu və
Xanlarda aparılan tədqiqatların nəticələri təsdiq edir. Belə ki, Axmaxı kurqanındakı
əsas ölü həmdövr qəbirlərində rastlanan və yerli əhali üçün səciyyəvi olan dolixosefal
tipinə mənsub idi. Əsas ölünü müşayiət edənlərə gəldikdə isə, onların kəlləsi başqa -
braxisefal tipində idi.
Qəbilə başçılarına və şöhrətli şəxslərə mənsub bir sıra kurqan qəbirləri
mürəkkəb quruluşlarına, zəngin avadanlığa və təmtəraqlı dəfn mərasiminə görə nəzər-
diqqəti cəlb edir. Qullardan əlavə, ölmüş başçını axirət dünyasına arvadları, kənizləri,
atları müşayiət edir, qəbirə çoxlu silah və ona mənsub olan əmlakı qoyulurdu. Dövrün
abidələrində birinci dəfə olaraq üzərinə tunc lövhə çəkilmiş taxta qalxanlara və zirehli
geyimə rast gəlinmişdir.
Azərbaycanda ibtidai icma quruluşunun dağılma və sinifli cəmiyyətin
yaranması dövrünün ən təmtəraqlı abidələrindən biri Tərtər rayonunun Borsunlu
kəndindəki böyük kurqandır. Kurqanın 256 kv.m
2
sahəyə (uzunluğu 32, eni 8 və
dərinliyi 4 m) malik qəbiri təxminən iki yüz tirlə iki qatda örtülmüşdür. Qəbirdə
qəbilə başçısı dəfn olunmuşdu. O, tunc mıxlarla bərkidilmiş, qızıl təbəqə çəkilmiş və
tunc lövhələrlə bəzədilmiş taxt-kəcavə üzərinə qoyulmuşdur. Başçıdan əlavə, qəbirdə
doqquz şəxsin qalıqları, səkkiz at skeleti, çoxlu iri və xırdabuynuzlu heyvan
sümükləri, saxsı qablar, metal əşyalar - təbərzin balta, yastı balta, iskənə, nizə və ox
ucları, kəmər və qazan qırıqları, qızıl düymələr, əqiqdən, pastadan və şüşədən
muncuqlar, mərmər toppuz və şirli qab var idi. At əsləhəsi də qəbirdə böyük yığımda
və müxtəliflikdə təqdim olunmuşdu (müxtəlif gəm, sümükdən qaytarğanlar, onların
bəzilərində cızma üsulla insan başının təsviri verilmişdir). Orada həm də tuncdan
bəzəklər və dəniz xərçənglərinin çanağından düzəldilmiş şəbəkə düymələr var idi.
Şübhə yoxdur ki, Borsunludakı bu kurqan qəbilə başçısına mənsub imiş, dəfn
ərəfəsində kənizləri, qulları və arvadları öldürülmüş və onunla birlikdə basdırılmışdır.
131
Son Tunc dövrü qəbirlərində göstərilən əlamətlər və silahların çoxluğu, çox
ehtimal ki, hərbi demokratiyanın inkişafı ilə əlaqədardır. İbtidai cəmiyyətin dağılması
ərəfəsində zorakılıqla zəbtetmə və talançılıq bəzi qəbilələrdə varlanma mənbəyi kimi
tez-tez baş verən hadisələrə çevrilir. Ancaq Azərbaycan əhalisinin və onun
qonşularının bu dövrdə daima müharibələr şəraitində yaşamasını güman etmək səhv
olardı. Doğrudur, ayrı-ayrı qəbilələr arasında varidat, ilk növbədə, mal-qara otlaqları
üstündə vaxtaşırı toqquşmalar olurdu. Belə şəraitdə bəzi qəbilələrin əlçatmaz yerlərdə
məskunlaşması və nəhəng qalaçalar hörülməsi səbəbləri aydın olur. Kiçik Qafqaz
ərazisində təhlükə vaxtı özlərini və mal-qaranı qorumaq üçün siklop tikintiləri belə
yaranmışdır. Müdafiə qalaları nəinki dağlarda maldar qəbilələrin, həm də dağətəyi
qurşaqda əkinçilərin yaşadığı yerlərdə tikilirdi.
Bəzi varlı qəbirlərdə silahların həm əsas ölünün, həm də onu müşayiət
edənlərin yanına qoyulması müşahidə edilmişdir. Dovşanlı kurqanında qəbirdə düz
uzadılmış əsas ölü və ona məxsus çoxlu miqdarda avadanlıqdan əlavə bükülü
vəziyyətdə üç skelet də var idi. Onlarla birlikdə tunc dəbilqə, silah, yaba və at
yüyəninin tapılması onları ölən başçının hərbi dəstəsinin üzvləri hesab etməyə əsas
verir.
Müvafiq dövr cəmiyyətində qəbilə başçıları, mötəbər şəxslər, hərbçilər, qullar
və s. aydın seçilir. Bu, hər şeydən əvvəl, yeni ictimai-iqtisadi münasibətlərin
yaranması ilə əlaqədar olub, təzəcə təşəkkül tapmaqda olan ictimai quruluşun
"carçıları" idi.
Beləliklə, bu dövr ibtidai-icma quruluşunun dağılması prosesində son mərhələ
- siniflərin və dövlətin yaranma ərəfəsi idi.
Dostları ilə paylaş: |