Kontekstdə incəsənətin dərk edilməsi:
Müxtəlif dövr və üslublu əsərlərin müqayisəsi və təhlili (üslub, mövzu, janr və s.); rəssamın fərdi
tərzi; Gürcüstanın müxtəlif bölgələrinin incəsənəti və yaradıcılığı; özünün və cəmiyyətin həyatında
incəsənətin rolunun təhlili.
T. T. İ.XI-XII - 6
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
İncəsənət tarixi
(nəzəri kurs)
İlin sonunda əldə edilən nəticələr
Komunikasiya və şərh
İncəsənətin kontekstdə dərk edilməsi
İ.N.XI,XII.1 İncəsənət əsərini təsvir
və təhlil edir
İ.N.XI,XII.2 Müəyyən bir dövrün incəsənətini seçir
və təhlil edir
İ. N.XI,XII.3 Gürcü incəsənətinin müəyyən bir
mərhələsini/sahəsini/yaradıcısını seçir və təhlil
edir
İ. N.XI,XII.4 Müasir incəsənəti araşdırır
İ.N.XI,XII.5 Özünün və cəmiyyətin həyatında
incəsənətin rolunu təhlil edir.
İlin sonunda əldə edilən nəticələr və onların indikatorları
İstiqamət: Kommunikasiya və şərh
İ.N.XI,XII.1 Şagird incəsənət əsərini təsvir və təhlil edir
Nəticə əldə edilmişdir, əgər şagird:
əsəri təsvir edir və məzmununu tarixi, siyasi və dini kontekstlə əlaqələndirir (məs. Delakruanın
•
“Barrikadalarda azadlıq”)
incəsənət elementləri və prinsiplərinin əsərdə ideya, məzmun, xarakter, əhval-ruhiyyəni
•
ötürmək üçün (kompozitiv bölgü, rəng, kolorit, faktura, yerinə yetirilmə tərzi: boya, xətt,
forma, detal: poza, ifadə, aksesuarlar və s.) necə istifadə edildiyini təhlil edir
əsəri qiymətləndirir (əsərə olan subyektiv münasibətini bildirir ) və sinif yoldaşlarına izah
•
edir ki, hansı meyarlarla rəhbərlik edir (emosiya, əsərin estetik və maddi dəyərləri)
müxtəlif amillərin incəsənət əsərlərinə göstərdiyi təsiri araşdırır və təhlil edir (məs. vaxt,
•
saxlanma şərtləri, iqlim, tarixi hadisələr) və konkret əsərlərin dəyərlərini müzakirə edir
(müəllif, dövr, material, xarab olub və ya yox.)
incəsənət əsərini təsvir etdikdə və təhlil etdikdə həm şifahi müzakirə zamanı, eləcə də
•
yazılı əsərdə uyğun terminologiyadan isitifadə edir,
T. T. İ.XI-XII - 7
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
İstiqamət: İncəsənətin kontekstdə dərk edilməsi
İ. N.XI,XII.7 Şagird hər hansı bir dövrün əsərlərini tanıyır və təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsaslandırır ki, seçilən mərhələyə hansı əlamətlərlə üstünlük verib
•
başqa fənlərdə keçilən və əldə edilən materiala əsaslanaraq söhbət edir ki, seçilən mərhələnin
•
konkret dövründə təsviri, musiqi, teatral incəsənətdə nələr baş verirdi
incəsənət xadiminin yaradıcılığında müəyyən konkret əsərlərin nümunəsində (eyni dövrün iki
•
yaradıcısının əsərlərinin müqayisəsi əsasında) dövrün necə əks olunduğunu müzakirə edir
konkret əsərlərdə rəssamın xüsusiyyətinin necə əks olunduğunu müzakirə edir (eyni dövrün
•
iki yaradıcısının əsərlərinin müqayisəsi əsasında)
seçdiyi dövrün məşhur nümayəndələri, onların yaradıcılığı barədə informasiya toplayır və
•
onları sinif yoldaşları ilə tanış edir
seçilən dövrün incəsənətinin (Qədim Şərq, Antik Dövrlər, Orta Əsrlər, XV- XIX əsrlərdə
•
Qərbi Avropa) tarixi, sosial, dini, siyasi kontekstlərini təhlil edir
təhlil edir ki, seçilən dövrün əsərlərində yaradıcının şəxsiyyəti görünürmü və ya yox və niyə
•
(bu cəhətdən Misir, Antik, Orta Əsrlər, İntibah və s. dövrlərin incəsənətini müqayisə edir)
hər hansı bir əsərin nümunəsində təhlil edir ki, seçilən dövrün incəsənəti gələcək dövrün
•
incəsənətinə hansı təsir göstərib
bir neçə əsərin nümunəsində həmin dövr üçün xarakterik stilistik əlamətləri (kompozitiv
•
bölgü, kolorit, xətt, forma, yerinə yetirilmə tərzi), mövzunu göstərir
bu və ya digər sahənin bu və ya digər dövrdə inkişaf etmiş olduğunu (məs. heykəltaraşlıq
•
– dəyirmi heykəllər, barelyef, horelyef, bağlı relyef), hansına müəyyən dövrdə üstünlük
verildiyini və niyə verildiyini müzakirə edir.
İ. N.XI,XII.3 Şagird gürcü incəsənətinin müəyyən bir mərhələsini/sahəsini/
yaradıcısını seçir və təhlil edir
Nəticə əldə edilmişdir, əgər şagird:
seçilən sahənin (kilsə memarlığı, divar rəssamlığı, dəzgah boyaları və s.) bir neçə əsərini
•
bir-biri ilə müqayisə edir və hər birinin xarakterik əlamətlərini müzakirə edir
mərhələnin/sahənin əsərlərini digər mədəniyət əsərləri ilə müqayisə edir, hansıların oxşar
•
stilistik xarakterləri var
hər hansı məşhur bir yaradıcının həyatı haqqında material toplayır və müzakirə edir ki,
•
həmin xadimin yaradıcılığı cəmiyyətin həyatına hansı təsir göstərib
stilistik əlamətlərə əsasən hər hansı bir məşhur xadimin yaradıcılığını xarakterizə edir
•
seçilən mərhələnin əsərlərini digər mərhələnin gürcü incəsənət əsərləri ilə müqayisə edir
•
T. T. İ.XI-XII - 8
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
təşkilatlar, həyata keçirilən layihələr haqqında materiallar toplayır (UNESCO, Abidələrin
•
Mühafizəsi)
Gürcüstanda mədəni irslərin mühafizəsi – bərpası haqqında materiallar toplayır, öz düşüncəsi
•
ilə siyahıya saldığı abidələrin adlarını çəkir və öz seçimini əsaslandırır
İ.N.XI,XII.4 Şagird müasir incəsənəti araşdırır.
Nəticə əldə edilmişdir, əgər şagird:
hazırda fəaliyyət göstərən incəsənət xadimini seçir, onun haqqında informasiya toplayır və
•
onun yaradıcılığını təhlil edir
incəsənətdə baş verən dəyişiklikləri (boya, heykəltaraşlıq, qrafika, memarlıq, dizayn və s.)
•
və XX əsrin əvvəlindən bu günkü günə qədər hansı cərəyanların bir-birini əvəz etməsini
araşdırır
texniki tərəqqinin incəsənətə göstərdiyi təsiri müzakirə edir
•
XX əsrin əvvəlinin incəsənət xadimini seçir və onun yaradıcılığını həmin sahədə çalışan
•
müasir (XX əsrin axırları) incəsənət xadiminin yaradıcılığı ilə müqayisə edir
konkret əsərləri müqayisə etmək yolu ilə təsviri və tətbiqi incəsənətin ən son konsepsiyaları
•
və formalarını (texnologiya, nəzəriyyələr, təsvir üsulları, material) xarakterizə edir
İ.N.XI,XII.5 Şagird özünün və cəmiyyətin həyatında incəsənətin rolunun
təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
öz həyatında incəsənətin rolunu təhlil edir
•
incəsənətlə aldığı biliyi və vərdişləri müxtəlif peşələrdə necə istifadə edəcəyini izah edir
•
incəsənət üzrə ali təhsil almaq və karyera qurmaq imkanlarını müzakirə edir
•
muzeydə və qalereyada konkret ekspozisiyanı qurmaq üçün hansı əlamətlərlə əsərlərin
•
seçilməsini araşdırır və hansıların tamaşaçılara və cəmiyyətə göstərdiyi ehtimal olunan
təsirləri haqqında söhbət aparır
gündəlik həyatda incəsənətin hansı növləri ilə rastlaşdığımızı araşdırır (televiziya, qəzet,
•
jurnal, plakat, afişa, dizayn) və onun əhəmiyyətini qiymətləndirir
müəyyən məşhur bir memarlıq abidə (məs. Filarmoniya, Parlament binası) və ya monumental
•
incəsənət əsəri (məs. Qriboyedov Teatrının mozaikası) haqqında informasiya toplayır və
həmin nümunə əsasında incəsənətin cəmiyyətin həyatındakı rolunu müzakirə edir
geniş istifadə əşyaları və incəsənət əsərləri arasında fərqləri konkret əsərlərin nümunəsində
•
göstərir
həyatda üzləşdiyi peşəkar və həvəskarın yaratdığı incəsənət əsərlərini müqayisə edir və
•
onlar haqqında müzakirələr aparır
T. T. İ.XI-XII - 9
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Dərs proqramının məzmunu
Kommunikasiya və şərh:
Təsviri incəsənətin element və prinsiplərinin biliyinə əsaslanaraq incəsənət əsərinin təhlili və
qiymətləndirilməsi; müxtəlif amillərin (vaxt, iqlim, saxlanma şərtləri, tarixi hadisələr) incəsənət
əsərinə göstərdiyi təsirin təhlili, müəyyən edilən meyarlarla (emosiya, estetik və maddi dəyərlər)
incəsənət əsərinin qiymətləndirilməsi, uyğun terminologiyadan istifadə etmək.
Kontekstdə incəsənətin dərk edilməsi:
Dövrün (Qədim Şərq, Antik Dövrlər, Orta Əsrlər, XV- XIX əsrlərdə Qərbi Avropa) seçilməsi və
təhlili (stilistik əlamətlər, hansı sahə inkişaf etmiş idi və niyə); seçilən dövrün tarixi, sosial, dini və
siyasi kontekstinin təhlili və onun növbəti mərhələnin incəsənətinə təsirinin təhlili, məşhur əsərin
nümunəsində incəsənət sahələrində (boya, heykəltaraşlıq, qrafika, memarlıq, dizayn və s.) baş verən
dəyişikliklərin təhlili (XX əsrdən bu günə qədər); həmin dövrdə fəaliyət göstərən məşhur incəsənət
xadimlərinin yaradıcılıqlarının araşdırılması, müasir konsepsiyaların, cərəyanların və formaların
(texnologiya, nəzəriyyələr, təsvir üsulları, material) öyrənilməsi; özünün və cəmiyyətin həyatında
incəsənətin rolunun təhlili.
T. T. İ.XI-XII - 10
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
XI və ya XII sinif
Teatr incəsənəti
(Seçim kursu)
Teatr incəsənətinin öyrənilməsi, təsviri aləmin yaradılması və həmin həyatda yaşamaq
(rolların oynanılması) özünü və ətrafdakı mühiti dərk etməyin unikal yoludur. Teatr incəsənətinin
öyrənilməsi zamanı əldə edilən vərdiş-bacarıqlar şagirdə insanlarla ünsiyyət zamanı, xüsusilə də,
aləm haqqında bilyin dərinləşməsində və gələcək peşə vərdiş-bacarıqlarının inkişafında özünün
və başqalarının duyğularını, baxışlarını, münasibətlərini anlamaqda yardım edəcəkdir. Bundan
əlavə, səhnəciklər yaratmaq, təqdim etmək və təhlil etmək qrup işidir. Bundan irəli gələrək, real
və təsviri aləmdə kommunikasiya vasitəsilə şagirdin dinləmə, söhbət, insanlarla ünsiyyət, fərqli
fikirlərin və dünyagörüşlərinə olan tolerant yanaşmaları və başqalarına qarşı mərhəmət bacarığı
təkmilləşdiriləcək.
Təqdim olunan kursda dramatik incəsənətin tədrisi üç istiqamətdə inkişaf edir. Bunlar:
praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi. Bu istiqamət hüdudlarında şagirdlər
dramatik əsərlər yaradıb onları təqdim edirlər. Mətnə və öz təcrübələrinə əsaslanaraq xarakterləri
və hadisələri təhlil edirlər.
Kommunikasiya və şərh. Şagirdlər dram əsərlərini təhlil edir, özlərinin və başqalarının aktyorluq
seçimlərini qiymətləndirirlər.
Kontekstdə teatral incəsənət. Şagirdlər teatral incəsənətin nəzəri və tarixi aspektlərini, dramın
meydana gəlməsini və onun cəmiyyətin həyatında rolunu öyrənirlər.
İlin sonunda əldə edilən nəticələr
Praktiki vərdiş-bacarıqlar
və ideyaların ifadə
edilməsi
Kommunikasiya və şərh
Kontekstdə teatral incəsənət
Şagird
T.İ..XI,XII.1 Yaradıcı
fəallıq zamanı teatr
incəsənətinin element və
prinsiplərindən istifadə edir
Şagird
T.İ.XI,XII.3 Etüdü, səhnəciyi,
tamaşanı təhlil edir
Şagird
T.İ ..XI,XII.5 Gürcü tarixinin əsas
mərhələlərini araşdırır
T.İ.XI,XII.2 Səhnəciklərdə
iştirak edir
T.İ..XI,XII.4 Teatr həyatında
iştirak edir
T.İ..XI,XII.6 Teatr incəsəntini
araşdırır və təhlil edir
T.İ.XI,XII.7 Teatr incəsənətinin
özünün və cəmiyyətin həyatında
rolunu araşdırır
T. T. İ.XI-XII - 11
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Tədrisin nəticələri və onların indikatorları
Praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi
T.İİ.XI,XII.1 Şagird yaradıcı fəallıq zamanı teatr incəsənətinin element və
prinsiplərindən istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
ritmi, dinamikanı seçir, uyğun intonasiya, ton, mimika, jestlərdən istifadə edir, müxtəlif növ
•
bədii mətnlərin oxunuşu zamanı məntiqi vurğulara, pauzaya riayət edir
bədii surəti canlandırır (məs. konkret əşyanı, personajı) və əhval-ruhiyyəni, emosiyanı,
•
hərəkəti mimikanın, jestin, əməllərin vasitəsilə ötürür
bədii ədəbi mətndən irəli gələrək (müəllif, personaj) bir neçə əsas qəhrəmanı canlanıdırır
•
mahnını, musiqi parçasını ifaə etdikdə vokal göstəricilərdən, mimikadan, jestlərdən, bədən
•
plastikasından istifadə edir
rəqslə, hərəkətlə müxtəlif üslublu musiqini göstərir və bədən dili ilə əhval-ruhiyyəni
•
göstərir
səhnəcikdən, öz həyatından bir epizod oynayır, improvizasiyaya müraciət edir
•
T.İ..XI,XII.2 Şagird səhnəciklərdə iştirak edir
Nəticə əldə edilmişdir, əgər şagird:
problemi həll edir və ona əsasən səhnəciyin mövzusunu seçir
•
sinif yoldaşları ilə birlikdə tamaşa üçün bədii material seçir və onu müzakirə edir
•
seçilən materialı/mövzunu pyes formasında təqdim edir
•
sinif yoldaşları ilə birlikdə rolları bölüşdürür
•
tamaşaçı qarşısında özünü itirmir və gözlənilməyən hallarda improvizasyaya müraciət
•
edir
təqdimaın gedişatında mahnılar oxuyur, rəqs edir
•
tamaşa zamanı məkanda səmtləşmə bacarığından istifadə edir
•
aktyor ansamblını pozmur
•
səslə, bədii, musiqi tərtibatı, səsləndirmə ilə şərti aləm yaradır
•
T. T. İ.XI-XII - 12
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Kommunikasiya və şərh
T.İ. XI,XII.3 Şagird etüdü, səhnəciyi, tamaşanı təhlil edir
Nəticə əldə edilmişdir, əgər şagird:
tamaşa/etüd, səhnəciklə yaranan təəssüratlardan söhbət açır
•
tamaşanın ideyası, mövzusu, probleminin nə olduğunu və onların verilməsi üçün (söz,
•
aktyorluq məharəti, ssenoqrafiya, musiqi tərtibatı ...) hansı teatral üsullardan istifadə
edildiyini müzakirə edir
tamaşanı, vaxtda cərəyan edən əsərlərin kompozitiv quruluşu kimi təhlil edir (birbaşa hərəkət,
•
düyünlənmə, kulminasiya, düyünün açılması, final)
aktyorun məharətini müzakirə edir və qiymətləndirir (məs. rolu oynamaq tərzi, səhnə qərarı,
•
ifadə mədəniyyəti, səhnə hərəkəti ...)
bədii surətin inkişafı üçün teatr incəsənətinin elementlərindən (kostyum, qrim, işıqlanma,
•
dekorasiya, musiqi tərtibatı, səhnə) necə istifadə olunması haqqında söhbət edir
tamaşada rolun funksiyasını müzakirə edir (məsələn, Şekspirin “Otello” faciəsində
•
Rodriqonun finksiyası)
söhbət zamanı lazımi terminologiyadan istifadə edir
•
T. İ. XI,XII.4 Şagird teatr həyatında iştirak edir
Nəticə əldə edilmişdir, əgər şagird:
tamaşalarda, məşqlərdə iştirak edir
•
peşəkar məsləhət almaq məqsədilə teatr incəsənətinin ustaları/işçiləri ilə görüşür
•
tamaşanı təhlil edir (müzakirə, fikrin ifadə edilməsi, mübahisə, tənqid)
•
tamaşaya baxdıqdan sonra rəy yazır və sinif yoldaşlarına onu təqdim edir
•
Kontekstdə teatr incəsənətinin ifadə edilməsi
T. İ.XI,XII.5 Şagird gürcü tarixinin əsas mərhələlərini araşdırır.
Nəticə əldə edilmişdir, əgər şagird:
gürcü teatr tarixnin müəyyən bir mərhələsini seçir və tarixi, sosial və siyasi vəziyyətin teatra
•
göstərdiyi təsiri təhlil edir
seçilən mərhələnin gürcü teatr xadimlərinin fəaliyyəti haqqında müzakirə aparır (dramaturqlar,
•
rejissorlar, aktoyrlar, bəstəkarlar, rəssamlar və s.)
məşhur bir tamaşa haqqında material toplayır və sinif yoldaşlarını tanış edir
•
T. T. İ.XI-XII - 13
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T.İ.XI,XII.6 Şagird teatr incəsəntini araşdırır və təhlil edir.
məşhur gürcü və xarici pyesaların nümunəsi əsasında dramaturgiyanın xüsusiyyətini
•
araşdırır
teatr və kino arasındakı oxşarlıq-fərqləri müzakirə edir
•
teatr incəsənətinin fərqli formalarını (kukla, kölgələr, maskalar teatrı, pantomima, balaqan...)
•
və cərəyanlarını (absurd teatr, klassik teatr) müzakirə edir
konkret tamaşanın nümunəsində müzakirə edir ki, teatr ölkənin mədəniyyəti, ictimai əlaqələri,
•
siyasi, tarixi inkişafına necə təsir göstərir
müxtəlif dramatik janrları (faciə, komediya, melodrama, vodevil) xarakterizə edir
•
incəsənətin müxtəlif sahələrinin teatrda necə birləşdiyini və teatrla əlaqədar peşələri müzakirə
•
edir
səhnədə görünməyən teatr işçilərinin teatrda rollarını müzakirə edir (dekorator, rekvizitor,
•
qrim ustası, dərzi, stilist ....)
teatr incəsənətinin müasir texnologiya imkanlarını (işıqlandırma, musiqi tərtibatı, texniki
•
quruluş...) öyrənir
T.İ.XI,XII.7 Şagird teatr incəsənətinin özünün və cəmiyyətin həyatında
rolunu araşdırır
Nəticə əldə edilmişdir, əgər şagird:
onun həyatında teatrın rolunu müzakirə edir
•
teatral truppa/tamaşa/rejissor/aktyor/rol haqqında söhbət aparır, hansılar ki, xüsusilə xoşuna
•
gəlir və öz münasibətini əsaslandırır
teatr incəsənətini öyrənməklə alınan biliyi və vərdişləri müxtəlif peşələrdə necə istifadə
•
edəcəyini izah edir
müasir gürcü teatrının rolu haqqında müzakirə edir
•
Teatr incəsənəti və ona yaxın sahələrdə (kino, televiziya) ali təhsil və karyer imkanları
•
haqqında söhbət aparır
verilən anda aktual tamaşanın qoyulması hansı problem/mövzuda olunacağı və tamaşaçının
•
mümkün reaksiyasına fərziyyə söyləyir
ictimaiyyətin həyatında konkret əsərin nümunəsində teatrın rolu haqqında müzakirə edir
•
(məs. T. Çxeidze “Caxos xiznebi”, M. Tumanişvili “Antiqone”)
T. T. İ.XI-XII - 14
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Proqramın məzmunu
Teatr incəsənətinin element və prinsipləri: intonasiya, ritm, dinamika, mimika, jest, məntiqi vurğu,
pauza, bədən plastikası, vokal göstəricilər (bədii mətnin oxunuşu; emosiyaların, əhval-ruhiyyənin
verilməsi; bədii surətin canlandırılması; səhnəciyin oynanılması; improvizasiya, mahnının, rəqsin
ifa edilməsi)
Tamaşada iştirak etmək: problemin qoyulması , mövzunun seçilməsi, pyesanın yaradılması, rolların
bölgüsü, şərti aləmin yaradılması (rəssamla, musiqi tərtibatçısı ilə əməkdaşlıq)
Kommunikasiya və şərh: teatr tamaşalarında, məşqlərdə olmaq; teatr tamaşasının, onun parçasının
uyğun terminologiyadan istifadə etməklə şifahi və yazılı təhlili; tamaşanın ideyası, mövzusu,
problemi, kompozitiv quruluşu və tətbiq edilən teatral üsulların müzakirəsi; aktyorluq məharəti və
teatr incəsənətinin müxtəlif elementləri ilə yaranan bədii surətin təhlili; teatr incəsənət xadimləri
ilə görüş
Kontekstdə teatr incəsənəti: gürcü teatr tarixinin seçilmiş nümunəsi əsasında tarixi, sosial və siyasi
vəziyyətin teatra göstərdiyi təsirin təhlili; gürcü teatr xadimlərinin yaradıcılıqlarının müzakirəsi;
teatr incəsənətinin fərqli formaları və cərəyanlarının müzakirə edilməsi; teatr və kino arasında
mövcud olan fərq-oxşarlıqların, teatr işçilərinin teatrda rollarının müzakirə edilməsi; teatrla əlaqəli
peşələr, müasir texnologiyaların təsiri barədə söhbət etmək; teatral janrların xarakterizə edilməsi,
köhnə və yeni teatr formalarının müqayisəsi; özünün və cəmiyyətin həyatında teatrın rolunun təhlil
edilməsi. s
T. T. İ.XI-XII - 15
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.XI-XII - 16
Dostları ilə paylaş: |