Elmi induksiya Populyar induksiyadan fərqli olaraq elmi induksiyada (söhbət natamam induksiyanın növü olan elmi induksiyadan gedir. - E.N.) ümumi nəticə sadə müşahidə yolu ilə deyil, obyektlər arasındakı səbəb-nəticə əlaqələrinin tədqiqi əsasında əldə olunur. Başqa sözlə desək, elmi induksiya obyektlərin mühüm əlamətlərini, onlar arasında səbəb- nəticə əlaqələrini müəyyən etməyi məqsəd kimi qarşısında qoyur. Buna görə də elmi induksiya vasitəsilə əldə edilən ümumi nəticələr tədqiq olunan obyektlər, onların əlamətləri haqqında daha dəqiq məlumat verir.
Bundan başqa elmi induksiyada müşahidə ilə yanaşı tədqiqat metodu kimi geniş istifadə edilir. Lakin populyar induksiyada olduğu kimi eksperimentdən də elmi induksiyada da ümumi nəticə ehtimali xarakter daşıyır.
Elmi induksiyanın öz tədqiqat metodları vardır. Onlar vasitəsilə obyektlər arasında səbəb-nəticə əlaqələri müəyyən olunur. Bu metodlar aşağıdakılardır:
1.Oxşarlıq metodu, Fərq metodu,
1. Oxşarlıq metodu- əgər tədqiq olunan hadisənin iki və daha çox halının bir ümumi cəhəti varsa, onda, çox güman ki, bu cəhət tədqiq olunan hadisənin səbəbidir.
2. Fərq metodu- əgər bizi maraqlandıran hadisənin baş verdiyi hal ilə onun baş vermədiyi hal arasında oxşar cəhətlərlə bərabər bir fərq varsa, onda, çox güman ki, bu fərq bizi maraqlandıran hadisənin səbəbidir.
3. Oxşarlıq və fərqin birləşdirilməsi metodu - əgər tədqiq olunan hadisənin iki və daha çox halının bir ümumi cəhəti varsa və bu ümumi cəhət bu hadisənin baş verdiyi hal ilə onun baş vermədiyi hal arasında oxşar cəhətlərlə bərabər fərqi təşkil edirsə, onda, çox güman ki, bu cəhət tədqiq olunan hadisənin səbəbidir
4. Həmahəng dəyişikliklər metodu - əgər əvvəl gələn hadisənin yaranması və ya dəyişməsi sonrakı hadisənin yaranmasına və ya dəyişməsinə səbəb olursa, onda, çox güman ki, əvvəl gələn hadisə sonrakı hadisənin səbəbidir.
5. Qalıqlar metodu - əgər tədqiq olunan mürəkkəb hadisənin bir hissəsinin səbəbi bizə məlum olan hadisələrdən yalnız biridir, onda, çox güman ki, bu hadisə mürəkkəb hadisənin bizi maraqlandıran hissəsinin səbəbidir.
Deduksiya Deduksiya - induksiyaya əks olan metoda deyilir. Deduksiya (latın dilindən tərcümədə- çıxartmaq) - bir tədqiqat metodu kimi bir və ya bir neçə ümumi xarakterli həqiqi müddəadan yeni həqiqi biliyin alınmasını səciyyələndirir. Əldə edilən bilik, bir qayda olaraq, zəruri xarakter daşıyır. Natamam induksiyadan fərqli olaraq deduktiv metod vasitəsilə alınan nəticə ehtimali xarakterli deyildir.
İnduksiya kimi deduksiya da tədqiqat metodu olmaqla yanaşı müəyyən məntiqi forma kimi də çıxış edir. Bu özünü deduktiv əqli nəticədə göstərir. Deduktiv əqli nəticədə təfəkkür ümumi müqəddimələrdən (ilkin verilən həqiqi müddəalar) xüsusi müqəddimələrə tərəf yönəlir. Deduktiv əqli nəticədən alınan yeni biliyin (nəticənin) həqiqi olması üçün müqəddimələr həqiqi olmalıdır və məntiqin qaydalarına riayət edilməlidir. Əgər müqəddimələr həqiqi müddəalardan ibarətdirsə və düzgün təfəkkürün qaydalarına riayət olunursa, əldə edilən nəticə həqiqi olacaqdır. Lakin təfəkkürün qaydalarına riayət olunmadıqda (müqəddimələr həqiqi olsa belə), əldə edilən nəticə həqiqi yaxud yanlış ola bilər, yəni birmənalı şəkildə həqiqi olmayacaqdır.
Məsələn:
Bütün tələbələr xarici dil öyrənirlər Mən xarici dil öyrənirəm ? Mən tələbəyəm. Bu misaldan göründüyü kimi, verilən hər iki müqəddimə həqiqidir. Lakin nəticəni birmənalı şəkildə həqiqi saymaq olmaz, çünki xarici dili tələbə ilə yanaşı başqaları da öyrənir. Bu misalda yuxarıda qeyd olunan iki qaydadan birinə riayət olunmamışdır. Daha dəqiq desək, burada düzgün təfəkkürün qaydalarına əməl edilməmişdir. Düzgün təfəkkürün qaydalarına gəldikdə, onlar sillogizmin qaydaları kimi özünü büruzə verir.
Sillogizm Sillogizm - deduktiv əqli nəticənin ən geniş yayılmış növlərindən biridir.
Sillogizm – deduktiv əqli nəticənin elə bir formasıdır ki, orada orta terminin köməkliyi ilə iki həqiqi hökmdən üçüncü həqiqi hökm alınır.
Sillogizmin fiqurları Orta terminin (müqəddimələrdə ümumi olan anlayış “M” hərfi ilə işarələnir) müqəddimələrdəki yerindən asılı olaraq sillogizmin 4 fiqurunu göstərmək olar:
I fiqur II fiqur III fiqur IV fiqur
M P P M M P P M
S M S M M S M S