Təsviri və tətbiqi incəsənət, əmək təlimi 2009 Gir. T. T. İ. - 3
X sinifdə təsviri və təbiqi incəsənət/əmək təlimi və musiqi bir trimestr ərzində tədris
•
edilir.
Məktəb təhsilinin milli məqsədinin həyata keçirilməsində fənnin rolu Müasir məktəbin məqsədi elə bir şəxsiyyət formalaşdırmaqdır, hansı ki, bütün həyatı boyunca
şəxsi inkişafı üçün hazır olacaq. Belə insanları xarakterizə etməlidir:
tənqidi düşüncə; 1. problemləri həll etmək bacarığı; 2. yaradıcılıq düşüncəsi; 3. vətəndaşlıq anlayışı; 4. kommunikasiya qabiliyyəti; 5. araşdırmaq qabiliyyəti; 6. özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti. 7. Təsviri və tətbiqi incəsənət/ əmək təlimi belə bir şəxsiyyətin formalaşmasında müəyyən rol
oynayır.
Tənqidi düşüncə 1. İncəsənətin öyrənilmə prosesi hadisələrin dərk edilməsi və problemləri anlamaq bacarığının
formalaşmasına, tənqidi və yaradıcılıq düşüncələrinin inkişafına dəstək göstərir: a) şagirdlər
tərəfindən bədii ideyaların hasilatı, b) özünün və başqalarının yaradıcılığını xarakterizə etmək,
qiymətləndirmək və analiz etmək; c) milli və dünya mədəni irslərinin başqa-başqa kontekstlərində
yerinə yetirdiyi rolu dərk etmək.
Problemlərin həlli qabiliyyəti 2. İncəsənətin öyrənilməsi zamanı problemlərin həlli qabiliyyətinin inkişafına dəstək göstərir:
a) tədris prosesində meydana gələn ideyaların realizasiya təcrübəsi; b) ən yaxşı nəticələri əldə
etmək üçün lazımi materialı, aləti, təsviredici üsul və ya texnikanı seçmək və effektiv şəkildə
istifadə etmək; c) qarşıya qoyulan məsələnin həlli üçün lazımi təşəbbüs və məsuliyyəti aşkar
etmək; ç) stress, ümidlərin boşa çıxması və məğlubiyyətə üstün gəlmək və qarşıya qoyulan
məqsədə ciddi şəkildə can atmaq.