TƏSVİRİ VƏ TƏTBİQİ
İNCƏSƏNƏT
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 1
Giriş
Şəxsiyyətin tərbiyəsi və harmoniki inkişafı olan məktəb təhsilinin əsas məqsədi onun incəsənətə
cəlb olunması xaricində mümkün deyil. İncəsənətin başqa-başqa sahələrinin öyrənilməsi qavramanın
və hisslərin aydınlaşdırılmasını, təsvir bacarığı, yaradıcılıq yanaşması və tənqidi yanaşmanı inkişaf
etdirir, bütün bunların xaricində insanın hər hansı bir fəaliyyəti təsəvvür edilməzdir.
Şəxsiyyətin tərbiyəsi və inkişafı üçün məcburi əmək fəaliyyəti yeni tədris planına əsasən
incəsənətin tədrisi ilə inteqrallaşdırılıb. Bu inteqrallaşmanın əsası təsviri incəsənətin tədrisində
dekorativ istifadə incəsənətinin elementlərininin cəlb olunmasını təqdim edir.
Əmək fəaliyyəti ilə birlikdə incəsənətin tədrisi ümumtəhsil məktəblərinin hər üç pilləsində
nəzərdə tutulub: ibtidai və baza pilləsində məcburi (I-IX siniflər), orta pillədə məcburi (X sinif) və
seçim (XI, XII siniflər) fənləri şəklində. Standartda təqdim edilən seçim kurslarından birini şagird
öyrənmək üçün XI və ya XII siniflərdə seçə bilər.
Tədris zamanı diqqət əhval-ruhiyyəyə, praktiki, yaradıcılıq və tədqiqat–axtarış vərdiş-
bacarıqlarının inkişafına, biliyin istifadəsinə yönəlir.
Təsviri və tətbiqi incəsənət/əmək tədrisinin məqsədidir:
şagirdi yaradıcılıq və şərh işinə cəlb etmək və bu yolla onun üçün gözəlliyin hiss edilməsi
•
və təsvir edilməsi vərdişini inkişaf etdirmək
incəsənət nümunəsinin ifadə edilmə vərdişinin formalaşdırılması
•
incəsənət nümunələrinin ifadə edilmə vərdişinin formalaşdırılması və bu əsasda incəsənətə
•
daimi maraq və sevgisini artırır
incəsənətin universal dilinin öyrənilməsi və onun vasitəsilə milli və dünyanın mədəni
•
dəyərləri ilə paylaşmaq, dünyanın vahidlik hissinin formalaşdırılması
yaradıcılıq işinin texniki vasitələrinə sahib olmaq və əmək vərdiş-bacarığının
•
formalaşdırılması
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 2
Təsviri və tətbiqi incəsənətin/əmək tədrisinin məsələləridir:
müvafiq dəyər və yanaşmaları formalaşdırmaq, incəsənət və əmək fəaliyyəti ilə əlaqədar vərdiş-
bacarıqları inkişaf etdirmək və şagirdlərə lazımi bilik vermək; xüsusilə də:
Dəyərlər və yanaşmalar
Vərdiş-bacarıqlar
Bilik
Milli və ümumbəşər
mədəniyyətinə, insan əməyinə
qarşı hörmət duyğularını
inkişaf etdirmək; hiss və şəfqət
bacarığını inkişaf etdirmək;
digər insanlara, fərqli fikirlərə
və dünyagörüşlərə tolerant
yanaşmaları formalaşdırmaq;
Yaradıcı düşüncə və anlayış
bacarığını inkişaf etdirmək;
emosional sahəni inkişaf
etdirmək; təsəvvür, zövq və
tənqidi düşüncəni inkişaf
etdirmək; baxış, məkan
təsvirlərinin, müşahidə etmək
bacarığının, görmə yaddaşı
və əl motorikasının inkişafı;
əmək vərdiş-bacarıqlarını
formalaşdırmaq; təsviri və
tətbiqi incəsənətdə praktiki
vərdiş-bacarıqları əldə etmək
Dünya haqqında
təsəvvürləri
formalaşdırmaq; özünün
və digərlərinin mədəni
irsləri ilə tanış olmaq;
təsviri incəsənət dilini
öyrənmək
İbitdai pillədə incəsənətin tədris-tərbiyəvi sahəsinin pedaqoji potensialını onun əyani növ
təbiəti müəyyən edir. Yaş xüsusiyytələrindən irəli gələrək, aşağı sinif şagirdlərində əyani praktiki
düşüncə və aləmin emosional dərk edilməsi üstünlük təşkil edir, buna görə də onlar üçün oyuna
əsaslanan fəallıqlar vacibdir, bu isə, incəsənətin müxtəlif sahələrinin (musiqi, rəsm) öyrənilməsi
xüsusiyyətinə çox yaxşı uyğun olur. Ibtidai pillədə incəsənətin tədrisi əsasən, uşaqların emosional
və əqli aləminə, əmək və kommunikasiya bacarıqlarının inkişafına xidmət edir.
