TəHSİLİn konsepsiyasi (MİLLİ kurrikulumu) GİRİŞ


Əsas təhsil üzrə ümumi təlim nəticələri



Yüklə 420 Kb.
səhifə17/65
tarix02.01.2022
ölçüsü420 Kb.
#35651
1   ...   13   14   15   16   17   18   19   20   ...   65
Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar

2.2.2. Əsas təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:

  • ətraf aləmi dərk etmək üçün müxtəlif üsul, vasitə və metodlardan, o cümlədən müşahidə, ölçmə, hesablama, təcrübə, nümayiş və qiymətləndirmədən istifadə etməyi;

  • təlim tapşırığını yerinə yetirmək üçün müvafiq üsullar seçməyi və verilmiş alqoritm əsasında onları həll etməyi;

  • müxtəlif faktları, fikirləri, dəlilləri bir-birindən fərqləndirməyi, onları müqayisə, təsnif və təqdim etməyi;

  • təlim prosesində yaradıcılıq tələb edən müxtəlif işləri müstəqil olaraq yerinə yetirməyi;

  • nitqin monoloji və dialoji formalarından istifadə etməyi, dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan materialları təhlil etməyi, onların məzmununu yığcam və geniş formada başqasına çatdırmağı;

  • plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı, nümunələr göstərməyi, dəlillər gətirməyi və nəticələri ümumiləşdirməyi;

  • idraki və kommunikativ yönümlü tapşırıqları yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompyuter, internet, dövri mətbuat və s.) istifadə etməyi;

  • öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşıya çıxan problemlərin optimal həllini tapmağı;

  • ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;

  • öz fəaliyyətində əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə malik olduğunu nümayiş etdirməyi;

  • problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;

  • xarici dildə ünsiyyət qurmağı.



Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin