TəDQİqat metodlari



Yüklə 78,8 Kb.
səhifə5/10
tarix23.05.2022
ölçüsü78,8 Kb.
#59063
1   2   3   4   5   6   7   8   9   10
Muhazire-metodlar

Sillogizmin ümumi qaydaları

Sillogizmin 7 ümumi qaydası vardır. Bu qaydalardan 3-ü terminlərə, 4-ü isə müqəddimələrə aiddir.
Terminlərin qaydaları:
1.Hər bir sillogizmdə 3 termin olmalıdır: S, P, M
Adətən bu qayda termin müxtəlif mənalarda işlədildikdə pozulur.
Məsələn:
Hərəkət- daimidir
Parkda gəzinti- hərəkətdir
Parkda gəzinti- daimidir.
Bu misalda “hərəkət” termini iki müxtəlif mənada işlədilmişdir- fəlsəfi və adi. Buna görə də bu sillogizmdə 3 yox, 2 termin vardır. Bu isə qeyd olunan qaydanın pozulması deməkdir.

2. Orta termin (M) müqəddimələrin birində ehtiva olun­ma­lı­dır, yəni orta terminin həcmi ya tamamilə digər terminin həcminə da­xil olunmalıdır, yada ki digər terminin həcmindən kənarda ol­ma­lı­dır.
Məsələn:
Bütün vəkillər hüquqşünasdırlar
Əli hüquqşünasdır
??.
Bu misalda orta termin (hüquqşünas) heç bir müqəddimədə ehtiva olunmamışdır. Başqa sözlə desək, burada orta terminin həcmi nə digər terminlərin (vəkillər, Əli) həcmlərinə daxildir, nə də ki digər terminlərin həcmlərindən kənardadır. Birinci müqəddimədə böyük termin (vəkillər) orta terminin həcminə daxildir, ikinci müqəddimədə isə kiçik termin (Əli) orta terminin həcminə daxildir.


3. Müqəddimələrdə ehtiva olunmayan termin nəticədə də ehtiva olunmur.


Müqəddimələrin qaydaları:
1. 2 inkari hökmdən nəticə alına bilməz;
2. Müqəddimələrdən biri inkari hökm olsa, nəticə də inkari olacaqdır;
3. Müqəddimələrdən biri xüsusi hökm olsa, nəticə də xüsusi olacaqdır;
4. 2 xüsusi hökmdən nəticə alına bilməz.


Məsələn,
Bütün vəkillər hüquqşünasdırlar
Bəzi vəkillər idmançıdırlar
Bəzi idmançılar hüquqşünasdırlar
Bu, III fiqurdur. Burada sillogizmin ümumi qaydalarına riayət olunmuşdur.

b.Sillogizmin xüsusi (fiqurların) qaydaları


Sillogizmin xüsusi qaydaları dedikdə 4 fiqurun hər birinə aid olan qaydalar nəzərdə tutulur:
I fiqur – Böyük müqəddimə ümumi (ya bütün subyektlərə aid olmalıdır yada ki, heç bir subyektə aid olmamalıdır), kiçik müqəddimə isə iqrari olmalıdır.
II fiqur – Böyük müqəddimə ümumi, müqəddimələrdən biri və nəticə inkari olmalıdır;
III fiqur - Kiçik müqəddimə iqrari, nəticə xüsusi olmalıdır;
IV fiqur – Nəticə ümumi iqrari olmur. Əgər böyük mü­qəd­di­mə iqraridirsə, ümumi, kiçik müqəddimə ümumi olacaqdır. Əgər mü­qəddimələrdən biri inkaridirsə, böyük müqəddimə ümumi ola­caq­dır.

Analiz və sintez


Analiz (yunan dilindən tərcümədə - təhlil, bölmə) – tədqiq olunan obyektin fikrən tərkib elementlərə bölünməsini nəzərdə tutan bir tədqiqat metodudur. Analiz tədqiqatçıya obyekti tərkib hissələrə bölməklə onun mahiyyətini dərk etməyə imkan verir. Analiz vasitəsilə tədqiq olunan obyektin strukturu, tərkib hissələri, onların arasındakı münasibət müəyyənləşdirilir. Bir məntiqi əməliyyat olaraq analiz hər bir elmi tədqiqatın tərkib hissəsi kimi özünü göstərir. Tədqiqatçı tədqiq olunan obyektin quruluşunu, tərkibini, funksiyalarını, əlamətlərini, eləcə də əlamətlər arasındakı əlaqələri öyrənmək məqsədini güdəndə analiz elmi tədqiqatın birinci mər­hə­lə­sini təşkil edir. Analiz ümumi dərketmə prosesinin hissi idrak mər­hələsində özünü büruzə verir. Ümumi dərketmə prosesinin nə­zəri mərhələsində analiz özünü əqli yaxud məntiqi təhlil kimi göstərir.
Analiz vasitəsilə tədqiq olunan obyektin bütün tərkib hissələri öyrənildikdən sonra dərketmə prosesinin sintez adlanan növbəti mərhələsi gəlir.
İnduksiya deduksiyaya əks olduğu kimi analiz də sintezə əks olan metoddur. Əgər analiz tədqiq olunan obyektin fikrən tərkib elementlərə bölünməsini nəzərdə tutursa, sintez (yunan dilindən tərcümədə- birləşmə) bu elementlərin fikrən bütövə birləşdiril­mə­si­ni nəzərdə tutur.
Sintez analizə əks olsa da, o, sonuncunun davamı kimi çıxış edir. Sintez tədqiq olunan obyekti bütövlükdə öyrənir. O, bütövün elementlərini necə gəldi birləşdirmir. Sintez nəticəsində hissələr bütövə müəyyən bir mühüm cəhət əsasında birləşdirilir. Analiz və sintez metodlarının əhəmiyyətini Azərbaycan Respublikasının multikulturalizm siyasətinin timsalında göstərmək olar. Azərbaycan Respublikasının multikulturalizm siyasətini öyrənərkən əvvəlcə analiz metodu vasitəsilə bu siyasətin əsas elementləri (istiqamətləri) müəyyən edilir, hər bir element (istiqamət) ayrı-ayrılıqda nəzərdən keçirilir, onlar arasında əlaqə nəzərə çarpdırılır. Sonra isə sintez metodu vasitəsilə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin tərkib hissələri haqqında toplanan məlumat bir yerə cəmləşdirilərək bu siyasət haqqında bütöv bilik əldə olunur.

Abstraktlaşdırma


Abstraktlaşdırma (latın dilindən tərcümədə- uzaqlaşdırma, kənar etmə, rədd etmə, təmizləmə) - tədqiq olunan obyektdən onun bir sıra əlamətlərinin fikrən kənarlaşdırılması metodudur. Adətən, obyektdən fikrən ayrılan və kənarlaşdırılan ikinci dərəcəli, vacib olmayan, mahiyyəti əks etdirməyən əlamətlər olur. Dərketmə prosesində bu cür əlamətlərdən azad olan tədqiqatçı obyektin mahiyyətinə asanlıqla yaxınlaşır.
Abstraktlaşdırma analiz metodu ilə sıx bağlıdır. Daha konkret desək, abstraktlaşdırma metodu analiz metodunun məntiqi dava­mı­dır. Belə ki, obyektin vacib olan, mahiyyətini əks etdirən əla­mət­lərini onun vacib olmayan, mahiyyətini əks etdirməyən əla­mət­lərindən ayırmazdan əvvəl sözügedən obyekti analiz etmək, yəni tər­kib hissələrə bölmək lazımdır. Elmin bütün sahələrində istifadə olu­nan məfhumların (elm, kino, dostluq və s.) yaranması abstrakt­laş­dırmanın nəticəsi kimi özünü göstərir. Məsələn, insan məfhu­mu­nun məzmununu, yəni insanın mahiyyətini təşkil edən əlaməti müəyyən etmək üçün əvvəlcə analiz metodu vasitəsilə in­sa­nın müxtəlif əlamətləri (görmək, hərəkət etmək, üzmək, fikirləşmək, yatmaq, abstrakt təfəkkürə malik olmaq və s.) aşkar edilir, sonra bu əlamətlər arasında yalnız insana xas olan, yəni onu digər canlılardan fərqləndirən əlamət (abstrakt təfəkkürə malik olmaq) götürülür və nəhayət abstraktlaşdırma metodu vasitəsilə insanın digər canlılarda da müşahidə olunan əlamətləri kənara qoyulur.

Ümumiləşdirmə



Yüklə 78,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin