TəSVİRİ VƏ TƏTBİQİ


I sinfin dərs proqramının məzmunu



Yüklə 377,29 Kb.
Pdf görüntüsü
səhifə11/69
tarix29.10.2022
ölçüsü377,29 Kb.
#66707
1   ...   7   8   9   10   11   12   13   14   ...   69
saxviti da gamoyenebiti xelovneba azer

I sinfin dərs proqramının məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri:
Xətt (nazik, qalın, kontur, düz, əyri, dalğalı, qırıq xətt), rəng (əsas, düzəltmə); kompozitiv bölgü 
əsasları – şaquli və ya horizontal formatın seçilməsi, formatda təsvir edilmə bölgüsü.
Material və vəsait:
Qələm (rəngli, sadə), pastel, flomaster, quaş, rəngli kağız, karton, plastilin, təbii vəsait (yarpaq, 
qoza, dənlər və s.); fırça, qayçı, yapışqan.
Texnika və prosedur:
Rəssamlıq, qrafikin başqa-başqa texnikası, yonmaq, aplikasiya, kollaj, kağız plastikası, mozaika, 
konstruksiya; cırmaq, kəsmək, yapışdırmaq.
 
Ətraf mühiti müşahidə etmək:
Formanın, rəngin, xətlərin tanınması.
İdeya mənbələri: 
Ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar, təsvirlər, bədii ədəbiyyat, bədii, 
animasiya filmləri, konsert, teatral, sirk tamaşaları.
Ehtimal olunan mövzular:
“Bir sentyabr”, “Rənglər aləmi”, “Payız”, “Şən qatar”, “Yeni il”, “Sualtı aləm”, “Mənim şəhərim/
kəndim” və s. Rənglərin qarışdırılması əsasında alınan yeni rənglər üzrə çalışmalar; paralel, şaquli, 
horizontal, əyri xətlərlə nöqtələrin birləşdirilməsi ilə təsvirlər yaratmaq, stəkanın dibini, əlinin şəklini 
çəkmək, rəngləmək, həndəsi formalarla rəsmlər yaratmaq – şəkil çəkmək.
Əmək fəaliyyəti:: 
Alətlər gətirmək-nizamlamaq, işlədiyi yeri səliqəyə salmaq, vaxt limiti və təhlükəsizlik qaydalarına 
riayət etmək.
İş strategiyası:
Müstəqil, cütlükdə, qrupda işləmək.
Tədbirlər: 
Sinif sərgisi, bayram, muzeylərə, qalereyalara, şəhərkənarı mədəni irslərlə tanışlıq məqsədilə 
ekskursiyalar.


Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.I - 6
Təqdimatlar:
Tanış auditoriya qarşısında işinin təqdimatı (iş haqqında söhbət), suallar vermək, cavab vermək, 
təəssüratlarla paylaşmaq (qiymətləndirmək cəhdi), başqalarının fikirlərini diqqətlə dinləmək, 
başqalarının işləri və fikrinə qarşı hörmət göstərmək, elementar terminologiyadan istifadə etmək.

Yüklə 377,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin