TəDQİqat metodlari



Yüklə 78,8 Kb.
səhifə7/10
tarix23.05.2022
ölçüsü78,8 Kb.
#59063
1   2   3   4   5   6   7   8   9   10
Muhazire-metodlar

Ədədlər- həcmi açıqlanan məfhum;
İkiyə qalıqsız bölünmək - təsnifatın əsası;
Tək və cüt ədədlər - təsnifatın elementləri.

Təsnifatın qaydaları:

  1. Təsnifat proporsional (mütənasib) olmalıdır, yəni bölü­nən məfhumun həcmi bölgünün elementlərinin həcmlərinin cəminə bərabər olmalıdır. Bu qayda 2 halda pozula bilər:

  1. Natamam təsnifat- bölgünün elementləri bölünən məfhumu tam əhatə etmir. Məsələn, “Beynəlxalq münasibətlər nəzəriyyəsi realizm, liberalizm, marksizm nəzəriyyələrini ehtiva edir”. (Burada konstruktivizm, neorealizm və digər nəzəriyyələr göstərilməmişdir).

b. Əlavə elementləri daxil edən təsnifat. Məsələn, “Kimyəvi elementlərə metallar, qeyri-metallar və ərintilər daxildir”. Bu misalda “ərintilər” əlavə elementdir;

  1. Təsnifat bir əsasa görə aparılmalıdır ki, onun ele­ment­lərinin həcmləri kəsişməsin. Bu qayda pozulduqda, təsnifatın elementlərinin həcmləri kəsişir.

Məsələn, “Nəqliyyata quru, su, hava, özəl və dövlət nəqliyyat növləri daxildir”. Bu təsnifat iki əsasa görə aparılmışdır. Buna görə də onun elementlərinin həcmləri kəsişir;

  1. Təsnifatın elementləri bir-birini istisna etməlidir. Bu qayda əv­vəlki qaydadan irəli gəlir, çünki təsnifat bir əsasa görə apa­rıl­ma­dıq­da, onun elementlərinin həcmləri bir-birilə kəsişəçəkdir. Mə­sə­lən, “Müharibələr ədalətli, ədalətsiz, azadlıq uğrunda və dünya mü­ha­­ribələri növlərinə bölünür”. Bu təsnifat bir əsasa görə apa­rıl­ma­mış­dır. Ona görə də təsnifatın elementlərinin həcmləri bir-birilə kə­si­şir;

  2. Təsnifat ardıcıl aparılmalıdır, yəni burada boşluq olma­malıdır. Məsələn, “Məfhumlar müqayisə olunan, müqayisə olunmayan, eyniyyət, tabe və kəsişən qruplara bölünür”. Bu təsnifat ardıcıl deyil, çünki eyniyyət, tabe və kəsişən məfhumlar müqayisə olunan məfhumlara daxildir. Buna görə də əvvəlcə bir təsnifat aparılmalıdır, sonra isə başqası.


Təsnifatın növləri
2 cür təsnifat vardır:
1. Əlamətin şəklinin dəyişdirilməsinə görə aparılan təsnifat. Məsələn, “Nüvə partlayışları partlayışın keçirildiyi yerdən asılı olaraq hava, yerüstü, yeraltı və ya sualtı partlayışlara bölünür”;
2. Dixotomik təsnifat (bölünən məfhumun həcmi bir-birinə zidd olan məfhumlara bölünür).
Məsələn, “Məfhumlar müqayisə olunan və müqayisə olunmayan qruplara bölünür”.
Dixotomik təsnifatın bir neçə üstünlüyü vardır:

  1. O, həmişə proporsionaldır;

  2. Təsnifatın elementləri həmişə bir-birini istisna edir;

  3. Təsnifat yalnız bir əsasa görə aparılır.

Analogiya


“Analogiya” sözü qədim yunan dilində tənasüb, proporsiya mə­nasını verir. Geniş mənada bu termin cism və hadisələrin uy­ğun­lu­ğunu, oxşarlığını, onların münasibətlərinin eyniliyini ifadə edir. Cism, tarixi hadisələrlə bərabər məfhumlar və fikirlər də analoji ola bilər.
Analogiya – elmi tədqiqatın elə bir metodudur ki, onun vasitəsilə obyektlərin bir cəhətdə olan oxşarlıqlarının əsasında onların digər cəhətlərdə də oxşar olmaları haqqında fikir söylənilir.
Analogiyada aşağıdakı terminlərdən istifadə edilir:
- analogiyanın nümunəsi – naməlum obyektə əlaməti kö­çü­rülən obyekt;
- analogiyanın subyekti – müəyyən əlamətin köçürüldüyü obyekt;
- analogiyanın terminləri - analogiyanın nümunəsi və subyekti;
- köçürülən əlamət - analogiyanın nümunəsindən subyektinə keçirilən əlamət;
- analogiyanın əsası - analogiyanın hər iki termininə xas olan və eyni zamanda müəyyən əlamətin köçürülməsi üçün əsas olan əla­mət.
Analogiyanın bir tədqiqat metodu kimi əhəmiyyətini həmçinin onun yuxarıdakı terminlərinin mahiyyətini anlamaq üçün bir misal gətirək.
Fərz edək ki, biz müasir dövrdə Fransada islamofobiyanın yayılmasının səbəbləri haqqında məlumat əldə etmək istəyirik. Lakin qeyd olunan sahədə elmi araşdırma aparılmadığına görə bu haqda məlumat yoxdur. Niderland Krallığında isə islamofobiyanın yayılması ilə bağlı elmi araşdırma aparılmışdır. Buna görə də Nider­land Krallığında sözügedən məsələ ilə bağlı müəyyən məlumat vardır. Analogiya metodu vasitəsilə Fransada islamo­fo­biyanın yayılmasının səbəblərinə dair məlumat əldə etmək mümkündür. Bu iki ölkə arasında bir sıra mühüm ümumi oxşar cəhətlər vardır. Fransa və Niderland Krallığı Avropa İttifaqının əsas üzv ölkələ­rindəndir. Bu ölkələrdə yüksək iqtisadi inkişaf müşahidə olunur. Hər iki ölkə demokratiyaya, insan haqlarının müdafiə olunması prinsiplərinə sadiqdir. Qeyd olunan məsələ, yəni islamofobiyanın yayılması ilə bağlı Niderland Krallığında aparılmış elmi tədqiqatda müəyyən edilmişdir ki, burada sağçı radikal qrupların ölkədə gedən siyasi proseslərə fəal müdaxilə etmələri islamofobiyanın yayılma­sında mühüm rol oynamışdır. Fransa və Niderland Krallığı arasında olan bu mühüm oxşarlıqlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, müasir dövrdə Fransada islamofobiyanın yayılması burada sağçı radikal qrupların fəallaşması ilə əlaqədardır.
Bu misalda Niderland Krallığı termini- analogiyanın nümunəsi, Fransa - analogiyanın subyekti, Niderland Krallığı və Fransa - analogiyanın terminləri kimi çıxış edir. Köçürülən əlamət kimi Niderland Krallığında sağçı radikal qrupların ölkədə gedən siyasi proseslərə fəal müdaxilə etmələrini göstərmək olar. Fransa və Niderland Krallığının Avropa İttifaqının əsas üzv ölkələrindən olmaları, bu ölkələrin yüksək iqtisadi inkişaf səviyyəsi, hər iki ölkənin demokratiyaya, insan haqlarının müdafiə olunması prinsip­lərinə sadiq olmaları analogiyanın əsası kimi özünü göstərir.
Obyektlərin, onların xüsusiyyətlərinin və münasibətlərinin oxşarlığı analogiyanın əsasını təşkil edir. Obyektlərin oxşarlığı iki əsas amillə müəyyən edilir:
1.Obyektlər üçün ümumi olan əlamətlərin sayı ilə. Bu o deməkdir ki, obyektlər arasında bir cəhətə görə ümumi əlamətlərin sayı nə qədər çox olsa, digər cəhətə görə onlar arasında müəyyən oxşarlığın olmasının ehtimallığı bir o qədər çox olacaqdır;
2. Obyektlər arasındakı oxşar əlamətlərin mühüm xarakter da­şıması. Yəni obyektlər arasındakı oxşar əlamətlər ikinci dərəcəli ol­mamalıdır, onlar obyektlərin mühüm xüsusiyyətlərini əks etdir­mə­lidir.
Yuxarıdakı misala yenidən müraciət etsək görərik ki, obyektlər üçün, yəni Niderland Krallığı və Fransa üçün ümumi olan əlamətlərin sayı (analogiyanın əsası) üçdür. Bu əlamətlər mühüm xarakter daşıyır.

Analogiyanın növləri
Bir obyektdən digər obyektə köçürülən məlumatın mahiy­yətindən asılı olaraq analogiya iki cür olur:
1. Əlamətlərin analogiyası – burada iki obyekt və onların əlamətləri arasındakı müəyyən oxşarlığın əsasında bir obyektə mənsub olan əlamətin digər obyektdə də olmasına dair nəticə alınır.
Əlamətlərin analogiyası üzrə əqli nəticənin sxemi:
A-nın abcd cəhətləri vardır
B-nın abc cəhətləri vardır
Güman ki, B-nın d cəhəti də vardır.


  1. Yüklə 78,8 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin