Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə7/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   2   3   4   5   6   7   8   9   10   ...   15

«Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» Səudiyyə Ərəbistanının altını-üstünə çevirdilər. Qırmızı dənizin hər qarışı çox diqqətlə axtarıldı və bir çox məntəqələrdə zəngin neft yataqları tapıldı. İki nəhəng şirkət neftin tapıldığı andan etibarən bir-birilə­ri­ni Səudiyyə Ərəbistanından uzaqlaşdırmaq üçün mücadiləyə baş­la­mışdılar. İngilislər, yəni Deterlinq «Standard Oyl»a görə daha əlverişli vəziyyətdə idi. Məlumdur ki, dünənə qədər bir bə­də­vi olan Əbdüləziz ibn Səudu kral edən o idi. Bu adam krallığını elan etdiyi günə qədər Deterlinqdən hər ay 5000 sterlinq maaş almaqla davam etmişdi. Əbdüləziz ibn Səud məmləkətində çıxan yeni sərvətin imtiyazını tamamilə Deterlinqin əlinə təslim etdiyi vaxt ingilislərin hər əmrini yerinə yetirən bir insan vəziyyətinə düşə­cəyini bilirdi. Ancaq, o buna imkan verməmək üçün 1933-cü il mayın 9-da «Standard Oyl Company of California” ilə altmış illik bir neft müqaviləsi imzaladı. Beləliklə, «Standard Oyl Company of California” bu imza ilə Səudiyyə Ərəbistanının şərq bölgəsində zəngin neft məntəqələrinə sahib oldu. İngilislər də boş durmamışdılar. Tvitchell mərkəzi Londonda olan şirkətin nüma­yən­dəsi olaraq Səudiyyə Ərəbistanının bir çox yerlərində neft mə­dən­ləri imtiyazını saxlayır və Səudiyyə Ərəbistanına yerləşirdilər.

1933-cü ilin mayında «Standard Oyl Company of Califor­nia» bu imtiyazı aldıqdan sonra «Irak Petroleum Company» da Əb­düləziz ibn Səuddan Qırmızı dəniz sahillərində neft çıxartmaq üçün 60 illik bir imtiyaz əldə edirdi. İngilislər ayrıca olaraq Tvitchellin rəhbərlik etdiyi müəssisənin yardımı ilə Səudiyyə Ərəbistanında olan qızıl və mis mədənlərinin imtiyazlarını da al­mışdılar.

Hələ bu imtiyazların əldə olunmasından bir neçə il əvvəl İraq və Səudiyyə Ərəbistanının arasındakı münasibətlər çox gərgin olmuşdu. Belə bir vəziyyət ingilislərin maraqlarına tamamilə zidd olan bir hal idi. Bu ixtilafı şəxsən Deterdinqin özü həll etmək qərarına gəldi. İraqdakı fövqəladə ingilis komissarı bu işdə mühüm rol oynadı, yəni hər iki kralı Deterdinqin hüzuruna getmələrini təmin etdi.

Bəsrə körfəzində dayanmış bir kabel gəmisində baş tutmuş bu müzakirələrin sonunda iki kral Deterdinqin hüzurunda barışdılar və aralarındakı mücadiləni unudacaqlarına dair söz verdilər. Əmir Feysəlin itaətkar hərəkətinin əksinə olaraq Əbdüləziz ibn Səud anlaşma zamanı müəyyən tələblərlə çıxış etdi. Sonda ser Henry Deterdinqin Əbdüləziz ibn Səuda uzatdığı səkkiz min sterlinq məbləğ yazılmış bir çek aradakı anlaşılmazlığı da həll etdi. Bu çek eyni zamanda ingilislərin bütün Səudiyyə Ərəbistanında arzu etdikləri sərbəst hərəkət etmələrini qazandırmış olurdu.

Artıq Əbdüləziz ibn Səud qəti olaraq dünya neft kralı və «Roy­yal Datç-Şell Qrup»un İdarə Heyətinin sədri ser Henri De­terdinqin ən yaxın adamı olmuşdu. Neft beynəlmiləl əhəmiyyətini bir daha elan etmiş oldu.

Qarşıya belə bir sual çıxır: Deterdinq Orta Şərq neftinə sa­hib olduqdan sonra mübarizəsini dayandırdımı? Xeyr, dayan­dır­madı və belə bir niyyəti də yoxdu. O, İngiltərənin qüdrətini ar­tır­maq üçün yeni neft sahələri axtarırdı. Mübarizə dayanmamış, sa­də­cə olaraq yerini dəyişmişdi. Onun ağırlıq mərkəzi çoxdan Vene­sue­laya keçmişdi.



VENESUELADAKI MÜCADİLƏ

Dünyanın ən zəngin neft yataqlarına sahib olan dövlətlərdən birisi şübhəsiz ki, Venesueladır. O Venesuela ki, eyni adı daşıyan kör­fəzin tam qarşısında mərcan qayalıqlarından təşəkkül etmiş olan və dünənə qədər insanların maraqlanmadığı kiçik bir adaya-Küra­zao adasına axacaq ingilis qızıllarının önündə boyun əyəcəkdi. Eyni za­manda müstəbid bir adamın, polkovnik Qomezin hökumət çevrilişi ilə bu məmləkətdəki bütün neft imtiyazları ingilislərin əli­nə keçə­cək­di. Çox qəribədir ki, bu adacıq özü kimi kiçik, ancaq müs­təm­lə­kəçilikdə böyük bir dövlət olan Hollandiyaya məxsus idi. Kürazao ada­sı bu gün dünya üzərindəki ingilis neft hakimiyyətinin ən mü­hüm mərkəzlərindən biridir və Amerikanın maraqlarının ən əhə­miyyətli sahələrindən birini təşkil edən Panama kanalından isə bir neçə yüz mil məsafədədir. Bu adanın çox böyük və beynəlmiləl bir qüdrəti vardır və bu qüdrəti də illərdən bəri mühafizə etmək­də­dir.

Təqribən Birinci Dünya müharibəsinin başlamasından üç-beş il öncə gəmilərin də yan almadığı bu adada qızğın bir canlanma başladı. Gəmilər gedib-gəlir və adanın gələcək sakinləri olan qara rəngli insanlarla bərabər gətirdikləri malları buraya boşaldırdılar. Təqribən 12 minə qədər olan bu qara rəngli insanlar durmadan ev­lər inşa edir, yollar salır və dənizkənarı limanlar tikirdilər. Adada gedən bu qızğın iş qısa zamanda dünyanın hər tərəfinin diqqətini çəkdi. Amerika da bu adanın məskunlaşdırılmasını çox yaxından izləyirdi. Hər kəsin marağına səbəb olan, dünənə qədər insanların ya­şamadığı bu adacıqda işlərin hansı məqsədlə görülməsi idi. Son­radan hamıya məlum oldu ki, ada ser Henry Deterdinq tərəfindən satın alınmışdı. Bu xəbər Amerikada böyük əks-səda verdi və nə­ti­cədə dünyanın digər böyük neft şirkəti «Standard Oyl» dərhal hə­rəkətə keçdi. Amerika Hollandiyaya bu işlərlə bağlı rəsmi etirazını bildirdi. Lakin bu etirazların heç bir nəticəsi olmadı, Hollandiya Ame­rikanın bu rəsmi etirazına rədd cavabı verməklə yanaşı Ame­rikanı onun daxili işlərinə qarışmaqda da ittiham etdi.

Bu sərt cavab Amerikanı çox təəccübləndirdi. Deterdinq isə Ame­rikanın narazılıqlarına əhəmiyyət verməyərək dünyanın ən bö­yük neftayırma zavodunu burada qurdu. Adada həm neft buruq­la­rında, həm də neftayırma zavodunda işləmək üçün Afrikanın At­las dənizi sahillərində yaşayan sakinlərdən çoxlu sayda işçi gəti­rildi. Bundan sonra Hollandiya hökuməti adaya bir vali də təyin etdi. Adada bütün bu işlər davam edərkən Deterdinqin adamları da Venesuelada hərəkətə keçərək neft imtiyazlarını əldə etməyə ça­lışırdılar. Nəhayət Deterdinqin pulunun köməyi və cəsusların fəaliyyətinin nəticəsi olaraq imtiyazlar ələ keçirildi.

Bütün Latın Amerikasında cari olan üsul burada da öz təsirini göstərdi. Pul Cənubi Amerikada bütün qapıları açmaq hünərinə sahib idi.

«Royyal Datç-Şell Qrup»un mütəxəssisləri bu üsula müraciət edərək qısa zamanda hədəflərinə çatdılar. Onlar bununla kifayət­lən­məyərək bir çevriliş də həyata keçirəcəkdilər. Onların axtar­dıq­la­rı tək şey bu çevriliş və çevrilişdən sonra da ingilislərin arzusuna uy­ğun Venesuelaya hakim ola biləcək bir şəxs idi. Uzun axta­rış­lar­dan sonra bu şəxs də tapıldı. Bu şəxs Venesuela ordusunun pol­kov­nik­lə­rin­dən biri olan Qomez adlı bir zabit idi. Deterdinqin adamları dər­hal fəaliyyətə keçərək on minlərlə silah və tonlarla hər­bi ləvazimatı qısa zamanda qiyamçı polkovnikə çatdırdılar. Pol­kov­nik Qomez qi­yam qaldıraraq çevrilişi reallaşdırmaq üçün hə­rə­kətə keçdi. Pol­kov­nik Qomezin qiyamı müvəffəqiyyətlə nəti­cə­lən­di və o Venesuela tarixinin ən qorxunc müstəbidi olaraq iqtidara yi­yələndi.

Qomezin ilk işi əvvəllər müəyyən güzəştlərlə amerikalılara ve­rilmiş olan bütün imtiyazları və səlahiyyətləri ləğv etmək oldu. Amerika Qomezin bu hərəkətinə qarşı etiraz etdi və eyni zamanda Amerika donanması Venesuelanın sahil sularında manevrlər et­mə­yə başladılar. Ancaq, Amerikanın nə etirazlarına, nə də hərbi dəniz donanmasının manevrlərinə əhəmiyyət verən olmadı. Qomez onu hakimiyyətə gətirənin kim olduğunu bilir və bu səbəbdən də Ame­rikaya əhəmiyyət vermirdi.

Deterdinq Venesuela neftinin də tam sahibi olduqdan sonra dərhal kiçik şirkətlər təsis etdi. Bu şirkətlər Venesuelanın hər tərə­fin­də yenidən neft axtarmağa başladılar və yeni zəngin neft yataq­ları aşkara çıxardılar. Bundan sonra Deterdinq bütün gücü ilə Ve­ne­suelada fəaliyyətə keçdi və bütün ingilis neft şikrətlərini bir­ləş­dirərək «Royyal Datç-Şell Qrup»un ətrafında toplamaq layihəsini tətbiq etdi. Beləliklə Venesueladakı kiçik ingilis neft şirkətləri onun tərəfindən Qomez vasitəsilə Venesuelada çevriliş edilmə­sin­dən əvvəl ələ keçirmiş olduqları imtiyazları əzəmətli İngiltərə İm­pe­riyasının nəhəng şirkətinin ətrafında topladı.

O, bu iş üçün James Rotşildi göndərdi. James Rotşild ona tap­şırılan işi uğurla yerinə yetirdi. O, yalnız ingilis sərmayəsini deyil, xüsusi olaraq bəzi şəxslərin əllərindəki imtiyazları da aldı. Onun bu hərəkəti dünya miqyasında ingilis neft şirkətlərinin bir­ləş­məsinə xeyli təsiri oldu.

Artıq Venesuelada əldə edilən hər damla neft ser De­ter­dinq ilə İngiltərə Dəniz Birinci Lordluğu və beynəlmiləl qor­xunc bir təşkilat olan Entelijans Servisin kassalarını sterlinqlə dol­dur­mağa başladı.

Venesuelanın hər tərəfində qazılmış olan yeni neft quyula­rın­dan çıxarılan neft sürətlə sahilə çatdırılır və oradan yüzlərlə yel­kən­li və buxarla işləyən gəmi ilə Kürazaoya daşınırdı. Venesuela körfəzi neft tapıldığı andan bəri dünyanın ən işlək körfəzi olmuş­dur. Gündə yüzlərlə gəmi Kürazaoya xam neft gətirir və orada tə­mizlənən neft böyük tankerlərlə Amerika qitəsi də daxil olmaqla dünyanın müxtəlif tərəflərinə daşınırdı.

İngilislər Venesuela nefti sayəsində milyonlar qazanırdı. İngi­lis­lərin dünya hakimiyyətini təmin edən neftin həddindən çox olduğu Kürazao adasının valisinin iqamətgahının üzərində Hol­lan­di­yanın bayrağı dalğalanırdı. «Royyal Datç-Şell Qrup»un Vene­su­elada həyata keçirdiyi dövlət çevrilişindən sonra amerikalıların əlindəki imtiyazların ləğv edilməsi «Standard Oyl»un rəh­bər­lə­ri­ni çətin vəziyyətə salmışdı. Amerika prezidenti Hardinq «Stan­dard Oyl»un təzyiqi ilə bütün qüdrəti və diplomatik imkanları ilə Venesuelanı hədələyirdi. Artıq Amerika bu işə dövlət səviyyəsində müdaxilə etməyə qərar vermişdi. Amerika hökuməti Venesuelanın yeni diktatoru polkovnik Qomezə dalbadal notalar göndərdi. Ancaq, bu notaların heç bir nəticəsi olmadı. Amerikanın «Stan­dard Oyl» şirkətinin ən təcrübəli cəsusları Venesuelada top­laş­dılar. Bunların vəzifəsi gələcəkdə bir çevriliş hazırlayaraq pol­kov­nik Qomezin hakimiyyətini devirmək idi. Ancaq, bütün çalış­ma­lara baxmayaraq «Standard Oyl»un adamları bu məmləkətdə belə bir üsyanı həyata keçirə bilmədilər. Qomez amerikalıların plan­la­rı­nı qabaqcadn bilmiş və əks tədbirlər görmüşdü.

Amerikalılar istədiklərinə nail ola bilmədikdən sonra başqa plan düşündülər və ingilis sterlinqini dəyərdən salmaq üçün hərə­kə­tə keçdilər. Onlar bir tərəfdən dollar-sterlinq mücadiləsini da­vam etdirərkən o biri tərəfdən də əllərini Kürazao adasına uzat­ma­ğa başladılar.

Amerikalılar yavaş-yavaş adanın qara dərili sakinləri arasına yeritdikləri cəsusları vasitəsilə güllü miqdarda dollar dağıdaraq Kü­razao adasında bir inqilab havası yaratmağa başladılar. Ameri­ka­lılar bu təbliğatı adanın əsas sahibi olan hollandiyalılara qarşı yö­nəltməklə siyasi bir gedişə üstünlük verməyə çalışırdılar. Çünki, onların ayrı yolu yox idi. Adanın sakinləri olmaqla bərabər işçi qüv­vəsinin əksəriyyətini təşkil edən bu qara dərili insanlar in­gi­lislərdən daha çox ingilispərəst idilər və İngiltərənin əleyhinə ol­ma­larını ağıllarına da gətirmirdilər.

«Standard Oyl»un açmış olduğu bu dollar müharibəsi o qədər də müvəffəqiyyətli ola bilməmişdi. Amerikanın əlindəki tək şans Kürazao adası idi.

Lakin, Venesuelada bir üsyan çıxarmaq üçün cəsusları vasitə­si­lə Venesuelaya silah-sursat gətirmək o qədər də asan deyildi. Çünki, polkovnik Qomezin agentləri hər bir hərəkəti çox diqqətlə nəzarətdə saxlaya bilirdilər.

Elə bu səbəbdən də amerikalılar Kürazaoda planlaşdırdıqları üsyanı həyata keçirmək üçün lazım olan silah-sursatı Venesuelanın xaricindən, şəxsən Amerikadan gətirmək məcburiyyətində qaldılar. Qomez isə həm Venesuelanı, həm də Kürazaonu daima nəzarət altında saxlayırdı. Ona görə də amerikalıların planları tezliklə Qo­mezə aydın olurdu. Venesuelanın hökumət mərkəzi Karakas olsa da, əslində məmləkət Kürazaodan idarə edilirdi. Qomez öyünərək «mən bir diktatoram» desə də onun əsas rəhbəri Kürazaodakı bö­yük neftayırma zavodlarının baş direktoru idi. Dolayısilə Vene­su­ela ilə əlaqəli bütün qərarlar «Royyal Datç-Şell Qrup»un adam­ları tərəfindən Kürazaoda qəbul olunur və Qomezə çatdırılırdı. Qomez heç vaxt əsas hökümət mərkəzi olan Karakasda otur­ma­mış, yeni saldırdığı Marakay şəhərini özünə mərkəz etmişdir. Bu şəhərdəki hər şey, hər kəs şəxsən Qomezin malıdır, yəni Qomezin cəsusudur. Qomezin özü isə səltənətinə baxmayaraq ingilis neft şirkətinin əsiri idi.

Bu səbəblərdən də Venesuelada bir çevriliş etmək mümkün de­yildir. Hollandiyanın sahil mühafizə sistemi çox güclü olduğu üçün xaricdən Venesuelaya silah keçirmək çox çətin idi. Lakin bütün bunlara baxmayaraq «Standard Oyl» çoxlu pul xərcləyərək bir üsyan qaldırmaq sevdasına düşmüş və Rafaele Urbina adlı bir adamla anlaşmışdı. «Standard Oyl»un adamları Kürazaodan Hol­landiyaya qarşı bir üsyanın zəmnini hazırlamışdılar. Bu ada sa­ki­n­lə­rinin hamısının ciblərində küllü miqdarda dollar var idi. Rafaele Urbina günlərin birində bir Amerika gəmisi ilə gizlincə Küra­za­o­ya gəldi və oradakı Amerika cəsusları ilə əlaqə yaratdı. Bundan sonra o, əvvəlcədən hazır olan bir qrup işçini öz dəstəsinə qataraq adanın mərkəzi olan Willemştatı ələ keçirərək valini əsir etdi. Toqquşma zamanı üç polis işçisi öldürüldü. Kürazaodakı müvəf­fə­qiyyət xəbəri «Standard Oyl»un mərkəzi qərargahına çatdığı za­man şirkətin rəhbərləri Venesuelaya qarşı həyata keçirə biləcəkləri üsyanın uğurla nəticələnəcəyini də zənn etmişdilər.



Rafaele Urbina Amerika silahları ilə bərabər adanın müda­fi­ə­si üçün ehtiyatda saxlanılan Hollandiya və İngiltərə silahlarını da müsadirə etdikdən sonra adadakı bütün neftayırma zavodlarını ələ keçirərək «Royyal Datç-Şell Qrup»un buradakı adamlarını həbs etdi. Rafaele Urbina üçün artıq Venesuela yolu açılmışdı. O, Amerikaya məxsus «Red-Line Kompaniya»nın gəmisinə minərək Venesuelaya yola düşərkən artıq özünü yeni qurulacaq Venesuela hökumətinin başçısı olaraq görürdü. O, hələ yolda ikən adamlarına gələcək hakimiyyətdə yeni vəzifələr verirdi. Ancaq, Deterdinqin adamları Rafaele Urbinanın rəhbərliyi ilə Venesuelanın sahilinə çıxan üsyançıları tərk-silah edərək zərərsizləşdirdilər. Bu zaman Qomezin əlindən canını güclə qurtaran Rafaele Urbina bu dəfə hollandiyalılar tərəfindən həbs olundu. Ancaq «Standard Oyl»un adamları və Rafaele Urbinaya kömək etmiş agentlər Kürazaodakı neft dolu anbarları və neftayırma zavodlarını partladacaqları hədəsi ilə Hollandiya hökumətini onu azad etməyə məcbur etdilər.

Beləliklə, bu hadisələr «Standard Oyl» şirkətinin Venesue­lada apardığı son mücadilə oldu. O gündən bəri bu məmləkətdən çıxan neft Kürazao adasına daşınır və neftayırma zavodlarında tə­mizləndikdən sonra ən müasir tankerlərlə Kanadaya, hətta ABŞ və Cənubi Amerikaya çatdırılırdı.



«Standart Oyl» Venesuelada olduğu kimi digər Latın Ameri­kası ölkələrində də müvəffəqiyyətsizliyə uğramışdı.

Qarşıya belə bir sual çıxır: Rokfeller böyük maliyyə imkan­la­­rı­na baxmayaraq nə üçün müvəffəqiyyətsizliyə uğramışdı? Bu­nu anlaya bilmək üçün bir az geriyə getməyə məcburuq. Rokfeller Amerikadakı mütləq hakimiyyətini sadəcə zəkasına və taleyinə borclu deyildir. Onun kimi dünyaya hökm etmək sevdasına qapılan bir bankirin və bir polad istehsalı kralının da bu uğurda böyük payı vardır. Bunlar polad istehsalı kralı Andrev Karnegi ilə çoxlu sayda banklara sahib olan Morqan idi.



ROKFELLER – C.P.MORQAN

MÜCADİLƏSİ

Rokfeller «Standard Oyl» şirkətini qurduqdan təqribən on il sonra Amerikanın nəhəng bankirlərindən biri olan Morqan ilə ortaq işlər görməyə başlayır. Bu əməkdaşlıq 1913-cu ilə, yəni Morqanın vəfat etdiyi dövrə qədər davam edir. Bu tarixdən sonra Morqanın qurduğu maliyyə oliqarxiyasına oğlu Con Pierpont Mor­qan rəhbərlik etməyə başlayır.

Təbiətən çox həris bir şəxs olan C.P. Morqan əlindəki imkan­lardan istifadə edərək beynəlxalq miqyaslı bir bank hegemonluğu qurmaq istəyirdi. Onun bu iddiası Rokfeller ilə münasibətlərinin kəskinləşməsinə səbəb oldu. Bu zaman C.P. Morqanın nəza­rə­tin­də 1 milyard 200 milyon frank var idi. Onun belə varlı olması Rok­fellerin Morqanın oğluna qarşı rəqabətə girməsinə təsir etmə­di. Beləliklə, az bir müddət sonra bu iki nəhəng kapitalist arasında qorxunc mücadilə başladı. Bu mücadilədə C.P.Morqan çox şanslı idi. O dövrün Amerika prezidenti olan Vilson onun şəxsi dostu idi. Ona eyni zamanda Deterdinq də kömək edirdi. Elə bu dövrlərdə Amerika qəzetləri Rokfeller ilə «Standard Oyl»un neft şirkətinin məsul şəxslərinin bəzilərinin həbs edildiklərini yazdılar. Bundan baş­qa bir federal hakim də «Standard Oyl» şirkətinin qeyri-qa­nu­ni yollarla qazanc əldə etdiyi ittihamı ilə bağlanması qərarını verdi.



Bu qərar tətbiq edilə bildimi? Xeyr nə Rokfellerə, nə də dostlarına verilmiş olan həbs əmri yerinə yetirmədi və dünyanın ən böyük neft istehsalçısı olan «Standard Oyl» bağlanmadı. Çünki, 1917-ci ildə Amerika Birinci Dünya müharibəsində iştirak edirdi. Belə bir vəziyyətdə dünya neftinin mühüm bir hissəsinə ha­kim olan bir şirkətin bağlanması mümkün deyildi. Hadisələr Ame­ri­kada 1920-ci ildə keçirilmiş seçkilərdən sonra 1923-cü ilə qədər Rokfellerin xeyrinə cərəyan etmişdir. Ancaq, 1923-cü ildən son­ra­kı vəziyyət onun əleyhinə olmuşdur. Buna səbəb «Standard Oyl»­un köməyi sayəsində prezident seçilmiş Hardinq zəhərlənmiş və iqtidara Hoover keçmişdir. Yeni prezident də Birinci Dünya mü­ha­ribəsində iqtidarda olmuş Vilson kimi Con Pierpont Morqanın ən yaxın dostu idi.

Rokfeller yenə çıxılmaz vəziyyətə düşmüşdür. Bu iki şirkət arasında gedən mücadilədən Deterdinq öz mənafeyinə məharətlə istifadə edirdi. Rokfellerin bu böhranlı vəziyyəti 1933-cü ilə qədər davam etdi. Yəni bu il «Standard Oyl» üçün fövqəladə hadi­sə­l­ə­rin başlanğıcı oldu. Artıq «Standard Oyl»a rəğbəti olan Ruzvelt Ame­rikanın prezidenti seçilmişdir. İndi də hadisələr C.P.Mor­qa­nın əleyhinə cərəyan etməyə başladı. Vəziyyətin belə dəyişdiyini gö­rən Morqan mücadilədən əl çəkmiş və Rokfellər ilə birləşməyə üstünlük vermişdir.

Amerikada «Standard Oyl» ilə Morqanın mücadiləsi Mor­qa­na da, «Standard Oyl»a da, eyni zamanda Amerika höku­mə­ti­nə də böyük ziyan vurmuşdur. Buna misal olaraq Venesuelanı gös­tə­rə bilə­rik. Deterdinq bu iki qrupun bir-biri ilə etdikləri müca­di­lə­dən istifadə edərək Venesuelanın neftli ərazilərinə sahib ola bil­miş­di.

Mücadiləni dayandıraraq qüvvələrini birləşdirən bu iki şəxs Amerika dollarının qiymətinin kursunun aşağı düşməsinin qar­şı­sı­nı almağa çalışdılar. «Standard Oyl» istehsal etdiyi neft məh­sul­la­rını dollara, Deterdinqin rəhbərlik etdiyi «Royyal Datç-Şell Qrup» isə florin ilə satırdı. Dolların faizi aşağı salındığı təqdirdə «Standard Oyl» nefti florin ilə satılan ingilis neftinə nisbətdə dünya bazarlarına daha ucuz mal çıxara biləcəkdir. Bu mücadilə tərzi həqiqətən çox iblisanə bir hərəkət idi. Çünki, iki neft şirkəti arasındakı çəkişmə bir çox məmləkətlərin iqtisadiyyatının böhra­nı­na və milyonlarla insanın müflisləşməsinə səbəb olmuşdur. Eyni zamanda bu dollar-florin mücadiləsi hər iki tərəfə də külli miq­dar­da ziyan vururdu. Deterdinq bu rəqabətdə uduzacağı təqdirdə ar­xa­sınca Böyük Britaniya imperiyasının iqtisadi cəhətdən çöküsünü görürdü. Bu həqiqəti təkcə o deyil, eyni zamanda Böyük Bri­ta­ni­ya­nı dünyanın ən nəhəng imperiyası halına gətirən qüvvələr də bilirdi. Bu mübarizə belə şəkildə davam edərsə fəlakət hər iki tərəf üçün də qaçılmaz idi Bu zaman dünyanın ən böyük neft ərazilərinə sahib olan İngiltərə Entelijans Servisi işə qarışdı. Az bir müddətdə bu təşkilatın ən mahir casuslarının fəaliyyəti nəticəsində C.P.Mor­qan mücadilədən çəkilərək Rokfelleri meydanda tək qoydu.

Beləliklə, 1933-cü il dünya böhranı adı ilə anılan böyük iq­ti­sa­di böhranın qısa bir zamanda qarşısı alınmış oldu. Bir neft isteh­sal­çı­sı ilə bir bankirin digər bir neft istehsalçısını məhv etmək üçün verdikləri müştərək qərarı bir müddət sonra bankirin ortaqlarının təzyiqi ilə pozulmuş və dünya rahat nəfəs ala bilmişdi. «Standard Oyl» qiymət mücadiləsində tək qalınca müvəqqəti olsa da «Roy­yal Datç-Şell Qrup» ilə rəqabət aparmaqdan vaz keçir. Ortaya belə bir sual çıxır: Bu müvəffəqiyyətsizlik Rokfelleri gələcək mübarizədən çəkindirmədi ki? Xeyr, əksinə o Amerikanın o vaxtkı prezidenti Ruzveltdən aldığı dəstəklə 1920-ci ildə olduğu kimi Rusiya ilə iş birliyi quracaqdır. «Standard Oyl» bu qərarı ver­dik­dən sonra dərhal hərəkətə keçdi və ruslarla bir müqavilə imzaladı. Rusiya tərəfindən bu anlaşmaya imza atan yoldaş Su­linov Rok­fel­ler­dən böyük miqdarda kredit alınmasını təmin etdi. Rusiya bu kreditlərin çox hissəsini Bakının neft sənayesinin yenidən qurul­ma­sına, Batumda yeraltı neft ambarlarının tikintisinə və də­mir­ yollarının çəkilişinə sərf etdi. Artıq Rusiya neft isteh­salına görə dünyada üçüncü yerdə dururdu. «Standard Oyl»un bu yardımı Rusiyanın inkişafına az da olsa təsir edəcək və sənaye cəhətdən güclənən Rusiya gələcəkdə Amerikanın əsas rəqiblə­rin­dən birinə çevriləcəkdir. «Standard Oyl» Rusiya ilə birləşərək De­ter­dinqə qarşı birgə mübarizə apararkən Amerika dövləti də boş durma­mış­dır. Prezident Ruzvelt «Standard Oyl»un rəhbər şəxslərindən biri olan Svanssonu özünə dəniz müşaviri təyin edir. Prezident Ruz­velt «Standard Oyl» şirkətinə Panama kanalı ətra­fında neft uğ­run­da aparılan mücadilə zamanı Amerika donan­ma­sını güc­lən­dir­mək səlahiyyətini verir. «Standard Oyl» bu məq­sədlə özünün də­niz proqramının tətbiqinə başlamaq üçün hərəkətə keçir.



Svanssonun hazırladığı və senatdan keçirdiyi bu proqrama görə Amerikada irili-xırdalı otuz yeddi hərbi gəmi inşa ediləcəkdir. Svansson dəniz proqramının qəbul edildiyi gün senatda söylədiyi nitqdə «ümid edirəm ki bu gəmilər dünyada tayı-bərabəri ol­ma­yan bir donanmanın başlanğıcını təşkil edəcək və Amerika də­nizlərə hakim olacaqdır» fikrini bildirmişdir.

Svanssonun çıxışından məlum olur ki, Amerika gələcəkdə dün­ya dənizlərinə hakim olmaq niyyətindədir, yəni ingilislərin əlin­­də olan hakimiyyəti ələ keçirməyə çalışacaqdır. Bu səfər «Stan­­dard Oyl» uğur qazana biləcəkdirmi? Hadisələr «Stan­dard Oyl»un ümidlərinin boşa çıxmadığını göstərmişdir.

Amerika həqiqətən dünyanın ən böyük donanmasına sahib ol­muş və ingilislərdən qabağa keçmişdir. Rokfeller bu səfər qalib gəl­mişdir. Ancaq, bu nəhəng donanma dünya neft hakimiyyətini də əldə edə biləcəkdirmi? Xeyr. Sonrakı yazılarımızda da izah edə­cə­yimiz kimi, nəhəng donanma yaratmağa müvəffəq olan ame­ri­ka­lı­lar Deterdinqin əlində olan dünya neftinə əsla əl uzada bilmə­mi­ş­di­lər.

Bu barədə sadəcə tarixə çevrilən bir misal göstərməklə kifa­yət­lənəcəyik.

1920-ci ildə amerikalılar Deterdinqi dünya neft hakimiyyətin­dən uzaqlaşdırmaq üçün ruslarla birləşərkən, həmin vaxtlarda De­ter­dinq ilə mücadilə edən Harry Sinclair adlı bir şəxs də var idi. O, dünyanın ən böyük saxtakarlarından biri hesab olunurdu.



Harry bir neçə dəfə milyonlar qazansa da, nəticədə iflasa uğra­mış­dır. Rusiya ilə Amerikanın iqtisadi münasibətləri normal olan vaxtlar əlində böyük imtiyazlar vardır. Amerikalılar bu adamla da anlaşdılar və Deterdinqə qarşı mübarizədə istifadə etməyə çalış­dı­lar. Onlar İranı alt-üst etsələr də heç bir nəticə əldə edə bilmədilər.

Harry Sinclair amerikalıların, daha doğrusu Rokfellerin tan­ı­dı­ğı bir adamdı və bir neçə dəfə onun tövsiyyəsi və dəstəyi ilə Al­baniyada hakimiyyətə gələrək buranın neftinə sahib olmaq istəsə də Deterdinqin əks tədbirləri nəticəsində buna nail ola bil­mə­miş­dir.

Bir müddət o Bakıda sahib olduğu neft sahələrinin 1920-ci ildə ruslar tərəfindən zəbtindən sonra İstanbula gələrək oraya sığınmış ağqvardiyaçılardan, xüsusilə də general Vrangelin ordusunun qa­lıq­larından istifadə etmək istəmişdir. Hətta ətrafına səkkiz min adam toplayan bu şəxs Rusiyanın əlindən Bakının neft sahələrini almaq istəyirdi.

O zamankı Osmanlı hökumətinin bu işə imkan verməyəcəyini görən Harry Sinclair Avropaya getdi.

Amerika ilə Rusiya və Harry Sinclairin müştərək gücü qar­şı­sın­da dayana bilən Henry Deterdinqin sayəsində ingilislər – dün­ya neft hakimiyyətini əllərində saxlaya bildilər.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin