Səkkizinci bölmə: İşıqlı gələcək
Doğru vəd: Qüdsün azadlığı
İnşallah, həqiqi nigaranlıqlara rəğmən, şərafətli Qüdsün müsəlmanların əlinə düşəcəyi günü bəlkə də sizin çoxunuz görəcəksiniz. Biz olaq, yaxud olmayaq, hər halda, Fələstin və dünya xalqı bunu bir gün müşahidə edəcək.445
Fələstinin işıqlı gələcəyi
Ümidvarıq ki, Allah-Taala Özünün lütf və bərəkətlərini, mərhəmət və köməyini Fələstin xalqına və İslam dünyasına nazil etsin. Biz üfüqləri işıqlı görürük. Biz müqavimətlə İslam dünyası və Fələstin üçün yaxşı gələcək proqnoz edirik. Biz düşünürük ki, İslam dünyasının hegemonizmin və sionizmin tamahları qarşısında geri çəkilib təslim olacağı gün onun son günü olacaq. Ümidvarıq Allah belə bir günü və belə bir vəziyyəti İslam dünyasına heç zaman göstərməsin.446
Biz əminik ki, müsəlman Fələstin xalqının mübarizəsi və İslam dünyasının dəstəyi ilə Fələstin azad olunacaq, Beytülmüqəddəs, Əqsa məscidi və İslam torpağının digər bölgələri İslam dünyasının ağuşuna qayıdacaq, inşallah: "Və Allah öz işində qalibdir"447.448
Mən iddia etmirəm ki, Fələstin məsələsi qısa müddət ərzində bitəcək. Lakin iddia edirəm ki, Fələstin mütləq fələstinlilərə qayıdacaq. Zaman qısa, yaxud uzun, ödənən bədəl ağır, yaxud daha ağır ola bilər. Amma bu hadisə mütləq baş tutacaq.
Əsas məsələ İslam ölkələrinin biz məmurlarının və müsəlman xalqların rəftarıdır. Əgər yaxşı çalışsaq, zaman qısalacaq və bədəl azalacaq. Əgər pis çalışsaq, zaman uzanacaq, bədəl ağırlaşacaq və onun bədəli təkcə Fələstin xalqının üzərinə deyil, bütün İslam dünyasının üzərinə düşəcək. Səhlənkarlıq edən, zalıma kömək edən şəxslər özləri bunun bədəlini verəcək, ziyanını çəkəcək və acılığını dadacaqlar.449
İsrailin şübhəsiz məğlubiyyəti
Əlbəttə, düşmən yalnız ABŞ deyil, İsrail də əsas düşməndir. Bunun da xüsusi səbəbləri var. Mənim dəfələrlə dediyim kimi, İsrail qondarma bir varlıq, yalançı bir xalqdır. Rusiyadan, Şərqi Avropadan, ABŞ-dan, müsəlman ölkələrindən və bizim öz İranımızdan bir neçə milyon yəhudini aparıb bir yerdə yerləşdiriblər və adını xalq qoyublar. Onlar xalq deyillər, hər biri bir xalqdandırlar. Əgər Allahın köməyi ilə sionizm dövləti dağılsa, - o gün şübhəsiz, qarşıdadır, zamanını isə deyə bilmərəm - o zaman siz gənclər bu gün İsraildə olan bu əhalinin əksəriyyətinin öz bölgələrinə dönəcəklərini mütləq görəcəksiniz. Biz isə görə də bilərik, görməyə də.
İsrail barədə də məsələ daha aydındır. Baxın, mənim əzizlərim! Fələstinlilərin oyanış hərəkatı və işğalçı dövlətlə mübarizə bu gün elə bir həddə çatıb ki, onu bu asanlıqla məğlub etmək olmaz. Ərəfat kimi bir şəxsə bağlı məsələ deyil ki, gedib onu ya yorsunlar, ya alsınlar. Xeyr, Fələstin hərəkatı xalqın və mömin gənclərin əlinə keçmişdir. Livanın cənubunda məğlubiyyət, sonra Kemp-Devid-2 sülh müzakirələrinin məğlubiyyəti, fələstinli və livanlı gənclərin güclü və imanlı fəaliyyətinin İsrail üzərində qələbələri gələcəkdə də davam edəcək.
Antisionist hərəkat qarmağı Orta Şərqin bu köpək balığının ağzına ilişdi və indi bir iş görə bilmirlər. Bu qarmaq balığın ağzının içərisinə düşdükdə, balıq necə hərəkət etsə, qarmaq ona daha artıq ilişəcək. Nə iş görsələr, vurulacaqlar: mülayimlik göstərsələr, bir cür vurulacaqlar; sərtlik və şiddət göstərsələr, bir cür; sülh müzakirələrini izləsələr, bir cür vurulacaqlar, saxlayıb dondursalar, başqa cür. Qarmaq ilişmişdir. Onlar təhlükə altında, İslam Respublikası isə möhkəmdir.450
İsrailə sabitliyin əbədilik qayıtmaması
Bədbəxt sionistlərə sabitlik yaratmaq istəyirlər. Əlbəttə ki, bacarmayacaqlar. Əmin olsunlar ki, bacarmayacaqlar. Sionistlər əvvəlcə İngiltərənin, sonra isə ABŞ-ın və bir çox dünya ölkələrinin köməyi ilə və növbənöv xəyanətkar, terrorçu işlərlə, qorxu və vahimə yaratmaqla işğal olunmuş ərazilər daxilində dövlət qura bildilər. 40-50 il də idarə etsələr, yenə də əsas məsələ həll olunmamışdır. O da budur ki, işğalçı sionist bu işğal olunmuş evdə rahat yata bilmir, təhlükəsizliyi yoxdur. Bu, həqiqətdir. Pulu, modern və postmodern texnologiyası, hegemon güclərin siyasi dəstəyi, silahı, işgəncə alətləri var, fələstinliləri hər yerdə, hətta yeniyetmələri məktəblərinin daxilində təqib edirlər. Bunların hamısı öz yerində, amma Allah-Taala bu qorxaq toplumdan asayişi və rahatlığı almışdır. Çünki Fələstin yaşayır, Fələstin xalqı yaşayır, Fələstinin gəncləri yaşayırlar. Onlar Fələstinin xəritəsini dünya xəritəsindən silmək istədilər. Onlar Fələstinin adını unutdurmaq istədilər. Onlar Fələstin xalqını digər xalqların daxilində həll və həzm etdirmək, itirmək istədilər ki, Fələstin adlı bir şey qalmasın. Baş verən isə bunların tam əksidir.
Fələstin xalqı 1948-ci ildən qat-qat güclü, iradəli və ayıq olmuş, əhalisi çoxalmışdır. Onların arasında dəyərli şəxsiyyətlər var. O zaman öz evləri daxilində o qədər zəif idilər ki, düşmən qollarından yapışıb təhqirlə bayıra çıxara bildi. Lakin bu gün sionistlərin bir neçə milyonluq zəngin əhalisini öz sarayları daxilində, yəhudilər yaşayan qəsəbələrdə və öz tarlalarında asayiş və təhlükəsizlikdən məhrum etmişdir. Hər şeyləri var, lakin yaşamaq imkanları, dinclik və təhlükəsizlikləri yoxdur.451
Fələstinin son qələbəsinin qətiliyi
Dünyanın müxtəlif yerlərindən toplaşıb fələstinlilərin evinə sahib çıxanlar müsəlman xalqların iradəsi ilə bir gün bu evi sahiblərinə qaytarmağa məcbur olacaqlar. O günün tez, yaxud gec olması mümkündür, lakin qəti və qaçılmazdır.452
Şübhə etmək lazım deyil ki, bu “yerdən qoparılmış, kökü olmayan pis bir ağac”ın453 heç bir davamı olmayacaq. Şübhəsiz, məhv olacaq. Şəkk etmək olmaz ki, xalq qələbə çalacaq və Fələstin İslama qayıdacaq. Bunun gec, yaxud tez olması isə müsəlmanların iradəsindən, qeyrətindən asılıdır. Müsəlmanlar iradə göstərməli, gənclər işi buraxmamalıdırlar. Başıuca və qorxmaz İran xalqı kimi sözlərini desinlər, istəklərini tələb etsinlər. Şübhəsiz, Allah-Taala da onlara mərhəmət göstərəcək.454
Rejimləri məhv edən amil xalqların müqavimət gücü, əzmkarlığı və mübarizəsidir. Bu əzmkarlıq və mübarizə Fələstində mövcuddur və Allahın lütfü ilə mütləq sionizm rejiminin devrilməsi ilə nəticələnəcək.455
İndi azğın hegemonlar bilsinlər ki, qəddarlıq və yırtıcılıqla günbəgün artan İslam oyanışı işığını söndürə bilməyəcəklər. Fələstin xalqının qəhrəman müqaviməti və qaniçən sionistlər qarşısında kişi, qadın, qoca və gəncinin heyrətamiz cəsarəti bu iddiaya canlı şahiddir. Bu qarşıdurmanın sonu haqqın batil üzərində qələbəsi olacaq. Necə ki, buyurub: "Biz günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir!"456 457
İsrail və ABŞ-ın qəti məhvi
Fələstin məsələsinə dair bizim görüşümüz aydındır. Biz Fələstinin həllini İsrail rejiminin məhvində bilirik. Deməsinlər ki, olmaz; dünyada "olmaz" yoxdur, hər şey olar. İnsanların hərəkəti yolunda maneə olan bütün əzəmətli dağları götürmək olar. Qırx il ötmüşdür. Əgər daha qırx il də ötsə, İsrail dövlətinin aqibəti məhv olasıdır və məhv olmalıdır. Bir neçə gün öncəyə qədər heç kəs böyük Şərq gücünün bu şəkildə dağılacağını güman etmirdi. Əgər iki il öncə kimsə bunu desəydi, bəziləri filosofcasına saqqal tərpədərdilər ki, siz sadəlövhsünüz. İmam Qorbaçova yazdığı məktubda bundan sonra marksizmi muzeylərdə tapmağın lazım olacağını deyəndə bəziləri istehzalı təbəssüm etdilər. Lakin 2-3 il ötməmiş o proqnoz həyata keçdi, imamın vəfatından 1 il sonra hər şey dəyişdi. Necə yəni olmaz?!
Hegemon ABŞ da məhv olacaq, o da dağılacaq. Bu cəhənnəm güc qalası deyil. İsrail də qalası deyil. Bu, İran hökumətinin, xalqının və İslam Respublikası quruluşunun sözüdür. Belə də olacaq. Bu, siz xalqın və müsəlman xalqların sayıqlığı sayəsində həyata keçəcək. Biz çalışmalıyıq. Bizim vəzifəmiz çalışmaqdır.458
İran İslam Respublikası fəxrlə bu müqəddəs hərəkətə öz dəstəyini davam etdirəcək və doğruçu övladlarının xeyir-duası ilə sizi yola salacaq:
"Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmlədər"459.460
Həm təzyiqlər, həm də fədakarlıq və mübarizə baxımından Fələstinin müstəsna mövqeyi
Şübhə etməməliyik ki, bu günlər Fələstin üçün taleyüklü günlərdir. Əlbəttə, Fələstin bizim tariximiz boyunca İslamın və düşmənlərinin vuruş səhnəsi olmuşdur. Son yüz ildə - xüsusən də son əlli ildə bu yer İslam düşmənləri ilə mübarizənin ön xəttinə çevrilmişdir. Fələstini həqiqətən, mütəmadi əsrlərdə İslam tarixinin mühüm hadisələrinin tablosu bilmək olar. Lakin bu gün Fələstində baş verənlər hadisənin cəhətlərinə görə təxminən müstəsnadır. Əvvəla, bu gün Fələstin xalqına edilən təzyiqlər bənzərsizdir. İkincisi isə bu gün Fələstin xalqının göstərdiyi fədakarlıqlar bənzərsizdir. Biz heç zaman Fələstin xalqını belə ciddi şəkildə cismi, canı, malı, övladı və əzizləri ilə səhnədə görməmişik. Bu xüsusiyyət bu mübarək intifazəyə məxsusdur.461
