Hörmətli iclas üzvləri!
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin doktorantı Qərənfil Mahir qızı Əsədovanın “Avropa mədəniyyətinin azərbaycanlıların məişətinə təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” mövzusunda, 5102.01-“Etnoqrafiya və etnologiya” ixtisası üzrə tarix üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işini müzakirə etməli və rəy bildirməliyik. İclasda iştirak edən alimlərimiz təqdim edilmiş dissertasiya işi ilə tanış olublar. Elmi rəhbər G. Abdulova, t.ü.f.d. H. Zahidova və t.ü.e.d M. Paşayeva öz rəylərini təqdim ediblər. Ona görə də dissertasiyanın müzakirəsinə başlaya bilərik.
İcazənizlə, dissertant öz tədqiqatı barədə çıxış etsin və dissertasiya işinin əsas tədqiqat istiqamətləri və əldə edilmiş nəticələr barədə məlumat versin. Qərənfil xanım, buyurun.
|