Baza pilləsində incəsənət sahələrində əldə edilən praktiki vərdiş-bacarıqlar özünü tapmaq və
özünü təsdiq etmək prosesini asanlaşdırır. Eyni zamanda, bu yaş dövrü üçün əlamətdar olan dünyaya
qarşı kəskinləşdirilmiş yanaşmanı əhəmiyyətli şəkildə yumşaldır, çünki incəsənət əsərlərini anlamaq
bacarığı düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur.
İbtidai pillə şərti olaraq iki mərhələyə bölünür: keçid X və XI-XII siniflə, bu zaman şagird
düşünülmüş seçimə hazırdır. Bu vaxt ona imkan verilir ki, öz maraqlarına əsasən müxtəlif fənn
qrupları ilə əlaqədar olan fəndən birini seçsin. X sinifdə praktiki vərdiş-bacarıqların mənimsənilməsi-
inkişafı incəsənət nümunələrinin təhlilində istifadə etdiyi bədii üslublara, müəllifin fikrinin daha
yaxşı anlanılmasına xidmət edir. Eləcə də şagirdlər müxtəlif növ layihələr həyata keçirirlər. Bütün
bunlar estetik fənlər qrupundan (məktəbin təklif etdiyi imkanlar hüdudlarında) seçim etməkdə
şagirdə yardım edir ki, XI və XII siniflərdə əldə edilən vərdiş-bacarıqlar və bilik dərinləşdirilsin
və peşəkar əsaslar qoyulsun. Qeyd etmək lazımdır ki, 2009-2010-cu ildən VIII, IX və X siniflərdə
estetik fənlər (1. Təsviri və təbiqi incəsənət/əmək təlimi; 2. Musiqi) trimestr prinsipinə əsasən
tədris edilir. VIII-IX siniflərdə məktəb özü qərara alır ki, bu iki fənn arasındakı saatları necə bölsün.
Ola bilsin ki:
musiqi 1 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 2 trimestrdə
•
musiqi 2 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 1 trimestrdə
•
Saatlar bu fənlər arasında eyni bölünür, yəni hər fənn bir trimestr yarım tədris edilir.
•
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 3
X sinifdə təsviri və təbiqi incəsənət/əmək təlimi və musiqi bir trimestr ərzində tədris
•
edilir.
Məktəb təhsilinin milli məqsədinin həyata keçirilməsində
fənnin rolu
Müasir məktəbin məqsədi elə bir şəxsiyyət formalaşdırmaqdır, hansı ki, bütün həyatı boyunca
şəxsi inkişafı üçün hazır olacaq. Belə insanları xarakterizə etməlidir:
tənqidi düşüncə;
1.
problemləri həll etmək bacarığı;
2.
yaradıcılıq düşüncəsi;
3.
vətəndaşlıq anlayışı;
4.
kommunikasiya qabiliyyəti;
5.
araşdırmaq qabiliyyəti;
6.
özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti.
7.
Təsviri və tətbiqi incəsənət/ əmək təlimi belə bir şəxsiyyətin formalaşmasında müəyyən rol
oynayır.
Tənqidi düşüncə
1.
İncəsənətin öyrənilmə prosesi hadisələrin dərk edilməsi və problemləri anlamaq bacarığının
formalaşmasına, tənqidi və yaradıcılıq düşüncələrinin inkişafına dəstək göstərir: a) şagirdlər
tərəfindən bədii ideyaların hasilatı, b) özünün və başqalarının yaradıcılığını xarakterizə etmək,
qiymətləndirmək və analiz etmək; c) milli və dünya mədəni irslərinin başqa-başqa kontekstlərində
yerinə yetirdiyi rolu dərk etmək.
Problemlərin həlli qabiliyyəti
2.
İncəsənətin öyrənilməsi zamanı problemlərin həlli qabiliyyətinin inkişafına dəstək göstərir:
a) tədris prosesində meydana gələn ideyaların realizasiya təcrübəsi; b) ən yaxşı nəticələri əldə
etmək üçün lazımi materialı, aləti, təsviredici üsul və ya texnikanı seçmək və effektiv şəkildə
istifadə etmək; c) qarşıya qoyulan məsələnin həlli üçün lazımi təşəbbüs və məsuliyyəti aşkar
etmək; ç) stress, ümidlərin boşa çıxması və məğlubiyyətə üstün gəlmək və qarşıya qoyulan
məqsədə ciddi şəkildə can atmaq.
Yaradıcılıq düşüncəsi
3.
İncəsənətin öyrənilməsi zamanı hadisələrə qarşı yaradıcı yanaşma ilə yanaşmaq bacarığına
dəstək göstərir: orijinal bədii ideyaların əmələ gəlməsi və onların həyata keçirilməsi üçün qeyri-
standart yolların axtarışı.
Vətəndaşlıq anlayışı
4.
İncəsənətin öyrənilməsi zamanı ictimai həyatda iştirak istəyi və bacarığının, milli anlayış
duyğusunun inkişafına dəstək göstərir: sinif, məktəb və cəmiyyətin mədəni həyatı və firavanlığında
rol oynamaq; mədəni irs və cəmiyyət qarşısında öz borcları və məsuliyyətlərini dərk etmək.
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 4
Kommunikasiya qabiliyyəti
5.
İncəsənətin öyrənilməsi zamanı kommunikasiya bacarığının inkişafına dəstək göstərir: a)
özünün və başqalarının işləri haqqında müzakirə və mübahisə etmək, mövqeyi əsaslandırmaq; b)
başqa-başqa vasitələrlə (şəkil çəkmək, yazmaq, müzakirə etmək) öz fikir və duyğularını ifadə etmək;
c) qrup işi zamanı başqaları ilə ünsiyyət qurmaq, əməkdaşlıq etmək və problematik məsələləri
razılaşdırmaq; ç) tənqidi nəzəri bildirmək və əsaslandırmaq.
Araşdırmaq qabiliyyəti
6.
İncəsənətin öyrənilməsi zamanı informasiya əldə etmək və təhlil etmək bacarığının inkişafına
dəstək göstərir: a) çoxsaylı informasiya mənbələrindən istifadə etmək; b) informasiyanı müqayisə
etmək, tənqidi qiymətləndirmək və effektiv şəkildə təşkil etmək; c) yaradıcılıq, araşdırmaq, müstəqil
fikri formalaşdırmaq və fəaliyyət planını müəyyən etmək üçün informasiyadan istifadə etmək.
Özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti
7.
İncəsənətin öyrənilməsi zamanı özünü qiymətləndirmək və öz təhsl fəaliyyətini təşkil etmək
qabiliyyətinin inkişafına dəstək göstərir: a) öz imkanlarını və nailiyyətlərini düzgün qiymətləndirmək;
b) emosiyalarını anlamaq və onları idarə etmək; c) ardıcıl (ömrü boyunca) təhsil almaq vərdişini
hasil etmək; ç) fəaliyyətini düzgün və effektiv şəkildə planlaşdırmaq bacarığı; təhsil və peşəkar
inkişaf üçün münasib şərtlərdən istifadə etmək.
Tədris istiqamətləri
İncəsənət/əmək təlimi tədris planına əsasən üç istqamətə ayrılır:
İncəsənətdə praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi
1.
Kommunikasiya və şərh
2.
İncəsənətin kontekstdə dərk edilməsi;
3.
Tədris bütün istiqamətləri hüdudlarında paralellərin aparılması və bir-birləri ilə sıx əlaqədə
olması ilə həyata keçirilir.
İncəsənətdə praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi.
1.
Bu istiqamət hüdudlarında şagirdlər praktiki vərdiş-bacarıqları əldə edirlər; təsviri və tətbiqi
incəsənətin elementləri, prinsipləri, təsviredici üsulları, müxtəlif texnikası, materiları, alətləri ilə
tanış olur və onlara yiyələnirlər. Şagirdlər müxtəlif motivasiyanın təsiri ilə meydana gələn ideyalar
və düçüncələrin gerçəkləşdirilməsi bacarığını inkişaf etdirirlər, bunun üçün onlar təsviretmə,
emosiya, müşahidə bacarığını, materiala yaradıcı yanaşmanı və tədris prosesində əldə etdikləri
biliyi istifadə edirlər.
2. Kommunikasiya və şərh
Bu istiqamət hüdudlarında şagirdlər incəsənət əsərlərini anlamaq və qiymətləndirməyi, onun
haqqında fikri formalaşdırmağı öyrənir, öz düşüncələrinin aydın və səlist izahatına və başqalarının
fikrinə qulaq asmağa vərdiş edirlər, kollektiv iş və müzakirə metoduna sahib olurlar.
3. İncəsənətin kontekstdə dərk edilməsi
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 5
Bu istiqamət hüdudlarında şagirdlər gürcü və ümumdünya, qədim və yeni incəsənətin məşhur
əsərləri və xalq yaradıcılığının bəzi sahələri ilə tanış olurlar, onların məzmun və təyinatlarını
ayırd edirlər, onları gündəlik reallıq və şəxsi təcrübələri ilə əlaqələndirirlər; onların yaranması və
qiymətləndirilməsinin fərqli tarixi, mədəni, sosial və digər kontekstləri ilə tanış olurlar.
Məktəbin ibtidai və baza pilləsində təsviri və tətbiqi incəsənət/əmək təlimi
tədris kursunun yekun nəticələri
İbtidai pillə
Baza pilləsi
İncəsənətdə
praktiki vərdiş-
bacarıqlar və
ideyaların ifadə
edilməsi
Altıilliyin sonunda, şagird:
Əsərlərin yaradılmasında incəsənət
elementləri və prinsiplərini,
müxtəlif materialları, texnika
və proseduru konkret problemin
həlli üçün məqsədyönlü seçir və
yaradıcılıqda istifadə edir;
Həm şəxsi, eləcə də ümumi
məqsədə çatmaq üçün başqaları
ilə əməkdaşlıq edir;
Doqquzilliyin sonunda, şagird:
İncəsənət elementlərini, prinsipləri,
müxtəlif materialları, texnika və
proseduru yaradıcılıqla istifadə edir;
Fərdi və qrup işi zamanı müxtəlif
strategiyalara üz tutur;
Kommunikasiya
və şərh
Fərdi iş və qrup işlərini təqdim edir
və əldə edilən biliyə əsaslanaraq
incəsənət işləri haqqında öz
fikirlərini söyləyir və əsaslandırır;
Anlayır və təsəvvür edir ki,
incəsənət mədəniyyətin təsvir
edilmə vasitəsidir;
Fərdi və qrupun işlərini təqdim
edir, əldə edilən biliyə əsaslanaraq
incəsənət nümunələrini təhlil edir və
izah edir ki, hansı məqsədlə konkret
üsul və ya materialı istifadə edir;
həm dünyagörünüşünü ifadə etmək
və həm kommunikasiya vasitəsi kimi
incəsənətlə tanış olmaq;
İncəsənətin
kontekstdə
dərk edilməsi
Müxtəlif dövr və mədəniyyət
incəsənətinin nümunələrini tanıyır
və onları bir-biri ilə müqayisə
edir və yerli və ümumdünya
cəmiyyətinin həyatında incəsənətin
rolunu təhlil edir;
Gürcü incəsənəti və incəsənət
xadimləri ilə tanış olur.
Başqa-başqa dövr və üslubu olan
əsərləri araşdırır və müqayisə
edir, konkret əsər və incəsənət
yaradıcılığında kontekstin təsirini
izah edir;
Gürcüstanın başqa-başqa diyarlarının
incəsənət nümunələrini araşdırır və
onlar barədə müzakirə aparır.
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 6
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.I - 1
I sinif
İlin sonunda əldə edilən nəticələr
Praktiki vərdiş-bacarıq və
ideyaları ifadə etmək
Komunikasiya və şərh
İncəsənətin kontekstdə
dərk edilməsi
T. t.I.1 İşinin yaradılması
zamanı təsviri incəsənətin
bir və ya bir neçə
əsas elementləri və
prinsiplərindən istifadə edir
T.t.I.7 Fərdi iş və qrup işini
təqdim edir, özünün və
sinif yoldaşlarının işlərinə
münasibətini bildirir
T.t.I.11 İncəsənət sahələrini,
bəzi janrları bir-birindən
fərqləndirir və onları
gündəlik həyatla əlaqələndirir
T.t.I.2 İşinin yaradılması
zamanı müxtəlif material,
texnika və prosedura
müraciət edir
T.t.I.8 Özünün və
digərlərinin işlərinə hörmətlə
yanaşır
T.t.I.12 Əsərlərin
məzmunlarını öz təcrübəsi ilə
əlaqələndirir
T.t.I.3 Ətrafda müxtəlif rəng
və formalara diqqət yetirir və
onları öz işində əks etdirir
T.t.I.9 Müxtəlif növ
tədbirlərdə iştirak edir
T.t.I.4 Müxtəlif
motivasiyalar əsasında əmələ
gələn ideyaları öz işində əks
etdirir
T.t.I.10 Elementar
terminologiyanı bilir və
istifadə edir
T.t.I.5 Sadə əmək
işlərinin elementar vərdiş-
bacarıqlarını göstərir
T.t.I.6 Fərdi olaraq və
başqaları ilə birlikdə işləyir
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.I - 2
İlin sonunda əldə edilən nəticələr və onların indikatorları
İstiqamət: İncəsənətdə praktiki vərdiş-bacarıq və ideyaları ifadə etmək
T.t.I.1 İşinin yaradılması zamanı təsviri incəsənətin bir və ya bir neçə
əsas elementləri və prinsiplərindən istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
İşində qalın və nazik konturdan, düz, dalğalı, qırıq xətlərdən istifadə edir
•
Əsas rəngləri və onları qarışdırmaqla əlavə rəngləri sadalayır
•
Şaquli və horizontal formatları seçir
•
Verilən tələblərə uyğun olaraq formatda təsvirləri düzgün hissələrə ayırır
•
Təkrarolunan xətlər, rənglər və həndəsi fiqurlardan sadə ornamentlər hazırlayır
•
T.t.I.2 İşinin yaradılması zamanı şagird müxtəlif material, texnika və
prosedura müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
rəsm və qrafik nümunələr yaratmaq üçün qələmlər, pastel, flomaster, quaş boyalardan
•
istifadə edir
rəngli kağızlar, karton, təbii materiallardan aplikasiyalar, kollaj hazırlayır
•
başqa-başqa materiallarla mozaika (kəsir, cırır, yapışdırır, kağızları, yarpaqları və s.)
•
hazırlayır
plastilindən sadə formalar düzəldir (məs. həndəsi fiqurlar)
•
T.t.I.3 Şagird ətrafda müxtəlif rəng və formalara diqqət yetirir və onları öz
işində əks etdirir
Nəticə əldə edilmişdir, əgər şagird:
Nümunələrdə sadə həndəsi formaları (üçbucaq, dördbucaqlı, dairə) tanıyır, adlarını söyləyir
•
və öz işlərində istifadə edir
Nümunələrdə təbiətdə olan rəngləri tanıyır, adlarını söyləyir və öz işlərində göstərir
•
T.t.I.4 Şagird müxtəlif motivasiyalar əsasında əmələ gələn ideyaları
öz işində əks etdirir
Nəticə əldə edilmişdir, əgər şagird:
müşahidə əsasında əldə edilən təəssüratı öz işində göstərir
•
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.I - 3
təsvir etməklə yaranan personajların obrazlarını yaradır
•
sadə illustrasiyalarda bədii əsərlərin məzmununu ifadə edir
•
T.t.I.5 Sadə əmək işlərinin elementar vərdiş-bacarıqlarını göstərir
Nəticə əldə edilmişdir, əgər şagird:
dərsə lazımi avadanlıqlar gətirir
•
İşlədiyi yeri yığır, iş alətlərini və materialları yuyur və saxlayır
•
təhlükəsizlik qaydalarına riayət edir
•
hər növ dərs fəallığını yerinə yetirdikdə vaxt limitinə riayət edir
•
T.t.I.6 Şagird fərdi olaraq və başqaları ilə birlikdə işləyir
Nəticə əldə edilmişdir, əgər şagird:
qrup işlərində iştirak edir
•
verilən məsələni müstəqil şəkildə və ya cütlükdə həll etməyə çalışır
•
İstiqamət : Kommunikasiya və şərh
T.t.I.7 Şagird fərdi iş və qrup işini təqdim edir, özünün və sinif
yoldaşlarının
işlərinə fikrini bildirir.
Nəticə əldə edilmişdir, əgər şagird:
özünün və ya ümumi işləri təqdim edən zaman izah edir ki, işi təqdim edərkən nəyi göstərmək
•
istəyirdi
təqdim edilən iş haqqında sinif yoldaşları ilə təəssüratlarını bölüşdürür (xoşuma gəlir,
•
xoşum gəlmir)
müəllimə, sinif yoldaşlarına qulaq asır
•
başqalarına cavabı sona çatdırmağa imkan verir
•
müəllif kimi auditoriya qarşısında təqdim edir
•
T.t.I.8 Şagird özünün və digərlərinin işlərinə hörmətlə yanaşır
Nəticə əldə edilmişdir, əgər şagird:
sinif yoldaşlarının tərəfini tutur, işlərini bəyənir, iş zamanı onları həvəsləndirir
•
özünün və başqalarının işlərinə ehtiyatla yanaşır (ziyan vermir)
•
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.I - 4
T.t.I.9 Şagird müxtəlif növ tədbirlərdə iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
sinifdə keçirilən şənliklərdə iştirak edir
•
sinif sərgisində iştirak edir
•
muzey və sərgilərə gedir
•
ekskursiyalara gedir və mədəni irslərlə tanış olur
•
T.t.I.10 Şagird elementar terminologiyanı bilir və istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
nümunədə təsviri və tətbiqi incəsənətin onun üçün tanış olan elementlərini tanıyır və
•
adlandırır
işində istifadə etdiyi material və alətləri sadalayır
•
söhbət zamanı elementar terminləri düzgün istifadə edir
•
müəllimin şərhinə lazımi reaksiya göstərir (göstərişləri anlayır və yerinə yetirir, məs., peyzaj
•
və ya portret çəkməyi, konrturları tündləşdirməyi)
İstiqamət : İncəsənətin kontekstdə dərk edilməsi
T.t.I.11 Şagird incəsənət sahələrini, bəzi janrları bir-birindən fərqləndirir və
onları gündəlik həyatla əlaqələndirir.
Dostları ilə paylaş: |