İNFORMATİKA Fənnin əsaslandırılması. Şagirdlərdə ətraf aləmi informasiya sistemi baxımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması, onların informasiya və kommunikasiya texnologiyalarından istifadəyə hazırlanması təmin olunur.
Ümumi nəticələr Şagird:
informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;
gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;
kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;
mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;
qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;
obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;