Nəsirova S. A.- Avropalaşma prosesinə məişətin hansı sahələri daha çox təsirə məruz qalmışdır?
Elmi texniki yeniliklərin sənayedə və o cümlədən kənd təsərrüfatında geniş miqyasda tətbiqindən sonra əmək məhsuldarlığının daha da artması cəmiyyətin məişət şəraitinin də yüksəlməsi və həyat keyfiyyətinin yaxşılaşmasına gətirib çıxardı. Avropadan məişət əşyalarının və avadanlıqlarının idxalı evlərin daxili səhmanına yeni görkəm gətirdi. Evlər daha funksional, dəbdəbəli inşa edilir, şəhərlər planauyğun salınmağa başlamışdı.
XIX- XX əsrlərdə Avropa ilə əlaqələrin artması ipəkçilikdə həm keyfiyət, həm də kəmiyyətdə fərq yaratmışdı. Xalçaçılıqda isə daha çox keyfiyyət dəyişiklikləri bu istehsal sahələrinin ənənədən uzaqlaşması və geriləməsi ilə müşayət olunmuşdu. Zərgərlikdə isə keyfiyyətə müsbət mənada Avropa təsiri nəzərə çarpırdı. Tədricən kustar təsərrüfatlar daha təkmil texnologiyaların tətbiqilə firma və fabriklərə çevrildilər.
Dostları ilə paylaş: |