ÇIXIŞLAR
G. Abdulova: Dissertasiya mövzusu seçilərkən MATM-ın müxtəlif fondlarında olan tematik materiallar əsas götürülmüşdür. Avropa- Azərbaycan mədəni əlaqələrinin ictimai və siyasi proseslərin təhlili kontekstində tədqiqata cəlb edilməsi işin elmi cəhətdən daha dürüst reallaşmasına zəmin yaratmışdır. Fond materiallarının tarixi etnoqrafik baxımdan tədqiqi mövzunun yeniliyini göstərir. Dissertasiya dolğun tədqiqat əsəridir. Kompleks yanaşma və tarixi müqayisə metodlarının tətbiqi ilə Avropa mədəniyyətinin yerli məişətə təsiri ətraflı araşdırılmışdır. Dissertasiyada diqqətçəkən məqam Şərq və Qərb fəlsəfəsi baxımından məsələlərə olan yanaşmadır. Bu qarşılıqlı münasibətlərin tədqiqində olduqca əhəmiyyətli və təqdirəlayiqdir.
H. Ə. Zahidova: Q. M. Əsədovanın dissertasiya işi ilə tam olaraq tanış olmuşam. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, tədqiqat obyekti olan Avropa mədəniyyətinin azərbaycanlıların məişətinə təsiri və onun nəticələri etnoqrafiyanın aktual problemlərindəndir. İddiaçı tədqiq etdiyi bu təsirin hərtərəfli təhlilini vermişdir. Q. M. Əsədova dissertasiya işində mənbələrlə yanaşı geniş spektrda olan ədəbiyyatlardan istifadə etmişdir. Bu isə tədqiqatın çoxşaxəli xarakterindən xəbər verir. Ayrı-ayrı fəsillərdə irəli sürülən elmi mülahizələr, nəzəri fikirlər də tədqiqat işinin yüksək səviyyədə yazılmasının göstəricilərindəndir.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, dissertasiya işi elmi cəhətdən yüksək səviyyəli, sturukturuna görə mükəmməldir. Lakin bəzi qüsurlar da mövcuddur: texniki və orfoqrafik səhvlər vardır; yarımbaşlıqlara yenidən baxılması məncə məqsədə müvafiqdir; ədəbiyyat siyahısının da tərtibatında orfoqrafik qüsurlar aradan qaldırılmalıdır. Buna baxmayaraq qeyd etmək istəyirəm ki, tədqiqat işi yüksək səviyyədə yazılmışdır və onun müəllifi – Q. M. Əsədova müdafiəyə buraxılmağa layiqdir.
Dostları ilə paylaş: |