Fələstin xalqının əfsanəvi müqaviməti
...Tarixdə qalacaq ikinci məqam Fələstin xalqının əfsanəvi dözümü və müqavimətidir. Bir xalq blokadadır, yalqızdır, bütün ətrafını düşmən sarıb. Lakin bu şəkildə dayanıb aclığa, övlad acısına, gənclərinin müsibətinə, evlərinin uçurulmasına, tarlalarının dağıdılmasına dözür. İndi bir neçə milyon fələstinli, - bunların hamısı partiya və qrupların üzvləri deyillər - bir xalq olan qadın, kişi, kiçik, böyük və qoca var qüvvələri ilə dayanmışlar. Afərin! Afərin! Çox müqavimətli xalqdır! Bu da tarixdə qalacaq.462
Mübarizələrin Quran əsasında nəticəyə çatması
Mənim əzizlərim! İran xalqı Qurana yaxınlaşdığı qədər başucalığına, xilasa, qurtuluşa, qələbəyə də yaxınlaşmışdır. Dünyanın bütün xalqlarının xilas yolu İslama və Qurana yaxınlaşmaqdır. Fələstinin xilas yolu da budur. Siz baxın, əlli ildir Fələstin ölkəsində işğalçı bir dövlət qurulmuşdur. Bu müddət ərzində mübarizələr baş verdi, lakin sona çatmadı. Nə üçün? Çünki bu mübarizələrdə Allahın dini, İslam inancı və Quran hökmü meyar deyildi. Bu gün Fələstin xalqı İslam adı altında düşmən əleyhinə mübarizə aparır və bu mübarizə düşmənin sütunlarını sarsıdacaq.463
Allahın sadiq mücahidlərə qəti vədi
Fələstinin bugünkü vəziyyəti Allahın sadiq və möhkəm mücahidlərə vəd etdiyi qəti gələcəyin müjdəçisidir. Bu vəd qaçılmazdır. Zalım və daşürəkli sionizm rejimi, onun arxasında ABŞ-ın, beynəlxalq sionizmin və mürtəce səlibçilərin siyasəti öz cinayətli və faciəli rəftarı ilə Fələstin xalqına qalib gələcəklərini güman edirlər. Elə bilirlər onu təslimçiliyə vadar edə biləcəklər. Bu, kobud səhvdir. Bu səhvi edənlər gələcəkdə ağır əks-zərbə alacaqlar. Tel-Əviv cəlladları öz rəftarları ilə yalnız günahsızları qətlə yetirməyi, şəhərləri dağıtmağı bacarmışlar, fələstinli mücahidlərin güclü iradələrini sarsıtmağı bacarmamışlar. Əqsa məscidi intifazəsi Allahın nişanələrindən biridir və bədbəxt cinayətkarları sərt cəzalandıracaq.464
Vahid İslam kimliyinin formalaşmasına müjdələr
"Sionizm işğalından azadlıq" prinsipinə sadiq olan bir hökumətin465 iş başına gəldiyi bugünkü Fələstinə baxmaq, onu Fələstin xalqının keçmişdəki qürbəti, təcridi və gücsüzlüyü ilə müqayisə etmək... və nəhayət, İslam ölkələrində İslam dəyərlərinə təmayüllə, ABŞ və Qərbə çoxlu nifrətlə yetişməkdə, çiçəklənməkdə və artmaqda olan gənc nəslə baxmaq...
Bütün bunlar Qərb hegemonlarının və ilk növbədə ABŞ-ın devrilmiş bəxtini və məğlub olmuş siyasətlərini düzgün təsvir edə və vahid İslam kimliyinin formalaşmasını müjdələyə bilər.466
İşğalçıların qəlbində məyusluq və Fələstin xalqında ümid
Bu gün sionistlərin fələstinlilərə qarşı vəhşiliyi bir neçə dəfə artsa da, siz Fələstin xalqının üzündə ümid görürsünüz.
Bu gün Fələstinin işğalçılarının özləri öz yollarını davam etdirməyə məyus olduqlarını duyur və bildirirlər. Özləri etiraf edirlər ki, çıxılmaz vəziyyətdə qalmışlar. Keçmiş SSRİ-nin dağılmasından sonra siz dünyanın kəndxudası və rəqibsiz ağası olmuş Amerika Birləşmiş Ştatları rejiminin müxtəlif regionlarda çıxılmaz vəziyyətdə qaldığını, əsaslı problemlərə və açılmaz düyünlərə düçar olduğunu görürsünüz. Terrorçuluqla mübarizə bəhanəsi ilə bu həssas regiona daxil oldu; Əfqanıstana, İraqa, Livana və Fələstinə. Sizin gördüyünüz bütün bu bölgələrdə ABŞ-ın planları biri o birindən sonra puç olmuş və bu planların uğruna heç bir ümid qalmamışdır. Özlərinin də ümidləri yoxdur, bunu söyləyir və deyirlər.467
Sionist düşmənin zəifləməsi
Qarşı tərəfdə sionist düşmən həm ruhiyyə, həm struktur və real varlıq baxımından günbəgün zəifləyir. Bu gün sionizm böyükləri məğlubiyyətə doğru getdiklərini etiraf edirlər. Şübhəsiz, İslam dünyası o günü görəcək. Ümidvarıq ki, Fələstin xalqının indiki nəsli Fələstinin öz xalqının, Fələstin millətinin və ev sahiblərinin əlində olmasını görsün.468
Fələstinli mücahidlərə qələbə müjdəsi
Mücahid Fələstin xalqı, Qəzzə əhalisi və Qəzzənin xalq tərəfindən seçilən hökuməti bilsin ki, onların xəbis düşməni indi həmişəkindən daha zəif və daha təhlükədədir. Bazar ertəsi gününün dəniz cinayəti güc nişanəsi yox, işğalçı rejimin acizliyinin və gərginliyinin əlamətidir. Allahın qanunu budur ki, zalımlar öz rüsvayçı dövrlərinin sonlarında öz əlləri ilə özlərinin qəti məhv talelərini yaxınlaşdırırlar. Öncəki illərdə Livana və ondan sonra Qəzzəyə hücum sözügedən dəlicəsinə hərəkətlərdən idi və taxtlarda oturmuş sionist terrorçularını son süqut dərəsinə yaxınlaşdırdı. Aralıq dənizinin sularında beynəlxalq yardım karvanına hücum da bu qəbildən olan növbəti axmaq hərəkətdir.
Fələstinli qardaş və bacılar! Hikmətli və qüdrətli Allaha etimad edin. Öz gücünüzə inanın və onu artırın. Son qələbəyə əmin olun və bilin ki: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!"469 470
Müqavimətə qərarlı mübarizlərin qələbəsi
Biz inanırıq ki, müsəlman xalqlar dünyanın harasında olsalar, əgər İslam və ona kömək üçün müqavimətə qərarlı olsalar, qalib gələcəklər. Əsas məsələ budur ki, müsəlmanlar dünyanın hansı nöqtəsində olsalar, ədaləti müdafiə etməyə, zülmün qarşısında dayanmağa, məzlum və zəiflərin tərəfdarı olan İslamı müdafiə etməyə qərar versinlər. Hər yerə hakim olan dünya gücləri özləri güclərini əfsanəvi göstərmişlər. Onların real gücləri göstərdiklərindən çox fərqlidir. Əgər ABŞ iddia və təlqin etdiyi qüdrətə malik olsaydı, bu gün Fələstin mübarizələrindən əsər-əlamət görünməzdi. Lakin görürsünüz ki, Fələstin xalqının mübarizələri günü-gündən güclənir. Qışın soyuğunda özlərinin ev və yuvalarından qovulmuş fələstinlilər işğalçı sionizm rejimi üçün ən böyük problemi yaratmışlar. Bunlar güclüdürlər və qalib gələcəklər; bu şərtlə ki, dözsünlər. İşğalçı və xəbis israillilər bu əməllə böyük səhvə düçar olmuş və özlərini çoxçəhətli problemə salmışlar. Bu gün hansı tərəfdən hərəkət etsələr, məğlub olacaq və vurulacaqlar. Bu gün nə iş görsələr, məğlubiyyətlə üzləşəcəklər. Əgər fələstinliləri qaytarsalar, məğlub olmuşlar, saxlasalar, məğlub olmuşlar, edam etsələr, məğlub olmuşlar, həbs etsələr, məğlub olmuşlar. Əlbəttə, şərti budur ki, fələstinli mübarizlər yorulmasınlar, müqavimət göstərsinlər, möhkəm dayansınlar və öz sözlərindən dönməsinlər. Düşmən zəifdir. Xalqlarla mübarizə aparan bütün düşmənlər zəifdirlər.471
Fələstinin İslam oyanışı
Allaha şükür olsun ki, İslam dünyasında İslam oyanışı yaranmışdır. İşğalçı sionistlər təxminən qırx il rahat yaşadılar. Bəzən hökumətlər tərəfindən bir neçə gün qısa hücum olurdu və sonra da dəyən ziyanlar ABŞ tərəfindən artıqlaması ilə ödənirdi. Bu gün isə Fələstin torpaqları daxilində İslam tərəfindən təhdid olunurlar. Onları təhdid edən İslamdır. Fələstinin dindən uzaq təşkilatları öz gücsüzlüklərini göstərdilər. Bu gün vəziyyət elə bir həddə çatmışdır ki, dırnaqarası Fələstin təşkilatlarının başçıları işğal olunmuş torpaqlar daxilindəki və bəzi digər regionlardakı fələstinlilərə müraciət edirlər ki, işi çətinləşdirməyin, problem yaratmayın. Onlar həqiqi mübarizəni özlərinə problem sayırlar. Dindən ayrı olan hərəkətin taleyi bundan yaxşı olmaz. Lakin din Fələstini xilas edəcək. İslam Fələstini təcavüzkarların əlindən geri alacaq.472
Mübarizə ilə Fələstin bayrağının ucaldılması
Mən aydın şəkildə görürəm ki, yaxın gələcəkdə ABŞ-ın, sionistlərin və regionda olan bəzi ölkələrin təslimçilərinin istəyinə rəğmən, Fələstin ölkəsi və bayrağı bir gün özünün həqiqi yerində bütün dünyanın diqqətini cəlb edəcək. Bu mühüm tarixi gələcəyin şərti budur ki, Fələstinin öz xalqı oyaq olsun, rəzil həyatdan ötrü mübarizədən əl çəkməsin. Bir neçə gün düşmənin qanlı xəncəri altında rəzilliklə yaşamaqdan ötrü həqiqəti deməkdən çəkinməsin. Bu şərt də, Allaha şükür olsun ki, təmin olunmuşdur.
Fələstini düşmənə təhvil verən nəsil getdi. Təslimçiliklə, yeyib ölməmək üçün özlərinə bir şey düzəltmək istəyən nəsil də getməkdədir. Bu gün iş başına gəlmiş nəsil İslam şüarı və İslam məqsədi ilə, İslama güvənməklə və Quranla tanışlıq sayəsində müsəlman bir xalqdan gözlənilən işi görmək fikrindədir. Bu onların gördüyü böyük işin əlamətləridir.
Fələstinin işğalçıları daim onun-bunun söhbətini ortaya atıb, İran İslam Respublikasının təhrik etdiyini deməsinlər. Heç kəsin təhriki lazım deyil. Bu gün İslam oyanışı sayəsində müsəlman xalqlar ayıqdırlar. Kiminsə deməsi, həvəsləndirməsi və irəliyə itələməsi lazım deyil, özləri bilirlər. Bu gün Fələstin gəncləri səhnədədirlər, yeni nəsillər başucalığı, səadət və müsəlmanlıq yolunun nə olduğunu anlayırlar. İslam dünyasının hər bir yerində ixlaslı insanların qəlbi onların xatirəsi ilə döyünür. Bu həmrəylik təkcə İrana məxsus deyil; Misirə də getsəniz, belədir, Afrikaya da getsəniz, belədir, Asiyaya da getsəniz, belədir, Orta Şərqə də getsəniz, belədir. Siz hansı İslam ölkəsinə getsəniz, məzhəbindən asılı olmayaraq, ayıq və ixlaslı insanların ürəklərinin Fələstinin və Fələstin xalqının xatirəsi ilə döyündüyünü görəcəksiniz.473
1 Tehranın cümə namazı xütbələrindən: 1980.
2 “İsra”/4.
3 “İsra”/7.
4 İmam Xomeyninin məqbərəsinin ziyarətçilərinin böyük toplantısında çıxışından: 2002.
5 “Tövbə”/128.
6 Əziz Peyğəmbərin və İmam Cəfər Sadiqin (ə) mübarək doğum gününün ildönümündə quruluşun məsul şəxslərinin toplantısında çıxışından: 2002.
7 Azadlığın və ölkəyə dönüşün birinci ildönümündə əsirlikdən azad olanlarla görüşdə çıxışından: 1991.
8 Fələstin Xalqına Dəstək Konfransının dördüncü iclasında çıxışından: 2009.
9 Fələstin Xalqının İslam İnqilabına Dəstək beynəlxalq konfransının iştirakçıları ilə görüşdə çıxışından: 1991.
10 Qüds Günü münasibəti ilə müraciətindən: 2000.
11 Tehranın cümə namazı xütbələrindən: 2000.
12 Fələstin İslam Konfransının birinci iclasının iştirakçıları ilə görüşdə çıxışından: 1990.
13 Fələstin İntifazəsini Müdafiə beynəlxalq konfransının açılış mərasimində çıxışından: 2001.
14 Yenə orada.
15 Hörmətli Allah evinin hacılarına müraciətindən: 1991.
16 Fələstin İslam Konfransının birinci iclasının iştirakçıları ilə görüşdə çıxışından: 1990.
17 “İmam Əlinin (ə) dostları” mədəni-hərbi ekskursiyasında iştirak edən Bəsic üzvlərinin böyük toplantısında çıxışından: 2000.
18 Fitr bayramı namazı xütbələrindən: 1996.
19 Mübarək Fitr bayramı münasibəti ilə İslam Republikası quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışından: 2001.
20 Həcc üzrə məsul şəxslərlə və şəfəq ongünlüyü tədbirlərinin təşkilatçıları ilə görüşdə çıxışından: 2002.
21 İyirmi birinci beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüşdə çıxışından: 2004.
22 Mübarək Fitr bayramı münasibəti ilə İslam Republikası quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışından: 2005.
23 Qəzzə konfransının açılış mərasimində iştirak edən Fələstinin cihad qruplarının rəhbərləri ilə görüşdə çıxışından: 2010.
24 Ərdəbil vilayətinin gəncləri ilə görüşdə çıxışından: 2000.
25 İmam Rzanın (ə) pak məqbərəsinin ziyarətçilərinin toplantısında çıxışından: 2011.
26 İnqilabın Böyük Rəhbəri tərəfindən hazırlanan Beşinci inkişaf proqramının ümumi siyasətlərindən: 2009.
27 Hörmətli Allah evinin hacılarına müraciətindən: 2009.
28 Həzrət İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışından: 1992.
29 Həzrət İmam Xomeyninin vəfatının iyirmi birinci ildönümündə İmam Xomeyninin məqbərəsində Tehranın cümə namazı xütbələrindən: 2010.
30 Tehranın cümə namazı xütbələrindən: 2004.
31 İran İslam Respublikası ordusunun müştərək qərargahında çıxışından: 1991.
32 Kermanşah, Yəzd və Cahar-Mahal və Bəxtiyari vilayətlərinin əsrilikdən azad olanları, möhtərəm şəhid ailələri, əlillər, icraçı məmurlar, İslami Şura Məclisinin deputatları və cümə imamları, həmçinin Qorqan, Günbəd, Məhəllat, Şüştər, Sepidan, Tehran, Şiraz və Cəhrum şəhərlərinin əhalisi ilə görüşdə çıxışından: 1990.
33 Mübarək Qədir-Xum bayramı münasibəti ilə İran İslam Respublikası quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışından: 1990.
34 Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətindən: 1990.
35 Polislərin məzuniyyət mərasimində çıxışından: 2000.
36 Yenə orada.
37 Kürdüstan vilayəti universitetlərinin müəllim və tələbələri ilə görüşdə çıxışından: 2009.
38 Əziz İslam Peyğəmbərinin məbəs (peyğəmbərliyin başlanması) günündə İslam Respublikası quruluşunun məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə çıxışından: 2000.
39 İmam Xomeyni və Fələstinə Dəstək beynəlxalq konfransına müraciətindən: 2002.
40 Əzəmətli Peyğəmbərin məbəs günü münasibəti ilə quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2008.
41 İmam Xomeyninin vəfatının iyirminci ildönümündə çıxışından: 2009.
42 Məşhəd əhalisi və İmam Əli ibn Musa Rzanın (ə) ziyarətçiləri ilə görüşdə çıxışından: 1995.
43 Tehranın cümə namazı xütbələrindən: 1997.
44 Tehranın cümə namazı xütbələrindən: 1999.
45 Bütün ölkədən olan müxtəlif təbəqələrlə görüşdə çıxışından: 1996.
Dostları ilə paylaş: |