Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə5/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   2   3   4   5   6   7   8   9   ...   15

CAVİD BƏYİN LONDON SƏYAHƏTİ VƏ


ƏLDƏN ÇIXAN NEFT SAHƏLƏRİ

İngilislər təkliflərinin Osmanlı hökuməti tərəfindən rədd edil­di­yinə cavab olaraq İngiltərə tərsanələrində Osmanlı İmperiyası hesabına inşa edilməkdə olan və əvəzləri tamamilə ödənilmiş olan “Sultan Osman”, “Reşadiye” və “Fateh” adlı zirehli gəmiləri gi­rov saxladılar. İngilislər Mosul üzərində neft imtiyazı verilmədiyi təqdirdə milyonlar dəyərindəki hərb gəmilərimizi verməyəcək­lə­ri­ni söylədilər. Hətta bu gəmiləri almaq haqqında Rauf Orbayın baş­çılığı altında gedən bir türk heyətini də geri qaytarmışdılar. İndi bu və buna bənzər hədələr sonunda Türkiyə İngiltərəyə boyun əy­mək məcburiyyətində qalır və Cavid bəyin Londona getməsi qə­ra­ra alınır.

1914-cü il mart ayının 10-na təsadüf edən günlərdə Londonda qızğın bir fəaliyyət vardı. Bu fəaliyyət “Deutsche Orient Bank” nü­ma­yəndələri və “Royyal Datç-Şell Qrup” nümayəndələri ara­sında imza ediləcək bir müqavilə ilə əlaqədar idi. Bu müqaviləni hazır­la­yan səbəblər arasında Osmanlı dövlətinin maliyyə naziri Cavid bəyin Londonda fəaliyyəti başlıca amil olmuşdu.

Birinci Dünya müharibəsi başladıqdan, lakin Osmanlı İmp­e­ri­ya­sının bu hərbdə iştirak etməsindən bir müddət əvvəl, neft mü­zakirələrini davam etdirmək üçün Cavid bəy Londona getmişdi. Yanında Düyünü Ümumiyyədə mühüm bir mövqe tutan və özünü erməni xanədanına aid edən və şahzadə adlandıran Kalust Gül­bekyan da vardı. Birlikdə etdikləri bu səyahətdən sonra Londonda dər­hal müzakirələr başlandı. Cavid bəy İngiltərənin Maliyyə Na­zirliyi ilə müzakirələr edərkən, İstanbuldan sədri-əzəm Sait Halim paşadan aldığı bir dəvətlə dərhal İstanbula döndü. Kabinet föv­qəladə bir toplantı çağırmışdı. Cavid bəy Londondan ayrılarkən Osmanlı İmperiyasının başlamış olan Birinci Dünya müharibəsinə qatılacağını ağlına belə gətirmirdi. Eyni zamanda Londona götür­müş olduğu Gülbekyana Osmanlı dövləti adından müzakirələri davam etdirməyi tapşırdı. Cavid bəy, qısa bir müddət sonra Lon­do­na təkrar dönəcəyinə ümid edirdi. Lakin düşündüyü olmadı və Osmanlı İmperiyası Birinci Dünya müharibəsinə qoşuldu. Artıq ediləcək bir şey qalmamışdı. Gülbekyan Londondaydı və Osmanlı dövlətinin nümayəndəsi olaraq neft müzakirələrində iştirak edirdi. İngilislərin əllərinə böyük bir fürsət keçmişdi. Bunu mükəmməl bir şəkildə dəyərləndirdilər və Gülbekyan ilə bir müqavilə imza­la­dı­lar. Bu müqavilə ilə də ingilislər sonradan zorla girdikləri Mosul­dan bir daha çıxmayacaq və Orta Şərqin neft sahələrini arzu et­dik­ləri kimi işlədə biləcəkdilər. Bu müqavilə Osmanlı vətəndaşı olan Gülbekyanı “Mister Yüzdə Beş” olaraq dünyanın ən böyük zən­ginləri arasına çıxartdı. İngilislər eyni ilə İranda olduğu kimi, İraqın neft sahələrini də ağla gəlməyən bir yolla əllərinə keçirdilər.

Yuxarıda izah etdiyimiz 19 mart 1914-cü il tarixinə təsadüf edən günlərdə Londonda “Deutsche Orient Bank” ilə “Royyal Datç-Şell Qrup” arasında davam edən müzakirələr, indi Cavid bəyin bu ağılsızlığının bir nəticəsi olaraq meydana gəlmişdir. Hər iki müəssisə arasında imzalanan müqavilədə, ən bö­yük rolu ingi­lislər tərəfində olan Kalust Gülbekyan ilə ser S.Cassel oyna­mış­dı. Bu tarixdə, Londonda İngiltərə Maliyyə Nazir­liyinin bir ota­ğında alman bankının nümayəndələri ser E. Cas­selin hazır­ladığı müqaviləni imzalayaraq “The Turklish Pet­ro­leum Com­pany Li­mi­ted” qurdular. Bu müqaviləyə görə yeni şirkətin his­sə­ləri də təsdiq edildi. Hissələrin yüzdə əllisi İranın neft sahə­lərinin hakimi olan İngiltərə Dəniz Birinci Lordluğu və En­te­li­jans Ser­visin hakim olduğu “D’Arcy qrupu” adı ilə fəaliyyət gös­tə­rən qrupa, yüzdə iyirmi beşi ingilis neft trestinin şəbəkələrindən biri olan “Anglo Saxson Petroleum”a və geridə qalan yüzdə iyir­mi beşi də “De­utsche Orient Bank”a aiddir.

Almanlar Türkiyə ilə ittifaq halında olduqları bir dövrdə müt­tə­fiqlərini neft üzündən arxadan xəncərləmək kimi izahı mümkün olmayan bir xəyanətlə baş-başa buraxmış və neftə ancaq bunun sa­yəsində sahib ola biləcəklərini zənn etmişdilər.

The Turkish Petrolum Company Limited” Londonda imza edilən müqavilənin üzərindən 11 gün keçdikdən sonra, yəni 1914-cü il martın 30-da Osmanlı dövlətinin Ticarət və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək bütün İraq ərazisi də şamil olmaqla neft imtiyazı tələb etdi. Cavid bəyin xətası üzündən meydana gə­lən bu gözlənilməyən əmr qarşısında, İttihad və Tərəqqi hökuməti istər istəməz imtiyazı verdi və beləcə ingilislər İraqın neft sa­hə­lərinə yerləşdilər.

İstər ingilislər, istərsə də almanlar Mosulda əldə etdikləri neft imtiyazlarından istifadə edərək gördükləri işləri Osmanlı İmperi­yası müharibəyə qatıldığı andan etibarən dayandırdı. Lakin ingilis­lə­rin əlində Os­man­lı İmperiyası adına Mosulda özlərinə neft imti­yazı verən Gül­bek­ya­nın imtiyaz müqaviləsi mövcuddur və bu müqavilə mühari­bədən sonra, Türkiyə Cümhuriyyətinə çox baha başa gələn bir sıra hadisələr meydana gətirmişdir. Bu hadisələr Mosulun Türkiyə sərhədləri xaricində qalması ilə nəticələndi. Beləcə Mosul bir daha Türkiyəyə qaytarılmamaq şərti ilə əlimiz­dən çıxdı. Həqiqətən də müharibə müddətində İraqın hələ istifadə olun­mamış neft sahələrinin imtiyazı müqaviləsi müharibənin so­nun­da, yəni İraqın Osmanlı İmperiyasından ayrılıb müstəqil bir dövlət halına gəldikdən sonra həyata keçdi.

İngilislərin almanlarla birlikdə və Gülbekyanın vasitəçiliyi ilə əldə etdiyi imtiyazdan sonra, Deterdinq ilə “Deutsche Orient Bank” arasında imzalanan müqavilə İtilaf-ı Müsəlləs (üçlü ittifaq: ingilis-rus-fransız) dövlətlərindən Rusiya ilə Fransanı narahat edir­di. Eyni taleyi yaşayan bu üç dövlətdən ikisi, Fransa və Rusiya almanlarla davan edən müharibənin sonuna qədər susmağı və on­dan sonra hərəkətə keçməyi qərarlaşdırdılar. Lakin hadisələr sü­rətlə irəliləyirdi. Rusiya və Fransa, müharibənin so­nunda “Deutsche Orient Bank”ın əlindəki hissələri almaq üçün əl altından İngiltərə ilə danışıqlara başladılar. Bir müddət sonra ke­çirilən konfransda heç bir razılığa gəlinmədi.

1917-ci ilin oktyabr ayında Rusiyada bolşevik çevrilişi baş verdi və kommunist üsuli-idarəsi quruldu. Rusiyadakı hadisələr onun Orta Şərqdə neft uğrunda gedən mübarizədən kənarlaş­ma­sına səbəb oldu. Mosul neftindən imtiyaz istəyən Fransanı isə yola gətirmək Deterdinq üçün çətin deyildi. Çünki, daima ingilis mən­fəətləri istiqamətində fəaliyyət göstərmiş olan Rotşild ailəsinin Fransadakı qolu işə başladı və nəticədə Fransa ingilislərlə gizlicə bir razılığa gəlmək zəmini aradı və tapdı. İngilislərlə 1918-ci ildə başlayan müzakirələrdə Fransa da, “Deutsche Orient Bank”ın Mosulun neft sahələri üzərindəki hissələrinə şərik olduğunu rəs­mən ortaya qoydu. Fransa artıq rahat idi. Bununla da o müha­ribədən sonra Fransanın möhtac olduğu nefti əldə etmək üçün səhmlərə sahib ola­­caqdır. Lakin, etiraf etmək lazımdır ki, Fransa bu haqqı əldə etmək üçün bəzi fədakarlıqlar göstərmək məcbu­riy­yətində qaldı. Fransızlar imtiyaz mövzusunda bir nəticəyə çatmaq üçün ingi­lis­lərin neft mənfəətlərini ön planda tutduqları “Böyük İraq layi­hə­sinə” etiraz etdilər. İngilislər isə, bu mövzuda hər hansı bir güzəştə getmək istəmirdilər. Çətin müzakirələrin sonunda, ingilislər neftin olduğu torpaqları bu anlaşma ilə öz adlarına çıxdılar və Fransanın əsrlər boyunca katolik kilsəsi ilə girdikləri Suriya üzərindəki haq­larını tanıdılar. Bu müqaviləni bağlamaq o qədər də asan olmadı, yəni müzakirələr bir neçə dəfə uğursuzluqla nəticələndi.

Bir ara müzakirələrdən ümidini kəsən Fransa, ortaya prezident Puankareni gətirdi. Puankarenin müdaxiləsi ingilisləri Fransanın Suriya üzərindəki haqlarını tanımağa məcbur etdi.

Neft beynəlmiləl siyasətdə daha bir dəfə öz rolunu oynamış və Orta Şərqdə iki dövləti dünya xəritəsində yerləşdirmişdir.

Yuxarıda izah etdiyimiz və Kalust Gülbekyanın sayəsində in­gi­lislərin əlinə keçən Mosulun neft sahələri üzərində qurulan “The Turkish Petroleum Company” çox da uzunömürlü olmamış və San Remo müqaviləsi ilə ləğv edildikdən sonra yerinə “The İrak Petroleum Company” qurulmuşdur. Bu razılaşmaya görə, yeni neft şirkətinin hissədarları və aldıqları hissələr belə təsdiq­lən­miş­dir:
Near East Developmen % 23,75 (ingilis)

Royyal Datç-Şell Qrup % 23,75 (ingilis-holland)

Anglo İranian % 23,75 (ingilis)

Companie Française % 23,75 (fransız)

Kalust Gülbekyan % 05.00
The İrak Petroleum Company” təşəkkül etdiyi sıralarda Sevr anlaşmasının qərarlarını qəbul etməyən türk milləti, Ana­do­luda çox şiddətli bir mübarizəyə başladı. Bu mübarizə bir millətin haqsızlığa qarşı ayağa qalxması idi. Bu mübarizənin başında du­ranlar, o vaxtlar İraqın neft sahələri ilə məşğul ola biləcək du­rumda deyildilər. Həqiqətən də, Deterdinq də bunu bilir və İraqın neft sahələrində rahatca işini görürdü.

San Remo anlaşması ilə Orta Şərqdə ortaya çıxarılan iki döv­lətin sərhədləri təsdiq edilmişdir. Bu baxımdan ingilislər üçün çəkiləcək hər hansı bir nöqtə qalmamışdır. Rahatca neftə sahib ola bilərdilər. Vaxt itirmədən hazırlıqlara başlayan ingilislər, yeni İraq dövlətinin neft sahəsini 75 min kvadrat kilometr olmaqla dörd bölgəyə ayırdılar. Bu aşağıdakı kimi idi:

A – Kərkük məntəqəsi: Qaradağdan şimal-qərbə qədər olan hissə ( cəmi 120 kilometr məsafə),

B – Fərat çayının qərbindən başlayaraq, Küveytə qədər uzanan sahə.

C – Bağdadın cənubundakı Dəclə ilə Fərat arasında yerləşən və Bəsrəyə qədər uzanan sahə,

D – Şimaldakı kibs təbəqələrindən meydana gələn qumluq sahə.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin