ЯДЯБИЙЙАТ
1.
http://www.dissercat.com/content/elektronnye-uchebnye-moduli-kak-sredstvo-
povysheniya-kachestva- znanii-uchashchikhsya-pri-izu
2.
http://www.dissercat.com/content/primenenie-obektno-orientirovannogo-yazyka-
programmirovaniya-visual-basic-application- v-proe
3.
http://www.dissercat.com/content/elektronnye-uchebnye-moduli-kak-sredstvo-
povysheniya-kachestva- znanii-uchashchikhsya-pri-izu;
4.
http://www.dissercat.com/content/pedagogicheskie-osnovy-orientatsii-informatsionno-
kommunikatsionnoi-sredy-na-novye-obrazovat
ABSTRACT
The situation of applying of the interactive education in higher schools.
The articles deals with the principles and structure of the ICT, information-commu-
nication training , its features and nature, its place in the teaching process, and size.
РЕЗЮМЕ
Ситуация применения интерактивного обучения
В высших учебных заведениях
Статьи рассказывается о принципы и структуры ИКТ, а также интерактивное
обучение, информационно-коммуникатионная среда, его особенностей и характера и
его место в учебном процессе.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz
Məmmədov
- 169 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
VALEH ƏLİXANOV
Naxçıvan Dövlət Universiteti
UOT: 796.1
YENİYETMƏ BOKSÇULARIN MƏŞQ PROSESİNDƏ BAŞ VERƏN
FİZİOLOJİ DƏYİŞİKLİKLƏR
Açar sözlər: Yeniyetmə, boksçu, fizioloji dəyişikliklər, fiziki inkişaf, yetkinlik, məşq
dövründə təkmilləşmə, intensiv, özünəməxsus, sistem.
Key words: teenager, boxer, physiological changes, physical development, maturity,
improvement in practice period, intensive, specific, system.
Ключевые слова: Подросток, боксер, физиологические изменения, физилогические
развитие, зрелость, совершенствование во время тренировок, интенсивное, свособразие,
система.
Dayaq hərəkət aparatının xüsusiyyətləri.
Anadan olandan 2 yaşadək olan zaman istisna olmaqla, insanın dayaq hərəkət aparatı və
sinir sistemi, heç vaxt yeniyetməlik dövründəki (12-15 yaş) kimi daha intensiv şəkildə böyüməklə
inkişaf edə bilməz. Ətrafların bir qədər intensiv şəkildə uzanmasını qeyd etmək lazımdır, məhz
buna görə də yeniyetmələr üçün xarakter əlamətlərdən biri də uzun və nazik əl və ayaqlardan hesab
olunur. Baxmayaraq ki, boyun uzanması ilə bərabər bədən çəkisi də artır, lakin çəki artımı
göstəricilərindən müəyyən qədər geri qalır. Adətən yeniyetmələr arıq və hündür boylu quruluş
xüsusiyyətlərinə malik olurlar.
İnsan ən mürəkkəb və müxtəlif hərəkətləri icra etməyə imkan verən dayaq-hərəkət aparatı,
skelet və əzələlərdən ibarətdir ki, bunlar da birlikdə sümük əzələ sistemini formalaşdırır. Skelet -
kəllə onurğa sütünu, döş qəfəsi, bel və sərbəst şöbələr olan yuxarı və aşağı ətraf sümüklərindən
təşkil olunmuşdur. Skeletin hər bir şöbəsinin inkişafı özünəməxsusluğu ilə seçilir ki, bu da əsas
etibarı ilə sümükləşmə müddəti və yekun formalaşma ilə bilavasitə əlaqədardır. Yeniyetmə
boksçuların inkişafının ilk anlarında skeletin çeviklik və elastiklik kimi xüsusiyyətlərini ümumi bir
qanunauyğunluq kimi qeyd etmək lazımdır.
Bu xüsusiyyət qığırdaq toxumasının üstünlük təşkil etməsi və sümükləşmə prosesinin
yekunlaşması ilə əlaqədardır. Sümükləşmə prosesi getdikcə skelet öz çeviklik və elastikliliyini itirir
və hər bir yaşa müvafiq olaraq daha kövrək olur ki, bunun da nəticəsində sınmaya meyllilik çoxalır.
Q. İ.Şatkov və Şiryayevin qeyd etdiyi kimi – bunu ələxüsus boksçuların hərəki fəaliyyətinin
təliminin ilkin dövrlərində nəzərdə saxlamaq lazımdır.
- 170 -
Sümük sistemi.
Kəllə iki şöbəyə ayrılır: beyin qutusu və sifət hissəsi. Yaşla əlaqədar olaraq, xüsusən də 13-
14 yaşdan başlayaraq sifət hissəsi bütün istiqamətlərdə daha sürətli şəkildə inkişaf edir və beyin
hissəsi üzərində üstünlük əldə etməyə başlayır. Başın ölçülərinin böyüməsi bütün yaş dövrlərində
müşahidə edilir. Onun diametrinin artımı nisbətən zəif sürətlə getməklə il ərzində təxminən 0,1 sm
təşkil edir. Lakin cinsi yetişkənlik dövründə başın inkişaf sürəti kəskin artır ki, bu təqribən iki dəfə
çox olmaqla 0,2 sm-ə bərabər olur.
Onurğa sütunu boyun, döş, bel və oma şöbələrinə ayrılmaqla fəqərələrdən və fəqərələrarası
qığırdaq lövhəciklərindən (disk) ibarətdir. Onurğanın sümükləşməsi prosesi bətndaxili inkişafdan
başlamaqla, 14-15 yaşlı yeniyetmə boksçularda cinsi yetişkənlik dövründə gözəçarpan
dəyişikliklərə məruz qalır. Onurğanın ayrı-ayrı şöbələrindəki fəqərələrin və onların çıxıntılarının
sümükləşmə prosesi müxtəlif müddətlərdə baş verir. Yeniyetmə boksçularda onurğanın hərəkətliliyi
və çevikliyi uzun illər ərzində qorunub saxlanılır. Lakin artıq qeyd olunduğu kimi, onurğanın
sümük hissəsinin inkişafının gözəçarpan şəkildə şiddətlənməsi adətən 14 yaşındakı dövrdən 17-20
yaşına kimi davam edir. Bu cəhət yeniyetməlik yaşında qamətin pozuntularının profilaktikası
zamanı xüsusi nəzərə alınmalıdır.
Döş qəfəsi 12 cüt qabırğadan ibarətdir ki, onlar arxadan döş fəqərələrinə, ön tərəfdən isə döş
sümüyünə birləşmiş vəziyyətdə olur. Döş qəfəsinin ölçüləri yetkin yaşa kimi, tədricən artmaqda
davam edir. Lakin cinsi yetkinlik dövründə o daha energetik şəkildə böyüyür. Qabırğaların
sümükləşməsi körpənin 2 ayından başlayır ki, bu halda ilk sümükləşmə nöqtələri 6-cı və 7-ci
qabırğalarda müşahidə olunur və bu proses 20 yaşadək davam edir. Döş sümüyünün sümükləşmə
prosesi 25 yaşda tamamlanır, baxmayaraq ki, artıq 12-13 yaşda ölçuləri istisna olmaqla, o öz
quruluşuna görə yaşlıların döş qəfəsindən demək olar ki, fərqlənmir.
Çoxsaylı tədqiqatların nəticələrindən məlum olduğu kimi, döş qəfəsinin inkişafına əmək
fəaliyyəti, açıq havada uzun müddət qalmaq və əlbəttə ki, idmanla məşğuliyyət, xüsusən də boksda
çiyin əzələləri üçün spesifik hərəkətlər faydalı təsir göstərə bilər. Skletin yuxarı ətraf şöbəsinin üst
hissəsi iki cüt kürək və körpücük sümüklərindən ibarətdir ki, bunların da inkişafı 20 yaşadək
tamamlanır. Aşağı ətrafların yuxarı hissəsi olan çanaq sümüyü iki çanaq sümüyünün üst hissəsi, iki
qasıq, iki oturaq və sarğı sümüklərinin birləşməsindən ibarətdir ki, bu da özündə uzun bir proses əks
etdirməklə 7 yaşından 16 yaşadək daha intensiv və 18-21 yaşlar arasında isə inkişafın yekunlaşma
mərhələsi ilə təzahür olunur.
Yuxarı və aşağı ətraflar boru formalı sümüklərdir ki, bunların da orta hissəsi diafiz,
sonluqları isə epifiz adlanır. Sümükləşmə eləcə də epifizlə diafizin birləşməsi erkən uşaqlıq
dövründən başlayır və 18-20 yaşadək sona çatır, müstəsna hallarda bu proses 25 yaşa kimi uzana
bilər.
Boksda əl sümüklərinin sümükləşməsi prosesi özündə çox böyük bir maraq doğuran haldır.
Bu barədə məlumatlı olmaq yeniyetmə boksçularda tədris profilaktik prosesin səmərəli təşkili üçün
kifayət qədər əhəmiyyətlidir. Əli təşkil edən üç qrup sümükləri göstərmək olar: 1)Bilək sümükləri –
epifizdə bazuönü (mil və dirsək sümükləri) nahiyədə iki sırada yerləşmiş səkkiz xırda sümüklər.
2)Əl sümükləri – ovuciçi 5 uzun sümükdən ibarətdir. 3)Barmaq falanqaları. Belə ki, barmaq
falanqalarının sümükləşməsi 11 yaşadək, bilək sümükləri isə 12-13 yaşadək tamamlanır. Sümük-
ləşmə nöqteyi nəzərindən tam şəkildə formalaşmamış əl nisbətən tez yorulur, lakin bununla bərabər
yüngül və münasib olan hərəkətlər onun inkişafına şərait yaratmış olur. Bu, boks məşqlərində 12
yaşdan qəbul edilən uşaqlarla təşkil olunmuş məşq prosesində ciddi diqqət mərkəzində olmalıdır.
Müqayisələr göstərir ki, qeyri idmançılarla eyni çəkiyə malik olan boksçular onlara bəzi
gostəricilərdə üstün gəlirlər. Yeniyetmə boksçularda sinənin çevrəsi, bədən, qol, ayağın göstəriciləri
çox olur. Göründüyü kimi bu boksda mühüm bir faktordur. Belə ki, uzun qol və ayaqlara malik olan
boksçu səmərəli mövqe tuta bilməklə, rəqibin fəaliyyətinin asanlıqla nəzarət altında saxlayır, ona
yaxınlaşmağa imkan vermir, uzaq məsafədən zərbələr endirir və s.
Beləliklə, uşaqların inkişaf prosesində skeletin sümükləşməsi, yəni qığırdaq toxumasının
sümük toxuması ilə əvəzlənməsi baş verir ki, bu da orqanizmin müxtəlif hissələrində fərqli
müddətlərdə təzahür olunur. Bu inkişaf sümüklərin uzununa və eninə böyüməsi, onun kimyəvi
- 171 -
tərkibinin dəyişməsi, kalsium, fosfor, maqnezium duzlarının artımı ilə xarakterizə olunur. Belə ki,
ayrı-ayrı sümüklərin formalaşma müddəti nisbi sabitdir və uşaqların inkişafının müəyyən
mərhələləri ilə sıx şəkildə əlaqədardır. Onu da vurğulamaq lazımdır ki, “sümük yaşı” həqiqi
(bioloji) yaşın müəyyən olunması üçün istifadə olunur.
Əzələ sistemi.
Sümük toxumasının əhəmiyyətli dərəcədə inkişafı boy ölçülərindən və çoxlu miqdarda
liflərindən təşkil olunmuş əzələ toxumasının inkişafından bilavasitə asılıdır. Əzələ liflərinin
üzərində olan örtüyün daxilində nüvəli sitoplazma yerləşir ki, onun enerji ehtiyatları məhz buradan
qaynaqlanır. Sitoplazmanın içərisində əzələnin bir ucundan digər tərəfinədək təqqəllüs lifləri –
miofibrillər uzanır.
Yaşla əlaqədar olaraq əzələlərin uzununa böyüməsi skeletin böyüməsinə müvafiq olaraq baş
verir. Əzələ kütləsi qeyri-bərabər sürətlə artır. İlk 15 il ərzində əzələlərin kütləsi 9%-ə kimi artır.
Lakin növbəti 2-3 il ərzində isə bu artım 12% təşkil edir. Belə ki, bu yaşdan sonra əzələ kütləsi
artmaqla bədən çəkisinin 23,3%-nə kimi çatır. 12 yaşda bu göstərici təxminən 29,8%, 15 yaşda
32,6%-ə qədər yüksəlir, lakin 16 yaşda cəmi 44,2%-dən ibarət olur. Beləliklə əzələnin intensiv
artımının 15-17 yaş arasında olmasını qeyd etmək lazımdır. Yaşlılarda bu göstərici 40%-ə enir,
yüksək dərəcəli idmançılarda 50% və daha artıq olur.
Əzələnin böyüməsi ilə yanaşı onun eninə boyüməsi də baş verir ki, bu da əsas etibarı ilə
(90%) əzələ liflərinin diametrinin artımı hesabına, kifayət qədər az miqdarda isə (10%) yeni əzələ
liflərinin yaranması hesabına təzahür olunur. Əzələnin diametrinin böyüməsi, onun artım tempi
kiçik məktəbli yaşından başlayaraq, bir çoxlarında hərəki fəallıqla təyin olunur. Belə ki, çiyinin
ikibaşlı və baldırın dördbaşlı təqqəllüs əzələlərinin eninə olan ölçüləri 12 yaşa kimi 6 dəfə, 17 yaşa
kimi isə 8 dəfə böyüyür. 12-15 yaşlı yeniyetmələrdə yaşlılarla müqayisədə əzələlərin böyük ək-
səriyyətinin bir növ birləşdirici toxuma strukturları ilə bərkidilməsi, daha az dərəcədə müşahidə
olunur.
Ayaq əzələləri əl əzələlərinə nisbətən daha yüklü templi inkişaf göstəricilərinə malikdir.
Açıcı əzələlərin böyümə tempi bükücü əzələlərin böyümə tempindən üstün olur. Digər əzələlərdən
öncə fəaliyyəti ilə seçilən və daha çox yüklənmələrə məruz qalan əzələlərin artımı müqayisədə daha
tez artıma məruz qalır.
7-14 yaş dövründəki əzələ toxumasının artım prosesləri fibrilizasiyadan əvvəl, eləcə də
birləşdirici toxumanın təşkili hesabına kəskin sürətdə şiddətlənir. Məhz bu zaman əzələnin bir orqan
və onun quruluş elementinin inkişafı kimi mühüm fərqlənmə xüsusiyyəti təzahür olunur. Əzələnin
Vətər komponenti, əzələ toxuması ilə nisbətdə üstünlük əldə etməyə başlayır. Damar sisteminin
inkişafı əzələlərin qanla zəngin təchizini təmin edir. Bu dövrdə əsas etibarı ilə sinirləşmənin
formalaşması yekunlaşır. Hərəki fəaliyyət quruluşunun formalaşmasına təsir edir ki, bu da təxminən
yaşlılarda olan göstəriciləri özündə təcəssüm etdirir. Əzələlərin onların damar sisteminin və
sinirləşmənin inkişafı 25-30 yaşa kimi davam edir.
Mərkəzi sinir sisteminin fizioloji təzahürləri.
Yeniyetməlik dövründə sinir sisteminin xüsusiyyətləri – Sinir sisteminin inkişaf xarakteri
uşaq anadan olan zaman onun beyninin hələ yekun şəkildə tam formalaşmamasından xəbər verir,
baxmayaraq ki, o quruluşuna və anatomik formasına görə yaşlı beyindən çox az şəkildə fərqlənir.
Beynin çəkisi həyatın ilk doqquz ilində kəskin şəkildə artaraq təxminən 1300qr səviyyəsinə çatır ki,
bu da yaşlı beynin kütləsindən təqribən 100qr azdır. Bütün orqanizmdə gözəçarpan dəyişikliklərlə
təzahür olunan cinsi yetişkənlik dövründə beyin maddələrinin çəkisinin demək olar ki, dəyişməməsi
halı özündə böyük maraq doğurur. Lakin bu dövrdə beyində hər hansı istənilən dəyişikliyin
olmaması barədə fikir söyləmək, təbii ki, yanlış olar. Orqanizmin bütün inkişaf dövrlərində, o
cümlədən də yeniyetməlik yaşında beyində həssas histoloji və funksional dəyişikliklərin
mövcudluğunu subuta yetirə biləcək kifayət qədər göstəricilər mövcuddur. Uşaq həyatının
uzunmüddətli dövrü ərzində baş beyin qabığının şırım və qırışlarının yaranması baş verir ki,
bununla da təxminən 7-14 yaş civarında quruluş etibarı ilə yaşlı beyin formasına uyğun olur.
Uzunsov beyin funksionallıq baxımından müəyyən dərəcədə əhəmiyyətli hesab edilməklə,
orada tənəffüs, ürək damar sistemi, həzm orqanlarının mərkəzləri yerləşir və bundan sonra isə orta
- 172 -
beyin gəlir. 14-15 yaşlı yeniyetmənin onurğa beyninin çəkisi və ölçüləri 4-5 dəfəyədək artır.
Onurğa beyninin uzunluğu boy göstəricilərinə görə müxtəlif olur.
Vegetativ sinir sisteminin iki - simpatik və parasimpatik şöbələrinin ilkin mərhələdə olan
inkişafı qeyri-bərabər keçir. Əksər tədqiqatçıların fikrincə 7 yaşına kimi simpatik sinir sisteminin
üstünlük təşkil edən təsiri daha çox müşahidə olunur. Artıq 14-15 yaşa kimi yeniyetmə
orqanizmində bu iki sistemin nisbətən bərabər təsirinin şahidi olmaq olar ki, bu da ələxüsus idmanla
məşğul olan şəxslərdə təzahür olunur.
Yeniyetmələrdə beynin morfoloji baxımdan formalaşması ilə yanaşı ali sinir fəaliyyətinin də
inkişafı baş verir və bunlar baş beyinin böyük yarımkürələri qabığının assosiativ liflərinin şiddətli
artımı ilə xarakterizə olunur. Bu beynin ayrı-ayrı hissələri və müxtəlif şöbələri arasında qarşılıqlı
əlaqəni daha da möhkəmləndirməyi təmin etməklə qavrayış və yaddaş proseslərinin
təkmilləşməsinə səbəb olur. Bununla baş beyinin morfoloji yetkinliyi yaşlı insan səviyyəsinə
çatmış olur.
Yeniyetmələrdə oyanma proseslərinin ləngiməyə nisbətən üstünlük təşkil etməsinin əsas
səbəbi kimi onlarda psixi dəyişikliklər, yəni sıxıntı vəziyyətindən cəld bir halda sevinc vəziyyətinə
və əksinə keçid halları qeyd oluna bilər. Tədricən fərqləndirilmiş ləngimə azalır, qıcıqlara qarşı şərti
reflektor reaksiyalar daha az adekvat olmaqla, bir qədər “coşqun” xarakterli əks olunurlar.
Yeniyetmənin hərəki fəaliyyətinin çox tez-tez lüzumsuz şəkildə bir sıra lazımsız əzələ təqqəllüsü ilə
təzahür olunan çoxsaylı əlavə hərəkətlərlə xarakterizə olunması faktı qismən də olsa bununla izah
olunur. Şərti reflekslər vasitəsiz siqnallara qarşı tez, lakin mürəkkəb siqnallara qarşı isə zəif şəkildə
təşkil olunur. Yaşlılara qarşı kəskin tənqidi münasibət aşkara çıxarır, küsəyənlik, əsəbilik təzahür
olunur, bəzən də emosional pozuntular, kəskin yorğunluq halları müşahidə edillir. Bəzi vegetativ
funksiyalarda da fərqli xüsusiyyətlər aşkara çıxmaqla, təngənəfəslik, ürək nahiyəsində, ağrılar ürək
döyüntülərinin güclənməsi və s. olması qeyd olunur. Bununla əlaqədar olaraq məşqçidən
yeniyetmələrdə oyanıcılığın azaldılmasına, təmkinlik keyfiyyətinin və ləngimə proseslərinin
tərbiyəsinə yönəldilmiş yüksək pedaqoji ustalıq tələb olunur. Məhz buna görə də yeniyetmə boks-
çularla təlim məşq prosesinin düzgün təşkili və keçirilməsi çox mürəkkəb bir xarakter daşıyır. Məşq
yüklərinin həcm və intensivliyinin müəyyən olunması zamanı məşqçi onu da unutmamalıdır ki,
məşq zamanı yeniyetmə idmançının emosional fəal istirahəti təmin olunmalı və sinir sistemi kəskin
formada yüklənməməlidir. Dolayısı ilə fizioloji yüklərin artımı müntəzəmlilik və ardıcıllıq
prinsipinə istinad etməlidir. Beləliklə, V.İ. Eqozinan da qeyd etdiyi kimi, boksla məşğul olmaqdan
ötrü daha perspektivli uşaqların seçimi zamanı məqsədəuyğun şəkildə ali sinir fəaliyyətinin tipoloji
xüsusiyyətlərinin müəyyən olunmasına xüsusi diqqət yetirmək lazımdır və güclü mütəhərrik
müqavimətli müvazinətli sinir proseslərinə malik olan yeniyetmələrə üstünlük vermək lazımdır,
bütün bunları da psixoloji testlərlə müəyyən etmək mümkündür.
Şərti reflekslərin boksçu fəaliyyətində rolu.
Baş beynin və onun qabıq maddəsinin fəaliyyəti şərti və şərtsiz reflekslər əsasında gedir.
Şərti reflekslər sərtsiz refleksdən yaranır. Şərtsiz reflekslər orqanizmin xarici mühitə
uyğunlaşmasının əsasında duran ilk reflekslərdir. Boksçularda da məşq prosesində yaranan
vərdişlərin əsasını şərti reflekslər təşkil edir. II siqnai sistemi yalnız insana xas olan sözlə yaranan
şərti reflekslər sistemidir ki, söz siqnalizasiya, nitq danışıq vasitəsilə məşqçi və boksçu arasında
yaranan qarşılıqlı ünsiyyət daha dəqiq izlər buraxır.
Boksçunun çoxcəhətli – mürəkkəb, çevik hərəkətləri mərkəzi sinir sistemində (MSS) gedən
proseslərin intensivliyinə təsir edir. Boksçunun rəqibinə vurduğu zərbənin dəqiqliyi və gücü onun
hərəkətlərinin kordinasiya sürətindən asılıdır. Beyin qabığında gedən sinir proseslərinin – oyanma
və ləngimə prosesinin sürətlə bir-birini əvəz etməsi əzələlərin yığılması və boşalması üçün optimal
şərait yradır, müxtəlif zərbələrə qarşı vaxtında və düzgün reaksiyanın yaranmasına imkan verir.
Rinqdə boksçunun düzgün və cəld hərəkətlərindən ötrü beyninə gələn informasiyanın
vaxtında və dəqiq analizi çox böyük əhəmiyyətə malikdir. Yüksək dərəcəli boksçularda beyinə
gələn informasiyalar çox tez təhlil olunur və yaranan cavab reaksiyası işçi üz və fəaliyyət üçün
göndərilir. Bütün bunlar boksçunun intelektual səviyyəsindən çox asılıdır. Boksçunun əl
barmaqlarının titrəməsi MSS-nin fəaliyyətə hazır olmasına bir işarədir.
- 173 -
Bununla belə, 15 yaşından sonra ikinci siqnal sisteminin rolunun getdikcə artması faktını da
nəzərdən qaçırmaq olmaz. Oyanma prosesləri beyin qabığında və qabıqaltı sahələrdə zəifləyir.
Daxili tormozlanma şiddətlənir və yeniyetmə iki siqnal sisteminin – beyin qabığı, qabıqaltı sahələr
və hissiyat orqanlarının spesifik dəyişikliklərinə istinadən gənclik dövrünə qədəm qoyur.
Sensor sistemlərin inkişafı və boksda rolu.
Uşaq yaşlarında sensor sistemlər (analizatorlar) intensiv şəkildə inkişaf edir. Artıq 10-13
yaşlarında görmə, hərəki, vestibulyar, taktil (toxunma) və digər analizatorlar yaşlılarla müqayisədə
demək olar ki, çox cüzi gözəçarpmaz dərəcədə fərqlənirlər. Boksçu üçün analizatorların əhəmiyyəti
böyükdür, onların köməyi ilə vuracağı hədəfi düzgün təyin etmək, zərbəni düzgün atmaq, rəqiblə öz
arasındakı məsafəni müəyyən etmək, rəqibinin zərbəsindən qorunmaq üçün ani vaxtda reaksiya
vermək və döyüşdə başqa mühüm məsələləri həll etməkdə kömək edir. Analizatorlar orqanizmdə
yerləşən ən mükəmməl cihazdır.
Görmə analizatoru.
Bu insanın ətraf mühitlə qarşılıqlı əlaqəsini təmin edən çox mühüm hissiyat orqanıdır.
Görmə analizatorunun periferik hissəsi göz hesab olunur. Onun içərisində göz alması vardır ki, bu
da üç selikli qişadan ibarət olan kapsul ilə məhdudlaşır. İşıq hiss edən təbəqə üçüncü qat – tor qişa
sayılır ki, o da işığa həssas hüceyrələrdən (reseptorlardan) – çöpcüklərdən və kolbacıqlardan təşkil
olunmaqla, sinir hüceyrlərinin köməyi ilə alınmış impulsları beyinə ötürür. İşıq qıcıqlarının ali
səviyyəli analiz və sintezi baş beyin qabığının ənsə nahiyəsində həyata keçirilir.
Boksçu görmə itiliyi və sahəsi kifayət qədər mühüm funksiyalardan hesab edilir. Görmə
itiliyi gözün görməsi üçün mümkün olan məkanda əşyanı görmək, onun forması, rəngi və ölçülərini
fərqləndirmək, eləcə də yerləşmə məsafəsini, hərəkət edəcəyi istiqaməti müəyyən etməklə
xarakterizə olunur. Görmə sahəsi isə gözün bir nöqtəyə baxma vəziyyətində bütün gördüyü sahəyə
deyilir.
Dostları ilə paylaş: |