Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
IX sinfin dərs proqramının məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri:
Xətt, boya; rəng; işıq-kölgə, faktura, forma, həcm; bütövlük, ölçülər; məkan; nəzər nöqtəsi,
simmetriya, ritm, tarazlıq, kontrast (əhval-ruhiyyənin, assosiasiyaların, emosiyaların müxtəlif
effektlər vasitəsilə ötürülməsi).
Material və vəsait:
Tuş, qələm, pastel, quaş, akvarel, tempera, kömür, rəngli kağız, karton, gil, parça, sap, kəndir,
məftil, dəmir, plastmas qutular, təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment
aparmaq; dülgərlik, toxuculuq, tikiş alətləri.
Texnika və prosedur:
Rəssamlığın, qrafikin başqa-başqa texnikaları, basmalar, yonmaq, kollaj, kilm, kuzə, qobelen, naxış
vurmaq, kompyuter texnologiyaları;
Seçilən sahələrdə eksperiment (rəssamlıq, dizayn, fotoqrafiya).
İdeyaların ifadə edilməsi:
İdeya mənbələri: məşhur rəssamların əsərləri, bədii ədəbiyyat, təəssüratlar, assosiasiyalar,
fantaziya.
Ehtimal olunan mövzular:
“Dənizdə günəşin batması”, “Payız/yaz yağışı”, “Gürcü ornamentinin əsasları”, “Tarixi və əfsanəvi
qəhrəmanlar”, “Vətən”, “Qəhrəmanlıq”, “Qrup portreti”, digər fənlərdən keçilən materiallardan
mövzular və s.
Əmək fəaliyyəti::
Avadanlığı təmir etmək, sinif otağının təmiri-formalaşdırılması, dekorativ və tətbiqi əşyalar, teatral
səhnəciklər üçün maketlər, rekvizitlər (kostyum və dekorativ detallar); interyerin, paltarın, mebelin,
müxtəlif əşyaların eskizləri, təbrik məktubları və dəvətnamələr, şənlik və teatral tamaşanın afişası;
sadə elektron oyuncaqlar
Kommunikasiya :
İşin təqdimatı, qiymətləndirmə meyarlarının seçilməsi, təhlili; əsərdən alınan təəssüratlar və
informasiya barədə söhbət aparmaq
Kontekstdə incəsənətin dərk edilməsi:
İncəsənət əsərlərini müxtəlif mədəniyyətə/tarixi dövrə əsasən müqayisə etmək (üslub, mövzu, janr
və s.); rəssamın fərdi üslubu; incəsənət əsərinə tarixi dövrün, hadisənin təsiri; Gürcüstanın başqa-
başqa guşələrinin incəsənəti, xalq yaradıcılığı; incəsənət xadimlərinin, mədəniyyətlə əlaqəsi olan
müəssisələrin ictimai həyatda rolunun araşdırılması
T. T. İ.IX - 5
|