Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)


Deterdinqin çox gizli şəkildə gördüyü işlərdən «Standart Oyl»



Yüklə 1,02 Mb.
səhifə10/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   ...   7   8   9   10   11   12   13   14   15

Deterdinqin çox gizli şəkildə gördüyü işlərdən «Standart Oyl» şirkəti çox gec xəbər tutdu və onun əksinə heç bir şey edə bilmədi. Ancaq, Rokfeller hələ nəyəsə ümid etdiyindən Amerika prezidenti Hardinqi sıxışdırırdı. O, Rusiya və İngiltərə tərəfindən Amerikaya Azərbaycanı tanıması təklifini qəbul etməməsini Har­dinqdən tələb edirdi. Bir müddət sonra Amerika prezidenti Har­din­qin əmri ilə Rusiyada bolşeviklərə qarşı mübarizə aparan gene­ral Denikinin yanındakı nümayəndə admiral M.Cally cənab­ları general Denikinə təqdim etdiyi bir memorandumla Amerika höku­mətinin Qafqazda yeni qurulmuş Azərbaycan dövlətini tanımadığı­nı qəti şəkildə bildirdi. Ancaq, «Standard Oyl»un israrı ilə veril­miş bu memorandumun hadisələrə təsiri çox zəif idi. Çünki, bun­dan əvvəl fürsəti əldən verməyən Lloyd Corcun israrı ilə müttəfiq dövlətlər Azərbaycan və Gürcüstanın müstəqilliklərini tanımışdı­lar.

İngilis diplomatları və Deterdinq vəziyyətdən istifadə edərək Rusiyanın daxilində münaqişələr və qırğınlar törədərkən neftə sa­hib Azərbaycan dövlətinin istiqlalını müttəfiq dövlətlərə tanıtdı­rır, Gürcüstanı isə Rusiya ilə Azərbaycan arasında bir bufer dövlət olaraq inkişaf etdirirdilər.



Deterdinq nefti müharibəsiz sülh yolu ilə almaq istəyirdi. Bu­nun əksinə olaraq «Standard Oyl” şikrətinin təzyiqi altında olan Amerika prezidenti Hardinq isə nə Azərbaycan, nə də Gürcüstanı qəbul edir və ingilislərin əlinə keçən neft üzündən rus zülmündən qurtulmaq və müstəqil bir dövlət olmaq istəyən bu iki məzlum millətin istiqlal arzusunu boğurdu.

Bakı nefti ətrafında gənc Azərbaycanın istiqlalı bahasına «Stan­dard Oyl» ilə «Royyal Datç-Şell Qrup» arasında mücadilə davam edərkən, Geniya konfransının açılışından iki gün sonra Amerika nümayəndə heyəti adından «Standard Oyl»un ümumi müdiri A.S.Bedford 1922-ci il aprelin 12-də «Nyu-York Herald Tribun» qəzetində nəşr etdirdiyi bir raportda «Standard Oyl» ilə Nobel qardaşları arasında bəzi ticarət yönlü danışıqlar aparıl­dı­ğı­nı və gələcəkdə müqavilə bağlanacağını bildirir. Onun bu məlu­mat­­ları amerikalıların da boş durmadığını göstərir. Onlar Bakı nef­tin­dən 1920-ci ildə aldıqları hissələrlə mübarizələrini davam etdir­mək­də qərarlı idilər. Raportda göstərilirdi ki, Nobel qardaşlarının əllərində olan aksiyaların 51%-i «Standard Oyl» şirkətinə aiddir.



A.S.Bedford «Nyu York Herald Tribun» qəzetində bu ra­portu nəşr etdirdiyi tarixdə «Tayms» qəzetinə verdiyi bəyanatda «Royal Datç-Şell Qrup»u kəskin tənqid edirdi. Bu bəyanat əs­lində bir müharibə elanı idi. Bedford Amerika hökumətinin sovet Rusiyası ilə hər hansı bir hökumət və şirkətin bağlayacaqları mü­qa­vilələri tanımayacağını elan etdi.

Artıq vəziyyət o dərəcəyə gəlib çatmışdır ki, Bedford Ameri­ka hökuməti adından bəyanat verirdi. Axı o, Amerika dövlətində və hökumətində heç bir rəsmi vəzifə tutmurdu. Bunlardan belə nə­ticə çıxartmaq olurdu ki, artıq «Standard Oyl» Amerikanın həm si­yasi, həm də iqtisadi siyasətinə nəzarət edirdi. Bu hadisə neftin döv­lətlərin siyasətindəki təsirlərini açıq bir şəkildə göstərməkdə idi.



A.S.Bedfordun 1922-ci il aprelin 1-də verdiyi bu iki bəyanat Genuya konfransında iştirak edən nümayəndələr tərəfindən əks reaksiya ilə qarşılandı. A.S.Bedfordun bu iki bəyanatı yeni yaran­mış Gürcüstan və Azərbaycan dövlətlərinin istiqlallarını itirmələri­nin ilk xəbərçisi idi.

Qarşıya belə bir sual çıxır: «Standard Oyl» bu güc və qüd­rə­ti haradan alırdı? Bu sualın cavabı çox sadə idi. «Standard Oyl» gücü və qüdrəti birbaşa Amerika prezidentidən alırdı. Amerika siyasətini əlində tutan və ona istədiyi istiqaməti verən prezident Hardinq Rokfellerin adamı idi. Hardinqin ən yaxın dostu olan Huqhs isə onun xarici işlər üzrə müşaviri vəzifəsini tuturdu. Huqhs bu vəzifəyə təyin olunmamışdan əvvəl «Standard Oyl»un İdarə Heyətinin üzvü və eyni zamanda rəhbərlərindən biri idi. Bax, elə bu şəxs sayəsində «Standard Oyl” Amerika dövlətinin xarici siyasətinin iplərini əldə tutur və bütün qüdrətini bundan alırdı.

Genuya konfransının getdiyi dövrdə A.S.Bedfordun bütün əndişəsini Henry Deterdinq ilə bolşeviklər arasında bağlana bilə­cək müqavilə təşkil edirdi. Artıq Londonda Deterdinq ilə Rusiya­nın İngiltərədəki səfiri Krasin arasında Bakı neftinə dair danışıqlar başlamış və polkovnik Boyle Bakıya göndərilmişdi. Bakı nefti möv­zusunda «Royyal Datç-Şell Qrup» şirkətinin mənfəətlərini ingilis hökumətinin necə qoruduğunu aşağıdakı telerqafın məzmu­nun­dan da görmək olar:

«İngiltərə Xarici İşlər Nazirliyi. Oktyabr 1921

Mr.Krasinə

Əfəndim

Polkovnik J.W.Boyleun Marki Qerzun Dukedlstona ver­diyi məlumata görə «Royyal Datç-Şell Qrup» şirkəti Cənubi Rusiya və Qafqazda özlərinə aid ərazilərdə neft istehsal etmək üçün sovet hökumətindən imtiyaz tələb etmək niyyə­tin­də­dir­lər.

Polkovnik J.W.Boyle tərəfindən bu xüsusda sizə etdiyim mü­raciətlərin kral həzrətləri hökumətinin himayəsi ilə edil­di­yi­ni diqqətinizə çatdırıram. Kral həzrətləri bu müzakirələrin tez­liklə yaxşı nəticə verəcəyini ümid edir. Esmoud Ovey».

Bolşevik Rusiyasının Londondakı səfiri Krasin 1922-ci il aprelin 11-də «İnformation» qəzetinə verdiyi bir müsahibəsində sovet hökumətinin böyük dövlətlərə Bakının neft ərazisindən 3000 hektarlıq bir neft imtiyazını verməyə hazır olduğunu bildirir. Hal­buki, konfransda müzakirə edilməkdə olan və müttəfiqlər adından Lloyd Corc və Fransanın xarici işlər naziri Bartlio (1934-cü ildə Marseldə Yuqoslaviya kralı ilə birlikdə bir sui-qəsd nəticəsində öldürülmüşdür) tərəfindən çar Rusiyasının borcları və İngiltərə, Fransa və digər ölkələrin Rusiyada qalmış əmlaklarının əvəzinə 99 illik bir imtiyaz təklif etdilər. Buna cavab olaraq sovet hökumə­ti­nin nümayəndə heyətinin üzvlərindən biri olan Litvinov bol­şe­vik­lərin ­heç bir zaman bu yerlərin əski sahiblərinə qaytarılmayacağına dair verdiyi bəyanat Genuya konfransında bomba kimi partladı.

Hər iki sovet rəsmisinin verdiyi bəyanatlar diqqəti çox cəlb edəndir.

