Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə



Yüklə 1.28 Mb.
səhifə7/17
tarix07.09.2017
ölçüsü1.28 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   17

İkinci bölmə: Məğlubiyyət və qələbələr



Birinci fəsil: İşğalın tarixçəsi və ibrətlər

İşğalın qısa tarixçəsi

Fələstin hadisəsinə baxın. Orada haqq və batil cəbhələri aydındır. Bir xalqı öz ata-baba yurdundan, babalarının dəfn olunduğu tarixi torpaqlarından, həyatlarından, evlərindən məhrum etmişlər. Avropadan, Rusiyadan, ABŞ-dan və digər yerlərdən bir qrup əcnəbini toplayıb deyirlər ki, buranı idarə edin. Əgər ortada başqa heç bir amil olmasaydı da, bunun özü haqq və batilin harada olduğunu göstərərdi, o ki qala işğalçı əcnəbi qrup müxtəlif qəddar və yırtıcı üsullarla o torpağın sahibi olanları məhv edə. Daha bundan da aydın haqq və batil varmı?!181


İsrail - xərçəng vəzisi

Fələstin tarixi bir ölkədir. Tarix boyu Fələstin adlı bir ölkə mövcud olmuşdur. Dünyanın zalım güclərinin dəstəyilə bir qrup gəlib bu xalqı ən kobud və ən şiddətli yolla ölkədən qovub; öldürüb, sürgün edib, işgəncə verib, təhqir edib. Bu gün işğal olunmuş Fələstinlə qonşu ölkələrdə və digər yerlərdə əksəriyyəti düşərgələrdə olmaqla bir neçə milyon fələstinli qaçqın yaşayır. Əslində, ölkəni xəritədən çıxarmış, onun yerinə zorla qondarma və yeni bir inzibati vahid yaradıb adını İsrail qoymuşlar. Görün məntiq nə tələb edir? Bizim Fələstin barədə sözümüz şüar deyil, tam məntiqli sözdür.

Əvvəllər başında İngiltərənin, sonra da ABŞ-ın durduğu və ardınca Qərb ölkələrinin gəldiyi bir güc mərkəzi deyir ki, Fələstin ölkəsi və xalqı məhv olmalı, onun yerinə İsrail adlı bir ölkə və İsrail xalqı adlı qondarma bir xalq yaranmalıdır. Bunun qarşısında başqa bir söz də var. O, İmam Xomeyninin sözüdür; deyir ki, xeyr, bu qondarma və zorla yaradılmış dövlət yer üzündən silinməli, onun yerini əsl xalq, əsl ölkə və əsl inzibati vahid tutmalıdır. Bu iki sözün hansı məntiqlidir?! Süngüyə və şiddətə əsaslanan, siyasi bir sistemi, bir neçə minillik keçmişi olan tarixi bir inzibati yeri bütünlüklə coğrafiydan silmək istəyən söz məntiqlidir, yoxsa əsl inzibati vahidin qalmasını, qondarma və zorla yaradılmış vahidin məhv olmasını deyən söz?! İmam bunu deyirdi. İşğalçı İsrail və Fələstin məsələsi barədə deyilməsi mümkün olan ən məntiqli söz budur. İmam bunu açıq söylədi. İndi kimsə bu sözü eyhamla desə də, imamın xəttinin davamçısı olduğunu iddia edən bir qrup deyəcək ki, nə üçün bu söz deyildi. Bu, imamın sözü, imamın məntiqidir. Bu, düzgün məntiqdir. Dünyanın bütün müsəlmanları, bütün azad insanlar və bitərəf xalqlar bu sözü qəbul etməlidirlər. İmamın mövqeyi budur.182
İsrailin yarandığı zaman edilən diqqətsizlik

İslam dünyası bu böyük problemin yarandığı zaman diqqətsizlik etdi, ona qarşı düzgün yol seçmədi. Düzdür, Fələstində və Fələstindən bayırda dəyərli şəxsiyyətlər vardı, onların zəhmətlərini inkar etmək olmaz; misal üçün, mərhum İzzəddin Qəssam, mərhum Hacı Əmin Hüseyni, mərhum Şeyx Məhəmmədhüseyn Ali-Kaşif əl-ğita. Bunların hamısı sionizm dövlətinin təhlükəsini duydular, söylədilər və mübarizə apardılar. Lakin İslam dünyası və onun vəzifəli şəxsləri öz rollarını düzgün ifa edə bilmədilər. Odur ki, Fələstin xalqının çox təhlükəli olan bu məsələ ilə mübarizəsində tarix boyu yıxılıb-durmalar olmuşdur.183


İşğalın əvvəli

Fələstinin işğalının əvvəlində Şeyx İzzəddin Qəssam və Hacı Əmin Hüseyni kimi mücahid alimlər Fələstini xilas etmək üçün müsəlmanları köməyə çağırdılar. Böyük təqlid müctəhidi olan mərhum Şeyx Məhəmmədhüseyn Ali-Kaşif əl-Ğita sionistlər əleyhinə cihad hökmü verdi. Amma təəssüf ki, tədricən mübarizənin İslam rəngi zəiflədi və milli rəngi çoxaldı.184


Qərbin köhnə arzusu

Bəzi Qərb dövlətləri Fələstin torpağı və şərafətli Qüdsə həmişə tamah salmışlar. Müsəlmanların əleyhinə uzun Xaç müharibələri onların bu müqəddəs torpağa qarşı tamahlarının bariz nümunəsidir. Osmanlı imperiyasının məğlubiyyətindən sonra Beytülmüqəddəsə girən müttəfiqlər ordusunun bəzi komandirləri belə deyirdilər: "Bu gün xaç müharibələri başa çatdı".185


Fələstinin işğalının məqsədləri

Bu torpağın işğalı çoxcəhətli və mürəkkəb bir layihə əsasında hazırlanıb müsəlman birliyinin və yenidən güclü müsəlman dövlətlərinin yaranmasının qarşısını almaq məqsədi güdürdü. Dəlillər göstərir ki, sionistlər alman nasistlərlə yaxın münasibətdə olmuşlar. Yəhudilərin qətliamna dair şişirdilmiş rəqəmlər cəmiyyətin rəhmini qazanmaq, Fələstinin işğalına zəmin yaratmaq və sionistlərin cinayətlərini ört-basdır etmək üçün idi.

Hətta bəzi dəlillərə görə Şərqi Avropanın bir qrup qeyri-yəhudi quldur və oğrularını yəhudi adı ilə Fələstinə köçürdülər ki, şovinizm qurbanlarının övladlarını himayə adı altında İslam dünyasının ortasında İslama düşmən bir dövlət qursunlar və 13 əsrdən sonra İslam şərqi ilə qərbini bir-birindən ayırsınlar. Sionistlərin və onların qərbli himayədarlarının planlarının mahiyyətindən xəbərsiz olduqlarına görə müsəlmanlar əvvəldə çaş-baş qaldılar.186
Sionist işğalçılığının üç şərti

Sionistlərin Fələstinə qarşı işğalçılığının üç şərti vardı:

Bir şərti ərəblərə qarşı qəddarlıqdan ibarət idi. Onların əsl sahiblərlə rəftarları daşürəkli, şiddətli və çox kobud idi; bunlarla heç cür yola getmirdilər.

İkinci şərt dünyanın ictimai rəyini aldatmaq idi. İctimai rəyi aldatmaq mürəkkəb məsələlərdən biridir. Onlar yəhudilərin əlində olan sionist informasiya vasitələri ilə o qədər yalan dedilər ki, həmin yalanlara görə bəzi yəhudi oliqarxlarını tutdular. Çoxları onların yalanlarına inandılar; hətta bizim gənclikdə bir müddət çox sevdiyimiz yazıçılardan olan fransalı ictimai filosof Jan Pol Sartrı da aldatdılar. Jan Pol Sartr bir kitab yazmışdı; mən otuz il öncə onu oxudum. O yazmışdı: "Torpaqsız xalq, xalqsız torpaq!" Yəni torpaqsız xalq olan yəhudilər xalqsız torpaq olan Fələstinə gəlmişlər. "Xalqsız" nə deməkdir?! Orada bir xalq yaşayırdı, buna çoxlu dəlillər var. Bir xarici yazıçı deyir ki, bütün Fələstin torpaqlarında göz işlədikcə uzanan dəniz kimi yaşıl buğda tarlaları vardı. "Xalqsız torpaq" nə deməkdir?! Dünyanı inandırdılar ki, Fələstin boş qalmış və buraxılmış xaraba bir yer idi, biz gəlib buranı abadlaşdırdıq. İctimai rəyə yalan söyləmək budur. Həmişə özlərini məzlum göstərməyə çalışmışlar, indi də çalışırlar. Mən hərdən ABŞ-ın Taym və Nyusvik kimi jurnallarına baxıram. Bir yəhudi ailəsinə qarşı çox kiçik bir hadisə törədiləndə geniş şəkildə işıqlandırır, öldürülənin şəklini, bioqrafiyasını, yaşını dərc edir, uşaqlarının məzlumluğundan bəhs edirlər. İşğal olunmuş Fələstində və Livanda fələstinli gənclərə, ailələrə, uşaqlara və qadınlara qarşı yüzlərlə, minlərlə qəddarlıq nümunəsinə isə ən kiçik işarə belə vurmurlar.

...İndi də sionizmin əsas məqsədi Böyük İsrail yaratmaqdır. Düzdür, indi bunun adını az çəkir, gizlətməyə çalışır, yenə də ictimai rəyi aldadırlar. Nə üçün? Çünki indiki mərhələdə özlərinin ekspansionist məqsədlərini gizlətməyə ehtiyacları var.

...Üçüncü şərt də dəm-dəsgah, müzakirə və özləri demiş, lobbidir; otur hökumət, şəxsiyyət, siyasətçi, ziyalı, yazıçı və şairlərlə söhbət et, anlaş. Onlar indiyədək bu üç yoldan istifadə edərək hiylə və kələklə Fələstini tuta bilmişlər. Xarici güclər də onların yanında olmuşdur. Əsas İngiltərə idi. Birləşmiş Millətlər Təşkilatı və ondan öncə dırnaqarası sülh naminə yaradılan Millətlər Cəmiyyəti bəzi hallar istisna olmaqla həmişə onları müdafiə etmişlər. 1948-ci ildə Millətlər Cəmiyyəti bir qətnamə qəbul edib əsassız olaraq Fələstini böldü; dedi ki, Fələstin torpaqlarının 57 faizi yəhudilərə məxsusdur. Halbuki ondan öncə Fələstin torpaqlarının təxminən 5 faizi onlara məxsus idi. Onlar da dövlət qurdular və sonra da müxtəlif hadisələr, kəndlərə, şəhərlərə, evlərə və günahsızlara hücumlar başlandı. Düzdür, ərəb dövlətləri də səhlənkarlığa yol verdilər. Bir neçə müharibə baş verdi. 1967-ci il müharibəsində israillilər ABŞ-ın və digər dövlətlərin köməyi ilə Misir, Suriya və İordaniyanın bəzi hissələrini ələ keçirə bildilər. 1973-cü ildə onların başlatdığı müharibədə yenə də həmin qüvvələrin köməyi ilə müharibəni öz xeyirlərinə tamamlayıb digər yerləri də ələ keçirdilər.187


Fələstin macərasının xülasəsi

Hadisənin xülasəsi budur ki, dünyanın nüfuzlu yəhudilərinin bir qismi yəhudilər üçün müstəqil bir dövlət qurmaq fikrinə düşdülər. İngiltərə də bunların fikrindən istifadə edib öz problemini həll etmək istədi. Onlar əvvəlcə Uqandaya gedib oranı öz ölkələri etmək istəyirdilər. Bir müddət düşündülər ki, Liviyanın paytaxtı Tripoliyə getsinlər. Bu məqsədlə o zaman Tripolini ələ keçirmiş italiyalılarla söhbət etdilər, amma italyanlar onları rədd etdilər. Nəhayət, ingilislərlə razılaşdılar. O zaman ingilislərin Orta Şərqdə çox mühüm müstəmləkə planları vardı. Gördülər ki, bunların bu regiona gəlmələri yaxşıdır; əvvəlcə bir azlıq kimi daxil olsunlar, sonra tədricən artsınlar, Fələstin kimi həssas bir bölgəni tutub dövlət qursunlar, İngiltərənin müttəfiqi olub İslam, xüsusən də ərəb dünyasının regionda ittifaq yaratmasına mane olsunlar. Düzdür, digərləri sayıq olsalar, müştərək düşmən birlik amili ola bilər. Amma xaricdən bu şəkildə himayə olunan düşmən casus fəaliyyətləri və müxtəlif üsullarla ixtilaf da yarada bilər. Onlar bu işi gördülər: birinə yaxınlaşdılar, birini vurdular, birini əzdilər, biri ilə pis davrandılar. Buna əsasən, birinci mərhələdə İngiltərənin və bəzi Qərb ölkələrinin köməyi oldu. Sonra onlar tədricən İngiltərədən ayrılıb Amerikaya bağlandılar. Amerika bu günə qədər onları öz qanadı altında saxlamışdır. Onlar bu minvalla bir ölkə yaradıb Fələstini işğal etdilər. İşğal etmələri də belə oldu: əvvəl müharibə ilə deyil, hiylə ilə başladılar. Gedib Fələstinin ərəb əkinçilərinin işlədiyi böyük və çox münbit torpaqları Avropa və ABŞ-da olan əsas sahiblərindən dəyərindən bir neçə dəfə artıq qiymətə aldılar. Onların da ürəklərindən oldu və torpaqlarını yəhudilərə satdılar. Əlbəttə, onların dəllalları vardı. Deyirlər bu dəllalların biri 1900 çevrilişində Rza xanın ortağı olmuş məşhur Seyid Ziya idi. O buradan Fələstinə getdi, orada müsəlmanların torpaqlarının yəhudilərə və israillilərə satılmasına dəllallıq etdi. Torpaqlar bunların mülkü olanda həqiqətən, çox qəddar, yırtıcı və daşürəkli yollarla tədricən əkinçiləri ixrac etməyə başladılar; vurur, öldürür və eyni zamanda dünyanın ictimai rəyini yalan və hiylələrlə öz tərəflərinə çəkirdilər.188


İşğalın mərhələləri

Bu gün biz təşəbbüsü ələ almalıyıq. İndiyə qədər həmişə düşmən təşəbbüsçü olmuş, biz isə uzaqbaşı şikayət etmiş və gileylənmişik. Fələstin düşmənin təşəbbüsçülüyündən ibarət tarixi bir prosesdə sionistlərin tam mülkünə çevrilmişdir. Əvvəlcə fələstinlilərin torpaqlarını almaq, sonra mühacir sionistlərin silahlanması, ondan sonra daxili müharibə, Fələstinin bölünməsinin elan edilməsi, daha sonra o İslam və ərəb ölkəsinin yeni hissələrinin ələ keçirilməsi və nəhayət, hamısının tutulması, Misir, Suriya və İordaniyanın bəzi hissələrinin də ona əlavə olunması. Buraya qədər Fələstinin ərəb qonşuları yalnız bir dəfə təşəbbüsü ələ almışlar. O da Suriya və Misirin hicri 1393-cü ildəki ramazan hücumu idi. Bu hücum ABŞ-ın İsraillə birliyinə və İslam ölkələrinin iradə zəifliyinə görə son nəticələrə çatmasa da, ərəb cəbhəsinin fəxrinə və ərəb torpaqlarının bir hissəsinin azad olunmasına səbəb oldu. Ondan sonra bu günə qədər həmişə sionistlər, onların himayədarları və birinci növbədə ABŞ barışıq şüarları verməkdə və Fələstinin işğalının möhkəmləndirilməsi istiqamətində təşəbbüsçü olmuş və öz həriflərini bacardıqları yerə qədər arxalarınca aparmışlar. Biz müsəlman dövlətlər Fələstinin xilası yolunda ön xətdə olan ölkələrə daha ciddi köməklər etməli idik. Keçmişdə bizim bəzi hökumətlərimiz isə hətta arxadan xəncər də vurublar. Bunun bariz nümunəsi Pəhləvi dövründəki İran hökumətidir. Təəssüf ki, o zaman İran sionistlərin təhlükəsiz evi və işğalçı dövlətin səmimi dostu idi.189


İşğal

Sionistlər bir İslam ölkəsini işğal etdilər, bir müsəlman xalqı ölkəsindən qovdular. Sonra da quldurluqla, inadkarlıqla və tacir sionistlərin siyasi işlərilə bunu ört-basdır edib ərazilərini genişləndirdilər. Sionistlər yüz, yaxud yüz əlli il öncədən anladılar ki, pul qazanmağa çalışmalıdırlar. Əgər Avropa ölkələrindəki bu rəzillikdən çıxmalarını istəyirlərsə, gərək özləri pul qazansınlar, həssas mərkəzləri tutsunlar, xəbər agentliklərini, mətbuatı və radioları ələ keçirsinlər. Onlar bu işə başladılar. Dünyada nəhəng sionist oliqarxlar çoxdur. Onların hamısı öz təzyiqləri, siyasi işləri və təbliğat fəaliyyətləri ilə düşündülər ki, qırx, yaxud əlli ildən sonra nəhayət, məsələ unudulacaq. Kim təsəvvür edərdi ki, gəlib bir xalqı ölkədən qovsunlar, dünyanın müxtəlif yerlərindən bir qrup adamı toplayıb gətirsinlər və dırnaqarası bir dövlət qursunlar. Çox qəribə və inanılmaz bir işdir. Onlar dedilər ki, biz bu ərəblərin sözlərinə, inamlarına, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və bu səs-küylərə etina etməyək, nə istəyirlər etsinlər. Biz yalnız dayanıb tədricən qlobal təzyiq göstərək və bunlar unutsunlar. Təəssüf ki, elə də oldu.190


Fələstinin işğalı dövründə sionistlərin hiyləgərliyi

Sionistlər öz məqsədlərindən daşınmırlar. Söylədikləri "Nildən Fərata qədər" məqsədlərini geri götürməyiblər. Hələ də məqsədləri Nildən Fərata qədər hər yeri tutmaqdır. Lakin sionistlərin strategiyası budur ki, əvvəlcə hiylə və kələklə öz yerlərini möhkəmləndirirlər və bundan sonra təzyiqlə, hücumla, insan öldürməklə, zorakılıq və qəddarlıqla bacardıqları qədər irəliləyirlər. Onlar ciddi bir dirənişlə - siyasi və ya hərbi dirənişlə üz-üzə gələn kimi dayanırlar. Yenə də hiylə və kələyə əl atırlar ki, bununla bir addım da irəliləyə bilsinlər. Bir addım irəlilədikdə yenidən həmin hücumlarını və qəddarlıqlarını davam etdirirlər. Onlar 60-70 il öncədən bu günə qədər bu işi görmüşlər. Yəni Fələstini rəsmən işğal etmələrindən 25 il öncədən bu üsulu icra ediblər. Bunlar əvvəlcə Fələstinə daxil olanda demədilər ki, biz Fələstinə mühacir gətiririk. Fələstin xalqı təccüblənirdi ki, buraya gələn bu adamlar kimdirlər. Yalandan deyirdilər ki, mütəxəssis gətiririk. Bu sözlər əsaslıdır. Bunlar İngiltərə Xarici işlər nazirliyinin sənədlərində olmuş və sonradan ifşa edilmişdir. Dünyanın bəzi Xarici işlər nazirlikləri köhnə sənədləri nəşr edir və hamının ixtiyarına buraxır. Dediyim sənədlər 60-70 ildən sonra bizim əlimizə keçmişdir. Bu sənədlərdə Fələstində çalışan bir ingiltərəli zabit öz məruzəsində yazır: "Biz Fələstin xalqına dedik ki, Fələstinə daxil olan şəxslər mütəxəssisdirlər, mühəndisdirlər, doktordurlar və sair. Onlar sizin ölkənizi abadlaşdırmağa gəlirlər. Sizin torpaqlarınızı abadlaşdırdıqdan sonra gedəcəklər".

Həmin ingilis zabit bir məktubda yazmışdır: "Amma biz bu xalqa yalan deyirdik". İxtisası və sənəti olmayan yəhudiləri dünyanın müxtəlif yerlərindən toplayıb Fələstinə apardılar. Onlara imkanlar yaratdılar, torpaq və hər şey verdilər. Çünki Fələstinin əsl sahiblərini o ölkədən çıxarmaq istəyirdilər. Əvvəlcə hiylə ilə başladılar və yerləri möhkəmlənəndən sonra hücuma keçdilər.

1948-ci ildə İsrail dövlətinin qurulduğunu elan etdilər. Ondan bir il sonra isə daha artıq torpaqlar tutmaq üçün Misirə və digər müsəlman ölkələrinə hücum etdilər. Məğlub olduqda bir müddət səbir etdilər. Əlbəttə, çoxlu torpaq tutdular, amma daha irəliləyə bilmədiklərindən dayandılar və yenə hiyləgərliyə başladılar ki, görsünlər necə yeni ayaq yeri tapa bilərlər. Bu günə qədər həmin formada irəliləmişlər.191


İşğalın köməkçi amilləri

"Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!"192

Xalqların tarixində elə anlar olur ki, onda qərar vermək o xalqın ömrünün uzun bir dövrünə təsir buraxır, nəsillərə əzab, əziyyət, xarlıq və əsarət, yaxud azadlıq, ucalıq və səadət ərməğan edir.

Əgər sionistlərin müsəlmanlara məxsus torpaqları ələ keçirməyə başladıqları gün müsəlman dövlət başçıları, aparıcı qüvvələr və onların ardınca xalq kütlələri fəallıq, ciddi müqavimət və sayıqlıq göstərsəydilər, bu gün bu regionda sionizm dövlətinin xəbis ağacının zəhərli meyvələri olan bütün bu müsibət və bəlalardan xəbər-ətər olmazdı, region xalqları, xüsusən də məzlum Fələstin xalqı bu qırx beş ildə çəkdiklərindən uzaq qalardı.

O zaman bəzilərinin zəifliyi, bəzilərinin hakimiyyət istəyi, bəzilərinin rahatlıq istəyi, bəzilərinin ayıq olmaması əl-ələ verib ümumi xəyanəti formalaşdırdı və nəticəsi qarşıya çıxdı: minlərlə günahsız insan qanı axıdıldı, minlərlə namus təhqir olundu, minlərlə ev dağıdıldı, minlərlə sərvət hədər getdi, minlərlə arzu dəfn olundu, qaçqın düşərgələrində aclıqla, didərginliklə, evsizliklə, göz yaşı və ah-nalə ilə minlərlə dərdli gecə və gündüz ötdü. İşğal olunmuş vətəndə düşmənin çəkməsi və süngüsü altında yaşayan minlərlə insan da heç bir günahı olmadan dövrün ən çətin cəzalarına məruz qaldı və özlərinin işğal olunmuş evlərinin qonşuluğundakı qaçqın düşərgəsində, yaxud əcnəbinin qəyyumluğu altında olan evlərində tədricən can verdi. Bütün bunların hamısı o böyük xəyanətdən yarandı. O xəyanət ardınca digər xəyanətləri də gətirdi. Bu xəyanət dalğaları nə qədər dəyəri, nə qədər ruhiyyəni öldürdü və nə qədər çırağı söndürdü...

O zaman bu böyük zülmü dəf etmək üçün kim bir iş görə və bir addım ata bilərdisə, amma atmayıbsa, bu iki fələstinli nəslin lənətinə və nifrininə məhkumdur, tarixin qətiyyətli və ağır mühakiməsinə, eləcə də qiyamət günündə Allahın əzabına məruz qalacaq. Bunda siyasət adamları, iqtisadiyyat adamları, mədəniyyət və ədəbiyyat adamları, yaxud müharibə və hərb adamları arasında fərq yoxdur.193


Misir və Fələstin

Region xalqları əvvəldən öz mövqelərini aydın göstərmişlər. Odur ki, bir hökumət Fələstini müdafiə etdikdə öz xalqının, ərəb və müsəlman xalqların dəstəyini qazanır. Bunu Misir 60-70-ci illərdə sınamışdır. Rüsvayçı Kemp-Devid müqaviləsindən sonra isə Misir hökuməti ilə xalqı arasında ayrılıq yarandı. 67 və 73-cü illərdə öz canı və malı ilə Fələstinə köməyə getmiş Misir xalqı tədricən gördü ki, hakimlər ABŞ-a itaətdə çox ifrata varıblar, Misir sionist və işğalçı düşmənin etimadlı müttəfiqinə çevrilmişdir. ABŞ-ın Misir başçılarına hakim olması onların Fələstini müdafiədə çəkdikləri keçmiş zəhmətlərinin hamısını bada verdi və Misir Fələstinin ən böyük düşməninə, sionistlərin isə ən böyük himayədarına çevrildi.194


Sayks-Peyko müqaviləsi

Osmanlı imperiyası məğlub oldu. Müharibənin qalibləri Orta Şərqin İslam ölkələrini öz aralarında bölmək üçün gizli şəkildə Sayks-Peyko müqaviləsini imzaladılar. Millətlər Cəmiyyəti Fələstinin qəyyumluğunu İngiltərəyə tapşırdı. Onlar da sionistlərə kömək sözü verdilər, dəqiq layihələrlə yəhudiləri Fələstinə gətirdilər, müsəlmanları öz ev və yurdlarından didərgin saldılar.195


Birinci intifazənin məğlubiyyətinin səbəbləri

Birinci intifazə sionistlərin və himayədarlarının təlqinlərinin təsiri altında, sülh vasitəsilə fələstinlilərin imtiyazlar əldə etməsi vədi ilə, təslimçilərin nüfuzu, ABŞ və Qərbin təzyiqi ilə dayandı. Amma o tarixdən ötən on il göstərdi ki, sionizmin himayədarlarının bütün məqsədi İsrail rejimini müsəlmanların mübarizəsindən irəli gələn təzyiqlərdən xilas etmək olmuşdur, verdikləri sözlər isə ilğımdan başqa bir şey olmamışdır.

Bu gün İsrailin törətdiyi işğalçılıq, ekspansiya və yırtıcılıq əvvəldən İslam cəmiyyətlərinin ayıq və qayğıkeş insanları tərəfindən proqnoz olunurdu.

İsrailin formalaşmasının əvvəlindən bu işğalçı və yalançı rejim həmişə fələstinlilərin danılmaz hüquqlarına təcavüz etmiş, bəzi Qərb dövlətləri, xüsusən də ABŞ bunu ört-basdır və müdafiə etmişdir. Beynəlxalq qurumlar bu rejimin hərəkətlərini ört-basdır etməklə onun kimliyinə və təcavüzünə qanuni don geyindirməyə çalışmışlar.196


Birinci intifazənin məğlubiyyət amili: Oslo müzakirələri

Bu intifazə bütün sülh yollarından ümidini üzüb, qələbənin yalnız müqavimətdə olduğunu dərk etmiş xalqın qiyamıdır. Fələstin xalqı özünün qabaqkı intifazəsində çoxlu ziyanlara uğradı, İslam yolunda və İslam torpağının azadlığı yolunda çoxlu şəhid və əlillər təqdim etdi. Amma nəhayət, Oslo müzakirələri onu dayandırdı. Oslonun nəticəsi nə oldu? Bu gün hətta Oslonun fələstinli tərəfləri də onu müdafiə etmirlər. Anladılar ki, İsrail yalnız öz problemini həll etmək istəyirmiş. Yəni əlidaşlı mübarizlərdən xilas olsun və özünə yönəlmiş zərbələri azaltsın. Əgər fələstinli tərəfə azca nəsə verib adını “güzəşt” qoydusa da, yalnız intifazə alovunu söndürmək və özünə təhlükələri azaltmaq üçün idi. Öz probleminin həll olunduğunu və yanlış olaraq, Fələstin xalqının daha intifazə və müqavimətə qadir olmadığını duyan kimi həmin “güzəştləri” də qaytardı və əsl mahiyyətini üzə çıxardı. Oslo sazişi Fələstin xalqını elə duruma saldı ki, qiyamdan başqa bir yolun olmadığını anladı.197


İkinci intifazənin başlanmasının səbəbkarı

Ötən üç həftədə murdar və mənfur sionist ünsürün198 Əqsa məscidindəki fəaliyyəti xalqı dözümsüz etdi. Əgər həmin gün Fələstin məsələsinə iddialı rəhbərlər, yaxud ərəb dövlət başçıları etiraz etsəydilər, xalq onların sözünü deyən bir kəsin olduğunu hiss edərdi və bəlkə də işlər belə olmazdı. Amma xalq gördü ki, özü səhnəyə çıxmalıdır və çıxdı. İndi üç həftədir Fələstin torpağında müqavimət başlanmışdır. Mən fələstinli gənclərə dedim ki, siz bilin, bir nəsil oyanmış, meydana atılmışdır; məgər onu bu sözlərlə döndərə bilərlər?! Bəziləri cinayət və terror törətməklə gənclərdən və məzlumlardan bir qədərini qətlə yetirirlər. Amma bunların qanı Fələstin hərəkatının və Fələstin inqilabının ağacını suvarır. Bunun əlacı yoxdur. Bir xalqı öz evindən, öz vətənindən, öz ölkəsindən qovublar. Qalanlar da oraya gətirilmiş əcnəbilərin hökmranlığı altındadırlar. Məgər bu xalqı sakitləşdirmək olar?! Hegemon qüvvələr İslam İranından gileylənirlər ki, siz sülh prosesinə qarşı çıxırsınız. Biz əlbəttə, buna qarşıyıq, amma siz bilin, əgər İslam İranı qarşı çıxmasa, dünya xalqlarının və hökumətlərinin heç biri kömək etməsə də, bir xalqı tarixin səhifəsindən silib onun yerinə qondarma bir xalq yaratmağı güman etməniz xam xəyaldır. Fələstin xalqının mədəniyyəti, tarixi, keçmişi, sivilizasiyası var. Bu xalq minillərlə bu ölkədə yaşamışdır. Amma siz gəlib onu öz evindən, öz şəhərindən, öz tarixindən ayırırsınız, qovursunuz və sonra bir dəstə mühaciri, tüfeylini, cürbəcür adamları, xeyrini güdənləri dünya ölkələrindən toplayıb qondarma bir xalq yaradırsınız. Məgər bu, mümkündür?! Bir neçə gün zorla və zülmlə bir iş görə bilərsiniz. Məgər bu işlərin davam etməsi mümkündür?!199


İsrailin legitimlik böhranı

Fələstinin işğalından altmış il ötür. Bütün maliyyə, informasiya, hərbi, texnoloji, siyasi və diplomatik imkanlarına rəğmən, işğalçılar və onların himayədarları bu müddətdə sionizm rejiminin legitimlik məsələsini nəinki həll edə bilməyiblər, hətta bu məsələ zaman ötdükcə daha da mürəkkəbləşmişdir.

Qərbin Fələstinin işğalına bəhanə olan holokast barədə hətta sual və tədqiqata da dözümsüzlüyü bu zəifliyin və çaşqınlığın əlamətlərindəndir. Bu gün sionizm rejiminin dünyanın ictimai rəyindəki vəziyyəti bütün qara tarixindən daha pis, onun yaranmasının əsası haqda sual daha ciddidir. Şərqi Asiyadan Latın Amerikasına qədər hər yerdə o rejimin əleyhinə misli görünməmiş könüllü etiraz, dünyanın 120 ölkəsində - o cümlədən, bu xəbis ağacın vətəni olan Avropada və İngiltərədə xalq yürüşləri, onların Qəzzə İslam Müqavimətini və otuz üç günlük müharibədə Livan İslam Müqavimətini müdafiə etmələri göstərir ki, sionizm əleyhinə son altmış ildə heç zaman bu qədər ciddi və genişmiqyaslı bir müqavimət yaranmamışdır. Livan və Fələstinin İslam Müqavimətləri dünyanın vicdanını oyada bilmişdir.

Bu, həm düşmənlər, həm də İslam ümməti, xüsusən də onun qeyrətli gəncləri və vicdanlı şəxsləri üçün böyük bir dərsdir. Onlar bilsinlər ki, tapdanmış haqqı qaytarmaq yolunda mücahidlik heç zaman hədər getmir və Allahın bu vədləri haqdır:

"Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!"200

"Allah Öz vədindən əsla dönməz!"201

"Allah Öz vədinə əsla xilaf çıxmaz!"202

"Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməzlər!"203

"Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!"204

Və hansı vəd Allahın bu vədindən açıqdır: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!205"206


İkinci intifazədə İsrailin məğlubiyyəti

Radikal sionistlərin bütün ümidi bu gün qondarma və yalançı dövlətin başında duran yırtıcıya bağlanmışdı. Ümidvar idilər ki, o, dəmir çəkmələrlə gəlib polad yumruqla Fələstin xalqını diz çökürdə və intifazəni yatırda bilər. Lakin onun gəldiyi gündən intifazə günbəgün daha da alovlanmışdır. Bu son ümidləri idi. İndi öz daxillərində ixtilaf yaranmışdır. Uzaq yerlərdən gəlib bu torpaqda və işğal olunmuş ölkədə təhlükəsiz yaşamaq istəyənlər bu gün qayıtmaq barədə düşünürlər. Onların bir çoxu qayıtmaq halındadırlar və daha heç kim gəlməyə cürət etmir; ruhdan düşüblər, zəiflik hiss edirlər və öz aralarında ixtilaf yaranmışdır. Onlar işıqlı gələcəkdən məyus olublar və qarşıda aydın üfüq görmürlər. İşğalçı sionistlər təşvişdə və iztirabdadırlar; işləri və sözləri bunu göstərir. Əgər bu hadisələr Fələstin xalqı üçün acı və qəmlidirsə, onların düşməni üçün də çox acıdır. Quranın bu şərafətli ayəsi necə də səlisdir: "Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz".207 Əgər siz bu mübarizədə əzaba və əziyyətə düşürsünüzsə, düşmən də əzab-əziyyətə düçar olur, o da yaralanır, həm də sizdən çox. Fərq bundadır ki, Fələstin xalqının qarşısında işıqlı üfüq var, lakin sionist işğalçı üçün bu üfüq yoxdur. Fələstin xalqının işıqlı gələcəyi var, özünü oraya çatdıra bilər; hamının edəcəyi səylə, çalışmaqla və fəaliyyətlə.208


İkinci intifazənin təsiri: fələstinlilərin birliyi

Saziş prosesi və konkret olaraq Oslo layihəsi fələstinlilərin parçalanmasına səbəb oldu. Amma bu mübarək intifazə Fələstinə milli birliyi qaytara bildi. Görürsünüz ki, xalqın müxtəlif təbəqələri bu mübarizədə iştirak edirlər, dini və milli təşkilatlar bir-birinin yanındadırlar. Hətta könlü hələ də başqa yerdə olan şəxslər də məcbur qalıb bu böyük hərəkətlə yoldaşlıq edirlər.209


Mübarizənin dərs və ibrətlərinin dərd və müsibətlərindən böyük olması

Aylardır işğalçı rejim tərəfindən zorakılıq, qəddarlıq və qətl dalğası bütün bu torpağı bürüyüb. Məzlum və qaçqın müsəlmanları - qocaları, gəncləri, azyaşlıları və xəstələri şəhadətə yetirirlər. Yaralı seli müalicə üçün İslam ölkələrinin xəstəxanalarına köçürülür. Bu mübarək ramazan ayında sionistlər oruc tutan müsəlmanlara qarşı hər gün yeni cinayətlər törədirlər. Lakin bu mübarizənin dərs və ibrətləri onun dərd və müsibətlərindən olduqca böyükdür; qəlblərdə ümid işığı yandırır və gələcək üfüqləri işıqlandırır. Bu gün Fələstində yeni nəsil müxtəlif müsibətlərə dözür, qalib və əmin-amanlı gələcəyə çatmaq üçün dözüm və müqavimət yolunu rəhbər tutur: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ey Rəsulum! Belə imtahanlara) dözən şəxslərə müjdə ver!"210

Əqsa məscidi intifazəsi Fələstin xalqının mübarizəsində böyük yeniliyin başlanğıcıdır. Fələstin müqaviməti enişli-yoxuşlu yolları sınayıb, müxtəlif hiylələrdən keçib, çətin əngəlləri arxada qoyub, müxtəlif silahların çaqqıltısını, düşmən qırıcılarının gurultusunu eşidib, bu gün cinayətkarların və onların himayədarlarının caynağından qurtuluş üçün yeganə yolun davamlı cihad və müqavimətdən ibarət olduğunu yaxşı bilir. Müsəlmanların ictimai rəyi də bu strategiyanı dəstəkləyir. Böyük xalq yardımları və İslam ölkələrinin cümə namazlarında intifazəni müdafiə və ona dəstək məqsədilə edilən fədakarlıq və qəhrəmanlıqlar bunu göstərir.

İsrailin məğlubiyyəti və Livanın cənubundan qovulması Əqsa məscicidi intifazəsinin qəhrəmanlarına böyük bir dərs verdi, fələstinli mübarizlər bu məğlubiyyətdə düşmənin işğal olunmuş torpaqlardakı məhvinin əlamətlərini ağıl və fərasətlə dərk etdilər, dinin, mənəviyyatın və İslamın həyatverici təlimlərinin tükənməz mənbəyinə arxalanmaqla əsl İslam yoluna qayıdıb mübarizə bayrağını daha da ucaltdılar.

Sionistlər hakimiyyət bölgüsünü Fələstin xalqının təhqiri və xarlığı əsasında aparmışdılar. Lakin fələstinlilər sionizm rejiminin, ABŞ-ın istismarçı quruluşunun və məğlub olmuş sülh tərəfdarlarının bu rəzil müqavilələrinin əksinə olaraq, ayağa qalxdılar, şərəf və qüdrət yolunu seçdilər, cinayətkar İsrail rejimini daxildə böhranla, sərhədlərdə intifazə və müqavimətlə üz-üzə qoydular. Bu il mübarək ramazan ayının bütün cümə günləri Fələstin xalqını müdafiə və işğalçı sionistlərə nifrət bildirmə səhnəsidir. Dünyanın hər yerində müsəlmanlar və cümə namazı qılanlar Ümumdünya Qüds Günündə möhtəşəm tədbirə hazırlaşırlar. Onlar məzlum Fələstin xalqına öz dəstəklərini əsirgəmədiklərini bir daha göstərəcəklər.211
Muxtariyyət rəhbərlərinin rüsvayçı razılaşması

Növbəti məsələ bu yaxınlarda sionistlərlə özlərini Fələstinin nümayəndəsi bilənlər arasında baş verən rüsvayçı razılaşmadır. Mən bu məsələnin təfərrüatına toxunmaq istəmirəm. Bunu radio və televiziya, dövlət məmurları, Xarici işlər nazirliyinin əməkdaşları və belə məsələlərin şərhinə məsuliyyətli şəxslər xalqımıza aydınlaşdırmalıdırlar və xalqımız çox çirkin və təhlükəli olan bu məsələdən xəbərdar olmalıdır. Hələ təxminən iki il bundan öncə bağladıqları müqaviləyə əməl olunmamış gəlib məzlum Fələstin xalqının, Fələstin ölkəsinin, ərəb və İslam dünyasının tam əleyhinə olan başqa bir müqavilə imzaladılar.

ABŞ bu məsələ ilə ciddi məşğul oldu. Səbəb də bu idi ki, ABŞ prezidentinin düçar olduğu şəxsi problemlərə və həmçinin ABŞ diplomatiyasının Orta Şərqdəki rüsvayçılığına görə onların da bu məsələyə ehtiyacları vardı. Amerikalıların özləri dəfələrlə deyiblər ki, dırnaqarası Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasındakı sülh müqavilələri kağız üzərindədir və real deyil. ABŞ diplomatiyasının bu işdə zəifliyi, gücsüzlüyü, bacarıqsızlığı ABŞ-ı dünyada rüsvay etdi. Digər çoxlu daxili və xarici məsələlər də var. Oturub bir neçə həftə ərzində təcili bir işlə özünü Fələstin xalqının nümayəndəsi bilən şəxsdən bir müqaviləyə imza aldılar. O, əskik və xəyanətkar bir insandır, eqoizm və dünyagirlik bataqlığında o qədər batıb ki, Fələstin müqavimətinin üzvü sayılmağa ləyaqəti yoxdur, nəinki o müqavimətin rəhbəri olmağa. O əslində, fələstinli mübarizləri təqib və sionizm dövlətinin müsəlman inqilabçılar tərəfindən gözlədiyi təhlükəni dəf etmək işini öhdəsinə götürüb. O, düşmənin yükünü daşıdı, Fələstin inqilabçıları üçün problemlər yaratdı, ABŞ-ın çirkin müdaxiləsini və amiranə fəaliyyətlərini artırdı. Bundan əlavə, sionistlərin və Ərəfatın dəm-dəsgahının ardıcıl olaraq iki həftədən bir bu işlərdən ötrü iclasları keçirilir. O, amerikalılarla da iclas keçirib onlara məruzə etməlidir ki, mən bu işləri gördüm, bu şəxsləri tutdum, bu şəxsləri həbs etdim, bu insanları cəzalandırdım. Əgər bir məhbusu azad etsə, amerikalılar ona etiraz edəcəklər ki, nə üçün inqilabçılardan olan bu məhbusu azad etdin, nə üçün səhlənkarlıq etdin, nə üçün filankəsi tutmadın. Burada İsrail ittihamçı kimi siyahı verir, ABŞ hakim kimi hökm çıxarır, cənab Yasir Ərəfat da o hökmü icra edir. Ar olsun belə alçaq insanlara!212
İsraillə müzakirə” sözünü təkrarlamamaq

Mən düşünürəm ki, bu sözlərin onlar tərəfindən təkrar edilməsi də pisdir. Bu mənim fikrimdir. Mənim fikrimcə, bir günahı yaymaq üçün bir yol da onu dillər əzbəri etməkdir. O qədər desinlər ki, pisliyi ortadan götürülsün. Siz Fələstin məsələsinə, bəzi fələstinlilərin qəbul etdikləri acı taleyə baxın. Bu gün bu, dünyada çox böyük təcrübə və ibrətdir. Hər tərəfdə daim bir söz deyildi, digərləri də ona qəzəblənmədilər. Daim dedilər ki, bizim İsraillə söhbət etməyimizin nə eybi var?! Və iş o yerə çatdı ki, daha “işğalçı düşmən” demədilər. Demədilər ki, bu, fələstinlilərin evində soxulmuş işğalçı düşməndir. Nə müzakirəsi?! Onunla müzakirə bu ola bilər ki, desinlər ay filan-filan olmuş, evimizdən çıx. İşğalçı ilə müzakirə belə olur. Zalımla müzakirə budur ki, filan-filan olmuş, niyə bu qədər zülm edirsən?! Müzakirə budur, dostcasına müzakirə aparmaq, getmək, demək, gülmək, onun bir söz deməsi, bunun bir söz deməsi, sonra çənə vurmaq yox. Davamlı olaraq İsraillə müzakirədən söhbət açan şəxslərə heç kim etiraz etmədi. Nəhayət, zehinlərdə işin qəbahəti ortadan götürüldü. Sonu da belə acınacaqlı məsələlərə çatdı.213


Xəyanət konfransının nəticəsi

Xəyanət konfransı bitdi; sözlərini danışdılar, sionistləri və işğalçı rejimi əməli olaraq, rəsmən tanıdılar. Nəticə nə oldu? Fələstinlilər nə qazandılar? Ərəb dünyası nə qazandı? İşğalçı və yalançı İsrail rejimi belə bir hadisənin qırx ildən sonra baş tutmasını arzulayırdı. Eyni zamanda özünü həvəssiz göstərirdi; hey naz edirdi, şərt qoyurdu. Sonra da konfransa gedib ərəblərin qarşısında ən kəskin, ən həyasız sözlərini dedi və konfransdan çıxdı. Ərəb dövlətləri nə üçün belə hiylə və yalan qarşısında silahı yerə qoydular?! Tarix bunlara nə deyəcək?! Allah qiyamətdə bunlarla necə sorğu-sual edəcək?! Xalqları bunlarla nə edəcək?!214


Xalqların İsraillə müzakirə aparanlara nifrəti

Mən güman etmirəm ki, bəzi qeyrətli ərəb dövlətləri bu rəzilliyə razı olsunlar. Xalqlar əsla dözməyəcəklər. Əgər amerikalılar Orta Şərq məsələsini bu formada həll etmələrini düşünürlərsə, səhvdədirlər. Onlar bilsinlər ki, işğalçı sionizm rejimi ilə müzakirə stolu arxasında oturan hər bir rejimin xalqı arasındakı mövqeyi zəfiləyəcək və regionda təhlükəli vəziyyət günbəgün artacaq.

Xalqlar öz yollarını gedirlər. Xalqlara zidd hakimiyyətlər dünən Kemp-Devid müzakirələrində gördüyümüz taleyi yaşayacaqlar.215
İki xəyal: İsrailin məğlubedilməzliyi və birgə yaşamağa ümid

İstər sionizm rejiminin məğlubedilməz olduğunu düşünüb işğalçılara barışıq və təslimçilik əli uzadanlar, istər öz səhv gümanlarına əsasən, sionistlərin ikinci və üçüncü nəslini birinci nəslin cinayətlərindən uzaq bilib iki dövlətin bir-birinin yanında sağlam birgəyaşayışına ümid bəsləyənlər indi öz səhvlərini anlamalıdırlar. Əvvəla, İslam ümmətinin oyanışı və İslam müqavimətinin çiçəklənməsi ilə saxta məğlubedilməz sindromu sınmış, işğalçı rejimdə bacarıqsızlıq və acizlik əlamətləri aşkara çıxmışdır. İkincisi isə o rejimin başçılarında olan təcavüzkarlıq xisləti və cinayətə həyasızlıq eynilə birinci onilliklərdə olandır. Əgər bacarsalar, yaxud bacardıqlarını güman etsələr, heç bir cinayətdən çəkinməzlər.216


Rifah dövrünün imtahanının çətinlik dövrünün imtahanından ağır olması

Bəzən çətinlik dövrünün imtahanı rifah və asayiş dövrünün imtahanından asan olur. İşağlçı, əxlaqsız və zalım israillilərlə məzlum mübarizə dövrünün imtahanı çətin idi. Bəziləri onun öhdəsindən gəldilər və bir neçə il ötdükdən sonra həmin mübarizələr sayəsində xalq arasında hörmət qazandılar, pullar töküldü, hörmətlər olundu və rahatlıq dövrü başlandı. Daha mübarizə yox idi, ölüm təhlükəsi yox idi, çiyinə avtomat atmaq yox idi, amma rifah dövrünün öz imtahanı var. Onlar bu imtahandan kəsildilər; özü də çox pis kəsildilər. Fələstinin satılması rüsvayçılığını gördünüz. Müasir tarixdə belə nümunələrimiz çoxdur. Mən çətinlik dövrlərini ən təmiz şəkildə yaşamış, lakin rifah dövründə çirkinliyə və fəsada uğramış mübarizlər görmüşəm.217


Məyusluq

Məyusluq bəzilərinin mübarizəyə qoşulmamasına səbəb olurdu. Məyusluğu uzaqlaşdırmaq lazımdır. Siz qəddar Bəs rejiminin türmələrində olanda nə qədər baxırdınızsa, gözünüzün önü qaranlıq idi. Əlinə qamçı almış o kobud məmurdan, sərt Bəs zabitindən tutmuş Səddam Hüseynin özünə qədər biri o birindən sonra sizə sanki şəxsi qan düşməni idilər. Hansının əlinə düşsəydiniz, sizə əziyyət və işgəncə verir, incidirdi. Belə deyildi?! Bütün mühit qaranlıq idi. Burada, sizdən uzaqda evində oturan və siz qardaşların yoxluğundan kədərlənən bizim hamımız da belə idik. Mənim özüm şəxsən bu hissləri keçirirdim və bilirdim ki, İran xalqının əksəriyyəti bu hissləri keçirir; istər evlərində, yaxud qohumlarında əsir olsun, yaxud olmasın. Onlar da baxdıqda mühiti qaranlıq görürdülər. O məyus baxışların arxasında ilahi lütf və ümid günəşi parlayırdı, biz isə görmürdük. Bu, bir dərsdir. Nə üçün bəzi adamların dünyanın hegemon güclərinə qalib gəlməyə ümidləri yoxdur?! Nə üçün bəzi adamlar bu regiondan İsrailin kökünü kəsməyə ümidsizdirlər?! Nə üçün bəzi adamlar bütün dünya müsəlmanlarını bugünkü vəziyyətdən və məzlumluqdan xilas etməyin mümkünlüyünə ümidsizdirlər?!218


Müsəlman xalqların çətinlik və bəlalarının etiqad və söz tövhidi xəttinin itirilməsindən qaynaqlanması

Bu gün müsəlmanların başına gələn çətinlik və bəlaların hamısı tövhid sayəsi altında həyat idarəsini itirməyə görədir. Tövhid təkcə zehnə aid bir məsələ deyil. Tövhid real bir məsələ, sistem və həyat proqramıdır. Tövhid bizə deyir ki, dostlarımızla necə olaq, düşmənlərimizlə necə olaq, ictimai quruluşumuz necə olsun və necə yaşayaq. Bəziləri elə bilirlər ki, tövhidə etiqad ölümdən sonraya aiddir. Halbuki tövhidə etiqad bu dünyanın və həyatın qurucusudur. Bu gün bizim buna ehtiyacımız var. Müsəlman xalqların buna ehtiyacı var.

Biz nə qədər tövhidə və Allah bəndəliyinə sarı getsək, tağutların, zalımların şəri bizdən bir o qədər uzaqlaşar. Müsəlman İran xalqı tövhid xəttində nə qədər irəliləmişsə, bu gün ABŞ-ın və dünya hegemonlarından olan başqa güclərin diluzunluğundan və əluzunluğundan rahat, əmrlərindən azad olmuşdur. Bu, tövhidin və Allaha bəndəliyin xüsusiyyətidir. Allahın bəndəsi olsanız, görəcəksiniz ki, bu, digərlərinin bəndəliyi və nökərliyi ilə uyuşmur. Birinci şərt tövhid sözüdür.

İkinci şərt də söz tövhididir. Müsəlman xalqlar birləşməlidirlər.219



İkinci fəsil: Qələbə və dərslər

Sionizm rejiminin acizliyi

Bu gün Hizbullah və onun tarixi qələbəsi Fələstin intifazəsinin çox güclü dayağıdır. Sionizm rejiminin fələstinlilərlə davamlı və üzünmüddətli bir qarşıdurmaya əsla gücləri yoxdur. Yəhudiləri aldadıb bu ümidlə Fələstinə gətiriblər ki, ərəblər onlarla vuruşmayacaqlar və əgər bu fikrə düşsələr, Qərbin təzyiqi onların uzunmüddətli müqavimətinə mane olacaq. Belə puç ümidlə Fələstinə gələn şəxslərin öz canlarını sionizmin banilərinin siyasi məqsədlərinə qurban verməyə hazırlıqları yoxdur. Məlumatlara əsasən, sionistlərin turizm sektoru kəskin şəkildə zəifləyib və hətta əks-mühacirət prosesi başlanmışdır.220


Qələbənin dəyərinə görə fəlakətlərə dözmək

Şübhəsiz, mübarizənin təəssüflü zərərləri də vardır; insanlar öldürülür, evlər dağıdılır, iqtisadi təzyiq xalqı sıxır və digər fəlakətlər yaranır. Amma qələbə çox qiymətlidir və onun bədəlini mütləq ödəmək lazımdır.221


Fələstinlilərin qiyamı ilə İsrailin bütün proqnozlarının puç olması

Çox əhəmiyyətli olan ikinci məqam budur ki, bu qiyam işğalçı sionizm dövlətinin bütün proqnozlarını puç etdi. Onların əsas proqnozları bu idi ki, əvvəldəki təzyiqdən, əsas Fələstin əhalisinin yarıdan çoxunun sürgünündən və uzun illər ötdükdən sonra Fələstin xalqının daha mübarizə gücü, hövsələsi, iradəsi, həvəsi və canı qalmayacaq. Hal-hazırda bu proqnozlar yanlış çıxmışdır. Fələstinin özündə olan milyonlarla insan o rejimlə mübarizə aparmağa qərar verəndə daha özləri üçün vəd olunmuş cənnət saydıqları və qeyri-fələstinli mühacirləri, yəni dünya yəhudilərini topladıqları təhlükəsiz mühit mövcud olmayacaq. Proqnozlar yanlış çıxmışdır. Odur ki, hökumətlərinin istefa verməyə məcbur olduğunu görürsünüz. Bu, çarəsizlikdəndir. Əlbəttə, onların bəzisi radikallığın daha da artırılmasını və daha qəddar hökumətin iş başına gətirilməsini xəyal edə bilərlər. Lakin bu da səhvdir. Məsələ kiçik deyil, böyük məsələdir, İslam dünyasının və bütün müsəlman ölkələrinin taleyi ilə bağlıdır. Xüsusən də bu təhlükə ocağına və fəsad vəzisinə daha yaxın olan ölkələrin taleyi buna bağlıdır.222


İsraillə müzakirənin onu öz cinayətlərindən döndərməməsi

Mən burada İslam dövlətlərinin başçılarına da deyirəm: Onlar düşünməsinlər ki, belə böyük bir məsələdə güzəştə getməklə işğalçı İsrail və onun arxasında duran ABŞ öz təcavüzlərini dayandıracaqlar. Onlar bir addım önə gəldilər, təslim oldunuz, daha bir addım gəldilər. İndiyə qədər bu şüarı rəhbər tutanların bir silahı vardı. Nə üçün onu əldən verdilər? Hansı düzgün təhlillə? İran İslam Respublikası bu on beş ildə sözünü Böyük İmamının və İran xalqının dili ilə demişdir. Söz yenə də həmin sözdür. Zamanın ötməsi ilə haqq köhnəlmir, nahaq olmur, zülm də qanuniləşmir.223


Fələstin xalqının qüdrəti, qəddar və zalım sionistlərin acizliyi

Bu gün Fələstin xalqı məzlum olmaqla yanaşı, arxalarında ABŞ-ın durduğu qəddar və zalım sionistləri böhrana salmış və aciz etmişdir. Bu gün İsrail hiss edir ki, fələstinli mübarizlərin qarşısında heç bir məntiqli yolu yoxdur. Bu, o xalqın müqavimətinə görədir.

Bir gün düşmən bugünkündən zəif idi, amma Fələstin xalqına hakim ola bildi. Çünki müqavimət yox idi. Bu gün düşmən o zamandan yüzqat güclüdür, amma Fələstin xalqının qarşısında aciz qalmışdır. Çünki bu xalq möhkəm dayanmış və qiyam etmişdir. Hansı nöqtədə olursa-olsun, İslam ümmətinin müqavimətinin mənası budur. Bu gün gündəlik olaraq sionizm rejiminin qəddarlığına düçar olan məzlum Fələstin əhalisi o zalım və haqsız rejimi çıxılmaz duruma salmağı bacarmışdır. Bu gün bir çox ərəb ölkələri və Fələstinin qonşuları İsrailin hücumuna məruz qalmırlarsa, o məzlum xalqın müqavimətinə görədir. Onların bütün İslam ümmətinin və ərəb xalqlarının, xüsusən də Fələstinin qonşuları üzərində böyük haqları vardır.

Bu gün düşmən öz məqsədlərini açıq söyləyir. Açıq şəkildə deyir ki, İslam oyanışına qarşıdır və onu məhv etmək istəyir. Açıq şəkildə deyir ki, Orta Şərqin xəritəsini dəyişdirmək istəyir. Orta Şərqin xəritəsini dəyişdirmək nə deməkdir? Mənası budur ki, qlobal hegemonizmin muzduru olan zalım sionistləri regionun sahibi etsinlər. Bu regionda sionistlərin istismarçı pəncəsində olmayan heç bir ölkə, hökumət, qüdrət və xalq olmasın. İslam ümməti bu məqsədlər qarşısında möhkəm dayanmalıdır.224


Hər bir fədakar fələstinli gəncin bir qoşun qədər təhlükəsi

Bu gün Fələstin xalqının başladığı mübarizə bir ordunun digər ordu ilə müharibəsi deyil ki, onun nə qədər tankı olduğunu, bunun nə qədər tankı olduğunu, onun daha çox, yaxud bunun daha çox imkanları olduğunu deyək. Bu, ölümdən qorxmayan insanların bədənlərinin, cisimlərinin və canlarının mübarizəsidir. İşğalçı rejim qarşısında duran hər bir fədakar gənc onları bir qoşun qədər təhdid edir. Bu insanın cavabını daha tank, raket, təyyarə və Apaçi helikopteri vermir. Yalqız olsa belə, bir insan ölümdən qorxmadıqda, özünü Allah yolunda fədakarlığa hazır etdikdə, insafsız dünya adamları üçün ən böyük təhlükə olur. Buna görə, amerikalılar ən yüksək səviyyədə şəhadət istəyən bu gənclərə qarşı açıq mövqe seçdilər. Mən deyirəm ki, bu işlərin faydası yoxdur. Bu şəhadət istəyi emosiya üzündən deyil, İslama, qiyamət gününə və ölümdən sonrakı həyata etiqaddan irəli gəlir. İslam özünün həqiqi mənasında harada mövcud olsa, hegemonizm əleyhinə bu təhlükə mövcuddur. Hegemonizm Fələstinə hökmranlıq üçün İslamla mübarizə aparmağa məcburdur. İslamla mübarizə isə İslam dünyası ilə mübarizədir və bu mübarizənin faydası olmayacaq.225


Müsəlmanların bir olmaması

Müsəlmanlar özlərinin bütün şüarlarından - milliyyət, məzhəb və siyasət şüarlarından qabaq İslam ümmətinin birliyi şüarını ucaltmalıdırlar. Bu gün onlar üçün ən təsirli şüarlardan biri budur. Müstəmləkəçiliyin, hegemonizmin və əcnəbi qüvvələrin həmişə müxtəlif hiylələrlə bu vəhdəti pozmağa çalışdıqlarını bilirik. Ən xəbis hiylələrdən biri Fələstin torpağının işğalı və müsəlman Fələstin torpağında xəbis sionizm ağacının əkilməsidir.

Əgər bizim vəhdətimiz olsaydı və İslam mənəviyyatına arxalansaydıq, düşmən Fələstin xalqını öz evində belə aşkarcasına işgəncəyə, təzyiqə, təqibə məruz qoya bilməzdi. Fələstin hadisələri çox dindar olmasa belə, hər bir qeyrətli insanın qəlbini yandırır. Qətlə yetirilmiş bir-iki yaşlı uşağın həyəcanlı dəfn mənzərəsini görüb kim rahat yata bilər?! Kim xalqın onlara məxsus olan evlərdə, küçələrdə, xiyabanlarda, şəhərlərdə və əsrlərdir babalarının dəfn olunduğu torpaqda mühasirə olunduğunu görüb təsirlənməz?! Bu gün Beytülmüqəddəs, əl-Xəlil, Qəzzə və işğal olunmuş torpağın digər bölgələrinin əhalisini həbs etmişlər. Onları öz evlərində öldürürlər, ata-analar öz evlərində övladlarına yas saxlayırlar, onları öz evlərində ac qoyurlar, iqtisadi blokadaya salırlar. Əgər İslam ümməti bir olsaydı, məgər belə bir hal yaranardı?! Bu gün də biz müsəlman xalq və hökumətlərin ən vacib əməli bu məsələdə söz birliyinə nail olmaqdır.226
İyirmi iki günlük müharibədən sonra müraciət

Bismillahir-Rəhmanir-Rəhim.

Mücahid qardaş cənab İsmayıl Həniyyə!

Salam!


Sizin, igid və fədakar mücahidlərin və bütün Qəzzə xalqının dünyanın və tarixin ən faciəli cinayətlərindən biri qarşısında iyirmigünlük dözümü İslam ümmətinin başı üzərində şərəf bayrağı dalğalandırmışdır. Siz zülm və şiddət qarşısında xarlığı, təslimçiliyi qəbul etməyən müsəlmanın Allaha və qiyamətə imanla dolu qəlbinin, uca və əziz ruhunun zalım və hegemon hökumətləri və güclü orduları aciz qoyan bir qüdrət yaratdığını sübut etdiniz.

Sizin fədakarlıq və şəhadət istəyindən yaranan qüvvənizin iyirmi gündür Qəzzə darvazaları arxasında bataqlığa salıb rəzil etdiyi ordu altı gün ərzində üç ərəb ölkəsinin böyük hissələrini əlinə keçirmiş ordudur. Öz imanınız və Allaha güvənmənizlə, Allahın vədinə inamınızla, dözümünüz, cəsarətiniz və fədakarlığınızla fəxr edin. Bu gün bütün müsəlmanlar bununla fəxr edirlər. Sizin bu günə qədərki cihadınız ABŞ-ı, sionizm rejimini, onun himayədarlarını, Birləşmiş Millətlər Təşkilatını və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir.

Bu gün təkcə müsəlman xalqlar yox, Avropa və Amerika xalqlarının çoxu sizin haqq olduğunuzu ürəkdən qəbul etmişlər. Siz bu gün də qalibsiniz. Bu şərafətli müqaviməti davam etdirməklə inşallah, zəbun və antiinsan düşməni daha artıq rəzilliyə və məğlubiyyətə salacaqsınız.

Bilin ki, "Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu"227. Bilin ki, "Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!"228 Lakin bununla yanaşı, fələstinli mülki şəxslərin, xüsusən də məzlum və məsum uşaqların qanlı və faciəli qətli ürəklərimizi qana boyamışdır. Hər gün dəfələrlə bütün televiziya kanallarımızdan yayımlanan və Fələstinin işğalçılarının cinayətlərindən bəhs edən verilişlər xalqımızı matəmə salmışdır. Allah sizə böyük mükafat versin və sizə yardımı tezləşdirsin! Bilin ki, Allahın vədi doğrudur. O buyurub: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!"229 Və buyurub: "(Allah yolunda) cihad edən ancaq özü üçün cihad edər!"230

Ərəb xəyanətkarları da bilsinlər ki, onların taleyi Əhzab yəhudilərindən yaxşı olmayacaq. Allah buyurub: "Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi"231. Xalqlar Qəzzə xalqı və mücahidləri ilə həmrəydirlər. Hansı hökumət bunun əksinə əməl etsə, özü ilə xalqı arasında məsafəni dərinləşdirir və belə hökumətlərin taleyi bəllidir. Onlar da öz həyat və hörmətləri barədə düşünürlərsə, Əmirəlmömininin bu sözlərini yada salmalıdırlar: "Ölümünüzdəki həyat izzətli, həyatınızdakı ölüm isə zillətlidir".232

Sizi, Qəzzə mübarizlərini və bütün məzlum və müqavimətli xalqınızı salamlayıram. İran İslam Respublikasının sizi müdafiə etməyə dair öz vəzifəsi bildiyi bütün fəaliyyətlərin yanında gecə-gündüz sizə dua edirəm, İzzətli və Qüdrətli Allahdan sizin üçün dözüm və yardım diləyirəm.

Allahın salamı, rəhməti və bərəkətləri olsun sizə və Allahın saleh bəndələrinə!233
Qəzzə qələbəsindən sonra sionizm rejiminin rüsvayçılığı

İki ay öncə İslam ümməti üçün başqa bir qələbə yaşandı. O, Fələstin müqavimətinin Qəzzədə sionist düşmən üzərində böyük və şanlı qələbəsi idi. Bundan böyük qələbə ola bilərmi?! 67-73-cü illərdə üç böyük ordunu məğlub etmiş imkanlı bir ordu iyirmi iki gün çalışdı, amma Qəzzədəki bu müqavimətli gəncləri, bu mömin mücahidləri geri oturda və məğlub edə bilmədi, uğursuz halda əliboş qayıtmağa məcbur oldu. Bundan əlavə, sionizm rejimi, onun himayədarları və ilk növbədə ABŞ dünyada rüsvay oldu. Bu, müsəlmanları həmrəyliyə yaxınlaşdıran böyük qələbə idi. Burada daha şiə və sünni məsələsini irəli sürə bilməzdilər. İndi gəlib milliyyət məsələsini ortaya qoyurlar; ərəb və qeyri-ərəb məsələsini. İddia edirlər ki, Fələstin məsələsi ərəblərə məxsusdur, qeyri-ərəbin Fələstin məsələsinə müdaxilə etməyə haqqı yoxdur. Nə üçün? Fələstin məsələsi İslam məsələsidir, ərəb və qeyri-ərəbin fərqi yoxdur.234


İsrailin otuz üç və iyirmi iki günlük müharibələrdə məğlubiyyəti

Bu mühüm hadisələrin nümunələri İsrailin Livanla otuz üç günlük müharibədə İslam müqaviməti qarşısında hərbi və siyasi baxımdan böyük məğlubiyyəti və Qəzzənin Fələstin xalqı və legitim hökuməti ilə iyirmi iki günlük cinayətkarcasına müharibəsində xiffətli uğursuzluğudur.

Bir neçə onillikdə öz ordusu və imkanları, eləcə də ABŞ-ın hərbi və siyasi dəstəyi ilə qorxunc və məğlubedilməz görünən işğalçı rejim indi silah və texnikalardan çox Allaha və xalqa arxalanmaqla vuruşan müqavimət qüvvələrinə iki dəfə məğlub olmuş, hərbi təlim və hazırlıqlara, böyük təhlükəsizlik şəbəkələrinə, ABŞ-ın və bəzi Qərb dövlətlərinin tükənməz dəstəyinə və İslam dünyasının bəzi münafiqlərinin əlbirliyinə rəğmən, parçalanma, süqutun iti enişi və İslam oyanışının güclü dalğası qarşısında bacarıqsızılğını aşkara çıxarmışdır.235
Düşmənin şiddəti - zəiflik əlaməti

Düşmənin şiddəti çox zaman onun zəifliyindən və plansızlığından irəli gəlir. Fələstinə, xüsusən də Qəzzəyə baxın. Düşmənin Qəzzədəki bəşəri zülmlər tarixində misilsiz və cəlladcasına hərəkətləri boş əllə işğalçı rejim və onun himayədarları - yəni ABŞ qarşısında dayanıb onların Həmas hökumətindən üz çevirməkdən ibarət istəklərini ayaq altına atan kişilərin, qadınların, gənclərin və uşaqların möhkəm iradəsinə qalib gəlməkdə zəifliyinin əlamətidir. Allahın salamı olsun o müqavimətli və böyük xalqa! Qəzzə xalqı və Həmas hökuməti Quranın bu həmişəyaşar ayələrini izah etdilər: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ey Rəsulum! Belə imtahanlara) dözən şəxslərə müjdə ver!"236; "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər dözüb Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir".237

Haqq və batilin bu döyüşündə son qalib yalnız haqdır. Bu məzlum və dözümlü Fələstin xalqı nəhayət, düşmən üzərində qələbə çalacaq: "Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!"238 Bu günün özündə də fələstinlilərin müqavimətini qırmaqda uğursuzluqdan əlavə, siyasi sahədə də azadlıq, demokratiya və insan haqları şüarlarının yalan çıxması ilə ABŞ rejiminə və daha çox Avropa rejimlərinə ağır zərbə vurulmuşdur. Hörmətsiz sionizm rejimi həmişəkindən daha üzüqaradır. Bəzi ərəb rejimləri də bu möhtəşəm imtahanda özlərinin olan-qalan hörmətlərini də əldən verdilər: "Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!239"240


1   2   3   4   5   6   7   8   9   10   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə