Məktəbin ibtidai və baza pilləsində təsviri və tətbiqi incəsənət/əmək təlimi tədris kursunun yekun nəticələri İbtidai pillə Baza pilləsi İncəsənətdə praktiki vərdiş- bacarıqlar və ideyaların ifadə edilməsi Altıilliyin sonunda, şagird: Əsərlərin yaradılmasında incəsənət
elementləri və prinsiplərini,
müxtəlif materialları, texnika
və proseduru konkret problemin
həlli üçün məqsədyönlü seçir və
yaradıcılıqda istifadə edir;
Həm şəxsi, eləcə də ümumi
məqsədə çatmaq üçün başqaları
ilə əməkdaşlıq edir;
Doqquzilliyin sonunda, şagird: İncəsənət elementlərini, prinsipləri,
müxtəlif materialları, texnika və
proseduru yaradıcılıqla istifadə edir;
Fərdi və qrup işi zamanı müxtəlif
strategiyalara üz tutur;
Kommunikasiya və şərh Fərdi iş və qrup işlərini təqdim edir
və əldə edilən biliyə əsaslanaraq
incəsənət işləri haqqında öz
fikirlərini söyləyir və əsaslandırır;
Anlayır və təsəvvür edir ki,
incəsənət mədəniyyətin təsvir
edilmə vasitəsidir;
Fərdi və qrupun işlərini təqdim
edir, əldə edilən biliyə əsaslanaraq
incəsənət nümunələrini təhlil edir və
izah edir ki, hansı məqsədlə konkret
üsul və ya materialı istifadə edir;
həm dünyagörünüşünü ifadə etmək
və həm kommunikasiya vasitəsi kimi
incəsənətlə tanış olmaq;
İncəsənətin kontekstdə dərk edilməsi Müxtəlif dövr və mədəniyyət
incəsənətinin nümunələrini tanıyır
və onları bir-biri ilə müqayisə
edir və yerli və ümumdünya
cəmiyyətinin həyatında incəsənətin
rolunu təhlil edir;
Gürcü incəsənəti və incəsənət
xadimləri ilə tanış olur.
Başqa-başqa dövr və üslubu olan
əsərləri araşdırır və müqayisə
edir, konkret əsər və incəsənət
yaradıcılığında kontekstin təsirini
izah edir;
Gürcüstanın başqa-başqa diyarlarının
incəsənət nümunələrini araşdırır və
onlar barədə müzakirə aparır.