Rusiya bu siyasət yolu ilə «nə qopardılsa qənimətdir» dustu­runa sadiq qalaraq müəyyən mənfəətlər əldə etmək istəyirdi. Lit­vinov sovet hökumətinin səlahiyyətli bir adamı olan Krasinin fi­kir­lərinin əksinə bəyanat verərkən hansı təsirlərə məruz qalmış­dır?

Sovet hökumətinin iki məsul və səlahiyyətli şəxsinin bir-birini in­kar edən bəyanatlarından aşağıdakı nəticəni çıxartmaq olar: Rus­lar Amerika ilə İngiltərə arasındakı rəqabətdən məharətlə istifadə etməyə çalışırdılar. Lloyd Corc ruslar tərəfindən rədd cavabı al­dıq­dan sonra sovet hökumətinə ya 99 illik imtiyazım qəbul etməli, ya da 2 milyard 600 milyon sferlinq miqdarında olan təzminatı ödəməlidirlər təklifini irəli sürdü. Litvinov Lloyd Corcun təkli­finə yeni bir təkliflə cavab verdi: «İngiltərə Rusiyanı bir neçə və­zifəni yerinə yetirməyə və dolayısilə Bakı neftinin müəyyən hissəsinin imtiyazlarını ingilislərə verməyi tələb edirlər.

İngiltərə hökumətinin yeni təkliflərini qəbul etmək qeyri-mümkündür. Ancaq, bunu da söyləmək istəyirəm ki, İngil­tə­rənin bolşeviklərin iqtidarı ələ keçirmək üçün apardıqları mü­barizə zamanı Rusiyanın daxili işlərinə qarışması heç vaxt diq­qətdən kənarda qalmayacaqır. İngilislər çar generallarını silah­lan­dıraraq bolşeviklərə qarşı mübarizəyə təşviq etdikl­ə­rindən sovet hökuməti baş vermiş vətəndaş muharibəsində beş milyard sterlinq pul itirmişdir. İngilislərin təklif etdikləri təz­mi­natın qarşılığı olaraq biz də bu itirdiyimiz maddi vəsaiti onlardan tələb edirik.”

Litvinovun konfransa təqdim etdiyi bu təklif ingilisləri, xüsu­silə də baş nazir Lloyd Corcu şoka saldı.

Konfransın getdiyi müddətdə rus və ingilis nümayəndə heyət­lə­rinin bir-birilərini ağır ittiham etmələrinin arxasında «Standard Oyl» şirkətinin fəaliyyətini ehtimal etmək olar. Çünki, konfransın getdiyi günlərdə Litvinovun istər oteldə, istərsə də restoranlarda daima amerikalı qadınlarla bir yerdə olduğu məlumdur. Buradan da belə bir nəticə çıxarmaq olar ki, ingilislərə qarşı Litvinovun irəli sürdüyü təkliflərdə amerikalıların təsiri olmuşdur.



Litvinovun bu zəif tərəfi mətbuatın diqqətindən yayınmamış və bu sairədə lətifələr və zarafatlar da yayılmışdır.

Rusların təklifləri qarşısında çətin vəziyyətə düşən ingilislər hər neçə olursa-olsun müzakirələrin istiqamətini öz xeyirlərinə çe­virmək üçün Fransa, Belçika və İtaliyanın nümayəndə heyətləri­nin gücündən də istifadə etməyə çalışırdılar. Ancaq elə bir hadisə baş verdi ki, bu dövlətlərin nümayəndələri İngiltərəni dəstəkləmək üçün xeyli fikirləşməli oldular. Bu Almaniya ilə bolşevik Rusiyası arasında Rapalloda bağlanmış bir müqavilə idi. Lloyd Corc ilə müttəfiqləri bu müqaviləni rədd edən bir aktı imzalamalarına bax­ma­yaraq Fransa və Belçika nümayəndələri öz aralarında iclas keçirərək Genuya konfransında heç bir müsbət nəticə əldə olun­ma­yacağı qənaətinə gəldilər.

İstər Belçika, istərsə də Fransa bu müştərək görüşdən sonra Genuya konfransını tənqid etməyə başladılar. Onların bu hərə­kət­lə­ri səbəbsiz deyildir. Bu hər iki dövlətin də öz siyasətləri vardır və müharibədən zərər çəkmiş iqtisadiyyatlarını bərpa etmək üçün kon­fransdan istifadə etmək istəyirdilər.

ABŞ konfransda iştirak edən dövlətlərin bir çoxuna kredit vermiş olduğundan bundan bəhrələnmək qərarına gəldi. «Stan­dard Oyl» isə hədəfi konfrans boyunca İngiltərəni dəs­tək­lə­yən Fransanı və Belçikanı bitərəfləşdirmək istəyirdi. Bu iki ölkə ABŞ-dan dağılmış iqtisadiyyatlarını bərpa etmək üçün kredit almışdılar. Fransa və Belçika İngiltərəni müdafiə etməkdən vaz keçsələr də, Amerikanın tərəfinə keçə bilməzdilər. Çünki, hər iki dövlət bir çox məsələlərdə İngiltərəyə, dolayısilə Avropaya bağlı idilər.

Vəziyyəti dəqiq müəyyənləşdirən Fransa və Belçika nü­ma­yən­də heyəti o andan etibarən İngiltərənin tərəfini saxlamamağa qərar verdilər. Bununla da konfransda vəziyyət dəyişdi. «Standard Oyl»­un rəhbərləri konfransın gedişindən razı idi. Çünki onlar İn­giltərə ilə Bolşevik Rusiyası arasında istər Genuya konfransında, istərsə də konfransdan ayrı olaraq Bakı nefti üçün gizli görüşlərin keçirildiyini bilirdi. Elə Fransa ilə Belçikaya təzyiqi də bunun üçün edirdi.

Amerika prezidentinin xarici siyasət üzrə müşaviri Huqhs açıqca hər iki dövlətə İngiltərəni dəstəkləyəcəkləri zaman bir daha kredit verilməyəcəyini bildirdi. Hətta əvvəllər verilmiş borcların qaytarılmasını tələb etdi. Halbuki, o dövrdə Fransa ilə Belçika Ame­rikaya olan borclarını qaytarmaq gücündə deyildilər və bu səbəbdən də Amerikanın tərəfini saxladılar.

Fransa ilə Belçikanın bu hərəkətləri haqqında alman qəzetçi­lərin­dən Lokal Aukz yazdığı məqalələrinin birində belə demişdir: «Fransa və Belçikanın Rapallo müqaviləsini tanımamalarına və Genuya konfransının gedişinə mane olmalarına səbəb «Standard Oyl» şirkətidir. Şirkət sovet hökumətinin keçirdiyi maliyyə böhranından istifadə edərək dünyanın ən zəngin neft qaynaqlarını ələ keçirə biləcəklərinə ümid edirdi.

Amerikanın himayəsi olmasa idi Fransa və Belçika bu qə­dər açıq və cəsarətlə İngiltərənin əleyhinə gedə bilməzdi».

Yuxarıdakı yazı da göstərir ki, artıq Genuya konfransında danışılan bütün söhbətlərin əsasını neft təşkil edirdi. «Tayms» qəzetinin Paris müxbiri tərəfindən qəzetinə 1922-ci il mayın 7-də göndərilən teleqrafda «Bu gün Avropa mətbuatı neft ilə dolu­dur» demişdir.



«Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» şirkətləri öz mənfeləri uğrunda müharibədən yeni çıxmış pərişan Avropanı əzməkdə idilər. Genuya konfransının nəticələrinin müvəffəqiyyət­siz­li­yə doğru getməsinin əsas səbəbkarı Fransa və Belçikanın ol­ması barəsində Avropa mətbuatında kifayət qədər materiallar çap olunmuşdur. Vəziyyətin belə bir anında Fransanın nümayəndə he­yə­tinin rəhbəri Barthou Fransa prezidenti Puankare ilə şəxsən görüşmək və izahat vermək üçün təcili Parisə yola düşdü. Barthou Parisə hərəkət edərkən, Fransanın hava nəqliyyatı naziri Loran Epnak da qeyri-rəsmi olaraq neft müzakirələrini davam etdirmək üçün Parisdən Genuyaya gedirdi.

Bakı neftinə qoyulmuş sərmayələrin vəziyyətini təhlil edən Dr.W.Mauther 1925-ci il martın 28-də «Tayms» qəzetində çap etdirdiyi bir məqalədə Fransanın Bakıda işlətdiyi neft sahələrinə yatırdığı sərmayənin miqdarı 70, Belçikanın 21, İngiltərəninki isə 172 milyon sterlinq olduğu göstərilmişdir.

İngiltərəyə qarşı girişiləcək mücadilədə Fransa və Belçika koa­lisyon yaradacaq, Amerika isə onları həm maddi, həm də mənəvi cəhətdən təmin edəcəkdir. Həmçinin, prezident Puankare ilə gö­rüş­mək üçün Parisə gələn Barthounu əvəz edən Loran Epnak Genuyada «Standard Oyl»un təşviqi və yardım vədi səbəbindən Fransa və Belçika neft anlaşmasını imzaladı. O, bu münasibətlə verdiyi bəyanatda belə deyirdi: «Əvvəla biz Fransa ilə Belçika qrupları arasında bir iitifaq yaratmaq üçün plan hazırladıq. Bu ittifaqın məqsədi:


  1. Müharibədən əvvəl mövcud olmuş hüququn müdafiəsi olduğu kimi, 1918-ci ildən sonra sabiq ərazi sahiblərindən satın alınmış hüququn himayəsi.

  2. Bu iki millətə mənsub vətəndaşlara aid neft ərazisinin müştərək işlədilməsidir».

Bu bəyanat və ittifaq İngiltərəyə, İngiltərənin neft mənfəətlə­rinə açıqca qarşı gəlmək demək idi. İngiltərə ona qarşı edilən mü­əyyən hərəkətləri bağışlasa da, neft mövzusunda olanlara qarşı çox amansız davranırdı. Lloyd Corc Fransa və Belçikanın «Standard Oyl»un himayəsində İngiltərəyə qarşı cəbhə almalarından sonra müəyyən tədbirlərə əl atdı. Ancaq, elə bir nəticə əldə edə bil­mə­dilər. Fransa neft mövzusunda «Standard Oyl»dan aldığı dəstəklə Birinci Dünya müharibəsinin birgə iştirakçısı və müttəfiqi ingi­lis­lərə qarşı hərəkət etməyə başladı. Fransanın belə bir hərəkəti İn­giltə­rəni hadisələrə boyun əyməyə məcbur etmişdi. Ancaq, bu De­ter­dinqin də boyun əyməsi demək deyildi. Deterdinq heç vaxt boyun əymədiyini qısa bir müddət sonra da isbat edəcəkdi.

Deterdinqin Fransaya qarşı qurduğu planlar çox məxfi idi.

Ancaq, bu iyirmi beş ildən sonra aşkar oldu. Fransa və Belçika arasında qəbul olunmuş müştərək qərardan sonra hər iki dövlətin nümayəndələrinin iştirakı ilə aparılmış müzakirələrinin sonunda bu iki dövlətin zəmanəti ilə yeni bir neft şirkəti quruldu. Şirkətə rəh­bərlik o zamanlar Fransanın Ticarət Nazirliyində neft işləri müdiri olan Pineauya (Pino) tapşırıldı.

Bütün bu hadisələr baş verərkən Rusiya bir tərəfdən «Royyal Datç-Şell Qrup», digər tərəfdən də İngiltərənin rəsmi şəxsləri ilə gizli müzakirələr aparırkən, Genuya konfransında iştirak edən rəs­mi nümayəndə heyəti vasitəsilə dörd dövlət arasındakı rəqabəti də qızışdırırdı.

Genuya konfransında iqtisadi müzakirələri idarə edən bolşevik nümayəndə heyətinin üzvlərindən Rusiyanın Londondakı səfiri Krasin 1923-cü il mayın 9-da Moskvada «İzvestiya» qəzetində çap olunmuş bir bəyanatında bu fikirləri irəli sürmüşdür: «Sovet hökuməti Azərbaycandakı neft sahələrinin dörddə birinə qeyd-şərtsiz sahib olmalı idi. Geridə qalan dörddə üçü isə İn­gil­tərə, Fransa, Amerika və Belçika arasında bərabər bölün­məlidir. Bu arada əcnəbi təbəəsi olan mülk sahibləri də gözdən uzaq tutulmamalı idi». Hətta Krasin böyük mülk sahiblərinin sovet hökuməti tərəfindən təşkili düşünülən Konsorsiuma daxil edilməsini də elan edir. Krasin mülk sahiblərini deyərkən bolşe­vik­lərin Rusiyada hakimiyyəti əllərinə almalarına qədər mülkə sahib olanların nəzərdə tutulduğunu açıqca bildirirdi.



«Standard Oyl»un rəhbərləri Krasinin bu bəyanatının mə­na­sı­nı anladıqları üçün çox soyuq qarşıladılar. Çünki, onlar Bakı neftinin səhmlərinin bir hissəsini bolşeviklər iqtidara gəlmələrin­dən sonra əldə etmişdilər. Buradan belə bir nəticə çıxırdı ki, «Stan­dard Oyl»un satın aldığı hissələrin əski sahibləri olan No­bel qardaşlarının qədim haqları nəzərə alınmayacaqdır.

«Standard Oyl» Nobel qardaşlarına aid olan və imtiyazları Rusiyada bolşeviklərin hakimiyyətə gəlmələrindən təxminən üç il sonra, yəni 1920-ci ildə əldə etimşdir. Əgər kommunist Rusiyası Krasinin elan etdiyi qərarını tətbiq edərsə amerikalılar Azərbay­can­da qurulacaq Konsorsiumda yer almayacaqları kimi, bu xü­susda hər hansı bir haq, iddia və söz sahibi də olmayacaqdılar.

Krasinin bu bəyanatı açıqca göstərir ki, İngiltərə hökuməti, xüsusilə Lloyd Corc ilə Deterdinq rusların ortaya atdığı bu plan­dan xəbərdar idilər. Çünki, 1922-ci il mayın 2-də Genuya konfran­sının təşkilatçıları tərəfindən qələmə alınmış və elan edilmiş me­mo­randum sovetlərin qəbul edə biləcəkləri bir formada yazılmışdı. Burada həm də mülk sahiblərindən də bəhs olunurdu: «Sahiblər isə bolşeviklərin milliləşdirməni elan et­mələrindən əvvəl Rusi­yada mal-mülk sahibləri olan fərdlər və ya fərdlərdən təşkil olunmuş qruplardı».

«Royyal Datç-Şell Qrup»un rəhbərləri «Standard Oyl» ilə müttəfiqlərinə qarşı qurduqları bu plan sayəsində Bakının neft sahələrindən yalnız ingilislər faydalana biləcəkdilər. Ancaq, ingi­lis­lər bütün işlərini uğurla həyata keçirə bilməyə nail olsalar da, bir nöqtəni unutmuşdular. İngiltərə müttəfiqlərini necə oyundan kə­nar­da qoymuşdularsa da, gələcəkdə Rusiyanın da onu belə bir vəziyyətə sala biləcəyini heç ağlına gətirməmişdi.

Amerikalılar kimi fransızlar da, belçikalılar da imzalanan bu memorandumun sayəsində çıxılmaz bir vəziyyətə düşmüşdülər. Bu dövlətlərin təbəələri Bakının neft sahələrindəki hissələrini 1918-ci ildən sonra əldə etmişdilər. Bu səbəbdən də fransızlarla belçikalılar qurulacaq Konsorsiumda iştirak edə bilməyəcəkdilər.

Bu memorandumun elanı Bakı neftində haqları olduğunu iddia edən dövlətlərdə böyük əks-səda doğurdu. Fransa prezidenti müs­yo Puankare Genuyadakı nümayəndə heyətinə göndərdiyi tele­qraf­da memoranduma imza atmamasını və fransız təbəələrinin Ru­siyada malik olduqları hüququn onlara qaytarılmasını tələb et­məsini bildirdi.

İngilislər bunları nəzərə almamışdılar. Onlar memorandumu vaxt itirmədən və etiraza məhəl qoymadan müttəfiqlərinə qəbul və imza etdirə biləcəklərini fikirləşirdilər. Halbuki, heç bir dövlət Azərbaycan neftində malik olduqları haqlarından vaz keçmək niyyətində deyildi.

Bu dövlətlərin əksəriyyətinin arxasında isə Amerika dövləti dururdu. Amerika dövlətinin siyasətini yürüdənlərin arxasında isə «Standard Oyl» neft şirkəti vardı.

Genuya konfransında hazırlanan memorandumun Amerikadakı əks-sədası Fransadakından da, Belçikadakından da daha təsirli oldu. Amerika prezidenti Hardinq başda olmaqla bütün dövlət və hökumət rəsmiləri hərəkətə keçdi. Prezidentin xarici məsələlər üzrə müşaviri Huqhs dövlət adından aşağıdakıları bildirdi:



«Amerika təbəələrinin haq və hüquqlarını Avropada və başqa yerlərdə qorumağı özünün əsas vəzifələrindən sayır. Nə­yin bahasına olursa olsun onların mənafelərini himayə edəcək­dir. Amerika hamıya açıq qapı prinsipini diqqət mərkəzində saxlamayan və hər kəsə bərabər hüquq verməyən, istər milli, istər beynəlxalq olsun hər hansı bir planın tətbiqinə əsla razı olmayacaqdır».

Amerika və vətənlaşlarının haq və hüquqlarını dünyanın ha­rasında olursa olsun müdafiə edəcək və buna əks heç bir prinsipi əsla qəbul etməyəcəyini açıqca elan etdi. Amerikanın belə bir hə­rəkəti, Genuya konfransının gedişinə ciddi təsir etdi. Artıq kon­fransda ab-hava dəyişdiyindən iştirak edən nüma­yəndələrin əksə­riy­yəti İngiltərənin və Rusiyanın əleyhinə çıxış edirdilər.

Genuya konfransında bu hadisə Lloyd Corca endirilən birinci zərbə deyildi. O, konfransın davam etdiyi tarixlərdə Orta Şərqdə, yəni İraqda neft imtiyazları əldə etmək üçün Vasil Zaxarovun rəhbərliyində yunan qoşununu Türkiyəyə hücum etməyə təhrik edən zaman da uğur qazanmamışdı.

Türk millətinin ona verdiyi bu dərsin son səhifəsi Genuya konfransının öz işini başa çatdırmasından dörd ay sonra qapanacaq və Lloyd Corcun siyasi karyerası sona çatacaqdır.

Amerika hökumtəinin adından rəsmi olaraq nəşr edilən bu bəyanatdan sonra Londonda aşağı palatada Lloyd Corcun əley­hinə çıxışların sayı çoxalmışdı. Ancaq, Lloyd Corc bu vəziyyət­dən Deterdinqin və Entelijans Servis sayəsində xilas ola bildi.

Amerika hökumətinin qəbul etdiyi sərt qərar özünü göstərdi. Bu qərarın elanından qısa bir müddət sonra ruslar Bakı neftini milliləşdirdiklərini elan etdilər. Beləliklə Avropa dövlətləri kimi şəxsən Amerika da bu neftdən məhrum qaldı.

Amerikanın sərt reaksiyası nəticəsində İngiltərə çox şeylər itirmiş və Genuya konfransında məğlub olmuşdur. Amerika da o vəziyyətdə idi. Bu konfransdan yalnız Rusiya qalib çıxmışdır. Ancaq, gələcəkdə baş verən hadisələr Deterdinqin rəhbərlik etdiyi «Royyal Datç-Şell Qrup» şirkətinin məğlubiyyəti o qədər də asan qəbul etmədiyini göstərəcəkdi.

Deterdinq Genuya konfransının başa çatmasından sonra amerikalıların ona Genuyada vurduğu zərbənin intiqamını almaq üçün neft mücadiləsinin əsas mərkəzini şəxsən ABŞ-a keçirdi. O, «Standard Oyl»un Bakı nefti məsələsində ona qarşı oynadığı oyunun əvəzini artıqlaması ilə ödəməyə qərar vermişdi. Bu səbəb­dən də bütün gücü ilə Amerikanın daxili bazarlarında “Standard Oyl”un inhisarını yox etmək üçün müəyyən tədbirlər gördü. Bu işdə Entellijans Servis və ingilis diplomatları da ona yaxından kömək etməyə başladılar. Strateji məqsədləri «Standard Oyl»un köməyi sayəsində Amerika prezidenti olmuş Hardinq ilə «Stan­dard Oyl» şirkətinin arasını vurmaq və bir-birindən ayırmaq idi. Bir il gərgin çalışmalarıdan sonra onlar istədiklərinə nail oldular. Yəni, Hardinq artıq «Standard Oyl»un tapşırıqlarını ye­rinə yetirməkdən boyun qaçırmağa çalışır və onlardan uzaqlaşırdı. Onun belə bir dönüş etməsi müəmmalı ölümü ilə nəticələnir. Pre­zidentin həyat yoldaşı onun «Standard Oyl» şirkəti tərəfindən öldürüldüyünü iddia edir.

Genuya konfransından sonra Deterdinq vaxt itirmədən fran­sız­lar və belçikalılarla müzakirələrə başladı. Bu uzun sürən müza­kirələr fransızların və belçikalıların güzəştə getmək istəmə­dik­lə­rin­dən nəticəsiz başa çatdı. Fransa və Belçika Deterdinq tərəfindən edilən yeni təklifləri də cavabsız qoydular. Bu iki dövlət onlara yeni bir konfransın toplanması təklifinə uzun müddət rədd cavabı versələr də sonradan «bəli» demək məcburiyyətində qaldı­lar. Deterdinq bu iki dövlətin razılığını alarkən Avropada çox güclü nüfuzu olan Rotşildin köməyindən istifadə etmişdir.

Neft kralı Deterdinqin bu planından xəbərdar olan Lloyd Corc dərhal fəaliyyətə başladı və Haaqada keçirilməsi nəzərdə tu­tulan konfransda iştirak edəcək dövlətlərlə əlaqə yaratmağa çalışdı. İn­gi­lislər nəyin bahasına olursa-olsun bolşeviklər güclənmədən Ba­­kı neftindən imtiyaz əldə etməyi qarşılarına məqsəd qoymuş­du­lar.

Lloyd Corc bu konfransda Versal sülh müqaviləsini imzala­mış dövlətləri dəvət etməyi nəzərdə tutmuşdu. Bu dövlətlər arasın­da məğlub olmasına baxmayaraq Almaniya da var idi. Rusiyanın bolşevik rejiminin rəhbərləri də konfransda dəvət ediləcəkdir. İn­gilis diplomatlarının apardıqları təbliğatın məqsədi Rusiyanın yeni bol­şevik rejimini Avropa dövlətlərinə tanıtmaq idi. Onların fəaliy­yətləri nəticəsiz qalmadı, yəni Avropa dövlətlərinin bir çoxu Rusi­yanı tanımağı qərara almışdılar. Bu andan etibarən ingilislər rus­larla əlaqə quraraq bir neçə təklif irəli sürməyə çalışdılar. Ruslar ingilislərin təfliklərini müsbət qarşılamaqla bərabər onların məq­sədlərini bilmək istədilər.

İngilislər təkliflərini açıq bildirdilər: Rusiyanın xeyrinə apar­dıq­ları təbliğatların və fəaliyyətlərin qarşılığı olaraq Bakı neftindən imtiyaz əldə etmək. Lloyd Corc bu zaman belə demişdir: «İngil­tərə rus bolşevik rejiminin Avropada tanınmasına çalışacaq. Bunun əvəzində isə bolşeviklər Bakı neftindən istifadə etmək üçün onlara imtiyaz verməlidir».



Rotşildin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan Haaqa kon­fransının 1922-ci il iyunun15-də açılması qərara alındı.

Konfransın keçirilsməsi ərəfəsində Genuya konfransı zamanı qurulmuş olan Fransa-Belçika neft kartelinin nümayəndələri də Haaqaya gəldilər. Onlar şəhərə qədəm qoyan kimi mətbuat kon­fran­sı keçirərək konfransda rəsmi olaraq iştirak edəcəklərini bildir­dilər.

1922-ci il iyunun 15-də öz işinə başlayan konfransda Sevr sülh müqaviləsini imzalamış dövlətlərin hamısı iştirak edirdi. Konfrans ilk günlərdə sakitliklə keçirdi. Ancaq, mülklərinin qayta­rıl­ması mü­zakirə olunmağa başlayanda Haaqa şəhərinə gələcəkdə Rusiya­nın xarici işlər naziri olacaq Maksim Maksimoviç Lit­vi­nov gəldi. İyunun 22-də Haaqaya gələn M.M.Litvinovun çan­ta­sında kon­fran­sa təqdim edilmək üçün bir neçə təklif olduğu aydın oldu. Neft Haaqada qəti bir bazarlıq mövzusu olmuşdur. Yeni qu­rul­muş bol­şevik rus dövləti maliyyə baxımından çətin vəziyyətdə idi. Litvi­no­vun çantasında bolşevik Rusiyasını maliyyə böhranın­dan çıxart­maq üçün Haaqa konfransında iştirak edən dövlətlərin nümayəndə­ləri­nə təqdim ediləcək təkliflər vardır.

Bu təklifdə Qərb dövlətlərinin, xüsusilə də İngiltərənin Rusi­ya­ya ediləcək maliyyə yardımlarının əvəzinə Bakı neftindən imti­yaz veriləcəyi öz əksini tapmışdı.

Ancaq, Bakının neft sahələrində haqları olan bütün mülk sa­hib­lərinə imtiyazların verilməsi prinsipinin konfransda iştirak edən nümayəndələr tərəfindən irəli sürülməsi Litvinov üçün gözlənil­məz oldu. Litvinovun təklifi aydın idi. O dövlətləri tanıyırdı və bunlardan başqa hər hansı bir şəxsi həmsöhbəti qəbul etmirdi.

Bolşeviklər bununla kifayətlənməyərək şəxslərə aid neft imtiyazlarını da tanımayacaqlarını qəti bir ifadə ilə təkrar edirdilər.



Litvinovun israrla irəli sürdüyü bu sovet tezisinin mənası ay­dın idi. Ayrı-ayrı şəxslərin əllərində olan imtiyazlar ləğv ediləcək və onların haqları sovet dövlətinin əlinə keçəcəkdir. Bu təklif «Standard Oyl»un Nobel qardaşlardan satın aldığı böyük hissə­lərə də şamil idi. Ruslar şəxslərin imtiyazlarından çox qorxurdular. Onlar heç bir mülk sahibinə Bakı neftindən imtiyaz vermək fik­rində də deyildilər. Rusiyanın yeni bolşevik rejiminin rəhbərlərini bir çox sərmayədar ilə qarşı-qarşıya gəl­mək daha çox qorxudurdu.

Litvinov Bakı nefti üzərindəki imtiyazlardan danışarkən bir çox mülk sahibləri adından danışa biləcək və ya onların hissələrinə də sahib olacaq bir şirkət və trestdən də bəhs edirdi. Lit­vinov bu şirkət və trest 1918-ci ildən əvvəl imtiyaz almışdılarsa onlara aid ediləcəkdir fikrini də irəli sürmüşdür. Litvinovun təklifi «Stan­dard Oyl»u özündən çıxartdığı halda Deterdinqi təmin edirdi.

Sanki danışan bolşevik nümayəndəsi deyil, Deterdinqin adam­­­larından biri idi. «Standdard Oyl» Litvinovun irəli sürdüyü təkliflərə qarşı çox sərt reaksiya verdi. Buna səbəb iki il əvvəl milyonlarla pul xərcləyərək Nobel qardaşlarının Bakı neftinə aid olan imtiyazlarını satın alaraq dünyaya elan etməsi idi.

Haaqa konfransında mülk prinsipləri müzakirə edilərkən Rusi­ya­nın nümayəndə heyəti Litvinovun mülk bəhsində ortalığı bir-birinə qatan bəyanatının tam əksinə hərəkət edir və konfransa bir qərar layihəsini təqdim edir.

Mətbuatda verilmiş bu qərarın layihəsi sovet hökumətinin Ba­kının neft sahələrində hansı bölgələrin Litvinovun bəyanatının çərçi­və­si içinə girə bildiyini bütün açıqlığı ilə göstərən ifadələr vardır. Rusların nümayəndə heyəti bu mövzuya aid xəritələr də nəşr etdirirdi. Bu xəritələr Haaqa konfransında böyük marağa sə­bəb ol­du. Konfransda gərginlik hökm sürməyə başladı. Bir çox nüma­yən­də Rusiya nümayəndələrinin təqdim etdiyi qərar layihə­sin­dən və xəritələrdən sonra müzakirələrin mənasının qalmadığını açıqca söyləyirdilər.

Ruslar konfransın gedişinə mənfi təsir göstərən layihədən sonra yenisini də nümayəndələrə təqdim etdilər. Burada deyilirdi ki, Rusiyaya veriləcək təklifləri əvvəlcədən Moskvada tədqiq edi­ləcək və hansı uyğun görülərsə o da qəbul olunacaqdır. Rusların bu təklifi konfransda fikir ayrılığına səbəb oldu və nümayəndələr iki yerə bölündülər. Bir tərəfdə bolşevik Rusiya, digər tərəfdə isə nə­həng neft trestləri və bu trestlərin oyuncağı halına gələn Fransa, Belçika, Hollandiya, İtaliya, Almaniya və digər Avropa məmləkət­ləri yer­lərini aldılar. Vəziyyətin belə bir şəkil aldığı dövrdə Lon­donda səfir Krasinlə İngiltərənin Xarici İşlər Nazirliyində «Roy­yal Datç-Şell Qrup» şirkətinin rəhbəri Deterdinq arasında qəbul olunan bir müqavilə imzalanacaqdır. Müqavilənin şərtlərinə görə İngiltərə üç il müddətində Rusiyaya maliyyə yardımı olaraq kredit verəcək, qar­şı­lığında isə Bakı neftindən istifadə imtiyazı əldə edəcəkdir.

Londonda baş verən bu hadisəyə paralel olaraq Haaqa kon­fran­sında İngiltərəni təmsil edən nümayəndələrin rəhbəri və burada təşkil olunmuş xüsusi mülkiyyət komissiyasının sədri ser Filipp Lloyd Briam 1922-ci il iyul ayının 12-də komissiyanın hüzurunda aşağıdakıları söyləmişdir: «Məlumdur ki, müsadirə edilmiş əmlakın qarşılığında sovet hökumətinin edə biləcəyi yeganə şey, hər dəfə mümkün olduğu halda bəhs mövzusu olan mülkün qaytarılmasından ibarətdir. Bizim buraya gəlməkdə məqsədimiz isə qaytarılacaq şeylərin nələrdən ibarət olduğunu anlamaqdır».

Haaqa konfransında iştirak edən ingilis nümayəndəsi London­da imzalanan müqavilədən xəbərsiz belə bir fikir irəli sürür və Bakının neft sahələrində mülkü olanlarla digər Avropa dövlətlə­rinin könlünü alırdı. İngilis diplomatıyası həmişəki kimi yenə də ikitərəfli oynamış və qazanmışdır.

İngilis şərqşünaslarından Cook «Neft trestləri və ingilis Ame­rika münasibətləri» adlı əsərində Haaqa konfransını tədqiq edərkən belə demişdir:



«Bunu da diqqətə almaq lazımdır ki, sovetlərlə «Royyal Datç-Şell Qrup» şirkəti arasında imzalandığı iddia edilən bir anlaşma təhlükəsinə qarşı Genuyada fransızlarla belçikalılar arasında bağlanan neft müqaviləsi sonradan müştərək bir neft kartelinin yaranmasına səbəb oldu. Bu neft kartelinin məqsədi Qafqazın neft sənayesindəki Fransa və Belçikanın mənafelərini qorumaq idi. Elə bu fikirlə də öz nümayəndələrini Haaqaya gön­dər­miş və orada qeyri-rəsmi də olsa Deterdinq və onun nü­mayəndələri ilə müzakirələrdə iştirak etmişdilər. Bi­zim təxmin və təsəvvürlərimizə görə həqiqi Haaqa konfransı bunlardan ibarətdir».

Buradan da aydın olur ki, Haaqa konfransında iştirak edən bü­tün nümayəndə heyətinin üzvlərini sadəcə olaraq bir şey düşün­dü­rürdü. Bakı neftindəki mülkiyyət haqlarını və səhmlərini təkrar ələ keçirmək.

İngilislər Londonda Krasin ilə müzakirələr aparmalarından bir an öncə nəticə əldə etmək üçün hər carəyə baş vururdular. Haaqa konfransındakı ingilis nümayəndə heyətinin rəhbəri Filipp Lloyd Briamın verdiyi bəyanat da ustalıqla hazırlanmış bir manevr və yeni rus hökumətinə edilən təsir amili idi. Nəticə ingilislərin göz­lədikləri kimi oldu. Yəni bu bəyanat Moskvada vahimə yaratdı.

İngilislər bolşevik liderlərini Polşaya yardım edəcəkləri ilə də hədələdilər.

Rusiyanın yeni liderləri qurduqları rejimin təhlükə ilə üz-üzə durduğunu hiss edirdilər. Elə bu səbəbdən də ingilislərlə anlaşmaq­dan başqa çarələri qalmamışdı. Onlar hələ içərisində yaşadıqları bir hadisəni də bilir və bunun ağırlığını çiyinlərində daşıyırdılar.

Əsrlər boyunca rus çarlarının boyunduruğu altında inləyən polşalılar Rusiyadakı bolşevik çevrilişi ilə birlikdə üsyan qaldıra­raq istiqlallarını zorla əldə etmişdilər. Kommunist liderlər polşalı­ların baş qaldırdıqları zaman eynilə özlərindən əvvəlki iqtidarın nümayəndələri kimi onları silah gücünə yenidən əsarət altına al­maq yolunu tutmuşdular.

Bolşeviklərə qarşı ingilis silahları ilə döyüşən polşalılar marşal Pilsudskinin rəhbərliyi altında çox ciddi müqavimət göstərərək yeni rejimin ordusunu müğlubiyyətə uğratmışdılar. Qələbədən ruh­lanan Polşa ordusu Moskvaya doğru sürətlə irəliləyirdilər. Vəziy­yə­ti belə görən ingilislər Polşa ordusunun komandanı marşal Pil­sudskidən müharibəni dayandırmağı tələb etdilər. Polşa İngiltə­rə­nin xarici işlər naziri Kerzonun bu təhdidləri qarşısında Moskvaya yürüşünü dayandırmağa məcbur oldu.

İngilislər Bakı nefti üzərində imtiyaz əldə etmək «Standard Oyl» şirkəti və digər neft müttəfiqlərini bitərəfləşdirmək bahasına bolşevizmi himayə etmiş və kommunist rejimi devirməyə qərarlı olan polyakların da qarşısını almışdır.

Qarşıya belə bir sual çıxır: Kommunizmi hələ o zaman məhv etməyə qadir olan Polşa ordusunun hərəkətinə ingilislər nə üçün mane olmuşdular? İngiltərə bolşevik rejimini ləğv edəcək Polşa ordularının hücumunu dayandırmaqla yalnız Bakı nefti­nin imtiya­zı­nımı düşünmüşdü? Zənn etmirik. Bizcə Polşa ordu­larının hərəkə­ti­nin qarşısının alınmasının mənası çox dərindir və ingilislər bəs­lədikləri kommunist Rusiyası ilə dünya neft hakimiy­yətini gerçək­ləş­dirmək və qarantiya altına almaq üçün mücadilə etdiyi Ame­rikanı gələcəkdə qarşı-qarşıya buraxmaq istəmək kimi bir fikir və ya siyasətin əsiri olmuşdular.

Etiraf etmək lazımdır ki, Polşa ordularının bolşevik ordularına vuracağı son zərbənin endirilməsinə mane olan və Kerzon tərə­findən marşal Pilsudskiyə verilən ingilis notasını hazırlayan ingilis hökumətidir, ancaq onlara bu notanı vermək fikrini irəli sürən də Deterdinqdir.

Bəli Litvinov yoldaş bütün bunları bilirdi. Litvinovun ayrıca gördüyü bir şey daha vardı. Haaqada ortaya atdıqları təkliflər Av­ro­pa ölkələrini yeni rus bolşevik rejiminin əleyhinə yönəldəcəkdir.

Moskvadakı bolşevik liderlər də bu təhlükəni sezmiş və dərhal tədbirlər görməyə çalışmışdılar. Litvinov dərhal hərəkətə keçdi və 1922-ci il iyulun 18-də Haaqada olan «Daliy Telerqaf» qəzetinin müxbirindən ümumi inhisar formuluna aid bir xəbəri yaymağı xahiş etdi. «Daliy Teleqrafin» müxbiri qəzetinə göndərdiyi te­leqrafında belə deyilirdi: «Sovet hökuməti adından söz deməyə səlahiyyətli olan bir şəxs sovetlərin neft ərazisini əski sahiblə­ri­nə qaytaracaqları zaman hər növ işləri görə biləcək bir ümumi şirkət təşkil etmək niyyətində olduqlarını söyləməkdədir. Bü­tün neft ərazisi üzərində geniş bir imtiyaz əldə edəcək neft şirkəti bu sahə üzərində haqlara sahib şəxsləri də razı salmaq­da səlahiyyətli olacaqdır».

Sovet hökuməti adından Litvinovun irəli sürdüyü bu yeni təklifin məzmunu aydın idi. Yəni ruslar ingilislərdən qorxduqları üçün ümumi şirkət dedikdə «Royyal Datç-Şell Qrup»u nəzərdə tuturdular. Ruslar bununla eyni zamanda onları Polşa ordularının cəngindən qurtaran İngiltərəyə beləcə minnət borclarını ödəməklə bərabər həm də vaxt qazanmaq istəyirdilər.

Deterdinq bolşevik rejiminin təhlükəli vəziyyətlərdən çıxma­la­rını və bu təhlükələri necə bitərəfləşdirdiyini hamıdan yaxşı bi­lir­di. O bilirdi ki, əgər ingilis diplomatiyası İngiltərə mənfəətləri is­tiqamətində təlqin etdiyi fikirlərə sahib çıxaraq Rusiyanı yıxılmaq­dan qurtarmasa idi, yeni qurulmuş bolşevik rejimi məhv olardı. Onun fikrinə görə elə bir şərait yaranmışdır ki, ruslar ingilislərə ar­xa çevirə bilməzdilər. Ancaq hadisələr Deterdinqin düşündüyü­nün əksini isbat etmiş və Rusiya dünyanın başına bəla olmuşdur. Henry Deterdinq rusların yeni təklifləri və onu aldadan düşün­cə­ləri istiqamətində dərhal fəaliyyətə keçərək fransızlar və bel­çi­ka­lılarla danışıqlara başladı. Deterdinqin onlara etdiyi təklif bu idi: «Öncə öz aramızda razılığa gələk, çünki ruslar yeni təklifləri ilə Bakının neft sahələrində bir çox şəxs və şirkətə deyil, tək bir trestə imtiyaz verməyi qəbul etməkdədir. Ona görə də, istər istehsalı, istər təmizlənməsi və nəqli baxımından «Royyal Datç-Şell Qrup» ən geniş imkanlara sahibdir. Bakının neft sahələ­rin­­dəki haqlarımız əbədi qalmaq şərti ilə müştərək bir siyasət yü­rü­də­rək aramızda bir konsorsium quraq. Əlbəttə siz də bu kon­­sor­si­umun içində olacaq və bütün neft haqlarınızı nəza­rətdə saxlaya biləcəksiniz”.

Amerikalılar Birinci Dünya müharibəsinə girməmişdən əvvəl də, girdikdən sonra da eynən bugünkü kimi Avropa ölkələrinə geniş kredit vermişdir. Birinci Dünya müharibəsinin sonunda bu kreditlər 21 milyard dollar təşkil edirdi. Amerikanın 1918-ci ildən sonra açdığı kredit və etdiyi yardımın əhəmiyyətini anlaya bilmək üçün o zamanlarda Nyu-Yorkda nəşr olunan «Korent History» adlı aylıq dərgidə Corc Villerin yazdığı məqalədən bu cümləni olduğu kimi veririk: «Bu rəqəm Kanadanın bütün milli sər­və­ti­nə, Belçika milli sərvətinin iki mislinə və ABŞ-ın milli sər­və­ti­nin onda birinə bərabərdir».



Corc Villerin yazdığı kimi həqiqətən fransızlar da, belçikalılar da, istər müharibə dövründə, istərsə də ondan sonra Amerikadan böyük kreditlər almışdılar. Amerikalılar isə hər iki dövləti İn­gil­tə­rə­dən ayıran mükəmməl bir vasitəyə sahib idilər və bundan istifadə etməyə çalışırdılar. Hər iki dövlətin Deterdinq ilə müzakirələrə baş­lamalarından əvvəl yenə «Standard Oyl»un istəyi ilə Fransa və Belçikaya təzyiq edildi. Bu təzyiq qarşısında hər iki dövlət Deterdinqin çox sərfəli təkliflərini rədd etməyə məcbur oldu.

ABŞ rəsmən Haaqa konfransına dəvət edilməmişdi. Ancaq, Amerikanın mənafeyi bu konfransda müzakirə olunan məsələlərlə bir başa əlaqəli idi. Bu konfransın nəticəsindən aydın olaraq an­laşılmaqdadır.

Konfransın nəticəsi Amerikanın İngiltərədən başqa Haaqa kon­fransında iştirak edən digər bütün dövlətlərin qərarlarına təsir et­di­yini açıqca ortaya qoymuşdur. Çünki ortada heç bir səbəb olmadan və sovet nümayəndə heyətinin anlaşma zəminini tapmaq üçün qeyri-rəsmi də olsa, yeni təkliflər irəli sürdükləri bir zamanda (20 iyul 1920-ci il) Şəxsi Mülklərin İkinci Komissiyasının tələb və tək­lif­lə­rin­dən sonra konfrans öz işini bitmiş hesab etmişdir. Halbuki, sovet nümayəndəsi Litvinov konfransa 1922-ci il iyulun 19-da bir qərar la­yihəsi təqdim etmiş və hökumətindən təlimat almaq üçün üç gün möhlət istəmişdir. Ortaya belə bir sual çıxır: Sovet rəsmi nümayən­də­sinin də iştirak etmədiyi bir iclasda konfransın öz işinə son ver­mə­si nə deməkdir? «Standard Oyl» şir­kəti Genuya kon­fran­sın­da olduğu kimi, bu səfər də Haaqa konfransında iştirak edən döv­lətlərin nümayəndələri üzərində nüfuzunu hiss etdirmiş və Deter­dinqin Ba­kı neftini ələ keçirmək üçün bir beynəlxalq konfransdan itsifadə et­mə­sinə mane olmuşdur. Rokfeller bu səfər də Deterdinqə mü­kəmməl bir dərs ver­miş­dir.

Neft qüdrətli idi. Nəhayət neft iki beynəlxalq miqyaslı kon­fran­sın yekununu müvəffəqiyyətsizliyə uğratmaqla qüdrətli oldu­ğu­nu bir daha sübut etmişdir.

Haaqa konfransının da Genuya konfransı kimi nəticəsiz başa çatması Deterdinqin planlarını reallaşdırmağa daha çox ziyan vurmuşdur. De­ter­dinqi Rusiyanın İngiltərədəki səfiri Krasinlə bağladığı müqavilə ilə əldə etdiyi imtiyazlar o qədər də təmin etmirdi. O, Bakı neftinə bütövlükdə sahib olmaq istəyirdi.

Haaqa konfransının nəticəsiz başa çatmasının əsas mənası aşağıdakı kimi idi: Artıq Qərb dövlətləri də, «Royyal Datç-Şell Qrup» da, «Standard Oyl» şirkətləri də Bakının neft sahə­lə­rin­dəki imtiyazlarını unutmağa məcburdu. Konfransdan bəzi mən­fəət­lə­ri uman bolşeviklər də vətənlərinə əliboş qayıtmağa məcbur oldular.

Ruslar da, Deterdinq də amerikalılara bu hərəkətlərinin ca­va­bını vermək üçün gələcəkdə aparacaqları mübarizəyə hazı­r­la­şır­dı­lar. Deterdinq bu qənaətə gəldiyi zamanlarda «Standard Oyl» Amerika hökumətini sıxışdırır və Rusiyadan hər necə olursa olsun neft almamaq xüsusunda bir qərar layihəsi ortaya qoyaraq onu tətbiq etməyə çalışırdı.

«Standard Oyl» şirkəti beləliklə Rusiyanın Bakıda istehsal etdiyi nefti satmaq üçün bazar tapa bilməyəcək qənaətində idi. An­caq o yanılırdı. Çünki bilmədiyi bir gerçək var idi. O da Rusiya ilə İngiltərənin Bakı neftinə dair Londonda Xarici İşlər Nazir­li­yin­də imzalanmış anlaşma idi. Anlaşmaya görə Deterdinq üç il Ba­kı­da istehsal olunan nefti satmaq imtiyazı əldə etmişdir. Deterdinq bir tərəfdən Bakı neftini satacaq, o bir yandan da mübarizəsini da­vam etdirəcəkdir.

«Royyal Datç-Şell Qrup» şirkəti Bakı neftini Avropaya daşıdığına görə Orta Şərq və Uzaq Şərqdən gətirdiyi netfin miq­da­rı­nı azaltdı.

Bakıda Neft Sindikatının (rus neft kompaniyası) istehsal etdiyi neftin ən yaxşı müştəriləri İngiltərə, Fransa, İtaliya, Belçika və digər Avropa dövlətləri idi.

1924-1925-ci ilin statistikasına görə Rusiya dövlətinin Bakı­dan istehsal etdikləri neftin miqdarı 80 milyon ton olmuşdur ki, bunun da 30 milyon tonunu İngiltərə, 14 milyon tonunu İtaliya, 8,5 milyon tonunu Fransa və geridə qalan 5 milyon tonunu isə digər Avropa məmləkətləri satın almışdılar.

Rusların Fransa və İtaliyaya neft satmaları Deterdinqin yeni bir oyunu idi. Rusların Avropa bazarlarına girmələri onların mə­nafelərinə uyğun idi. Onlar Avropa bazarlarına «Standard Oyl»­un əleyhinə olaraq girmiş və Rokfellerin bu nəhəng trestini ziyana salmışdılar. Ruslar buna Deterdinqin Avropa bazarlarını onlara güzəştə getdiyinə görə nail ola bilmişdilər. Deterdinq «Standard Oyl»un həm Genuya, həm də Haaqa konfransında «Royyal Datç-Şell Qrup» şirkətinin planlarını pozduğuna görə Bakı neftinin Avropa bazarlarında qazancla satılmasına şərait yaratmışdır. Bu da Rokfellerin milyonlarla dollar pul itirməsi demək idi. Deterdinq Rokfellerdən intiqamını bu yolla aldı. İngilislərin Bakı neftini satmaları 1926-cı ilə qədər davam etdi.

Ruslar bu tarixdən etibarən Deterdinqə verdikləri hissəni ödə­məyəcəklərini bildirdilər. Artıq ruslar Polşadan və ya baş verəcək hər hansı bir beynəlxalq miqyaslı hadisədən qorxmurdu. Rusiya az da olsa güclənmiş və onu çox ciddi şəkildə narahat edən vətəndaş müharibəsindən çıxa bilmişdir. Yəni rejim Rusiyada həyata keçir­diyi qorxulu bir terror ilə xalqın üsyan qaldıra bilməsi ehtimalını da sıfra endirmişdir.

Rusların qərarı Deterdinq üçün çox gözlənilməz oldu. «Stan­dard Oyl» da Rusiyanı bu mücadilədə dəstəkləyirdi. Ruslar daim çəkindikləri Deterdinqə qarşı bir müttəfiq tapmışdılar. Bu müt­tə­fiq Rokfeller idi.



Deterdinq rusların bu qərarından sonra hərəkətə keçdi. «Roy­yal Datç-Şell Qrup»un dünyanın hər tərəfindəki cəsusları və mü­təxəssisləri bu mücadilə üçün səfərbər edildi. 1926-1927-ci illərdə bu şirkətin əlində olan və dünyanın dörd bir tərəfində fəaliyyət göstərən yüzlərlə mətbuat orqanları və maliyyə qurumları sovetlər əleyhinə amansız bir mübarizəyə başladılar. Ruslar belə əks təhsir­ləri gözləmədiklərindən çıxılmaz vəziyyətə düşdülər. Onlar 1927-ci ilin aprel ayına qədər davam edən bu mücadilədə çox şeylər itirdilər.

Onların mübarizəyə qərarlı olduqları və dünya ictimai fikrinin onun əleyhinə döndüyü, beynəlxalq siyasətdə etibarlarının sıfra endiyi 1927-ci ilin aprelində gözlənilmədən bir möcüzə baş verdi. Bu möcüzə ruzların əleyhinə mətbuatda gedən 15 aylıq bir təb­liğatın Deterdinqin işarəsi ilə qəflətən dayandırılması idi. Artıq dünya neft imperatoru Detertinq mücadiləni dayandırmış və ruslar rahat nəfəs almışdılar.

Qarşıya belə bir sual çıxır: Deterdinq ruslara qarşı həyata ke­çirdiyi kampaniyanı nə üçün dayandırmışdı? Bu kampa­ni­yanın bir­dən birə dayandırılmasının səbəbləri o qədər də bəsit de­yildir. Bunun altından «Standard Oyl» şirkətinə vurulacaq zər­bənin işarələri görünürdü. Bundan sonra Detertinq Mosul məs­ələ­sini də həll etmiş, yəni Mosulu minbir hiylə ilə Türkiyənin əlindən qopa­ra­raq İraqa vermişdi. İraqda İngiltərənin böyük mənfəətləri vardı. Deterdinqi ruslara qarşı açdığı kampaniyanı dayandırmağa sövq edən səbəblərdən birisi İraq nefti idi. Deterdinq 1927-ci ildə yeni qurulmuş İraq dövləti ilə 75 illik bir imtiyaz müqaviləsi bağlayır.

Artıq Deterdinq Bakının neft sahələrində itirdiyi imtiyazdan daha təminatlısını və dəyərlisini İraqda əldə etmişdi. İngiltərəni, daha doğrusu Deterdinqi ruslara qarşı açdığı kampaniyanı dayan­dır­ma­ğa sövq edən səbəblərin əsasında şübhəsiz ki, Mosul nefti ilə Ərəbistan yarımadasının hər tərəfində tapılmış neft idi. İngiltərə bu nefti tamamilə öz əlinə keçirmək niyyətində idi.

İkinci səbəb isə daha maraqlıdır. Deterdinq rusları ona qarşı «Standard Oyl» şirkəti ilə bir ittifaqa və müştərək bir hərəkətə sövq etmək istəyirdi. Mücadiləni də bunun üçün dayandırırdı. Mücadilənin dayandırmasının müvəqqəti olmasını bir neçə aydan sonra ruslar da, «Standard Oyl» şirkəti də anlayacaqdı. «Royyal Datç-Şell Qrup»un ruslara qarşı apardığı kampaniyanı dayandır­masından dörd ay keçmişdi. Bu zaman «Standard Oyl» ilə Neft Sendikatı arasında 1927-ci il aprelin 22-də bir müqavilə bağlandı. Bu müqavilə 5 illik idi. Müqaviləyə görə ruslar ildə «Standard Oyl»a 100 min ton neft satmalı idi. Maraqlı bir cəhət o idi ki, rus­lar satacaqları nefti öz gəmiləri ilə İstanbul, Portsəid və Kolombo limanlarına çatdıraraq orada amerikalılara təhvil verəcəkdilər. Bir müddət sonra ruslar mallarının ilk partiyasını İstanbul limanına çatdırdılar. Elə bu andan etibarən də Deterdinq mübarizəsini yeni­dən davam etdirməyə başladı. Onun nəzarəti altında olan qəzetlər «Standard Oyl» əleyhinə qarşı kampaniyasını yenidən canlandır­dı. Kampaniyanın əsas məzmununu aşağıdakılar təşkil edirdi: «So­vetlərin satdıqları neft avropalılardan qəsb edilmiş Bakı neft sahələrindən əldə edilməkdədir. Qeyri-qanuni olaraq qəsb edil­miş Bakı neftini istehsal etmək və bazara çatdırmaq, baş­qasına aid mala sahib çıxmaq deməkdir. Ona görə də bir baş­qa­sının malını icazəsi olmadan almaq oğurluqdur».

Deterdinq Bakı nefti məsələsini əsaslı bir nöqtədən ələ al­mış­dı, yəni Rusiya oğru və «Standard Oyl» şirkəti isə oğurluq malı alıb-satan bir şirkət hesab edilmişdir.

Bakıda hissələri və imtiyazları olan Avropanın böyük iş adam­ları da bu kampaniyaya qoşuldular və beynəlxalq miqyaslı bir hü­cum başladı. Bu ağır hücum qarşısında «Standard Oyl» çətin və­ziyyətdə qaldı. Çünki Bakının neft sahələri üzərində mülkiyyət im­ti­yazları olan bütün şəxslər və şirkətlər Amerika əleyhinə başlamış bu kampaniyada birləşmişdilər.

Vaşinqtona ardı-arası kəsilmədən etiraz notaları və teleqraflar göndərilməyə başladı. Bu şəxs və şirkətlər bütün Avropa və dünya bazarlarında Amerikaya qarşı birləşdilər. Bu səbəblərdən də həm «Standard Oyl», həm də digər Amerika sərmayəsi dünyanın hər tərəfində milyonlarla dollar ziyana düşdü.

Ortaya belə bir sual çıxır: Bütün bu hadisələrin nəticəsi nə ol­du? Rusiya, İngiltərə və Amerika arasında Bakı nefti məsələ­sin­dən ortaya çıxan ixtilaf səbəbindən yüz ildən çox bir müddət ər­zində rus çarlarının çəkmələri altında inləyən bir türk qövmü neftə qur­ban edildi. Bu mübarizənin ortaya qoyduğu həqiqi nəticəsi yalnız Azərbaycan dövlətinin doğmadan məhv edilməsi oldu.

Bu mübarizəni aparanlar bir milləti əsarətə məhkum etməklə yeni neft sahələri ətrafındakı rəqabətlərini davam etdirmək üçün zaman və imkan aramağa başladılar.

Deterdinq Bakı neftindən imtiyaz əldə etmək uğrunda apar­dığı mübarizədə milyonlar dəyərində səhmlər itirmişdi. An­caq Ame­rikaya da istədiyi zərbəni vura bilmişdi. Amerikanın Bakı nef­ti imtiyazı uğrunda apardığı mübarizədə Deterdinqdən yediyi zər­bə gələcəkdə də təkrarlanacaqdır. Deterdinq istədiyi zərbəni en­dirdikdən sonra adətən puskuda dayanırdı.

Mədəni aləm 1922-ci ildən etibarən Genuya və Haaqada isti­q­lal deyə fəryad edən Azərbaycan türklərinin çağırışlarına heç əhə­miy­yət vermədi. Əksinə azərbaycanlıların etirazları neft istehsal­çı­la­rını və onların ön səfində duran dövlət xadimlərini birsləşdirdi. Zavallı Azərbaycan türklərinin apardıqları mücadilələrin heç bir nəticəsi olmadı. Bakı neft mövzusu da hələlik bu şəkildə başa çat­mış kimi oldu. Həqiqətdə isə bu mübarizə heç vaxt dayanmadı. Qaf­qazın qəhrəman övladları açıq və ya gizli olaraq mübarizələrini davam etdirdilər. Ancaq bu günə qədər etdikləri bütün bu müca­di­lə­lər zamanı könüllərində yanan vətən həsrətindən başqa heç bir şey əldə edə bilmədilər. Onların bu mücadilələri məğlubiyyətlə ba­şa çatdı.

Neft istehsalçıları neft mənfəətləri üçün dünya xəritəsini bir-neçə dəfə dəyişdirmiş və bir neçə imperiyanın yıxılmasında əsas rol oynamışdılar.

Neft istehsalçılarını düşündürən şey yalnız neftdir. Bu yağlı maddəni əldə etmək üçün onlar hər vasitədən istifadə etmişdilər.



NEFT İSTEHSALÇILARININ

İSPANİYAYA VERDİKLƏRİ DƏRS

Neft istehsalçılarının nələrə qadir olduqlarını təsbit və izah edə bilən insanlardan biri də Fransa Əyan Məclisinin üzvlərindən olan Hanry Beranjedir. O, Fransa Əyan Məclisinə təqdim etdiyi gizli bir raportunda «Royyal Datç-Şell Qrup»dan belə bəhs et­mək­də­dir:



«Royyal Datç-Şell Qrup» böyük bir qüvvədir. O dünyanın dörd bir tərəfində fəaliyyət göstərən şöbələri vasitəsilə bank işi, dəniz ticarəti, maliyyə vəsaitlərinin verilməsi, məhsulların isteh­salı və satışı ilə məşğul olduğundan qüdrətini daima artırmaq­da­dır».

Bu tərifdə insan həyatına hakim olan ünsürlərin hamısı əks olunmaqdadır. «Standard Oyl» şirkəti də beynəlxalq miqyaslı bir qüvvə idi və «Royyal Datç-Şell Qrup»dan heç də geri qalmırdı. Bu şirkət sadəcə olaraq neft çıxardaraq onu dünyanın dörd bir tərəfinə çatdıraraq satmaqla məşğul deyildir, eyni zamanda ABŞ-ın sahib olduğu ticarət donanması üzərində nüfuzu vardır. Onun dünyada mövcud böyük bankların səhmlərində payı olmuşdur və irimiqyaslı ticarət şəbəkəsinə də malik idi.



«Standard Oyl» istehsal etdiyi nefti bir yerdən başqa yerə nəql etmək üçün lazım olan Pipe-Lineların çəkilməsində işlədilə­cək dəmir və poladı istehsal edən zavodlara, dəmir filizi çıxarılan mədənlərə, dəmir yolları şəbəkələrinə və digər nəqliyyat vasit­ə­lə­ri­nə malikdir. Onun bu iqtisadi gücü Amerikanın xarici ticarətini əlində tutmasına və ölkənin siyasi sahəsində qorxunc bir gücə sa­hib olmasına imkan ver­mək­dədir. Şirkət bu gücünə və qüdrətinə əsaslanaraq istədiyi hər hansı bir şəxsi Amerikada siyasi sahədə ar­zu etdiyi vəzifəyə təyin etdiyi kimi, vəzifəsindən də kənarlaşdır­mağa qadir idi. Məşhur və çoxtirajlı qəzetlərin bir çoxu da Rok­fellər tərəfindən maliyələşdi­ri­lir­di. Eyni zamanda şirkət im­kan­larından istifadə edərək həm Bi­rin­ci, həm də İkinci Dünya mü­ha­ri­bəsindən sonra iqtisadi cəhətdən zəifləmiş dövlətlərə kredit verərək onların iqtisadiyyatlarına təsir etmə gücünə sahib olmuşdu.

Neft trestləri müdhiş bir təşkilata sahibdirlər. Onlar yalnız mənsub olduqları dövlətlərinə deyil, böyük və kiçik dövlətlərin də siyasətlərinə arzu etdiklərini də soxmağa qadirdilər. Elə bu səbəb­dən də gözüaçıq insanların idarə etdikləri hökümətlər neft istehsal­çılarıyla dost münasibətlərin zəruriliyinə inanmaqdadır. Çünki dünyaya hakim olan pulun çox hissəsi bu neft istehsalçılarının ix­tiyarında idi.

Məsələ: Bu iki nəhəng trestin hər hansı birinin sərmayəsi Al­maniya, Fransa və İtaliyə dövlətlərinin büdcələrindən çox idi. On­lar bu qüdrətlərindən istifadə edərək istədikləri yerdə, istədikləri zaman maliyyə böhranları yarada bilirdilər. Birja oyunları ilə hö­kü­mətləri dizə çökdürür və milyonlarla insanın kasıblaşmasına səbəb olurdular. Onlara qarşı çıxan dövlətlərin başına nələr gəl­di­yinə dair çoxlu misallar vardır. Bu zaman neft istehsalçıları onlara boyun əyməyən dövlətlərdə hakimiyyət çevrilişləri edərək qanuni höküməti devirirdilər. İspaniyada baş verənlər bunun nümunəsidir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin