Sədr: - Dissertasiya ilə bağlı kimin sualı var? Buyurun.
Əliyev Ə. T.- Dissertasiyanın tədqiqində əldə etdiyiniz yekun nəticə nədən ibarətdir?
Əsədova Q. M.- Ümumi nəticə budur ki, Azərbaycan və Avropa arasında iqtisadi, siyasi, ticari əlaqələr Qədim dövrdən mövcud olmuş və hər iki tərəf qarşılıqlı şəkildə bir- birindən bəhrələnmişdir. Orta əsrlərdə əsasən Avropa Şərq mədəniyyətinin maddi və mənəvi mədəniyyətinin təsiri altında inkişaf etmişdisə, XIX əsrdən etibarən bu proses əksinə cərəyan etməyə başladı. Avropada elm və texnikanın sürətlə inkişafı bütün sahələrdə canlanma yaradır. Tədricən cəmiyyətin böyük bir hissəsi təhsilin insan həyatındakı rolunu anlayır və gələcək nəslin maariflənməsinə can atırdı. Geyimlərdə, xalçaçılıqda, süfrə mədəniyyətində, istehsalat prosesində, əmək alətlərində və əmək fəaliyyətində, təsərrüfatların yenidənqurulmasında Qərb texnologiyalarının tətbiqi müasirləşən dünya iqtisadiyyatına, təhsil sisteminə, istehsalat prosesinə inteqrasiyanın inikası idi.