Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə15/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   ...   7   8   9   10   11   12   13   14   15

«Müharibənin qaçınılmaz olduğuna və yenidən silahlanma tədbirlərinin müharibənin baş verməsinin qarşısının alınması­na kifayət etmədiyinə inanmıram. Mən şəxsən Sovet Rusiyası­nın indi bir müharibəyə başlamaq üçün hazırlaşmasına inan­mı­ram. Bununla bərabər yenə də yaxşı hazırlaşmağımız la­zımdır. Çünki müharibələr daima Hitler kimi banditlər tərə­findən deyil, bəzən də Kayzer kimi çılğın hoqqabazlar tərəfin­dən də törədilə bilir”. Bu bəyanatda meydan oxuma olduğu qə­dər, yeni bir müharibə çıxartmaq istəyənlərə nəsihət vermə payı da vardı. Ancaq əsl diqqəti cəlb edən tərəf İranda müharibə törət­mə­yə meyilli olan Stalinin Hitler kimi banditə və Birinci Dünya mü­haribəsində Almaniyanı müharibəyə sürükləyən imperator Kayzer Vilhelm kimi çılğın hoqqabaza bənzədilməsi idi.

Bu bəyanatda məşhur ingilis soyuqqanlılığından əsər-əlamət qalmamışdır. O, açıqca hədələyir və müharibə törədəcək şəxsləri çıl­ğın hoqqabaz və bandit adlandırırdı. Ən böhranlı anlarda da soyuqqanlılıqlarını saxlaya bilən ingilislər açıqca müharibədən bəhs edirdilıər. Onların müharibədən bəhs etmələri isə dünya üçün qaçınılmaz bir fəlakət deməkdi.

Bütün bu ağır havaya baxmayaraq Müsəddiq, hələ də rus dost­luğundan, Rusiya ilə ticarətdən bəhs edirdi. İranın baş naziri­nin müavini Hüseyn Fatimi isə bu xüsusda verdiyi bəyanatında: «İran neftdən itirdiklərini Rusiya ilə ticarəti sayəsində əldə edəcəkdir» deyirdi. Müsəddiq neft satmağa qərar vermiş və nef­tini sata biləcək baxarlar axtarmışdı. Bu arada Rusiyaya da mü­ra­ciət etmiş və ruslardan müsbət cavab almışdı.

Ruslar İran neftini almağı qəbul etmişdilər. Elə ingilislərin bir müharibədən bəhs edən bəyanatı da bu dövrlərdə verilmişdi. Artıq Rusiya İran ilə neft almaq üçün müzakirələrə başlamışdı. Müza­ki­rə­lər getdiyi bir vaxtda admiral Con Eldestonun komandan­lı­ğın­da güclü bir ingilis donanması İstanbula gəlirdi.

Bütün dünyada diplomatik fəaliyyətlər yüksək nöqtəyə çatmış­dı. Azad millətlərin dövlətlərinin mərkəzlərində gecəli-gündüzlü iş gedirdi. Təbii ki, Türkiyə də bunların arasında idi. Trumen ingilis­lər­lə iranlılar arasında keçirilən və sonra kəsilən müzakirələrdən sonra, ingilislərin əvvəllər tətbiq etdikləri yolu sınaqdan çıxarmağı qərara almışdı. Bu qərar Türkiyənin İran nefti ixtilafında yenə də vasitəçiliyini istəməkdən ibarət idi. Türkiyə də sülhü qorumaq üçün əvvəl olduğu kimi bundan sonra da vasitəçilik etməyə qərarlı idi. ABŞ prezidenti Trumenin şəxsən Türkiyə Respublikasının pre­zidenti Cəlal Bayara göndərdiyi məktuba ingilis donanmasının İstanbul limanında lövbər saldığı gün müsbət cavab verilmişdi.

Türkiyə prezidenti Calal Bayar sadəcə vasitəçilik vəzifəsini üzərinə götürməklə kifayətlənmir, cavab məktubunda Türkiyənin öhdəliklərini yerinə yetirməyə qərarlı olduğundan da bəhs edirdi.

Türkiyə dost və müttəfiqlərinin daima yanında idi. Bu xüsus Türkiyə prezidentinin məktubunda da açıqca bildirilirdi. O, cavab məktubunda aşağıdakıları bildirmişdi: «Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da daima müttəfiqlərinin yanında yer alacaq və üzərinə düşən vəzifələri tamamilə yerinə yeti­rə­cəkdir».

İngiltərə quruluşu və dövlət anlayışı baxımından dünyada heç bir millətə bənzəməyən xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlə­rin əsasını xüsusi olaraq ictimai fikir təşkil etməkdədir. İngiltərə qu­ru­luşu baxımından digər dövlətlər kimi və müasir dövrün şərt­lərinə uyğun klassik bir dövlət də deyildir. O tamamilə bir müəm­madır.

İran hadisələrinin həddindən artıq gərginləşdiyi, Atleenin bir müharibədən bəhs etdiyi bu günlərdə də bizə qəribə gələcək bir qərar vermiş ingilis hökuməti yeni seçkilərə gedirdi. Bu imperiya üçün ən böhranlı bir dövrdə seçkiyə getmək başqa millətlər tərəfin­dən çılğınlıq kimi qəbul edilə bilərdi. Ancaq ingilislər üçün deyil, ingilis iqtidar partiyası olan İşçi Partiyasının seçkilərə getməsi də təbii idi. Çünki, imperiyada təhlükə zəngləri çalırdı. Atlee bəlkə də gəlib çatmış olan bu təhlükəni önləmək cəsarətini özündə tapa bil­məmişdi.

İngiltərədə seçkilər keçirilmiş və mühafizəkarlar iqtidara gəl­mişdi. Artıq İngiltərədə son əsrin ən böyük və ən soyuqqanlı şəxs­lərindən biri olan Uinston Çörçill baş nazir idi. Bu qurd siyasətçi imperiyanı İran nefti ixtilafı üzündən düşdüyü böhranlı vəziy­yət­dən çıxara biləcəkmi? O, əgər İngiltərəni bu böhrandan xilas edə bilsə, şübhəsiz ki, dünyanı da gözlənilən təhlükəli bir mühari­bədən qurtarmış olardı. U.Çörçill buna müvəffəq ola biləcəkmi?

Ruslar İngiltərədəki iqtidar dəyişikliyindən sonra özlərini sakit aparırdılar. Buna səbəb iqtidara təcrübəli və soyuqqanlı bir şəxsin gəlməsi idi. İ.Stalin U.Çörçilli bütün bir dünya müharibəsi bo­yunca yaxından görmüşdü. O, xüsusilə Tehran konfransını hələ də unutmamışdır. O konfransda vəfat etmiş Ruzvelt ilə birlikdə cəbhə aldıqları bu qurd siyasətçinin onlarla necə mücadilə etdiyini bilirdi. İndi İngiltərədə Çörçill iqtidara gəldiyi andan bəri düşünmək növbəsi Stalinə düşmüşdü.

Təəssüf ki, hər nə olursa olsun dünya ciddi təhlükələr qarşı­sın­da idi.

İran neft ixtilafı bir daha göstərmişdir ki, dünyanı əsl idarə edənlər diplomatlar deyil, neft istehsalçıları idi. 1951-ci il başa çatsa da, neft ixtilafında hər hansı bir nəticə əldə edilməmişdi. Bu ixtilafda iştirak edən dövlətlər yerlərində sayırdılar. Lakin ruslar İranda da şanslı idilər. Çünki, onların hələ əvvəllər İranda yarat­dıqları Tudə Partiyası ilə Fədai İslam Cəmiyyəti artıq Müsəddiqi dizə çökdürmüş və ölkədə vəziyyətə tamamilə hakim olmuşlar.

İngiltərədə Çörçillin iqtidara gəlməsi İranın siyasi dairələrində tə­rəddüdlər yaratmış və Müsəddiqi ciddi düşünməyə vadar etmiş­dir.



Müsəddiq Atleenin lord Stokesin iranlılarla apardığı müza­ki­rə­lərdən heç bir nəticə əldə etmədən Londona qayıtdıqdan sonra söylədiyi: «İran ilə müzakirələr təxirə salınmamışdır, ancaq kəsilmişdir» cavabına baxmayaraq neft müzakirələrinə yenidən başlamağa qərar verdi və ingilislərə müraciət etdi. Müsəddiq 1951-ci il sentyabrın 24-də verdiyi və müzakirələrə təkrar baş­la­maq xüsusunda tanıdığı 10 gün möhlətli memorandumuna hələ bir cavab ala bilməmişdi. Möhlətin bitməsinə isə iki gün qalmışdı. Möhlət oktyabrın 4-də bitirdi.

Müsəddiq oktyabrın 2-də bir xəbər nəşr etdirdi. Bu xəbərdə Müsəddiq İngiltərə İranın verdiyi 24 sentyabr tarixli notaya cavab vermədiyi təqdirdə İranın İngiltərə ilə olan siyasi münasibətlərini kəsəcəyini elan edirdi. Müsəddiq ingilisləri siyasi münasibətləri kəsəcəyi ilə qorxudacağını zənn edirdi.

Müsəddiqin nəşr etdiyi bu hədələyici xəbərin Londonda və Vaşinqtonda əks-sədası çox ciddi oldu.

İstər Amerika, istər İngiltərə TrumenÇörçillin imzalarını daşıyan eyni məzmunlu iki notanı İrana verdilər. Müsəddiq son xəbərinin bu qədər sərt və ciddi bir əks-səda yaradacığını zənn etməmişdir. İngiltərə və Amerikanın notaları Tehrana çat­dı­rıl­dıq­dan dərhal sonra Müsəddiq Tehrandakı rus səfiri İvan Sadxikovu hüzuruna çağırdı və bu notalara necə bir cavab verilməsini mü­za­kirə etməyə başladı.



Müsəddiqin narahatçılığını görən İvan Sadxikov ona təminat verir və ölkəsinin İranı dəstəklədiyini bildirir. O, əgər İran İn­gil­tərə və ya Amerika tərəfindən hər hansı bir şəkildə təcavüzə məruz qalarsa Rusiyanın İranın yanında olacağını da elan etdi.

İran şahı Rza şah Pəhləvi də İngiltərə və Amerikanın ver­dik­ləri notalardan xəbərdar olanda böyük bir üzüntüyə dücar oldu. O, Müsəddiqin İranı sonu məlum olmayan hadisələrə tərəf sürük­lə­di­yini görür və həyəcan keçirirdi. Şah iki nəhəng dövlətin İrana ver­dikləri notaların sonunun nə ilə bitəcəyini Müsəddiqin dilindən eşitmək üçün onu yanına dəvət etdi.



Müsəddiq isə öz növbəsində şaha əndişələnməyə heç bir sə­bəb olmadığını və Rusiyanın İran ilə birlikdə hərəkət etməyə razı­lıq verdiyini bildirir. Şah Müsəddiqdən onu maraqlandıran sualla­ra doğru-düzgün cavab ala bilmirdi. Onların arasındakı münasibət­lər getdikcə kəskinləşirdi. Artıq İranda hamı şahın Müsəddiqə, Müsəddiqin isə şaha nifrət etdiyini bilirdi.

Artıq vəziyyət o yerə çatdı ki, şah onun hərəkətlərinin İranın mənfəətlərinə zidd olduğunu bildirdi və istefasını tələb etdi. An­caq Müsəddiq şahın tələbinə rədd cavabı verdi və xalqın istəyi ilə iqtidarda olduğunu söylədi. Şah ilə Müsəddiqin münasibətləri get­dikcə kəskinləşirdi.



Müsəddiq şahın Qərb dövlətləri ilə sülh şəraitində münasibət­lər qurmağı Müsəddiqdən tələb etsə də rədd cavabı aldı.

Müsəddiq İngiltərə və Amerikanın verdikləri sərt notalara ca­vab verməklə bərabər 1952-ci il oktyabrın 8-də İngiltərədən 49 milyon sterlinq təzminat verilməsini də istədi. Onun, təzminatdan başqa İngiltərədən tələb etdikləri bunlardır:

  1. İngiltərə bir həftə ərzində İrana 20 milyon sterlinq ödəməli;

  2. Anglo İranian” şirkətini təmsil edən bir heyət dərhal İrana gəlməli və müzakirələr apararaq işləri üç həftə ərzində yoluna qoymalı;

  3. Bu müzakirələrdən sonra İngiltərə İrana 29 milyon ödəməli».

Müsəddiqin İngiltərəyə təqdim etdiyi notadakı təkliflər ingilis sə­fi­rinə verilmədən əvvəl, bu notanın mahiyyəti üzündən İran hö­ku­mə­tin­də ilk ixtilaf baş verdi. İranın xarici işlər naziri Hüseyn Nəv­vab Mü­səd­diqin israrı ilə İngiltərəyə verilməsi tələb edilən notaya etiraz etdi.

Beləliklə baş nazir ilə xarici işlər naziri arasında sərt münaqi­şə­lər oldu. Hüseyn Nəvvab heç bir əsasa dayanmayan tələblərin İn­giltərə ilə münasibətləri daha da gərginləşdirəcəyini söylədi. O, bütün israrlarına baxmayaraq Müsəddiqin inadını qıramadı və sonda belə bir məsuliyyəti daşıya bilməyəcəyini söyləyərək istefa etdi. Bu istefa Müsəddiqin İranı fəlakətə sürükləyən hərəkətlərinə qarşı ilk reaksiya idi.

İngiltərə hökuməti İran tərəfindən verilən bu notaya o qədər də əhəmiyyət vermədi.

Bütün bu hərəkətlərin və notaların mənşəyi Rusiya idi. İn­gil­tə­rə­nin baş naziri Çörçill bu və ya bundan əvvəlki İran tələblərinin İngiltərə ilə Amerikanın arasını açmaq üçün Rusiya tərəfindən Mü­səddiqə təlqin edildiyini bilirdi. Elə bu səbəbdən də Çörçill İran notasının Londona verilməsindən üç gün sonra Rusiyaya ilk xəbərdarlığını etmişdi.



Çörçill bu istiqamətdə verdiyi bəyanatında açıq danışmış və Rusiyanın planlarından bəhs edərək «Biz Rusiyanın tələsinə düş­mə­yəcəyik və Amerika ilə dostluğumuza böyük əhəmiyyət ve­rəcəyik» demişdir.

Bu sözlərdən də göründüyü kimi İngiltərə Amerikanın dost­lu­ğu­na əhəmiyyət verirdi. Bu heç də «Standard Oyl»a da eyni də­yəri verdiyi mənasına gəlmirdi. Çünki istər kəşfiyyat orqan­la­rın­dan alınan raportlar, istərsə də Deterdinqin müxtəlif kanallarla Çörçillə çatdırdığı məlumatlar «Standard Oyl»un İranda ikili si­ya­sət apardığını göstərirdi. Çörçill Amerika hökuməti ilə «Stan­dard Oyl»un apardıqları siyasətin fərqli olduğunu gözəl bilirdi.



«Standard Oyl» Çörçillin bəyanatının həqiqi mənasını bilir və buna görə də yeni addımlar atmağa hazırlaşırdı. «Standard Oyl» İran neftindən pay almaq istəyirdi. Ancaq «Royyal Datç-Şell Qrup»­la imzaladığı onillik müqavilə səbəbindən açıq hərəkət edə bilmirdi. Bu səbəbdən də nəyin bahasına olursa olsun Orta Şərqdə böhranı bir az da dərinləşdirib ingilislərin başını qatmağa çalışırdı.

Hadisələrin belə böhranlı bir vəziyyətində İngiltərə ilə İraq arasında neft üzündən ixtilaf çıxmağa başladı. Yəni İraqda iqtidarı əlində tutan və bu məmləkətin mütləq hakimi olan Nuri Səid paşa İngiltərəyə rəsmən müraciət edərək 1927-ci il tarixli imtiyaz anlaş­masının yenidən gözdən keçirilməsini tələb etmişdi. Nuri Səid paşanın bu tələbi ağlasığmaz bir iş idi. Çünki o türk ordu­sunun yüzbaşı uniformasını daşıdığı Birinci Dünya müharibəsin­dən bəri İngiltərə Entelijans Servisinin ən güvəndiyi şəxs idi və İraqda iqti­dara ancaq bu sayədə gələ bilmişdi.



Nuri Səid paşanın İngiltərə-İraq anlaşmasının yenidən gözdən keçirilməsini tələb etməsi səbəbsiz deyildi. Nuri Səid paşa artıq ingilislərə etibar etməyir və möhtəşəm imperiyanın sonunun gəlib çatdığına inanırdı.

Nuri Səid paşanın bu tələbi Londonda ciddi qarşılanmış və həmin dövrdə orada olan şahzadə Abdullanın nəzəri-diqqətini cəlb etmişdir. Şahzadə Abdulla Nuri Səid paşaya Londondan göndərdiyi bir xəbərdə onun tələblərlə bağlı heç bir addım at­mamasını istəmişdir. Ancaq sonrakı hadisələr göstərmişdir ki, in­gi­lislər bu təkliflər qarşısında soyuqqanlılıqlarını qoruyub saxla­ya bilmişdilərsə də Nuri Səid paşanın sonrakı taleyini də düşünmüş­dülər. Beləliklə, «Standard Oyl» İraqda ilk addımını atsa da, heç bir şeyə nail ola bilməmişdir. Müsəddiq tərəfindən istefa tələbi rədd etdikdən sonra şah bəzi tədbirlər görməyin vaxtı çatdığını gördü və əvvəlcə general Zahidi, sonra da general Hicazi ilə görüşdü. Həmin dövrdə hər iki general İranda böyük nüfuza malik idilər. General Zahidi Əyan Şurasının üzvü, general Hicazi isə İranda ən mühüm vəzifələrdə çalışmış vətənpərvər bir şəxs idi.

Bu iki general 1952-ci il oktyabrın 13-də Müsəddiq hökumə­tini devirmək üçün hərbi çevriliş etdilər. Ancaq buna müvəffəq ola bilmədilər. Rusiya kəşfiyyatının agentləri bu çevrilişin olacağı vaxtı Müsəddiqə xəbər verdiklərinə görə çevrilişin qabağı alına bilmişdi. Nəticədə general Hicazi başda olmaqla çevrilişdə şübhəli bilinən çoxlu sayda həm hərbiçilər, həm də mülkü şəxslər həbs olundu. İran konstitusiyasına görə Əyan Şurasının üzvləri günahla­rının dərəcəsindən asılı olmayaraq həbs edilə bilməzdilər. Bu səbəbdən də general Zahidi həbs edilmədi.

Hərbi çevrilişin baş tutmaması xəbəri yeni xarici işlər naziri Hüseyn Fatimi tərəfindən dünya ictimaiyyətinə bildirildi. Dünya­nın bir çox siyasi mərkəzlərində bu xəbər ciddi qarşılanmışdı.

Müsəddiq həbslərdən başqa Fədai İslam Cəmiyyəti və Tudə Partiyasının əli ilə həbs olunanlar əleyhinə nümayişlər təşkil etdir­di. Tehrandakı İngiltərə və Amerika səfirlikləri çox ciddi qorunur­du.

Hadisələrin İranda belə davam etdiyi bir anda Türkiyənin baş naziir Adnan Menderes ilə xarici işlər naziri Fuad Köprülü Londonda İngiltərə dövlətinin rəsmi şəxsləri ilə müzakirələr apa­rırdılar. Dünyanın aparıcı mətbuat orqanları bu müzakirələrə xü­susi diqqət verirdilər.

Qərb ölkələrinin mərkəzlərində böyük bir canlanma var idi. Bu qərb mədəniyyətinin qorunması və təcavüzkar kommunizmin azad millətləri əzmək istəməsi təşəbbüsünə qarşı ciddi tədbirlər görül­mə­sindən doğmuşdu. Dünyanın azad millətləri azadlıqlarını təhlü­kə­siz­lik altına almaq istəyirdilər. Onlar bu məqsədlə bir Avropa Birliyinin qurulması üçün fəaliyyətə başlamışdılar.

Qərb dünyası tez bir zamanda bir birlik qurmazlarsa Rusiya­nın, do­layısilə kommunizmin təzyiqinə dayana bilməyəcəklərini anlamış­dı­lar.

Türkiyənin baş nazirinin və xarici işlər nazirinin Londona sə­fərləri bu qurulacaq qərb təhlükəsizlik sisteminin qaçınılmaz ol­duğunu ortaya qoyurdu. Onların Londonda Orta Şərq böhranını da müzakirə etmələri təbii idi.

Londonda iki gün davam edən türk-ingilis müzakirələrinin so­nunda aşağıdakı məzmunlu bəyanat nəşr olundu: «Türkiyənin baş naziri, xarici işlər naziri, Xarici İşlər Nazirliyinin ümumi ka­tibi və müşavirlərdən ibarət nümayəndə heyəti İngiltərənin xarici işlər naziri, müdafiə naziri, baş qərargah rəisi və mü­şavirləri ilə görüşlər keçirərək hər iki məmləkətin müştərək mənfəətləri ilə əlaqəli ümumi məsələləri müzakirə etmişdilər».

Müzakirələrdə İngiltərə Silahlı Qüvvələrinin Baş qərargahının rəisinin və müdafiə na­zi­rinin iştirak etməsi və mətbuatda verilən açıqlamada Orta Şərq­də baş verən hadisələrin hər iki məmləkətin müş­tərək mən­fəət­lərinə tə­si­rinin ortaya qoyulması London görüş­lərinin əhəmiyyə­ti­ni artırırdı.

Londonda başlamış və iki gün davam etmiş olan türk-ingilis müzakirələri haqqında verilən rəsmi məlumatın mətbuatda çap edilməsindən bir gün sonra İran İngiltərə ilə münasibətlərini kəs­diyini rəsmən bildirdi.

İran İngiltərə ilə münasibətlərini rəsmən kəsərkən Amerikanın xarici işlər naziri Dean Acheson sürpriz sayıla biləcək bir bəyanat verir və İranın İngiltərədən tələb etdiyi 49 milyon sterlinq təzminat məsələsində lazım gəlsə İngiltərə ilə birgə olacağını və İngiltərəni bu təzminatı ödəmək üçün xəbərdarlıq edəcəyini bildirirdi.

Amerikanın xarici işlər nazirinin bəyanatı qəribə bir məna daşıyırdı. Bu bəyanat Amerikanın «Standard Oyl» şirkəti ilə birgə hərəkət etməsinə işarə idi.

Artıq Amerikanın xarici siyasətində dönüş başlayır və bu «Standard Oyl»un lehinə olurdu. Dean Acheson bu qəribə bə­ya­natını verirkən Amerikanın İrana təyin olunmuş yeni səfiri Loy Henderson da Müsəddiqə bir raport təqdim edir. Bu raportda Ame­rika Xarici İşlər Nazirliyinin İran tərəfindən İngiltərədən tələb edilən 49 milyon sterlinq təzminat məsələsində Amerikanın İrana yardım etməyə hazır olduğu bildirilirdi.

Amerikanın yeni səfiri Loy Hendersonun Müsəddiqə verdiyi raport da Dean Achesonun bəyanatı qədər qəribə məzmunlu idi. Amerika İngiltərənin çiyinlərinə yüklədilən bu təzminatı nə üçün ödəyirdi? Bütün bu təşəbbüs və vədlərdən də anlaşılırdı ki, Ameri­ka Müsəddiqə xoş görünmək istəyirdi. Çünki bu məmlə­kət­də çox böyük miqdarda neft vardı.

Neft istehsal edildiyi məmləkətin də, dünyanın da hüzurunu qaçırır və dünya diplomatiyasını pərişan edirdi. Neft ən yaxın dost­ları da bir-birinə düşmən etmək gücünü həmişə saxlayırdı.

Ruslar isə pusquda idilər. İran neftinin vahiməli bir ixtilaf ola­raq ortaya çıxdığı gündən bəri yeri gəlmişkən ruslarla dil tapmış «Standard Oyl»un siyasətini Dean Acheson və İrandakı amerikan səfiri də təsdiq edirdilər və bununla da Rusiyanın İran böhranında aktiv rol oynamasına kömək edirdilər.

İstər Dean Achesonun, istər Loy Hendersonun eyni mənalı bəyanat və raportu və İranın İngiltərədən tələb etdiyi təzminatla əla­qə­li İrana haqq verən davranışları rusları İranda yeni bir neçə hadisə tö­rətməyə sövq edirdi. Bu təşəbbüslərin ən təhlükəlisi isə Ru­siya-İran sərhədlərindən İrana tudəçilərə çoxlu miqdarda silah verilməkdə idi. Rus­lar bunu demək olar ki, hamının gözü qarşı­sında edirdilər.

Ruslar dostlarının sayəsində ciddi işlər görmə imkanlarına qo­vuşmuşdular. Ruslar İranda çox fəal çalışır və gələcəkdə həyata ke­çir­mək istədikləri hərəkətlər üçün geniş miqyaslı hazırlıqlar gör­müş­dü­lər. İrandakı rus cəsusları çox mükəmməl bir təşkilat qur­muş­du­lar. Ancaq qarşılarında onlardan da, amerikalılardan da daha əvvəl bu məmləkətdə yerləşmiş və təşkilatlanmış bir gizli servis də vardı. Ruslar hər halda ingilislərin uzun illərin təcrübə­sinə sahib gizli kəş­fiyyat orqanı Entelijans Servisi hesaba almaya bilməzdilər.

Ruslar Entelijans Sevisin İranda fəaliyyəti dayandırılmadıqca heç bir iş görə bilməyəcəklərini çox yaxşı bilirdilər. Ruslar general Zahidi və general Hicazinin həyata keçirmək istədikləri hökumət çevrilişinin qarşısını almağa nail olduqdan sonra bu servisi məğ­lu­biyyətə uğratdıqları qənaətinə gəldilər. Onlar Müsəddiqə İranda kütləvi həbslər keçirmək, beləliklə Entelijans Servisi ortadan qal­dırmaq üçün imkanları daxilində hər cür yardımı etmişdilər.


İNGİLTƏRƏ VƏ RUSİYANIN KƏŞFİYYAT ORQANLARININ MÜBARİZƏSİ

Demək olar ki, İngiltərənin və Rusiyanın kəşfiyyat orqanları İrandakı kimi bir-birinə qarşı amansız mübarizə aparmamışdılar. Onlar 1885-ci ildən bəri İranda fəaliyyətə başlamışdılar. Hər iki təşkilat neft uğrunda mübarizə edirdi. Onlar 1885-ci ildən bəri nadir hallarda bir-birinə toxunmamışdılar. Ancaq indi İrandakı mübarizə əvvəlkilərə nisbətən müqayisə edilməyəcək dərəcədə idi. Bunun iki səbəbi vardı. Bundan əvvəlki mücadilələrdə olduğu kimi Rusiyanın, Fransanın və ya Almaniya və Avstriya-Macarıstan İm­pe­­riyalarının siyasi əməllərinə sədd çəkən qüdrətləri yoxdu. Bunun əksinə olaraq Rusiya İkinci Dünya müharibəsindən qalib çıxaraq Avropanın yarısına hökm edərkən, dünya siyasətinə də istiqamət verəcək qədər güclü idi. Rusiya bir tərəfə sıxışdırılmış İngiltərənin mövcudluğunu hesaba almayaraq dünyanı Amerika ilə bölüş­dür­mək fikrində idi.

Bax burada Rusiya yanılırdı. Çünki, gücdən düşdüyü zənn edilən Britaniya İmperiyası dünyadakı xam maddə mənbələrinin mühüm bir hissəsinə hakim idi və hələ Entelijans Servis ləğv edil­məmişdi. Yaxın bir gələcək istər Amerikanın, istərsə də Rusiyanın zəiflətmək istədikləri İngiltərənin necə bir enerji və Entelijans Ser­visin şahanə bir gedişi ilə ortaya çıxacağını göstərəcəkdi. İngil­tərə Rusiyaya İranda ciddi zərbə endirməyi planlaşdırırdı. Bu zərbə elə şiddətlə endiriləcəkdir ki, Rusiya 1953-cü ildə endirilmiş olan bu zərbənin təsirindən xilas ola bilməyəcək və İranı uzun illər rahat buraxacaqdır.

Rusların kəşfiyyatçıları ilə İngiltərənin Entelijans Servisinin və Deterdinqin cəsusları İranda çox çətin bir gizli mübarizə edirdilər. Bu gizli mübarizə 1910-cu və 1925-ci illərdəki üsyanlara bənzə­mir­di.

İranda Rusiyanın və İngiltərənin gizli mübarizə apardıqları vaxtda gözləmədikləri bir hadisə baş verdi, yəni «Standard Oly» da bu mübarizəyə qoşuldu. Onun bu müdaxiləsi 1953-cü ildə göz­lənilirdi. Çünki «Royyal Datç-Şell Qrup» ilə on illik sülh müqa­viləsinin müddəti o tarixdə başa çatırdı. Elə bu səbəbdən də «Stan­dard Oyl»un mübarizəyə qoşulması gözlənilmirdi.

Bax İranda əsl mübarizə də «Standard Oyl”un ortaya çıxma­sın­dan sonra başladı. Amerikalıları bu mücadiləyə sövq edən səbəb İran nefti üzərində hissə sahibi ola bilmək düşüncəsi idi. Onlar da İran neftindən pay almaq istəyirdilər. 1952-ci il oktyabrın 21-də «Standard Oyl»un hissədarlarından Villiam Alton Jones təcili Tehrana gəldi. O hava limanında jurnalistlərə gülə-gülə Tehrana is­ti­rahətə gəldiyini bildirdi. Yəni o, gəlişinin əsas məqsədini gizlət­məyə çalışdı. Amma, onun dünyada məşhur neft istehsalçısı və «Standard Oyl»a bağlı olduğunu bilməyən yoxdur.



W.A.Jones Tehrana neft üçün gəlmişdi. Çünki «Standard Oyl» Müsəddiq ilə əlaqə yaratmağa çalışırdı. Müsəddiq ilə «Stan­dard Oyl» arasında başlayacaq müzakirələri də Amerika pre­zidenti Trumenin şəxsi nümayəndəsi olmaqla bərabər həm də neft istehsalı ilə məşğul olan Averell Harriman planlaşdırmışdı. Müzakirə zamanı «Standard Oyl»un nümayəndəsi İngiltərədən alınmış və milliləşdirilmiş neft sahələrindən hissə tələb edirdi. Müsəddiq İngiltərədən çəkindiyi üçün hələlik tərəddüd edirdi.

«Royyal Datç-Şell Qrup» İranda Rusiya kəşfiyyatının agent­lərindən başqa artıq «Standard Oyl»un adamlarına qarşı mübarizə aparmağın zəruriliyini də anlamağa başladı. «Standard Oyl” Orta Şərqdə fəal hərəkət etmək üçün bütün imkanlarından istifadə et­məyə çalışırdı. «Standard Oyl» şübhə çəkməmək üçün ilk əvvəl elm adamlarını neft sahələri ətrafına səyahətlərə göndər­di. Bu elm xadimlərindən ilki dünyanın çox yaxından tanıdığı, Amerikanın müasir tarixçilərindən Harold Lamb idi. O, Orta Şərqdə olarkən bütün Ərəbistanı gəzərək xalq və hökumət üzvləri ilə görüşlər keçirmişdir.

«Standard Oyl»un elm adamlarını seçməsi nəzər-diqqəti cəlb etməyəcək insanlar olması idi. Dünyanın məşhur tarixçilərindən olan Harold Lamb istədiyi yerə gedərək hər cür tədqiqatlar aparır və heç kəsi şübhələndirmirdi. Yalnız «Standard Oyl»un düşün­mə­diyi nöqtə bir elm adamının nə bir siyasətçi, nə də bir cəsus olmaması idi. Məşhur bir tarixçi olaraq qəzetçilərin diqqətindən qaçmayan bu şəxs haraya getmişdirsə onları qarşısında görmüş və bəzi bəyanatlar vermişdir. Harold Lambın mətbuat nümayəndə­lərinə verdiyi bu bəyanatlarda:

«Türkiyə, Livan, İordaniya və İraqda olarkən oralardakı vəziyyəti araşdırdım. Bu məmləkətlərdə mövcud olan böhran­lar amerikalıları çox maraqlandırır. Orta Şərq ilə Amerika ara­sında fikir mübadiləsinin artmasına yardım etmək istəyir­dim. Amerikalılar bu gün Orta Şərq haqqında, xüsusilə də ərəb­lər haqqında keçmişdəki fikirlərini dəyişdirməkdədirlər».

Məşhur tarixçi Harold Lambin ağzından çıxan bu sözlərin mənası nə ola bilərdi? Harold Lambın bu bəyanatı qəzetlərdə çap olunduğu gün «Standard Oyl»un hissədarlarından William Alton Jones də Tehranda idi. Buradan belə bir sual çıxır. Görəsən bu şəxslərin eyni vaxtda Tehranda olması təsadüfdürmü? Mən­cə buna bir təsadüf deyə bilmərik. Əgər ortada neft olmasa idi onda deyə bilərdik.

Elə bu vaxtlarda Səud bin Əbdüləziz Səudiyyə Ərəbistanında spirtli içkilərin qəbul edilməsini qəti qadağan edən bir qərar çıxart­mış­dır. Bu qadağan qərarı dərhal neft istehsalına təsir etmişdir, yəni istehsalın həcmi aşağı düşmüşdür. Qəribə orası idi ki, bu ancaq ingilislərin nəzarətində olan neft ərazilərində olmuşdur.



Villiam Alton Jonesin İrandakı görüşlərinin nəticələri «Stan­dard Oyl»un xeyrinə olmamışdır. Baş nazir Müsəddiq amerikalı­lar­la əməkdaşlıq etməyə hələlik tələsməmişdir. Beləliklə, «Stan­dard Oyl»un İranda atdığı ilk addım müvəffəqiyyətsizliyə uğra­mış­dır.

Tehranda hadisələr yenə qızışmağa başlamışdı. İran şahının anadan olmasının otuzuncu ildönümü münasibətilə təşkil olunacaq şənliklər tudəçilərin gələcəkdə keçirəcəkləri nümayişlər nəticəsin­də baş tutmamışdır. Şahla münasibətləri gərginləşmiş olan Müsəd­diq rusların köməyi ilə ingilislərlə yaxın münasibətdə olan şaha ağır zərbə vurmağı planlaşdırmışdı.

Şahın ad günü keçirilən zamanı tudəçilərin keçirdikləri nüma­yişlər çox qanlı olmuşdur. Kommunistlər şahın ad günündə keçiri­lən şənliklərdə qan tökülməsinə nail olmuşdular. Kommunistlər tərəfindən təşkil olunmuş bu nümayişlərdə iştirak edən xalq küt­lələri «Şaha ölüm» şüarı ilə küçələrdə bağıraraq polisin və təhlü­kə­sizlik qüvvələrinin müqavimətinə məhəl qoymurdular.

İran xalqının çox bağlı olduğu şahlıq üsuli-idarəsi əleyhinə ke­çi­rilən bu qanlı nümayişlər Müsəddiqin bu idarə üsulunu tama­milə ləğv etmək məqsədini güddüyünü açıqca göstərməkdə idi. Artıq polisin bu nümayişlərin qarşısını ala bilmədikdə işə ordu qa­rışmalı oldu. Xalq yenə də küçələrdən çəkilmədi və müqavimətlə­ri­ni daha da artırdılar.

Zavallı İran neft üzündən sonu görünməyən faciələr qarşısında qalmışdı. Tehran küçələrində bu yağlı maddə üzündən, beynəlxalq toqquşmalar üzündən insanlar ölür, küçələr qana boyanırdı.

1951-ci il sentyabrın 24-də Müsəddiqin İngiltərəyə verdiyi bir notaya İngiltərə tərəfindən cavab verilməmişdir. Yəni bu nota İn­gil­tərə tərəfindən əhəmiyyətli sayılmamışdır. Artıq İngiltərə ilə İran arasında siyasi münasibətlər qısa bir müddətdən sonra kə­silmiş və ingilis diplomatları bu vəziyyət qarşısında Tehranı tərk etməyə hazırlaşaraq pasportlarını tələb etdilər. İran ilə İngiltərə arasında artıq heç bir münasibət qalmamışdı.



Müsəddiq, Tehrandakı ingilis diplomatları İranı tərk edərkən İngiltərənin baş naziri Çörçillə vermək üçün hazır­ladığı bir mək­tubu səfirə təqdim etmişdir. Ancaq səfir bu məktubu götür­mə­miş­dir. Beləliklə, Müsəddiqin İngiltərəyə çatdırmaq istə­di­yi son tək­lifi də beləcə uğursuzluqla nəticələnmişdi.

İngilis diplomatlarının Tehrandan, dolayısı ilə İrandan ayrıl­dıq­dan bir neçə gün sonra ingilislər ilk addımlarını atdılar. Bu ilk addım ortalığı alt-üst etdi. Günlərin birində solçu qəzetlərindən baş­qa İranda çıxan bütün mətbuat orqanlarının səhifələrində Rusi­yanın İranı istila etmək planları öz əksini tapdı. Ortaya belə bir sual çıxırdı: Bu xəbər mətbuata necə sızmışdır? Çünki xəbər həqiqətən də rusların İranı necə istila edəcəklərini bütün açıqlığı ilə ortaya qoyurdu.

Qəzetlər plan haqqında məlumat verərkən rusların Qafqazdan edəcəkləri hərbi müdaxilə ilə birlikdə tüdəçilərin məmləkətin hər tərəfində sabotajlar gerçəkləşdirəcəyi də bildirilirdi.

Qəzetlərin verdikləri bu qorxunc istila planları İranı bir anda alt-üst etdi. Şah dərhal baş nazir Müsəddiqi hüzuruna də­vət etdi. Ancaq Müsəddiq xəstələndiyini bəhanə edərək İranın düş­düyü belə bir vəziyyətdə şahın hüzuruna getməkdən imtina etdi.

Artıq ingilis kəşfiyyatı bu planı çap etdirməklə Rusiyanın 1942-ci ildən bəri İranda qurduğu təşkilatın bütün fəaliyyətini sıfra endirməyə nail olmuşdu.

Müsəddiqin bu hərəkəti Rza şah Pəhləviyə təsir etdi və o artıq ölkənin bir ruhi xəstənin əlində oyuncağa çevrildiyini gör­məyə başladı. Şah ilə baş vəzir arasındakı gərginlik artaraq yüksək nöqtəyə çatmışdı. Nəhayət şaha imza üçün göndərilən iki hökumət qərarnaməsi bu anlaşılmazlığı üsyana çevirən son səbəb oldu. Bu qərarnamələrdən biri İranın qətlə yetirilmiş baş naziri Razmara­nın qatali Abdulla Rasteşarın azadlığa buraxılması ilə əlaqədar idi. Digər qərarnamə isə İran dövlət xadimlərindən biri olan əski baş vəzirlərdən Qəvamüssəltənənin var-dövlətinin müsadirə edil­mə­si­nə aid idi. Şah hər iki qərarnaməni imzalamaqdan imtina etdi və hökumətə qaytardı.

Tehranda bu hadisələr cərəyan edərkən o biri tərəfdən ameri­kalı­lar da neft ixtilafını həll etmək üçün ciddi bir neçə təşəbbüs etdilər. Amerikanın Tehrandakı səfiri Loy Henderson xarici işlər naziri Dean Achesondan aldığı bir təlimatla İranda neft müza­kirələrinə başlayır. Üç gün davam edən bu görüşmədə heç bir nə­ticə hasil olmur.



Müsəddiq artıq müstəqilliyini itirmiş və rus səfiri İvan Sad­xıkovun əlində bir alətə çevrilmişdi. Amerikalılar bir anlaşma zəmini əldə edə biləcəklərinə dair olan son ümidlərini də beləcə itirdilər.

Ruslardan dəstək alan Müsəddiq planlarını axıra qədər davam etdirməkdə qərarlı idi. Bundan sonra ruslar Orta Şərqdəki fəaliy­yətlərini daha da artırmışdılar. Orta Şərqdə vəziyyətin ağırlığı göz qabağında idi. Hər an İrana rus müdaxiləsi gözlənilirdi. Qərb dövlətləri gözlənilən təhlükənin qarşısını almaq üçün rusların hərbi qüvvələrinə qarşı hərbi qüvvələrlə çıxmağı qərara aldılar. Onlar dərhal qərarlarını reallaşdırmağa tələsdilər, yəni Aralıq dənizindəki 6-cı amerikan donanmasının 16 gəmisindən ibarət bir donanma İstanbula göndərildi. Aralarında dünyanın ən qüdrətli hərbi gəmi­lə­rindən biri olan “Des Moins”in də daxil olduğu eskadriya İs­tan­bul limanında lövbər saldı.

Güclü donanmalar daima neft ixtilafının davam etdiyi bölgə­lərdə və ya ona yaxın məntəqələrdə dolaşırdılar. Donanmalar neft istehsalçılarının mənfəətlərini qorumaq üçün yenə hərəkətə gəti­ril­miş­di. Çünki neft olmadıqca bu hərb maşınlarının hərəkət etmələri qeyri mümkün idi. Neft istehsalçıları arzuladıqları anda donan­ma­lar hərəkətə keçməyə məcburdu.

Rus təzyiqinin İranda kuliminasiya nöqtəsinə çatdığı anda dünyanın gözləri Orta Şərqdən Orta Avropaya çevrilmişdi.

Üç böyük dövlətin gizli kəşfiyyat orqanları gözəgörunməz mübarizə apararaq öz dövlətlərinə ən əlverişli imkanları yaratmaq üçün qüvvə sərf edirdilər.

Orta Avropada qarışıqlıqlar çıxmışdı. Çexoslovakiya və Ma­carıstanın kommunist idarəçiləri Rusiyanın israrlı tələbi ilə mil­li qüv­vələrə divan tutdular. Rusiyanın Dövlət Təhlükəsizliyi Ko­mi­­tə­sinin (DTK) əmri ilə bu iki dövlətin yüksək vəzifəli şəxsləri, xü­susilə Çexoslovakiyanın dövlət xadimlərindən Slanski Kle­mentsQanimer həbs olunmuşdu. Macarıstanda isə milli qüv­vələrin küt­lə­vi həbsləri keçirilirdi. Qarşıya belə bir sual çıxır: Orta Av­ropada baş verən bu hadisələr görəsən təsadüfənmi baş ver­miş­di?

Orta Şərqdə ən nikbin insanların da qəbul etdikləri bir mü­ha­ri­bə havasının yaşandığı zamanlarda Orta Avropadakı bu hadisələri sadəcə təsadüf kimi anlamaq çox səhv fikir olardı. Bu ölkələrdə baş vermiş hadisələr Rusiyanın İran üzərindəki təzyiqlərini zəif­lətmək üçün törədilmiş ola bilərdi. Bu qarışıqlıqları törədən gizli kəş­fiyyat orqanlarının – İngiltərənin Engelidans Servisinin və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) - işi olduğunu da eh­ti­mal etmək olardı.

Çexoslovakiya və Macarıstandakı həbslər hələ bitməmiş, Orta Şərqdə neft ölkəsi olan İraqda dövlət çevrilişi baş verir və bir ge­ne­ral hakimiyyəti ələ alır. General Nurəddin Mahmudun ha­ki­miy­yəti ələ alması tam zamanında baş vermişdi. Çünki ordunun İraq­da idarə etməni ələ aldığı gün Bağdadda və ölkənin digər şə­hərlərində İngiltərə əleyhinə nümayişlər başlamışdı.

Rusiyanın İraqdakı siyasəti də iflasa uğramışdır. Yəni, hadi­sə­lər ingilislərin xeyrinə cərəyan etmişdir. General Nurəddin Mah­mud ilk andan partiyaların fəaliyyətini qadağan etdi və ingilislərin əleyhinə fəaliyyət göstərən minlərlə adamı həbs etdirdi. İraq sanki səyyar bir həbsxanaya dönmüşdü. İraqın Qahirədəki səfiri isə ölkə­sində cərəyan edən hadisələr haqqında mətbuata geniş məlumat ver­miş və İraqdakı qarışıqlıqların kommunistlər tərəfindən plan­laş­dırıldığını bildirmişdir. Səfir, general Nurəddin Mahmudun ida­rə­etməyə müdaxiləsinin kommunistlərin ölkələrini bir vətəndaş mü­haribəsinə sürükləmək planlarının qarşısını almaq məqsədi ilə edildiyini də bildirmişdir.

Ruslar İranı ələ keçirmək istədikləri zamanı Çexoslavakiya və Macarıstan hadisələri ilə qarşılaşmışdır. Lakin Rusiyanın Dövlət Təhlükəsizlik Komitəsi (DTK) bu məmləkətlərdəki məğlubiyyətini həzm edə bilməmiş, əvəzini İraqda çıxmaq istəmişdi. Təbii ki, «Stan­dard Oyl» da İraqda DTK-nın fəaliyyətini dəstəkləmişdir. İngilislər həm rusların, həm də ame­rikalıların İraqdakı fəaliy­yət­lərini öyrəndikdən sonra dərhal hərəkətə keçərək İraq Ordusunun Baş Qərargah rəisi general Nu­rəd­din Mah­mudu hakimiyyətə gətirdilər. Vəliəhddən də razılıq alı­nmışdı.

İngilislərlə amerikalıların arasındakı münasibətlər də gərgin­ləş­mişdi. Buna baxmayaraq İngiltərə də, Amerika da qərb dövlət­lə­rinin təhlükəsizlik sisteminin zəiflədilməsinə imkan verməməyə çalışırdılar. Ancaq bütün bu münasibətlərə baxmayaraq İngiltərə ilə Amerika arasındakı anlaşılmazlıq 1952-ci ilin dekabrında daha da gərgjnləşdi.

Bu anlaşılmazlığa səbəb olaraq amerikalıların Orta Şərqdə və Avropada qarşılaşdıqları neft sıxıntısı göstərilə bilər. İngilislər İrandan və İraqdan ame­ri­ka­lılara neft satılmasında çətinliklər yara­dırdılar. Amerika neft is­təyirdi və bu səbəbdən də ingilislərə təzyiq edirdi.

İngilislər gözlərini dörd açmışdılar. Orta Şərqdə cərəyan edən hadisələrin arxasında «Standard Oyl»un ruslarla birlikdə çalış­dıq­larını da təsbit etmişdi.

Bundan sonra da İngiltərənin xarici işlər naziri Mr.Anthony Eden bütün dünyaya ingilis hökumətinin «Anglo İranian» şir­kə­ti­nin haqlarını qoruyacağını və İrandan amerikalılara neft sat­ma­ya­caq­larını bildirirdi.



Bu nə deməkdir? İngiltərə ilə Amerika arasında müştərək düşmənə qarşı qurulmuş olan birlik və bərabərlik harada qal­mışdı? Bu və bunlara bənzər sualların sayını çoxaltmaq müm­kün­dür. Ancaq bütün bu mümkün olan sualların da cavabsız qal­ma­sı qəbul ediləndir. Çünki ortada bəhs mövzusu olan şey neftdir. Əgər neft olmasa idi, əslində iki dost və müttəfiq arasında bir an­la­şıl­mazlıq çıxmazdı.

Mr.Anthony Edenin bu sözləri Amerikada olduğu kimi başa düşülmüşdü. Artıq Amerikada iqtidara Harri Tramenin yerinə general D.Eyzenhauer gəlmişdir. O, İngiltərənin xarici işlər nazi­rinin verdiyi bəyanata cavab olaraq 1952-ci ilin sonunda İngiltə­rəni dəstəkləyəcəklərini bildirmişdir. Ancaq Amerika prezidenti­nin bu bəyanatına baxmayaraq «Standard Oyl» İran nefti üçün həyata keçirmək istədiyi fikirlərindən əl çəkməmişdir.

Amerikaya neft lazım idi. Bu neft də İngiltərənin əlində idi. İngiltərədən neft almaq üçün Amerikanın Xarici İşlər Nazirliyinin məsul işçisi Paul Nitze 1952-ci ilin dekabr ayında Londona gə­lə­rək müzakirələrə başlamışdı. Bu gəlişin məqsədi «Standard Oyl»­dan neft almağa nail olmaq idi. Onun cibində isə «Standard Oyl»un Abadandakı bütün neft təsislərini satın almaq üçün üç milyard dollarlıq bir çek də var idi. Anthony Eden bunu bildiyi üçün amerikalılara neft satmayacağını bildirmişdi. Elə bu sə­bəbdən də Paul Nitze Londonda soyuq qarşılandı. O, eyni vaxtda həm Xarici İşlər Nazirliyinin əməkdaşları ilə, həm də Deterdinqin adamları ilə görüşərək neft əldə etmək istəyirdi.



Paul Nitze Amerika xarici işlər naziri Dean Achesonun İngil­tərənin xarici işlər naziri Anthony Eden ilə Parisdə neft məsələ­sini müzakirə etmək üçün görüşəcəkləri tarixə qədər Londonda qal­mağa çalışırdı. O, 1952-ci il dekabrın 15-də Fransada başlayan müzakirələrdə iştirak edəcək Amerika nümayəndə heyətinə qoşul­maq üçün Parisə getdi.

Amerikalıların İran neftini satın ala bilmək məqsədi ilə təşkil etdikləri bu konfrans özünəməxsusluğu ilə seçilirdi. Burada ortaya belə bir sual çıxır: Amerika hökuməti İran neftini kimin hesa­bına almaq istəyirdi? Paul Nitzenin cibindəki 3 milyard dollarlıq çek «Standard Oyl»a məxsus idi. Amerika hökuməti Rokfeller qrupu adından hərəkət edir və bu trest üçün nefti satın almaq is­təyirdi. Neft dünyanın ən böyük dövləti olan Amerikanı da özünə ram etmiş və neft istehsalçılarının xidmətinə soxmuşdu. İngiltərə­nin xarici işlər naziri Anthony Eden Parisə gedərək həmişəki kimi yenə də xeyr demişdir. Paris konfransı başlamadan sona çatmışdır. Paris konfransından bir neçə ay keçsə də İranda heç bir dəyişiklik baş verməmişdir. Amerikalılar ingilislərdən İran neftini satın ala bilməmələrindən o qədər də pərt olmadılar və nə vaxtsa ala bilə­cək­ləri fürsəti gözləməyə daha çox üstünlük verdilər. Ancaq bu gözləmək prosesi çox sürmədi. Amerika prezidenti D.Eyzenhauer «Standard Oyl»dan aldığı bir tapşırıqla ingilis hökumətinə ən yüksək səviyyədə görüşün keçirilməsi təklifini etdi.

İngiltərənin baş naziri Çörçill Amerika prezidentinin təklifini müəyyən şərtlər daxilində qəbul etdi. Görüş Amerika tərəfdən prezident D.Eyzenhauerin, İngiltərə tərəfdən isə Çörçillin başçı­lıq etdiyi nümayəndə heyətinin arasında Vaşinqtonda keçirilməli idi. İkinci Dünya müharibəsinin iki müzəffər və ən böyük dövlət xadimi İran neftini müzakirə etmək üçün qarşı-qarşıya gəlmişdilər.

Amerikalılar bir dünya müharibəsi baş verməsinə səbəb ola biləcək İran neft ixtilafını, ancaq ingilislərin bu nefti amerikalılara satdıqları zaman həll edilmiş olması fikrini irəli sürür və fikir­lə­rində israr edirdilər. Amerikalılar burada da xeyr cavabı eşitdilər.

Şübhəsiz istər Paris, istər Vaşinqton görüşmələrindəki rəsmi nü­mayəndə heyətlərinin arxasında neft istehsalçıları vardı və onların iradələri burada hakim idi.

1953-cü il «Standard Oyl» şirkəti ilə «Royyal Datç-Şell Qrup»un mücadiləsi ilə başladı. Bu iki trest arasında İkinci Dünya müharibəsi zamanı, yəni 1943-cü ildə imzalanmış on illik müqavi­lənin vaxtı bitmək üzrə idi. Ancaq «Standard Oyl» bu müddətin sona çatmasını gözləmədən mücadiləyə başlamağa üstünlük verdi. Vaşinqton konfransının sonunda mətbuat nümayəndələrinin sual­ları­na İngiltərənin baş naziri Çörçill cavab verməkdən imtina et­miş və sadəcə «konfrans məhrəm mövzuları müzakirə etmiş­dir» demişdir.



Çörçillin bu sözü konfransda nələrin danışıldığını açıq-aydın ortaya qoymaqdadır. Məhrəm olan şey nə idi? 1953-cü ildə dün­yanın başında neftdən başqa hansı bir qayğı vardı? Əlbəttə başqa şey düşünülə bilməzdi və Vaşinqton görüşünün mövzusunun neft olduğu rahatca söylənilə bilərdi.

İki dövlət xadimi bu görüşdə İran neftini və bu ixtilafın gə­ləcək nəticələrini müzakirə etmişdilər. Şübhəsiz ki, Amerika İran neftinin «Standard Oyl»a satılmasını tələb etimşdir.

1953-cü ildə İranda hər an hansısa bir hadisənin baş verməsi gözlənilirdi. İranın müxtəlif şəhərlərində kommunistlərin təhrik et­dikləri xalq kütlələrinin nümayişləri ilə təhlükəsizlik qüvvələrinin arasında qanlı toqquşmalar baş verdiyi zaman şah ilə Müsəddiqin münasibətləri də kəskinləşirdi. Rusiyanın İranı istila etmək pla­nının qəzetlərdə çap olunmasından sonra xalq kommunistlərə və onların tərəfdarlarına qarşı mübarizəyə başlamışdı. Zavallı İran kommunistlərlə antikommunistlərin qarşı-qarşıya gəldikləri bir müharibə meydanı halına gəlmişdi.

Müsəddiq kommunistlər əleyhinə nümayişlərin şah tərəfindən təşviq edildiyini anlayır və hər an baş verməsi gözlənilən ixtilal ilə birlikdə özünün də yox olacağını hiss edirdi. Elə bu səbəbdən də o şa­­ha qarşı açıq şəkildə mübarizə etməyə qərar verir. Müsəddiq artıq İranda heç bir qüvvəni tanımır və heç kimsəyə hesabat vermirdi. O, şahı nüfuzdan salmaq üçün əlindən gələni edirdi. Ha­disələrin belə bir istiqamətdə cərəyan etdiyi bir vaxtda bütün İranı yerindən oy­na­dan və Müsəddiqi də şoka salan bir hadisə baş verdi. Yəni, 1953-cü il aprelin 4-də Tehranın polis rəisi general Mahmud Əfşartus yoxa çıxdı. Bu xəbərin xalq arasında yayılmasından bir az sonra onun qaçırıldığı aydın oldu. Xalqı bir-neçə sual düşündürürdü. Bu hadisə necə olmuşdur? Onu qaçırmağa kim cürət edə bilərdi? Tehran­da olan çoxlu sayda polisin və ordunun arasında bir polis rəisi necə qaçırıla bilərdi? Ancaq bütün bunlara baxmay­a­raq qaçırılma hadisəsi baş vermişdi. Bu hadisədən dörd gün sonra onun cəsədi tapılmışdır. O boğularaq öldürülmüşdür. Müsəddiq bütün təhlkü­sizlik qüvvələrini hərəkətə gətirmişdi. Necə olursa-olsun qatillər tapılmalı idi. Ancaq minlərlə tehranlı sorğu-suala tutulsalar da, heç bir nəticə əldə olunmamışdır. Müsəddiq rusların kəşfiyyatçılarının qüvvəsindən istifadə etdisə də, yenə generalın öldürülməsində əli olanları aşkar edə bilmədi. Müsəddiq şahı taxtdan salmaqda qərarlı idi. O, İran radiosundakı çıxışında şahı ittiham edərək belə söylədi: «Şah mənim həyatıma sui-qəsd plan­ları təşkil etməkdədir. Bir xarici ölkədən aldığı dəstəklə bunu reallaşdırmaq istəyir. Bu­rada şahın Avropada yaşayan bacısı Əşrəfin də əli vardır».

Müsəddiq bu bəyanatı ilə ruslarla birlikdə olduğunu bir daha ortaya qoyurdu. Müsəddiqin bu sözlərinə xalq o qədər də inan­mır­dı. Ancaq onun bu ittihamedici sözləri az da olsa işə yaramışdı.

Rusiyanın isti dənizlərə çıxması üçün ən qısa yol İrandan ke­çir­di. Amma ora da ingilislərin əlində idi. İngilis gizli xidmət or­qan­ları Rusiyanın bu niyyətlərinə sədd çəkən ən böyük maneə idi.

Onu demək olar ki, İngiltərənin Entelijans Servisinin ən güclü təşkilata sahib olduğu yer Şərqi Ağdəniz ərazisi və buna qonşu olan ölkələr, xüsusi ilə də Ərəbistan yarımadası idi. Onların bu ərazilərdə xüsusi xidmət təşkilatlarını qurmaqda haqlı idilər. Çünki ingilis neft imperiyasının bütün mənbələrinə gedən yollar buradan keçirdi. Bundan başqa Entelijans Servis sahib olduqları İran və İraq neftini heç kəsə verməməkdə qərarlı idilər. Onlar bu ərazilərə qarşı iddia ilə çıxış edən dövlətləri də susdurmaq üçün əllərindən gələni edirdilər. Bir-birinin ardınca baş verən hadisələr də bunu sübut etməkdə idi.

Rusiya Müsəddiqə təzyiqini getdikcə artırırdı. Ruslar bir tərəfdən milliləşdirilən neftə sahib olmaq istəyir, o biri tərəfdən də Müsəddiqi Qərb dövlətləri ilə müzakirələrə, dolayısı ilə milliləş­dirməni qəbul etdirə biləcəyi müzakirələrə məcbur edirdi. Rusların gözlədiyi bu idi. Onlar neft ixtilafında Qərb dövlətlərinin milliləş­dirməni qəbul etmələrini gözləyirdilər.

Əgər Qərb dövlətləri milliləşdirməni qəbul edərlərsə rus ordu­su böyük bir ehtimalla İrana hücum edəcəkdi. Belə bir vəziyyətə qarşı rusların reaksiyası sərt olmayacaq və ruslar İranda yerlə­şə­cək­lər.

Rusiyanın İrandakı səfiri Müsəddiqə istehsal edilən neftin sa­tış qiymətini aşağı salmağı təlqin etmiş və nəticədə buna müvəffəq olmuşdur. Müsəddiq neftin qiymətini endirməyi qəbul etmiş və yeni qiyməti dünya neft qiymətlərinin yarısına endirmişdi. Yəni 50% endirmə olmuşdur. Bu neft bazarında qorxunc bir dempinqdi (rəqabət məqsədilə xarici bazarlarda malların öz dəyərindən ucuz qiymətə satılması – Tərtibçi).



Müsəddiqin qərarı Qərb dövlətlərində bomba kimi partladı. Onlar belə qərarı gözləmirdilər. Müsəddiq neft qiymətində bir dem­pinq etməsinə baxmayaraq ruslar İran neftini almaq istəmə­dilər. Ancaq İran nefti də müştərisiz qalmadı. Yeni alıcılar Yapo­ni­ya ilə Amerika idi.

«Standard Oyl» 1926-cı ildə ruslarla birləşərək ingilislərə qar­şı oynadığı oyunun eynisini indi – 1953-cü ildə İranda təkrar oy­nayırdı. Tarix təkrar olunur deyirlər. 1926-cı ildə olduğu kimi indi də İran nefti uğrunda gedən mübarizədə Amerika ilə İngiltərə arasındakı münasibətlər kəskinləşmişdi.

«Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» arasında başla­yan mübarizə qızışır və buraya dövlət xadimləri də qoşulurdular. Bunun ən yeni təzahürü də Amerikanın yeni xarici işlər naziri Foster Dallesin verdiyi bir bəyanatda da görünməkdə idi.

Foster Dalles bu bəyanatında diqqət mərkəzində olan böl­gələrdən bəhs edir və bu bölgələrlə çox yaxından maraqlandıq­larını açıqca ifadə edirdi. F.Dallesin bəhs etdiyi bölgələr isə ingilis neftinin olduğu ərazilərdir.

F.Dulles bu bəyanatında belə deyirdi: «İndiyə qədər Tür­kiyə­nin cənubuna və şərqinə daxil olan bölgələr maraq dairə­mizdədir. Ancaq bundan sonra işlər düzələcəkdir».

Amerika xarici işlər naziri Foster Dulles bu sözləri ilə nəyi göstərmək istəyirdi? Amerikanın nöqteyi-nəzərinə görə düzəl-məsi tələb olunan işlər hansılardır? Türkiyənin cənubunda və şərqində qalan bölgələrdə “D’Arcy qrup” ilə «Anglo Persian» və «The Irak Petroleum Company» vardı. İstər İran, istər İraq neft sahələri ingilis hökumətinin deyildir. Bu sahələr İngiltərə Dəniz Birinci Lordluğu ilə dünyanın ən sirli təşkilatı olan Enteli­jans Servisə məxsusdur.

Amerika xarici işlər naziri Foster Dalles 1953-cü il mayın 18-də verdiyi bu bəyanatından 25 gün sonra da bəyanatının gücünü artırmaq üçün ilk addım atır və Amerikanın xarici yardım mis­si­yasının başçısı Harold Stassen ilə birlikdə Ankaraya gələrək türk hökuməti ilə müzakirələrə başlayır. Hələ bu müzakirələrin başlanmasından bir neçə gün əvvəl, yəni 1953-cü il mayın 30-da Rusiyanın Türkiyəyə bir nota verməsi hamıya məlumdur. Ameri­kanın xarici işlər naziri F.Dallesi Türkiyənin bu notaya çox soyuq­qanlıqla yanaşması çox təəccübləndirmişdi. Hamıya məlum olan bu notanın məzmunu hökumət tərəfindən açıqlanmamışdı. Qarşıya belə bir sual çıxır: F.Dallesin Ankaraya səfəri bu nota ilə əlaqə­dardırmı? Bu xüsusda hər hansı bir fikir söyləmək çox çətindir. Amerika Türkiyənin timsalında Orta Şərqdə özünə sağ­lam bir müttəfiq əldə etmək istəyirdi.

1953-cü ilin iyun ayında Rusiyanın İrandakı səfiri İvan Sadxi­kov Moskvaya bir neçə dəfə səfər etməli olur. Bu səfərlər zamanı İranın əleyhinə nə isə bir planın cızılması şübhəsiz idi. Rusiya dünya üçün təhlükəli bir yol tutmuşdur.

Orta Şərqdə mühüm bir neçə hadisənin baş verəcəyi gözləni­lirdi. Türkiyəyə verilən rus notası bu mühüm hadisələrin bir baş­lan­ğıcı sayıla bilərdi. Bu səbəblə Türkiyənin xarici işlər naziri Fuad Köprülü beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmək üçün Türkiyənin İngiltərədəki, Amerikadakı və Fransadakı səfirlərini iyulun 2-də Ankaraya dəvət etdi.

Rusiyanın Tehrandakı səfiri İvan Sadxikovun Moskvaya bir neçə dəfə gedib-gəldiyi, Rusiyanın Türkiyəyə nota verdiyi, Ame­rikanın xarici işlər naziri Foster Dallesin Ankarada olduğu və nəhayət Türkiyənin dünyanın üç ən böyük dövlətindəki səfiri­nin Ankaraya dəvət edildiyi bu günlərdə dünyanın gözü bir başqa məmləkətə yönəldi.

Əvvəllər də Rusiyanın İranda reallaşdırmaq istədiyi planlarını həyata keçirmək ərəfəsində Macarıstanda və Çexoslovakiyada baş verənlər rusların fəaliyyətini ləngitmişdi. İndi də belə olur, yəni Pol­şada baş verənlər rusların İranla bağlı siyasətlərini yenə də ifla­sa uğradır.

Polşada fəhlələr kommunist üsuli-idarəsinə qarşı üsyan qaldı­rır­lar. Onlar azadlıq istəyirdilər. Rusiyanın boyunduruğunu qəbul etmək istəmirdilər. Onlar hələ Birinci Dünya müharibəsindən son­ra rusların hegemonluğundan xilas olsalar da, İkinci Dünya müha­ri­bəsində yenidən Rusiyanın nəzarətinə keçdilər. Polyaklar bunun­la razılaşa bilməyib yenidən üsyan qaldırmışdılar. Müvəqqəti də olsa uğur qazanan polyaklar rusların müdaxiləsi nəticəsində yeni­dən kommunistlərin əsirinə çevrildilər. Bu hadisələr rusların İrana müdaxiləsinə imkan verməmişdir.

İranda vəziyyətin kuliminasiya nöqtəsinə çatdığı bir za­manda Polşada baş verənlər bir təsadüfdirmi? Heç zənn et­mi­rik. Çünki neft mövzusunun gündəmdə olduğu və bu səbəb­dən bir müharibənin hər an baş verə biləcəyi anda Rusiyanın monopoli­ya­sına daxil olan Polşada üsyanın baş verməsi heç də təsadüfə oxşa­mır. Rusiya Çexoslovakiya və Macarıstan üsyanlarında olduğu kimi, Polşa üsyanında da ciddi bir zərbə yemiş və bir müddət neft istehsalçılarını rahat buraxmağa məcbur olmuşdur.

Deterdinq boş durmur, əlinə imkan düşdükcə zərbəni vurur və neft mövzusunda hər hansı bir güzəştə getmək fikrində olmadığını göstərirdi.

Rusiya Polşadakı fəhlə üsyanını yenicə yatırmışdı. Artıq İran ilə məşğul ola bilərdi. Ancaq, gözlənilmədən Rusiyanın daxilində baş verən hadisələr dünyanı heyrətə saldı. Stalin vəfat etmiş və yerinə Malenkov – Bulqanin - Mikoyan qrupu gəlmişdi. Stalinin baş qəssabı Beriya isə hələ də Rusiyanın təhlükəsizlik orqanlarına rəhbərlik edirdi. Tezliklə bu yeni hakimiyyət tərəfindən Beriya həbs olunaraq güllələndi və Stalinin bir çox tərəfdarları dövlət və hökumət orqanlarından uzaqlaşdırıldılar. Bir çoxları isə ciddi cəza­landırıldı.

Polşa üsyanı kimi, Beriyanın da güllələnməsi, Rusiyada geniş həbslər keçirilməsi təsadüf deyildi. Bütün bu hadisələr neft ilə sıx bağlı idi və İngiltərənin Entelijans Servisinin planı olduğu israrla söylənilməkdədir.

Bir şey diqqəti çəkməkdədir. O da istər kommunist blokuna daxil olan ölkələrdə, istərsə də Rusiyanın daxilində baş verən ha­disələr daima Rusiyanın İrana müdaxilə etməyə qərar verdiyi vaxt­larda özünü göstərmişdir. Buradan belə bir qənaətə gəlmək olar ki, elə bir qüvvə vardır ki, Rusiyanı rahat buraxmayır, onu daima məş­ğul edəcək bir neçə ciddi hadisələr hazırlayırdı. Bu qüvvə neft ətrafında baş verən mübarizə qasırğasını bilənlər üçün bilinməyən bir gercək deyildi. Tacsız neft kralları hər şeyə hakim vəziyyətdə idilər. Deterdinq isə bu tacsız kralların başında bir imperator ola­raq otururdu. Rusların hərəkət etmək istədikləri hər hansı bir anda onların planlarını pozan qüvvə Entelijans Servis idimi? Bəlkə də... Ancaq bu xüsusu da etiraf etmək lazım­dır ki, İkinci Dünya mübarihəsindən sonra ingilislərin dünyanı Rusiyanın mə­şum planlarından bu təşkilat sayəsində bir neçə dəfə xilas etdik­lərini mübaliğəsiz deyə bilərik.

Rusiyanın daxilindəki hakimiyyət dəyişikliyindən sonra xarici siyasətində də bir neçə manevrlər baş verdi. Rusiya hər şeydən əvvəl Türkiyəyə qarşı siyasətində dəyişikliklər etməyin vacibliyini anladı. Bu məqsədlə mayın 30-da Rusiya tərəfindən Türkiyəyə ve­rilən notanın mətni Moskvada açıqlandı. Burada ruslar Türkiyəyə sülh təklifi edirdilər.

1953-cü il mayın 30-da Moskvadakı türk səfirinə təqdim olu­nan notanın məzmunu aşağıdakı kimi idi: «Boğazlar məsələsində Sovet hökuməti əvvəlki nöqteyi-nəzərini yenidən gözdən keçir­miş və Türkiyənin də münasibətini qəbul etmişdir. Bu səbəb­dən də sovet hökuməti SSRİ-nin Türkiyəyə qarşı heç bir tor­paq iddiasında olmadığını bəyan edir».

Ruslar bu nota ilə Türkiyədən torpaq tələbləri olmadığını söyləyərkən Stalin üsul-idarəsinin Türkiyəyə mövqelərini də qəbul etmədiklərini ifadə etmək istəyirdilər. Bu Türkiyəyə Rusiyanın bir sülh təklifindən daşqa bir məna ifadə etmirdi. Ruslar bu siyasətləri ilə İran neft ixtilafında açıqca qərb dövlətlərini tutan və bu arada İran ilə İngiltərə arasında vasitəçilik edən Türkiyəni müttəfiqlərin­dən ayırmağı düşünürdülər. Ancaq Rusiyanın yeni rəhbərliyinin bilmədiyi bir həqiqət vardı. Türkiyəyə verilən nota bu xüsusu açıq­ca ortaya qoymuşdu. Onlar bilmirdilər ki, Türkiyə hökuməti ilə bir­likdə türk ictimaiyyəti rus diplomatiyasına dünyada başqa heç bir dövlətin anlamayacağı qədər agah idilər. Türk millətinin və hö­kumətlərinin rus siyasətinə bu münasibəti 350 ildə 12 dəfə ölüm-qalım mücadiləsi aparan bir millətin nifrətindən doğmaqda­dır.

Yeni rus notası Türkiyəyə verildikdən bir neçə gün sonra dörd qərb dövləti İranın neft anlaşılmazlığını həll etmək üçün bir araya gələrək müqavilə imzalamağı qərara aldılar. Rusiya da bu konfran­sa dəvət edilsə də yeni rus rəhbərliyi Qərb dövlətlərindən gələn bu təklifi rədd etmişdi. Rusiyanın Bermuda konfransını rədd etməsi bu dövlətin İran neft ixtilafını sülh yolu ilə həll etmək niyyətində olmadığını göstərmişdi.

Rusların Bermuda konfransını tanımadıqlarından sonra İstan­bul limanına doqquz gəmidən ibarət qüdrətli bir Amerika donan­ma­sı gəlir və Dolmabaxça sarayının önündə lövbər salır.

Admiral Cassadynın komandanlığındakı bu donanmanın İs­tan­bula gəlmələri ilə birlikdə ingilis hərbi gəmilərinin müxtəlif tarix­lərdə Türkiyəyə gəlmələri Rusiyanı yeni təşəbbüslərə əl atma­ğa sövq edir. Rusiyanın yeni təşəbbüslərini Türkiyəyə siyasi təca­vüz kimi qəbul etmək olar.

Ruslar donanmaların gəlişi ilə əlaqədar olaraq Türkiyəyə yeni bir nota təqdim etmişdir. Ruslar bu notada Türkiyə hökumətindən bu donanmaların gəlməsinin səbəblərini və məqsədlərini bilmək istəyirdilər. Eyni zamanda uzun müddət Moskvada olan Rusiyanın Türkiyədəki səfiri Lavrişev dərhal Ankaraya gələrək vəzifəsinə başlamışdır.

İstanbula qüdrətli bir Amerika donanmasının gəlməsi, Rusiya­nın türk hökumətinə bununla bağlı verdiyi notalar da göstərir ki, Rusiya İran nefti haqqında güddükləri niyyətlərindən əl çəkməmiş­dir. Hər an İrana müdaxilə etmək üçün fürsət gözləyən Rusiya İran nefti ixtilafında mühüm rol oynayan Türkiyəyə gələn donanmala­rın ona təhlükə törətdiyini görürdü. Türkiyə sanki İran nefti ix­tilafının yeni mərkəzi halına gəlmişdi.

Dünya narahat bir anlar yaşayırdı. İran nefti yenə dünya sülhü­nü hədələməyə başlamışdı. Görəsən İran nefti yeni bir ixtilafa, silahlı bir mücadiləyə səbəb olacaqdırmı? Neftin olduğu hər yerdə, hər şey düşünülə bilər və ona görə də qərarlar qəbul olunur­du. Əgər Qərb dövlətləri müəyyən tədbirlər görməsələr idi, Rusiya çoxdan İrana girərək nəinki neftli ərazilərə, həmçinin isti dənizlərə də sahib olardı.

İstanbul limanlarında lövbər salan Amerika donanması bir-ne­çə gündən sonra Türkiyə sularını tərk etdilər. Bir müddət sonra da İngiltərənin Commenwealthinə daxil olan Hindistan donanması Tür­­kiyənin məhəlli sularında lövbər salmışdır. Vitse-admiral N.V.Dis­­kinsonun komandanlığı altında olan bu donanma “Dehli” kreyseri ilə birlikdə dörd esminosdan ibarətdi.



Bismarkın təbiri ilə Rusiyadakı sarayın qapısı olan boğazların sahibi Türkiyə müttəfiqləri tərəfindən daima xatırlanır və türk su­ları güclü donanmaların daima manevrlərinə səhnə olurdu.

Donanmaların Türkiyə sularına daxil olduqları günlərdə «Stan­dard Oyl» şirkəti ilə «Royyal Datç-Şell Qrup» arasında bir müqavilə imzalamış və neft qiymətlərinə əlavələr edilmişdir. Bun­dan sonra «Anglo İranian» ilə «Golf Oyl» neft şirkəti arasında da müqavilə bağlanmış və neftin qiyməti çəllək başına 25 sent artı­rılmışdır. Şirkətlərinin neftə etdikləri əlavələr Küveytdə isteh­sal ediləcək neftə şamil olunacaqdı.

Şirkətlərin neftin qiymətinə əlavələr etdikləri və donanmaların İstanbul limanlarında lövbər saldıqları bu günlərdə Koreyada atəş­kəs müqaviləsi imzalandı. Bu atəşkəs müqaviləsi ilə əlaqədar ola­raq Amerika prezidenti Eyzenhauer bir bəyanat verir və «Tək bir müharibə sahəsindəki atəşkəs müqaviləsi dünya sülhü demək deyildir» deyir. Eyzenhauerin bu bəyanatının məzmunu aydındır. Bu bəyanat Rusiyaya bir xəbərdarlıq idi. Çünki Koreya­da sülh müqaviləsi imzalanmış, ancaq Orta Şərq qaynayırdı. Hər an İran nef­ti ixtilafı üzündən müharibə baş verə bilərdi. Ruslar Çexos­lovakiya, Macarıstan və Polşada baş verənlərdən şübhələn­mişdi­lər. İndi növbə onlara gəlib çatmışdı. Ruslar hərəkətə keçmə­yə qərar vermişdilər. Avropanın ölkələrində fəaliyyət göstərən Kom­­munist Partiyaları Rusiyanın nəzarətində idi. Rusiya bu par­tiya­lardan vasi­tə olaraq istifadə edərək həmin ölkələrdə qarışıq­lıq­lar törətməyə cəhd etdi. Fransada İhorezin sədrliyi altında təşkil olunmuş tətillər Fransada böyük hərc-mərclik yaratdı. İtaliyada isə Tolyattinin kom­munist yoldaşları bir hökumət böhranı yaratmağa nail oldular. Ancaq müttəfiq dövlətlər də boş durmurdular. Onlar, Rusiyanın Avropadakı kommunist partiyalarının törətdikləri hadi­sə­lə­rin əsas səbəbini bilir və buna görə də əks-tədbirlər görürdülər.

Tətillər və hökumət böhranları Fransa və İtaliyanı sarsıtdığı za­man İngiltərənin Ağ dənizdəki donanmasının komandanı lord Luis Montbattenin tabeçiliyindəki 22 gəmidən ibarət çox güclü bir ingilis donanması da İstanbulun limanlarına daxil olurdu.

İngilis donanması İstanbula gəldikdən iki gün sonra donanma komandanı Luis Montbatten Türkiyənin rəhbərləri ilə görüşlər ke­çir­mək üçün Ankaraya gedir. İngilis admiralı Ankarada baş nazir Adnan Mendereslə və digər səlahiyyətli şəxslərlə görüş­müş­dür.

İngilis donanmasının İstanbul sularına daxil olmasını bəhanə edən Rusiya dərhal hərəkətə keçdi və Moskvadakı türk səfiri Ru­siyanın xarici işlər nazirinin müavini Zorinin yanına dəvət edildi.



Zorin Türkiyənin Moskva səfirindən İngiltərə və Amerika do­nanmalarının tez-tez Türkiyənin limanlarında lövbər salmala­rı­nın səbəbini soruşdu və bir nota təqdim etdi.

Təbii ki, bu rus notası da əvvəlkilər kimi Türkiyəyə o qədər də təsir etmədi və Rusiyaya donanmaların Montreaux müqaviləsinin maddələrinə görə və 15 gün əvvəldən xəbər vermək şərti ilə Tür­kiyəyə dostanə səfərlər etdiklərini bildirdi.

Ruslar heç bir fürsəti gözdən qaçırmırdılar. Onlar Tehrandakı səfirlərini dəyişdirərək yerinə üsyan və inqilablar törətməkdə bö­yük təcrübəsi olan Lavrentsevi təyin etdilər. Bu şəxs sonralar Tür­kiyədə də səfir olmuşdur. Bu təyinatdan rusların İranda gələcəkdə hərəkətə keçəcəklərindən xəbər verirdi. Yeni rus səfiri Tehrana gələr-gəlməz dərhal fəaliyyətə başladı. Elə gün olurdu ki, o gündə iki dəfə baş nazir Müsəddiqin yanına gedərək ona nəyi necə et­məyi bildirirdi. Bu görüşlərdən də anlaşılırdı ki, ruslar Müsəddiqi bir məmur kimi idarə edir, istədiklərini ona qəbul etdirirdilər.

Artıq Moskvanın rəhbərləri səviyyəsində İrana daxil olmaq qə­rarını qəbul etmək üçün bir iclasa yığışdıqları zaman Ege dəni­zin­də müştərək türk-ingilis donanması da manevrlərə başladı. Bütün bunlar neft məsələsinin ortada olmasından irəli gəlirdi. Rus­lar İra­na müdaxilə etməkdə qərarlı idilər, ancaq bunu rus ordusu ilə hə­yata keçirməkdən artıq vaz keçmişdilər. Ruslar yeni səfirin köməyi və rəhbərliyi altında Tehranda tudəçilərə həm maddi, həm də mə­nəvi baxımdan yardım edərək onlara hakimiyyə­ti ələ al­maq­da şərait yaradacaqdılar.

Hakimiyyəti ələ alan tudəçilər dərhal rus ordusunu İrana dəvət edəcəkdilər. Səfir Lavrentsev Tehrana gələr-gəlməz Müsəddiq­dən Rusiya-İran görüşmələrinə nəsə deyib-deməyəcəyini soruşur və müsbət cavab alan kimi müzakirələrə başlayır.

İran-Rusiya müzakirələri əsasən üç istiqamətdə aparılırdı. Xü­susilə üçüncü maddə fövqəladə əhəmiyyətə malik idi. Bu müzaki­rələrin əsas maddələri aşağıdakılar idi:



  1. Çar Rusiyası zamanından bəri İran ilə Rusiya arasında davam edən sərhəd ixtilafının həlli.

  2. İkinci Dünya müharibəsi zamanı və rus ordusunun İra­nı mü­vəqqəti işğal etdiyi müddətdə rus qüvvələrinə edilən yar­­dımlar üçün Rusiyanın İrana verməyi düşündüyü 11 ton qızıl.

  3. İrana Rusiya tərəfindən gözlənilən təcavüzün hər an ger­çəkləşdiyi təqdirdə İranı Rusiyanın işğal etməsinə imkan ve­rən 1907-ci ildə imzalanmış və 1921-ci ildə tədil edilmiş an­laşmanın yenidən gözdən keçirilməsi.

Rusiyanın niyyəti aydındır. Rusiya İrana vermək istədiyi 11 ton qızıl məsələsi Müsəddiqi və İranın ictimaiyyətini qane etmək üçün müzakirələrə əlavə olunmuşdur.

Tehranda ruslarla Müsəddiq arasında müzakirələr davam etdiyi zaman İranda ikinci dəfə dövlət çevrilişinə təşəbbüs edilsə də baş tutmamışdır. Avqustun 16-da baş verən bu dövlət çevrilişi şəx­sən şahın mühafizəçiləri tərəfindən planlaşdırılsa da nəticəsiz başa çatmışdır. Müsəddiq ikinci dəfə özünə qarşı edilən dövlət çev­rilişindən sonra ciddi təhlükəsizlik tədbirləri görmüşdür. O, çev­riliş etmək istəyənlərin şahın mühafizəçiləri olduğunu öyrən­dik­dən sonra dərhal onunla görüşmək istəmişdir. Ancaq artıq gec idi. Çünki şah dövlət çevrilişinin baş tutmadığı günün səhərisi, yəni avqustun 17-də həyat yoldaşı Sürəyya ilə birlikdə təyyarəyə minərək İranı tərk etmişdir.

Tehranda vəziyyət yenidən gərginləşmişdi. Bir tərəfdən hö­ku­mət çevrilişinin uğursuz olması, digər tərəfdən də şahın ölkəni tərk etməsi xəbəri İranın əhalisi arasında dedi-qoduların ya­ran­ma­sı­na səbəb olmuşdur. Müsəddiq şahın ölkədən qaçmasından isti­fa­də edərək dərhal Milli Məclisi buraxmış və İran xalqına verdiyi bir bə­yanatında Rza şah Pəhləvini vətən xaini elan etmişdi.

Müsəddiq hökumətinin ən nüfuzlu adamı, tipik bir kom­mu­nist olan Hüseyn Fatimi hökumətin şahı ittiham edən qərarını yer­li və xarici mətbuat orqanlarına bildirmişdi. Bu barədə çıxış edən Hü­seyn Fatimi sözünü bu cümlələrlə bitirmişdir: «Şah bu sui-qəsdi bilirdi. Özünün isə vətənini tərk etməklə vətən xaini olduğuna sübutdur».

Şah hələ İranı tərk etməmişdən əvvəl bir nəfərə Müsəd­di­qin haki­miyyətdən endirilməsindən sonra baş vəzir ola biləcəyini bil­di­rən bir fərman da imzalamışdı.



Rza şah Pəhləvinin etimad etdiyi şəxs birinci dövlət çev­ri­li­şini də etmək istəyən general Zahidi idi. Ancaq o, Əyanlar Şu­ra­sının üzvü olduğu üçün Müsəddiq tərəfindən həbs olunmamışdı.

General Zahidi çevrilişin edildiyi 16 avqustda bir mətbuat toplantısı keçirmiş və əlindəki 13 avqust 1953-cü il tarixli şah fər­manını onlara göstərir. O fərmanda Müsəddiqin baş nazir vəzi­fəsindən azad edildiyni və özünün baş nazir təyin olunduğunu bildirmişdi. Bununla İranda hər ikisi də özünün qanuni baş nazir olduğunu iddia etməyə başladı.



Müsəddiq artıq şahı tanımır, onun İrandan qaçmış olmasını şah üsul-idarəsinin də ləğvi kimi qəbul edir. Buna cavab olaraq general Zahidi də əlindəki 13 avqust tarixli fərmanı ilə şahın onu baş nazir təyin etdiyini, Müsəddiqin vəzifəsindən azad edildiyini və şahın İrandan qaçmadığını, ancaq səyahətə çıxdığını söyləyir.

İranda xalqın bir hissəsi şahı, bir hissəsi isə Müsəddiqi ölkəni fəlakətə sürükləməkdə ittiham edirdi.

Şah onu aparan təyyarənin Bağdadın hava limanına enən za­man bir mətbuat konfransı keçirdi. Şah taxtından əsla vaz keç­mədiyini, ölkəsindən qaçmadığını, ancaq İranı məhvə sürükləyən bir insanın onu öldürmək istədiyini elan etdi. Şah Rusiyanın Mü­səd­diqin arxasında durmasını birbaşa söyləməsə də, sözlərindən bunu aydın görmək olurdu.

İran belə bir atmosferin içərisində boğularkən o günə qədər Mü­səddiqi dəstəkləmiş olan İranın ən nüfuzlu şəxslərindən Ayə­tullah Kaşaninin də səsi çıxmış və Müsəddiqi tənqid etməyə baş­lamışdı. İranda hər şey Müsəddiqin əleyhinə çevrilmişdi.

Şahın fərmanı ilə rəsmi baş nazir olan general Zahidini Mü­səddiq axtarıb həbs etdirmək istəsə də onu tapa bilmirdi. Sanki ge­neral Zahidi yerin altına girmişdir. Ruslar da bu son hadisədən ən­dişiyə düşərək Tudə Partiyasını yeni nümayişlər keçirməyə təhrik etdilər. Artıq, avqustun 18-də tudəçilərin nüma­yişləri bütün ölkəni bürüdü. Bu nümayişlərdə Tudə Partiyasının liderləri İranda şahlıq üsuli-idarəsinin ləğv edilməsini və İran Xalq Cümhuriy­yəti­nin qu­rul­masını, yəni rəsmi kommunist üsuli-idarə­sinin bərqərar olma­sını dilə gətirdilər. Qərb dövlətləri İranda gedən hadisələri diqqətlə izləyirdilər.

Tudəçilərin İranda qanlı nümayişlər təşkil edərək İran Xalq Cümhuriyyətinin qurulmasını tələb edərkən Londonda da siyasi vəziyyət dəyişmişdir. Uzun illər hökumətin iclaslarında iştirak et­məyən və yerini Edenə vermiş ser Vinston Çörçill avqustun 18-də rəsmən vəzifəsinə başlayır və o günü keçirilən fövqəladə iclasa sədrlik edir. Onun fövqəladə iclasa sədrlik etməsi radiolar vasitə­silə dünyaya elan olunmuşdu.

Bütün dövlətlər İran hadisələrinin hansı istiqamətdə cərəyan edəcəyini səbrsizliklə gözləyirdilər. Avqustun 18-dən 19-a keçən gecə İranda baş verən möcüzə İranı da, dünyanı da xilas edəcəkdi.

Rusiyanın Tehrandakı səfiri Lavrentsev təcili Moskvaya get­mişdi. O, da avqustun 18-dən 19-a keçən gecə Tehrana qayıda­caq­dırmı! Bu xüsus İranda bir çox şəxsə məlum idi. İranda kommu­nistlərin liderləri də, rus cəsusları da, hətta Moskva da hər şeylə­rini, bütün müvəffəqiyyət ehtimallarını səfirin Tehrana qayıtması­na bağlamışdılar. Ancaq nə rusların, nə rusofillərin, nə də kom­munist partiyası olmaları bir həqiqət olan tudəçilərin gözlədik­ləri müvəffəqiyyət olmayacaqdı.

General Zahidinin sonradan açıqladığına görə ruslar avqustun 18-dən 19-a keçən gecə Rusiyadan qayıdacaq səfir Lavrentsevin direktivi ilə bir hökumət çevrilişi edərək İran Sovet Xalq Cümhu­riy­yətini quracaqdılar.

Rusiyanın səfiri Tehrana doğrudan da avqustun 18-dən 19-a keçən gecə gəlmiş və dərhal səfirliyə getmişdir. Çünki onu burada İran Sovet Xalq Cümhuriyyəti qurmaq istəyən bir neçə tudəçi lider gözləyirdi. Səfir və bu tudəçi liderlər arasında gedən bir saatlıq müzakirədə də İran Xalq Cümhuriyyəti qurulması və Rusiyanın da bu yeni hökumətə hamilik etməsi qərara alınmışdı. Çevrilişin vaxtı gecə saat üçə təyin olunmuşdu. Tudəçilər axırıncı təlimatlarını rus səfirindən alaraq vəzifələrini yerinə yetirmək üçün dağılışmışdılar. Ancaq gecə saat birdə İranda gözlənilən möcuzə baş verdi, yəni İranın ordu birlikləri və polislər Tudə Partiyasının çevrilişi həyata keçirmək istəyən şəxslərini və silahlı qüvvələrini qəflətən yaxala­yaraq həbs etdilər. Bu hərəkət o qədər ani olmuşdur ki, heç kimsə müqavimət göstərməyə macal tapmamış və beləliklə qan tökülmə­dən vəziyyət nəzarətə götürülmüşdür.

Beləliklə, İran Kommunist Partiyasının gizli təşkilatının üzvlə­rinin hamısı həbs olunmuşdu. Bütün bu əməliyyatlar şəxsən gene­ral Zahidinin rəhbərliyi altında baş vermişdir. Bəli general Zahidi kommunistlərdən sadəcə iki saat əvvəl hərəkət etmiş və müvəffə­qiyyət qazanmışdır.

Rusların uzun müddət reallaşdırmaq istədikləri dövlət çevrilişi baş tutmamış və general Zahidi iqtidarı ələ almışdır. Ruslar baş vermiş hökumət çevrilişi zamanı İranda çox şey itirmişdilər. Tudə Partiyası yeni baş nazir general Zahidi tərəfindən qanundankənar elan edilmiş və tudəçilərin kütləvi həbsləri keçirilmişdir.

General Zahidinin gördüyü işlər həqiqətən də ağla sığmayan bir hərəkət hesab oluna bilərdi. Ancaq hadisəni təfərrüatı ilə incə­ləyənlər bu cür soyuqqanlılığın ingilislərin əsəri olması qənaətinə gəlmişdilər. Onlar bu hadisənin planının İngiltərənin Entelijans Ser­visi tərəfindən tərtib olunması fikrini irəli sürürdülər.

Artıq İranda vəziyyət normallaşmağa başlamışdır. Ancaq bu­na baxmayaraq yeni hökumət bəlkə də İran tarixində ən böyük in­sanın həbs olunması dövrünü yaşayırdı. General Zahidi İrandakı bütün kommunistləri tamamilə həbs etdirməyi qərara almışdır. Mü­səddiq həbs olunmuş, evi xalq tərəfindən dağıdılaraq talan edilmişdir.

Neft yenə də öz hökmünü diqtə edirdi. General Zahidi dərhal Romada olan Rza şah Pəhləvini İrana dəvət etdi. Altı günlük ayrılıqdan sonra, yəni 1953-cü il avqustun 22-də o arvadı ilə bir­likdə Tehrana gəldi. Şah və arvadı böyük bir təntənəli mərasimlə qarşılandı. Yeni hökumət ilə neft şirkətləri arasındakı müzakirələr dərhal başlamış və müəyyən nəticələr əldə edilmişdir.

1953-cü ilin sonlarında dörd ölkənin – İngiltərə, Amerika, Fran­sa və Hollandiya – nümayəndələrindən ibarət bir konsorsiyum qurulmuşdur.

İngiltərə, dolayısilə Entelijans Servis yenə İran neftinin hakimi idi. Ancaq bu səfər Amerikaya 40% verməyə məcbur olmuşdur.

«Standard Oyl» dünya sülhü bahasına İngiltərədən bu səfər İran neftinin xeyli hissəsini ala bilmişdi.

MÜNDƏRİCAT

Ön söz .................................................................................................................. 3
NEFT MÜBARİZƏSİNİN BAŞLANMASI ....................................................... 5
BİR ÖLKƏ BAŞÇISININ ÖLDÜRÜLMƏSİ .................................................... 9
“ROYYAL DATÇ – ŞELL QRUP” NECƏ QURULDU? ............................... 13
İNGİLİS TİCARƏT İMPERİYASI .................................................................. 17
İNGİLİSLƏR VƏ AMERİKALILAR QARŞI-QARŞIYA .............................. 19
“ROYYAL – DATÇ” ORTA ŞƏRQDƏ .......................................................... 22
DETERDİNQİN ORTA ŞƏRQƏ ƏL ATMASI ............................................... 24
İRANIN NEFT SAHƏLƏRİNİN ƏLDƏN ÇIXMASI ..................................... 26
RUSLARIN İRANDA FƏALİYYƏTİ ............................................................. 29
VİLLİAM KNOT D”ARCYİN MACƏRASI ................................................... 31

Neft vəsiqəsi necə oğurlandi ............................................................................. 34

Almanlarin İranda fəaliyyəti ............................................................................. 37
TALEYİN İRANA CIZDIĞI YOL ................................................................... 38
RUMINİYADA NEFT SAHƏLƏRİ ................................................................ 42
NEFT VƏ OSMANLI İMPERİYASININ TALEYİ ........................................ 50
YAXIN ŞƏRQİN NEFT SAHƏLƏRİ UĞRUNDA MÜCADİLƏ .................. 57
İNGİLİS-ALMAN RƏQABƏTİ ....................................................................... 64
TÜRKLƏRİN NEFT UĞRUNDA MÜCADİLƏSİ .......................................... 71
OSMANLI İMPERİYASININ NEFTƏ QURBAN EDİLMƏSİ ...................... 78

CAVİD BƏYİN LONDON SƏYAHƏTİ VƏ ƏLDƏN

ÇIXAN NEFT SAHƏLƏRİ .............................................................................. 84

YUNAN ORDUSUNUN ANADOLUNU İSTİLA ETMƏSİ .......................... 89

Səudİyyə ƏrəbİstanınIN neft sahələrİ ..................................... 93

Vəhhabi üsyanlari .............................................................................................. 94
VENESUELADAKI MÜCADİLƏ ................................................................. 103
ROKFELLER – C.P.MORQAN MÜCADİLƏSİ ........................................... 109
PANAMA KANALI ƏTRAFINDAKI MÜCADİLƏ VƏ NEFT .................. 114
MEKSİKA NEFTİ .......................................................................................... 121
BAKI NEFTİ VƏ MƏHV EDİLƏN BİR TÜRK DÖVLƏTİ ........................ 131
NEFT İSTEHSALÇILARININ İSPANİYAYA

VERDİKLƏRİ DƏRS ..................................................................................... 163

İspaniya neft istehsalçılarına qarşı hərəkət edir .............................................. 164
BİR XAİN DÖVLƏT XADİMİ OLUR .......................................................... 168

Mosula gedən ordu .......................................................................................... 170

İraq krali Feysəlin sirli ölümü ......................................................................... 176
Orta Şərqdə böhranlı illər və

İran nefti ətrafında mücadilə .................................................... 181


Bir baş nazir öldürüldü .................................................................. 187
TÜRKİYƏ İRAN MƏSƏLƏSİNƏ MÜDAXİLƏ EDİR ................................ 197
İRANIN FƏLAKƏTLİ DÖVRÜ. MÜSƏDDİQ HÖKUMƏTİ ...................... 199
İNGİLTƏRƏ VƏ RUSİYANIN KƏŞFİYYAT ORQANLARININ

MÜBARİZƏSİ ................................................................................................ 227



Раиф Гарадаь




1920-ъи ил апрелин 28-дя Балкан йарымадасынын Гарадаь ма­щалынын Йанйа шящяриндя банк ишчиси олан Сцлейман бяйин аиля­син­дя доьулмушдур. Лозанна мцгавилясиндян сонра онун аиляси 1924-ъц илдя Истанбула кючмяйя мяъбур олмушдур.

Илк тящсилини Пендикдя, орта тящсилини ися Кадыкюйдя алмышдыр.

Румынъа, османлыъа вя инэилисъя билян Раиф бяй 1952-ъи ил­дян эцндялик «Йени Бюйцк Шярг», «Сон Щавадис», «Тяръцман» вя «Бизим Анадолу» гязетляриндя чалышмыш, диэяр тяряфдян дя бязи жур­налларда мцхтялиф мязмунлу мягаляляр няшр етдирмишдир.

Узун илляр мятбуат органларында чап етдирдийи материаллары сон­ралар «Мин бир эеъя наьыллары», «Шярг мясяляси», «Мющтяшям им­перийаны йыханлар», «10 ийул ингилабы вя нятиъяляр», «Нефт фыр­ты­на­сы» вя «Мосул мясяляси» китабларында няшр олунмушдур.

1973-ъц ил декабрын 22-дя Анкарада сакини олдуьу мещ­ман­ха­нада мцяммалы шякилдя вяфат етмишдир.

* Moskvaya qaçan məşhur Kim Filbinin atası


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin