Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə451/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   447   448   449   450   451   452   453   454   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
464
ğalarını xarici qulaq yolunda sıxlaşdırdığını göstərir. Bu şəkildə səs dalğala-
rının şiddəti artır. Şiddətin artması isə alacağımız enerji miqdarının artması 
deməkdir.
Sənayedə yeri və gündəlik istifadə sahələri: 
1.
Hal hazırda günəş işığını enerjiyə çevirə bilən günəş panelləri sənayədə 
olandan əlavə sıradan insanlar tərəfindən böyük təlabatla qarşı-qarşıyadır. 
Səbəb isə bu panellər vasitəsi ilə (gün ərzində günəş şüalarını enerjiyə çevi-
rərək) insanlar həm öz evlərinin xərcini qarşılayır, həmçinin batareyalara top-
lanan artıq enerjini də dövlətə sataraq nəinki aylıq xərcini azaldır, həmçinin 
özü üçün əlavə gəlir yaratmış olur. Lakin, bu üsul sadəcə yer evində yaşayan, 
şəxsi həyəti olan, binaların ən üst mərtəbəsində yaşayan (hansi ki, binaların 
üstündə istifadəyə yararlı boş ərazisi olan) və ya başqa bir yerdə öz boş sahə-
si olan insanlara uyğun idi. Çünki günəşdən qeyd etdiyimiz məqsədləri qarşı-
laya biləcək dərəcədə enerji almaq üçün mümkün olduğu qədər günəş dik 
bucaq altında günəş panellərinin üzərinə düşməlidir. Səsdən enerji alan cihaz 
vasitəsilə isə əsasən şəhər ərazilərində yaşayan insanlar demək olar ki, heç 
bir sahədən istifadə etməyərək şəhərdə olan səs kirliliyini öz mənfəətləri 
üçün istifadə edə biləcəklər. Buna ən böyük səbəb isə səsin bərk cisimlərdən 
də keçə bilməsi və səsdən enerji alan cihazin kompaktlığı ola bilər.
2.
Səsdən enerji alan cihaz vasitəsi ilə nəqliyyat yollarındakı işıq dirəklə-
rində işıqlandırma zamanı istifadə oluna bilər. Avtomobil və digər nəqliyyat 
vasitələrindən çıxan səsi elektrik enerjisinə çevirərək işıqlandırma üçün isti-
fadə oluna bilər.
3.
Sənaye zavod və fabriklərində yüksək səs kirliliyi olur. Bu səs kirliliyini 
zavod və ya fəbrikin daxilinə və xaricinə quraşdırılmış cihaz vasitəsi ilə bütün 
işıqlandırmasını, ilkin mərhələdə digər kiçik elektrik ehtiyaclarını qarşılamaq 
olar. Hətta planda olduğu qədər enerji verimliliyi almaq olarsa və yetərli 
sayda cihaz quraşdırılarsa artıq qalan enerjini batareyalara toplandıqdan 
sonra, bununla sənayedəki cihaz, maşın və aparatları işə salmaq və onların 
özünün səsindən alınan enerjisi ilə yenidən onları işlətmək olar.
4.
Günü gündən hibrid avtomobillərin istehsalı və onlara olan tələbat artır. 
Bu avtomobillərin işləmə prinsipi belədir ki, ilk öncə batareyalarda olan enerji 
ehtiyatından istifadə edir, lakin enerji ehtiyatı bitdikdə yanacaq ilə hərəkətə 
etməyə başlayır. Və yanacaq ilə hərəkətə keçdiyi zaman batareyalara enerji 
yenidən dolmağa başlayır. Səsdən enerji alan cihaz bu avtomobillərdə də is-
tifadə oluna bilər. Beləliklə, bu cihaz həm maşının yanacaq ilə hərəkəti za-
manı həm də ətrafdakı nəqliyyat vasitələrinin çıxan səsdən enerji toplaya bilər. 
Bu isə o deməkdir ki, avtomobilin batareyası daha tez dolur, avtomobil benzin 
ilə daha az hərəkət edir və bu səbəbdən istifadəçinin yanacaq sərfiyyatı və 
havaya buraxılan zərərli qazların miqdarı daha da minimuma enir. 
Ədəbiyyat: 
1. https://heyatingercekmenseyi.wordpress.com/2016/09/20/qulaqdaki-dizayn/amp/ 
2. İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin