Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə


Fələstini müdafiəyə görə təcrid olunmaqdan qorxmamaq



Yüklə 307,26 Kb.
səhifə4/17
tarix07.09.2017
ölçüsü307,26 Kb.
#29208
1   2   3   4   5   6   7   8   9   ...   17

Fələstini müdafiəyə görə təcrid olunmaqdan qorxmamaq

45 il öncə bir zülm baş vermiş, Fələstin xalqının evi onlardan zorla alınmışdır. Bu ev tam şəkildə və heç bir qeyd-şərt olmadan Fələstin xalqına qaytarılmalıdır. İslam dövləti süni ajiotajla geri çəkilən deyil. Dayanmadan deyirlər ki, təcrid olunarsınız. Təcrid olunmaq nə deməkdir? Əgər dünyanın həyasız qüvvələri qalmaqal, hay-küy və səs-səda salmaqla gəlib nahaqı haqq etmək istəsələr, biz də digərləri kimi razılaşıb deməliyik ki, düzgün buyurursunuz?! Bəs İslam dövlətinin mənası nədir?!

Bəli, məlumdur ki, yaxşı insan batildən və qanunsuz zorakılıqdan başqa heç bir şeyə önəm verməyən şəxslər arasından təcrid olunar: “Kafir olanlar səni gördükləri zaman ancaq istehza edərlər“.56 Məlumdur! Məgər Peyğəmbər dəvətini başlayanda təcrid olunmadı?! Məgər bizim Böyük İmamımız tağut hakimiyyəti dövründə öz evində qərib və təcrid halında deyildi?! Təcrid olmaq nədir?! İslam dövlətinin haqq olanı demək, ABŞ-dan və müttəfiq güclərdən qorxmamaq comərdliyi və rəşadəti var. Bizimlə zəif və asılı bir ölkənin fərqi budur. Xalqlarına bağlanmayan hökumətlər qorxurlar. Onlar da xalqlarına bağlansaydılar, öz daxillərində olanı deməyə cürət tapardılar. Biz xalqımıza bağlanmışıq, dayaqsız və köməksiz bir hökumət deyilik. Boş pərdə kimi deyilik ki, onu bir tərəfə çəksinlər və arxasında heç bir şey olmasın. Dayağımız çox güclüdür. Bizim dayağımız böyük bir xalq, 50 milyondan artıq mömin insandır. Bizim dayağımız bizə və bizim ruhumuza hakim olan məntiq və əsaslardır.

Biz zülmə əyilmərik, ABŞ-ın və onunla əlbir olmuş qüvvələrin həyasız hegemonluqlarına və yekəxanalıqlarına təslim olmarıq. Quran bizə öyrətmişdir ki, haqq sözü qüdrətlə deyək, onun üstündə israrla dayanaq və onun üçün qüvvələrimizi toplayaq. Allah-Taala da yardım edəcək. 15 illik qəhrəmanlıq dövründəki taleyimiz bunu isbat edir.57



Üçüncü fəsil: Sionizm və İsrail
İsraildən daha geniş məfhum

Mənim əzizlərim! Düşmənlərimzin bizə göstərdiyi xidmətlərdən biri budur ki, təbliğatda hansı məqamlar üzərində dayanmalı olduğumuzu başa salırlar. Bu gün düşmənin bütün təbliğat maşınları əl-ələ verib bir neçə məqam üzərində dayanırlar. Onların başında da sionistlərin təbliğatı durur. Sionistlər dedikdə məqsədimiz təkcə işğalçı sionizm dövləti deyil. Bu dövlət sionizmin bir hissəsidir. Sionizm ABŞ da daxil olmaqla bəzi ölkələrin nəhəng oliqarxlarının təmsil olunduğu güc mərkəzidir.

Bu gün təəssüf ki, ABŞ dövləti, ABŞ Konqresi müxtəlif maliyyə, təbliğat, mədəni və digər sahələrdə sionistlərin əsiri olmuşdur. Dünyanın media təbliğatı da əksərən bunların əlindədir. Sizin tanıdığınız məşhur xəbər agentlikləri əsasən, həmin mərkəzin əlindədir. Bəziləri də onlara məxsus deyil, amma onlarla eyni istiqamətdədirlər. Siz onların təbliğatına baxsanız, görərsiniz ki, bizim əziz ölkəmiz, böyük, qəhrəman və eyni zamanda məzlum xalqımız barədə bir neçə məqam üzərində dayanmışlar: birincisi ixtilaf, ikitirəlik və təfriqədir; qədim dastan olan "parçala, hökm sür" məsələsi; qədimdən xalqların canına düşmüş əsas dərd və bəla. Onlar təfriqə yaratmaq istəyirlər. Bunu bacarmadıqda isə təfriqə şayiəsi yayırlar.58
Mədəni-ideoloji NATO

Onlar üçün “xalqların kimliyi” adlı bir şeyin ümumiyyətlə, dəyəri yoxdur. Təəssüf ki, son 100-150 ildə bu, dünyada baş vermişdir. Yəni Asiya, Afrika və Latın Amerikası ölkələrinin yeniliyi qlobal güc mafiyalarının tələsinə düşmüşdür. Bunların proyektoru sionistlər və beynəlxalq oliqarxlar olmuşlar. Bunlar üçün əhəmiyyətli olan siyasi güc qazanmaqdır. Onlar bununla Avropaya və digər dövlətlərə nüfuz edib siyasi hakimiyyəti ələ keçirmək, pul qazanmaq, transmilli kompaniyalar, kartel və trestlər açmaq istəyirlər. Məqsəd bu olmuşdur. O zaman xalqların cinsi əxlaqını pozmaq tələb edilmişsə, asanlıqla etmişlər; onların arasında israfçılığı yaymaq lazım olmuşsa, asanlıqla bu işi görmüşlər; onlarda milli kimliyə və mədəni təməllərə etinasızlığı yaymaq lazım olmuşsa, bu işi görmüşlər. Onların əlində mədəni imkanlardan, mediadan, çoxlu qəzetlərdən və müxtəlif təbliğat vasitələrindən ibarət bir qoşun olmuşdur.

Mən srağagün qəzetdə Mədəni-ideoloji NATO yaratmaq barədə bir məlumat oxudum. Bu, çox təhlükəli bir şeydir. Əlbəttə, indi deyil, illərdir bu, baş tutmuşdur. Müxtəlif media qurumlarının birləşdiyi holdinqlər, internet, peyklər, televiziya və radio kanalları cəmiyyətlərin yeniliyini idarə etmək üçün müəyyən istiqamətdə hərəkət edirlər. İndi çox asan olmuşdur.

Gürcüstanda bir siyasi yenilik və hakimiyyət dəyişikliyi baş verdi. Sionist yəhudi olan bir amerikalı milyarder - adı məşhurdur, mən adını çəkmək istəmirəm - elan etdi ki, mən Gürcüstanda on milyon dollar pul xərclədim və siyasi dəyişiklik yaratdım. Çox asan! On milyon dollar xərcləyirlər, bir hökuməti kənarlaşdırıb, başqa birisini gətirirlər. Ukraynada da eyni işi gördülər, digər yerlərdə də. Bəzən təsirləri başqa formada və həlledici olur. Bunu bəlkə başqa bir tələbə görüşümdə demişəm ki, Malayziyanın keçmiş Baş naziri, çox işgüzar, dəqiq, ciddi və sədaqətli adam olan Mahathir Məhəmməd Tehranda mənimlə görüşdü. O zaman Şərqi Asiyada müxtəlif dəyişikliklər, Malayziya, İndoneziya və Taylandda iqtisadi zəlzələ baş vermişdi. Həmin sionist oliqarx və digər nəhəng oliqarxlar bank və pul oyunları ilə bir neçə ölkəni iflasa uğrada bildilər. O zaman Mahathir Məhəmməd mənə dedi: "Mən sizə təkcə bu qədər deyim ki, biz bir gecənin içində dilənçi olduq". Əlbəttə, bir ölkə iqtisadi cəhətdən müstəqil olmasa, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun iqtisadi layhələrini icra etsə, belə də olar. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun özü də bu böyük pazlın parçalarıdır. Bu, çox təhlükəlidir ki, dünya yeniliklərinin ipucu beynəlxalq güc bandalarının əlində olsun; necə ki, bu gün belədir. Bunlar sionistlər və böyük oliqarxlardır. Əsasən də ABŞ-da və Avropadadırlar.59


Bugünkü sionizm rejiminin bir neçə il öncəkindən zəifliyi

Allaha şükür olsun ki, bu gün bizim mövqeyimiz möhkəmdir. Əksinə, düşmənlərin və bizim müxaliflərimizin mövqeyi isə zəifdir. Mən dünən və srağagün də dedim ki, bugünkü ABŞ 10-15 il bundan öncəki ABŞ deyil. Bugünkü sionizm rejimi də bir neçə il öncəki sionizm rejimi deyil. Bu rejim güclü zərbəyə məruz qalmışdır.60


İslamın və İslam Respublikası quruluşunun qan düşmənlərinin qəlbi

Hələ ki, islamçılığın zirvəsi olan İslam Respublikası quruluşu qarşısında müxtəlif düşmənlər vardır. Qlobal hegemonizm və sionizm onların qəlbini təşkil edir. Onlar açıq şəkildə İslamın qan düşmənləridir. Deməli, İslam Respublikasının da qan düşmənləridir. Bu, bir meyardır. Əgər bu düşmənin xeyrinə bitən bir hərəkət etsək, bir iş görsək, yanlış yol getdiyimizi bilməliyik. Əgər bu düşməni qəzəbləndirən bir hərəkət etsək, bilməliyik ki, yolumuz düzgündür. Düşmən İran xalqının inkişafına, sizin uğurlarınıza, İslam quruluşunun möhkəmlənməsinə görə qəzəblənir. Siz görün düşmən bizim işlərimizdən hansına qəzəblənir. Düşməni qəzəbləndirən iş düzgündür. Düşməni sevindirən, ürəkləndirən, mediada və siyasətdə həmişə üzərində dayanmağa çalışdığı iş yanlış işdir. Bu meyarları nəzərə alın. Bu meyarlar həqiqətləri aydınlaşdıracaq. Səhvin qarşıya çıxdığı bir çox yerlərdə bu meyarlarla o səhvləri aradan qaldırmaq olar.61


Sionizmin əksər xəbər agentliklərinə hakim olması

Düşmənin təbliğatı və bu təbliğatın əsas hissəsi sionistlərin əlindədir. Dünyada mövcud olan məşhur xəbər agentliklərinin əksəriyyəti sionistlərə məxsusdur. Dünyanın bəzi məşhur radioları da onlarınkıdır. Sionistlər də bu regionda hegemonizmin zəncirli iti kimi əməl edirlər; hürmək, dişləmək, ona-buna sarı atılmaq sionistlərin işidir. Onlardan başqa bir şey gözləmək də olmaz. Təbii ki, onlara əhəmiyyət verən də yoxdur.62


Sionizmin əksər beynəlxalq güc, maliyyə və iqtisadi mərkəzlərə hakim olması

Biz bu gün bütün güclülər dünyasında böyük bir düşmən cəbhəsi ilə qarşı-qarşıya dayanmışıq. Bu, beynəlxalq güc mərkəzlərində, maliyyə və iqtisadi mərkəzlərdə formalaşmış bir cəbhədir, çoxu da sionistlərin və böyük oliqarxların əlindədir. Bu cəbhə İslam quruluşu qarşısında bütün vasitələrdən istifadə edir və təəssüf ki, daxildə də bəzi şəxslər onlara cavab verir, etimadlarını qazanır, sözlərini təkrarlayır, İslam Respublikası quruluşuna zərbə vurmaq üçün onlara xidmət edirlər. Təəssüf ki, belə bir hal mövcuddur. Lakin onun qarşısında xalqın oyanışı, ayıqlığı, marağı, fəallığı, dindarlığı, quruluşun əsaslarına sadiqliyi var. Bunlar İslam Respublikasında mövcud olan həqiqətlərdir.63


"Böyük İsrail" planı

Çoxlu ərəb ölkələrinin xəyanətkar sükutu və sazişi, hətta onların bəzisinin Fələstinin taleyinə qarşı laqeydlik bildirməsi və həssaslıq göstərməməsi vəziyyəti elə həddə çatdırıb ki, işğalçı sionizm dövləti uzun illər gizlətdikdən və hətta inkar etdikdən sonra indi yenidən Böyük İsrail iddiasını açıq şəkildə söyləyir, utanmadan və həyasızcasına İslam vətəninin yeni torpaqlarına qarşı mənfur işğalçılıq niyyətini təkrarlayır.

Bəzi ərəb şahları və dövlət başçıları tanrıları olan ABŞ-ın diqqətini cəlb etməkdən ötrü hətta daim dəm vurduqları ərəbçilik və milli irq maraqlarını da İsrailin qarşısında unudur və onun yerinə ABŞ-dan yardım almaqda İsraillə yarış meydanını daha da qızışdırırlar. Bu rüsvayçı damğanı ərəb xalqının alnından kim siləcək?! Ərəb ölkələrində ayıq müsəlman gənclər satqınların bu xəyanətlərini bağışlayacaqlarmı?!

Bu xəyanətkar rəhbərlərə görə, ərəb milliyyəti və birliyi yalnız İslam İranı və əsl Məhəmməd (s) İslamı qarşısında istifadə olunmalıdır. Hər şeyi - həm Allahın verdiyi təbii sərvlətləri, həm İslam inancını, həm öz millətinin hörmətini, dəyərini və şəxsiyyətini əldən vermək hesabına ABŞ-ın lütf və mərhəmətini istəyən yatmış vicdanlara və murdar ürəklərə ar olsun! Onlar Allahın nemətlərinə küfr etməklə özlərini və xalqlarını süqut enişinə və ilahi əzaba düçar etmişlər: “(Ey Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?! Onlar cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!“64

İşğalçı İsrail qarşısında göstərilən cəsarət və həyəcan necə oldu?! Ərəb dövlət başçılarının öz xalqları ilə İsraillə mübarizəyə dair bağladıqları öhdəlik necə oldu?! İsraillə ilk barışıq müqaviləsini imzalayan, özünün qara dünya həyatını və axirət taleyini fironla yanaşı edən adama65 Allahın və onun saleh bəndələrinin lənəti olsun! Və həmin yolu davam etdirənlərə, etdirməkdə olanlara, xüsusən də məzlum Fələstin xalqına yalançı ümid verib onların bədbəxtliyi hesabına özləri üçün davamsız eyş-işrət quranlara saleh bəndələrin, mələklərin, peyğəmbərlərin və övliyaların lənəti olsun!66
İsrailin mahiyyəti

İndi İslam dünyasının pərişan vəziyyəti və region ölkələrinin ABŞ-ın cilovsuz qüdrətindən günbəgün artan asılılığı işğalçı dövlətin ədavətli hücumuna münasib şərait yaratmışdır. O, İslam və müsəlmanların doğrudan da ən təhlükəli düşməni olan böyük şeytanın himayəsinə arxalanaraq məqsədlərini açıq şəkildə izləyir: Sovet yəhudilərinin köçürülüməsi, Fələstini işğal edən amerikalı və avropalı sionistlərə xidmət göstərmək məqsədilə Efiopiya və son zamanlar Hindistan yəhudilərini köçürmək, Fələstinin sonuncu dəfə işğal olunmuş hissələrində və hətta güman ki, Livanın işğal olunmuş ərazilərində qəsəbələr salmaq, hərbi imkanları və kütləvi qırğın silahlarını artırmaq, - halbuki ABŞ belə silahların Orta Şərqə ixracına dair sanksiya elan etmişdi - Livanın cənubuna gündəlik hava hücumları, Fələstin və Livanın dinc sakinlərinin bombalanması, Fələstinin ərəb əhalisinə - yəni o torpaqların sahiblərinə qarşı güclü təzyiqlər, xalqa qarşı ən cinayətkar və ən vəhşi polis rəftarları, eyni zamanda siyasi səhnədə ərəb dövlətlərinin günbəgün geri çəkilməsi, bəzi ərəb siyasətçilərinin rəzilliklə zəiflik göstərməsinə qarşılıq işğalçı üz göstərmək, hətta beynəlxalq, yaxud regional konfrans fikrini bir növ rədd etmək və nəhayət, Fələstin torpaqlarının bir küncündə Fələstin dövləti qurmağa dair fələstinli tərəflərin geri çəkilməsinin və xarlığı qəbul etməsinin məhsulu olan təklifini açıq şəkildə və qətiyyətlə rədd etmək. Bunlar sionistlərin antiinsani siyasətləri və aşkar əməlləridir. Və şübhəsiz, bunların kənarında təxribat, terror, insan oğurluğu, psixoloji müharibə, zəhərli təbliğat, eləcə də yalnız sionistlərin və onların əməkdaşlarının əlindən gələn, onlardan gözlənilən çoxlu cinayətlər baş verir.67


Terrorçu dövlətin ən bariz nümunəsi

İşi “dövlət terrorizmi” adlanan terrorçu dövlət də vardır. Bu gün terrorçu dövlətin ən bariz nümunəsi işğalçı sionizm rejimidir. Əslində, mənfur İngiltərənin İslam, xalq və Şərq əleyhinə siyasətinin müsəlman Fələstin ölkəsində sionistlərə yer verdiyi gündən - yəni miladi tarixi ilə 1948-dən və ondan öncədən dövlət terrorizmi də formalaşdı və terrora başladı. Sionistlər işlərini terrorla inkişaf etdirdilər və etdirirlər. Misal üçün, Deyr-Yasindəki qətliam terrorizmin nümunələrindəndir.

Bir kəndə hücum edib kişiləri, qadınları və uşaqları atəşə tutanda, yaxud kişiləri öldürüb, yalqız və köməksiz qadınları çöllərdə buraxıb “hara istəyirsiniz gedin” deyəndə və sonra bütün evləri odlayanda terrorizmin ən bariz nümunələrindən biri həyata keçmiş olur.

İşğalçı İsrail dövləti yarandığı zamandan bu günə qədər, başqa sözlə desək, bu xərçəng vəzisinin İslamın bədənində peyda olduğu təxminən bütün yarım əsr boyunca həmişə işini terrorla görmüş və dövlət terrorizminin əsl nümunəsi olmuşdur. Yəqin eşitmisiniz ki, bu işğalçı dövlət bu yaxınlarda gecə hücumu təşkil edib silahlı komandoslarla Livana bir neçə helikopter və təyyarə göndərdi, bir kəndi mühasirəyə alıb bir kişini evindən oğurladılar və həbsxanaya apardılar. Bundan aşkar dövlət terrorizmi varmı?!

Maraqlı burasıdır ki, bir müddət öncə dünyanın yeddi sənaye ölkəsinin başçıları oturub saqqallarını tərpətdilər və terrorizmə dair danışdılar. Siz bilmirsiniz bu gün terrorizmin nümayəndəsi kimdir?! Sizin insafınız yoxdurmu?! Siz dünyanın ictimai rəyini azca da nəzərə alırsınızmı?! Siz insan hüquqlarına bu qədər iddialısınızsa, insanları ağıllı və düşüncəli bilirsinizmi?! Bu gün dövlət terrorizminin və terrorçu dövlətin dünyada nümunəsi kimdir?! Hər gün Livana hücum edib qətllər törədən və insanlar oğurlayan dövlət hansıdır?! Əvvəldən terror, qorxu, öldürmək və qətliam əsasında yaranan dövləti hansıdır?! İsrail dövlətindən başqa bu xüsusiyyətlərə malik olan başqa bir dövlət varmı?! Dövlət terrorizmi axtarırsınız? Buyurun, İsrail! Nə üçün bu dövlətin terrorçu hərəkətləri qarşısında sakit qalır və hətta müdafiə edirsiniz?! Nə üçün yalan danışırsınız?!68
İki qlobal bəla

Baxın, bu gün dünya miqyasında iki bəla mövcuddur: Biri terrorizm bəlasıdır. Dövlət baxımından bunun birinci nümunəsi işğalçı sionistlərin hökumətidir, partiya baxımından münafiqlər (Xalq Mücahidləri Təşkilatı) və onlar kimilərdir. Onlar zibillikdə inkişaf edib çoxalan bir mikrob kimi böyük dövlətlərin qanadı altında inkişaf etdilər. İkinci bəla bəlkə də birinci bəladan da böyükdür. Bu, insanlara başçılıq edən iddiaçıların haqsızlığıdır. Bunlar terroru görür, terrorçunu tanıyır, dövlət terrorizmini də ayırd edirlər, amma haqqı gizlədir və inkar edirlər. Bunların işi bəşəriyyət üçün həqiqətən, böyük bəladır.


İsrailin hiyləgərliyi

Bu gün hiyləgərcəsinə Fələstin konfransı keçirir, İsraili rəsmən tanıtdırmaq istəyirlər. Cenevrə konfransı və ABŞ-ın rejissorluq etdiyi digər beynəlxalq toplantılar onların hiyləsidir. Ərəblər bunları rəsmən tanıyan və bu mühüm maneə sionistlərin qarşısından götürülən kimi yenə növbə onların zorakılığına, qəddarlığına və xəbisliyinə çatacaq. İndinin özündə də Livanda xəbisliklə və qəddarlıqla məşğuldurlar.69

Bu gün növbəti taleyüklü anlardan və ümumi imtahanlardan biri qarşıdadır. Məsələ bundan ibarətdir ki, ABŞ soyuq müharibədən sonrakı qələbələrin qızğın çağında, bu regionun bəzi ölkələrinə hakim olan qorxunc sükut sayəsində və Fars körfəzində işğalçı hərbi müdaxiləsinə arxalanaraq özünün və işğalçı sionistlərin problemini həll etmək istəyir; İsrail ərəblər tərəfindən rəsmən tanınsın və Fələstin iddiası birdəfəlik bitsin.70
İsrailə güzəştə getmək və onun qəddarlığını artırması

İran xalqı ayıqdır, digər xalqlar da başa düşməlidirlər. Allaha şükür olsun ki, bir çox müsəlman xalqlar və dünyanın azad xaqları bu məsələlərdən az-çox xəbərdardırlar. Bizim nəticə almaq istədiyimiz budur ki, Fələstin torpağının işğalından 45 il ötür. Ərəb ölkələri və Fələstin təşkilatları nə qədər güzəştə getdilərsə, düşmən daha həyasızlaşdı, qəddarlığı daha da artdı. Nəticə budur ki, Fələstin xalqının yalnız bir yolu var: o da işğal olunmuş torpaqların daxilində və xaricində sərt və fədakar mübarizə aparmaqdır. Bu İslam mübarizəsinə kömək etmək də bütün müsəlmanların borcudur.71


Hegemon qüvvənin xüsusiyyəti - digərlərinin hüququna diqqətsizlik

Hegemon qüvvənin xüsusiyyəti belədir ki, bütün dünyaya öz bölgəsi kimi baxır. Əgər bir yeri gücləndirmək onun xeyrinədirsə, heç nəyi nəzərə almadan gücləndirir. Görün bu gün İsrail ABŞ tərəfindən nə qədər himayə olunur! O İsrail ki, Fələstin xalqının hüquqlarını tapdamaqdan əlavə, öz qonşu xalqlarına da heç bir haqq tanımır, nə vaxt imkan tapırsa, təcavüz edir. Bu gün bacardığından Livana təcavüz edir. Nə zamansa lazım bilsə, İordaniyaya, yaxud Suriyaya da hücum edəcək. Ona nə mane olacaq?!

İsrail elə bir rejimdir ki, işğal olunmuş Fələstin torpaqları daxilində bu torpaqların əhalisi üçün ən az həyat haqqı tanımır. Onlara öz evlərində yaşamaq icazəsi də vermir. Sionist qüvvələrin təzyiqi qarşısında fəryad ucaldan şəxsləri qəddarlıqla məhv edir, ona sərf etməyən heç bir beynəlxalq qanuna əməl etmir, ona azacıq problem yaradan hər bir müqaviləni asanlıqla kənara qoyur. ABŞ belə bir vəhşi, həyasız, insani qaydalara və beynəlxalq qanunlara etinasız rejimi müdafiə edir.

Bu gün İsrailin gördüyü bu işlərin azını ABŞ maraqlarına xidmət etməyən bir dövlət görsəydi, bilirsiniz ABŞ o dövlətə qarşı nə edərdi?! Livan Hizbullahının Baş katibi və ixlaslı mücahid olan Seyid Abbas Musəvini şəhid etmək üçün sionist helikopterləri başqa bir ölkənin hava sərhədlərini pozur, azad şəkildə oraya get-gəl edir, bir nöqtəni seçib mülki avtomobili raketlə vururlar, kişini, qadını və azyaşlı uşağı öldürürlər. Bu işin cinayət olmasına heç kəs ən kiçik şübhə belə edə bilməz. Amma görün hegemon dünya buna qarşı hansı mövqeyi seçir! Məgər terrorizmin mənası nədir?! Məgər terrorizm bundan başqa bir şeydir?! Silahsıza hücum edir, xalqın arvad-uşağına hücum edir, evinə hücum edir, ev sahibini oğurlayır, işgəncə verir və öldürür. Məgər terrorçuluq nədir?! Amerika Birləşmiş Ştatları, beynəlxalq hüquq təşkilatları və terrorizmə qarşı mübarizə mərkəzləri terrorizmin bundan ibarət olduğunu anlamırlar?! Bilmirlər ki, dövlət terrorizmi 40 ildən artıqdır işğalçı sionizm rejiminin gördüyü işdir?! Yoxsa anlayırlar, amma görməzdən gəlirlər?! Bu sözlər hegemon ABŞ-ın sözlüyündə səhv və yanlış işlədilir. Amerikalılar bir qrupu terrorçu siyahısına salmışlar - qələt eləmişlər! Əgər kimsə terrorçu siyahısında olmalıdırsa, hamıdan daha terrorçu olan və dünyanın ən xəbis rejimini, yəni sionizm rejimini himayə edən ABŞ-ın özü birinci olmalıdır.72


Ərəb ölkələri tərəfindən rəsmən tanınmaqda İsrailin məqsədləri

İsrailin ərəb dövlətlərinin etirazına dair nigaranlıqdan qurtulması ABŞ-ın təlimatlandırdığı o rejimi əvvəla, özünün əsas vəzifəsinə - yəni regionda ABŞ üçün ən ciddi təhlükə olan İslam hərəkətləri ilə mübarizəyə hazırlayır. İkincisi, ABŞ-ın bu həyati bölgənin ölkələrinə nüfuzunu qətiləşdirib məntəqəni amerikalıların təhlükəsiz evi formasına salır və böyük şeytan Orta Şərqin başağrısız ixtiyar sahibi olur. Üçüncüsü isə, İsrail işğal olunmuş torpaqları artırmaq və “Nildən Fərata qədər” arzusunu həyata keçirmək yolunda başqa bir mühüm səngəri fəth edir.73


İsrailin qüdrətlənməsinin səbəbi

Bu gün işğalçı sionizm rejimi nə üçün ABŞ-ın və dünya sionistlərinin maliyyə dəstəyi ilə ərəb xalqlarına belə açıq şəkildə zorakılıq edə bilir? Nə üçün müsəlmanların və ərəblərin regionda qondarma, köksüz və məcburi işğalçı rejim olan İsraillə müzakirəni boykot etməsindən və pisləməsindən on illər ötdükdən sonra bu gün təəssüf ki, müzakirə fikri ərəblərin siyasi ünsürləri və bir çox dövlətlər arasında məqbul sayılır? Çünki xalq iştirak etmir, xalqın iradəsi ortada deyil. Çünki rejimlər bir yolla gedirlər, xalqlar başqa yolla. Nəticə isə zəiflikdir. Əgər bu gün İsraillə müzakirəni qəbul edən ərəb rejimləri öz xalqlarına arxalansaydılar, nə üçün ailə düşməni və öz torpaqlarının işğalçıları ilə oturub işğal olunmuş torpaqlar barədə danışmağa məcbur olduqlarını düşünməli idilər?! Əgər xalqları səhnəyə buraxsaydılar, xalqların hiss, fikir, iradə və qüvvələrinə hörmətlə yanaşsaydılar, xalqlar ərəb dövlətlərini bu şəkildə zəifləməyə qoymazdılar.74


Düşmənin sui-istifadəsi

İslam xalqı oyanmalı və bu vəzifəni unutmamalıdır. Allahın düşməni müsəlmanların xəbərsizliyindən sui-istifadə etdi. Əvvəldə bir neçə yüz min, sonra da dünyanın müxtəlif yerlərindən gətirdikləri ilə birgə bir-iki milyon sionistin məgər nə qədər gücü var?! Əgər İslam dövlət başçıları ayıq olsaydılar, əgər İslam xalqları ayıq olsaydılar, məgər ABŞ-ın köməkləri İsraili xilas edə bilərdi?! Əsla. Müsəlmanlar yuxuya qalırlar və düşmən varlığını aşkara çıxara bilir. Düşmən çox da güclü deyil, biz öz gücümüzdən xəbərsizik.75


İslam dövlətlərinin geri çəkilməsi və hegemonizmin cəsarətlənməsi

İslam dövlətlərinin Fələstin məsələsində hegemonizmin qarşısından geri çəkilməsinin onları qane edəcəyini düşünmək böyük səhvdir. Görürsünüz ki, bu güzəştlər hegemon Amerika Birləşmiş Ştatlarını Orta Şərqə tamahlandırmışdır. Onlar elə Orta Şərq istəyirlər ki, bütünlüklə onların əlində olsun. Bu gün belə bir şey yoxdur. İslam dövlətlərinin siyasi və beynəlxalq sahədə geri çəkilməsi düşməni günbəgün cürətləndirir.

İslam ümməti bu gün dünyada inkarolunmaz bir qüvvədir. Müsəlman xalqların ürəyi hegemon və işğalçı qüvvələrə nifrətlə doludur. Bu xalqların hamısı imkan tapan kimi Fələstin xalqının arxasında duracaqlar.

Bunu da hamımız bilməli və anlamalıyıq ki, hegemon güclərin qarşısında geri çəkilmək onları daha da cürətləndirir, müqavimət isə onların uğursuzluğu ilə nəticələnir. Dünyanın böyük güclərinin qüdrəti sarsılmaz və tükənməz deyil.76


Düşmənin zəif nöqtəsi

Bunu da deyim: düşmənin şiddət göstərdiyini duyduğunuz yer onun zərər gördüyü yerdir. Bu günlər sionistlər tərəfindən məzlum Fələstin müsəlmanlarına göstərilən təzyiqin mənası odur ki, hegemonluq işğal olunmuş müqəddəs Fələstin torpaqlarında ciddi şəkildə təhdid olunur. Əgər təhdid ciddi olmasaydı, təzyiq bu qədər çox olmazdı. Bu günlər işğalçı sionizm dövləti gündəlik olaraq işğal olunmuş torpaqlarda xalqa hücum edir. Hətta eşitmişəm ki, qadınlara hücum edib onların bəzilərini vurmuş, yaralamış, camaatın böyük bir hissəsini özünün hərbi və polis muzdurları vasitəsilə yaralamışdır. Nə qədər insanları tutub öz həbsxanalarında saxlayır, işgəncə verir və son dərəcə təzyiq altında saxlayırlar, amma müqəddəs şölə işğal olunmuş torpaqlarda günbəgün daha da artır.77


Fələstini unutdurmaq cəhdi

İslam, xüsusən də ərəb dünyası bilməlidir ki, düşmən bu gün onları əsas problem olan bu mühüm məsələdən yayındırmaq, zehinləri ikinci dərəcəli və süni problemlərə yönəltmək istəyir. Onlar bununla öz işlərini görməyə çalışırlar və sözsüz ki, bacarmayacaqlar. Bunlar da göz yumsalar, yalnız özlərinə ziyan vuracaqlar. Göz yumanlar rüsvay olacaqlar, məsələ isə öz möhkəmliyində qalacaq. Şübhəsiz, bir gün Fələstin xalqı bütün Fələstin torpaqlarına hakim olacaqlar. Bunda heç bir şübhə yoxdur.78


Qüdrətin tənəzzülü

Siyasi bir quruluş və rejim üçün həqiqi zəiflik və qüdrətin tənəzzülü o zaman başlayır ki, o rejim və quruluş öz işi və siyasi haqlılığı üçün qaneedici dəlilini əldən verir. Bir rejim siyasi haqlılığı və işləri üçün dəlilini əldən verdikdə, öz mənəvi qüvvəsini də itirir və onun süqutu başlanır; zahirdə bir şey anlaşılmasa və onun özü bilməsə də. Bunlar qüdrət və şəhvət içində o qədər məst olublar ki, dəlilin zəifliyinin və dünyada siyasi haqlılıqlarını itirmələrinin onlara nə etdiyini anlamırlar.

Sionist cinayətkarı - Şaronu təbrik edirlər ki, sən Əhməd Yasini oldürdün, yaxud Şəhid Rantisiyə terror etdin. Bu iş üçün dəlilin nədir? Budur ki, İsrail dövləti özünü müdafiə edir. Maraqlıdır! Məgər dünya diktatorlarının öz xalqlarını və müxaliflərini yatırtmaqda, tar-mar etməkdə və işgəncə verməkdə məntiqləri başqa bir şeydir?! Dünyanın diktatorluqla məşhur olan mənfur və xəbis liderlərinin hamıs öz müxaliflərini həmin məntiqlə məhv edirlər; deyirlər ki, biz özümüzü müdafiə edirik. O deyir ki, İsrail özünü müdaifə edir. Şeyx Əhməd Yasin - əlil arabasında gəzən iflic qoca məgər danışmaqdan və düşünməkdən başqa bir iş görə bilirdi?! Axı deyirsiniz biz düşüncə və ifadə azadlığını dəstəkləyirik! Onu vurub şəhid edirlər, bu da təbrik edir. Görün rüsvayçılıq hansı həddədir! Dünya bunu qəbul etdimi?! Əsla. Qərblilərin özləri və ictimai rəyi də bunu qəbul etmədi. Bu, siyasi haqlılığı itirmək deməkdir. Bunların məntiqləri yoxdur və dedikləri sözlər dünyanın insaflı insanları tərəfindən qəbul olunmur.79


Yüklə 307,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin