Elmi rəhbər: Farad Kamyabi Açar sözl ə r : Orta qulaq, çəkic, zindan, üzəngi
Quruluşu və işləmə prinsipi: Müasir dövrümüzdə gündən-günə inkiaş edən və yüksək səviyyədə
tələbat görən sahələrdən biri də alternativ enerji sahəsidir. Bunlar arasında
isə günəş enerjisi əsas yeri tutur. Bundan sonra bəhs ediləcək cihaz vasi-
təsilə alternativ enerji mənbələrinə yeni birini daha əlavə etmək mümkündür.
İndiyə qədər bəzi kiçik araşdırmalarımdan gördüm ki, qeyri-profesional
olaraq səsdən enerji alan cihazlar hazırlanıb. Lakin, bunların heç biri böyük
laboratoriyalarda işlənməyib və sənayedə istifadə olunmur. Bu layihə vasitəsi
ilə səs dalğalarını artırmaqla ondan alınan enerjinin miqdarını azı 50-60 dəfə
artırmaq mümkündü.
Bəhs etdiyim cihazın quruluşu insanın daxili qulağının quruluşuna bən-
zəyəcək. Belə ki, səs dalğaları orta qulaqda yerləşən qulaq pərdəsi ilə qarşı-
lıqlı təsirdə qalıb enerjisi ilə qulaq pərdəsinə müəyyən qədər daxili enerji ötü-
rür və bu sayədə qulaq pərdəsini ehtizaya gətirir,
nəticədə çəkic sümüyü mü-
vafiq olaraq zindan sümüyünü döyəcləyərək səs dalğalarını üzəngi sümüyü
vasitəsilə dəhliz pəncərəsindən daxili qulağa ötürmüş olur. Qulaq sümük-
cükləri bir-birilə oynaqlar vasitəsilə birləşərək hərəkətli bir zəncir təşkil edir.
Əgər biz sümüklərdən əmələ gələn zəncirin birini yox ikisini ard-arda yerləş-
dirə bilsək bu 50-60 dəfə yox 2500-3600 dəfə daha çox verimlilik verə bilər.
Çəkic sümüyü (
Malleus ) – daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq,
boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək
hissəsinin uzunluğu 4,3-5,7 mm arasında (8-9 mm), kütləsi isə 25 mq-dır.
Eşitmə prosesi, məlum olduğu kimi, havada yayılan titrəmələrlə başlayır.
Bu titrəmələr qulaq seyvanında güclənir. Tədqiqatlar qulaq seyvanının “konka”
adlanan hissəsinin bir növ meqafon funksiyasını yerinə yetirdiyini və səs dal-